Məhkəmə qərarları › İş №2(102)-5311/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5311/2021

25.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5311/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-892/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 25 ok tyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh1 (bundan sonra – cavabdeh) 28 avqust 1999-cu il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) qardaşı X4 ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından 24 iyul 2000-ci il tarixdə X10 və 19 avqust 2002-ci il tarixdə X7 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə X4 arasında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin 2(054)1049/2017 nömrəli, 07 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Oğuz şəhəri N.Nərimanov küçəsi bina 16 mənzil 3 (yeni qaydalarla Oğuz şəhəri N.Nərimanov küçəsi bina 61 mənzil 1, bundan sonra – mübahisəli mənzil) anası X2 tərəfindən 25.07.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlanmışdır. Həmin mənz il 21.08.2020-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır və hazırda onun xüsusi mülkiyyətindədir. Oğuz Rayon Məhkəməsinin 2(054)-390/2020 nömrəli, 05 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehin mübahisəli mənzilə istifadə hüququ tanınmış, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh hazırda uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan mübahisəli mənzildən cavabdehlər Cavabdeh1, X10 və X3 çıxarılmaları, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda onun mülkiyyətində olan mənzildə cavabdeh uşaqları ilə birlikdə yaşayır. Mənzili boşaldıb ona təhvil verməsini cavabdehdən dəfələrlə tələb etsə də, o, istifadə hüququnun olduğunu bildirərək mənzildən çıxmaqdan imtina edir, mənzildən onun iradəsi ziddinə istifadə edir. Nəticədə o, mülkiyyətində olan əmlak üzərində öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir. İddiaçı sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 53-cü maddəsinə əsasən məhkəməyə iddianın predmetinin dəyişdirilməsi və tələbin həcminin azaldılması barədə ərizə təqdim edərək bildirmişdir ki, qardaşının uşaqları hər ikisi hazırda yetkinlik yaşına çatmışlar. Hazırkı vəziyyətdə o, sonuncuların mənzildə yaşamalarına etiraz etmir və onlara qarşı hər hansı tələbi yoxdur. Ona görə də onla rın cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, öz iddiasının predmetini dəyişərək mübahisəli mənzildən cavabdehin istifadə hüququnun əvəzində ona 4000 manat miqdarında kompensasiya ödənilməklə onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbi ilə razı olmadığını bildirmiş və göstərmişdir ki, o, hazırda da uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşayır və onların başqa yerdə yaşayış sahəsi yoxdur. İddiaçının ona mənzildən çıxmasının müqabilində təklif etdiyi 4000 manat pul onun həmin mənzilin kommunal-məişət şəraitinə uyğun olan başqa yaşayış sahəsini əldə etməsinə və ya kirayəçi kimi müvəqqəti də olsa, kirayə götürməsinə imkan vermir. Onun istifadə hüququnun tanındığı mənzillə eyni ölçülərə və şəraitə malik olan mənzillər həmin ərazidə hazırda aylıq 250-300 manat dəyərində kirayəyə verilir. Hesab edir ki, kompensasiya kimi təklif olunan 4000 manat pulun miqdarı qənaətbəxş deyildir. Ona görə də iddiaçının hazırkı təklifini qəbul etmir və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili izahatında əlavə olaraq qeyd etmişdir ki, əgər iddiaçı mübahisəli mənzilin real dəyərinin 28.000-30.000 manat miqdarında olduğunu iddia edirsə, cavabdeh özünün və uşaqlarının həmin mənzildən istifadə hüquqlarının da olmasını nəzərə alaraq, mənzilin müqabilində iddiaçıya 20.000 manat pul verməyə razıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.01.2021-ci il tarixli 001/21 nömrəli rəyində mübahisəli mənzilin real bazar dəyərinin 30.000 manat həddində olmaqla, aylıq kirayə haqqının, orta hesabla, 65 manat miqdarında olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.12.2020-ci il tarixli 1004/20 nömrəli rəyində mübahisəli mənzilin real bazar dəyərinin 39.750 manat həddində olmaqla, aylıq kirayə haqqının, orta hesabla, 230270 manat miqdarında olduğu qeyd edilmişdir. Mənzilin real bazar dəyəri, xüsusilə də orta aylıq kirayə haqqının miqdarı ilə bağlı iddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəylərinin nəticələri arasında əsaslı fərq olduğundan həmin rəyləri vermiş şəxslər rəylərə aydınlıq gətirilməsi və izah verilməsi üçün mütəxəssis qismində məhkəməyə dəvə t edilmişlər. “X1” MMC-nin direktoru X8 məhkəmə iclasında 18.01.2021-ci il tarixli 001/21 nömrəli rəyə izah verərək bildirmişdir ki, mübahisəli mənzil iki mərtəbəli köhnə binanın birinci mərtəbəsində yerləşir. Mənzil orta təmirlidir, həmçinin, mənzilin yerləşdiyi bina texniki göstəricilərinə görə aşağı standartlara uyğun olmaqla, binanın istismar müddəti bitmişdir. Bu səbəbdən mənzilin real bazar dəyəri 30.000 manat miqdarında qiymətləndirilmişdir. Eyni zamanda, Oğuz şəhəri ərazisində mənzillərin və fərdi yaşayış evlərinin kirayə haqları yaşayış sahəsinin şəraitindən, otaq sayından və yerləşdiyi ərazidən asılı olaraq 60 manatdan 300 manatadək dəyişir. Hazırkı mənzilin şəraiti, otaq sayı, yerləşmə yeri, həmçinin, regionlarda əhalinin kiçik bina evlərində olan mənzilləri deyil, həyətyanı sah əsi olan fərdi yaşayış evlərini kirayəyə götürməyə meyl etmələri nəzərə alınmaqla, mübahisəli mənzilin aylıq kirayə haqqı, orta hesabla, 65 manat miqdarında müəyyən edilmişdir. "xxxx" MMC-nin direktoru X5 məhkəmə iclasında 09.12.2020-ci il tarixli 1004/20 nömrəli rəyə izah verərək bildirmişdir ki, mübahisəli mənzilin Oğuz şəhərinin mərkəzində yerləşməsi, digər yaşayış binaları və fərdi evlərlə əhatə olunması, mənzilin təmirli olması və artırmalar edildiyi nəzərə alınmaqla, həmin mənzilin real bazar dəyəri 39.750 manat miqdarında qiymətləndirilmişdir. Həmin göstəricilər, eyni zamanda, mənzilin nəqliyyat cəhətdən əlverişli ərazidə yerləşməsi, sanitar-texniki cəhətdən tam təchiz olunması, yəni istilik, su, qaz, elektrik xətlərinin mövcud olması nəzərə alınmaqla, həmçinin, Oğuz şəhəri ərazisin də analoji mənzillərin və fərdi yaşayış evlərinin kirayə haqlarının tələb və təklif göstəriciləri üzrə müqayisəli təhlili aparılmaqla, mənzilin aylıq kirayə haqqı, orta hesabla, 230-270 manat miqdarında müəyyən edilmişdir. Mübahisəli mənzilin mövcud bazar qiymətlərinə uyğun olaraq dəyəri, həmçinin, kirayə haqqının miqdarı ilə bağlı “X1” və "xxxx" MMC tərəfindən verilmiş, tərəflərin məhkəməyə təqdim etdikləri ekspertiza rəylərinin nəticələri fərqli olduğundan məhkəmə iş üzrə obyektiv nəticəyə gəlmək üçün Oğuz rayonunda əmlak alqı-satqısı ilə məşğul olan, Oğuz rayon ev alqı-satqı Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərən X6 mütəxəssis qismində məhkəmə iclasına dəvət etmişdir. Sonuncu, mübahisəli mənzilin mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərinin 35.000-40.000 manata, aylıq kirayə haq qının miqdarının isə 250 manata uyğun olduğunu bildirmiş, eyni zamanda, həmin mənzildən istifadə hüququ olan şəxslərdən yalnız birinin istifadə hüququnun əvəzində ona kompensasiya kimi təklif olunan 4000 manat məbləğin qənaətbəxş olduğunu qeyd etmişdir. Oğuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(054)20/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Süleymanov) iddia tələbi təmin edilmiş, iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzilə dair cavabdehin Oğuz Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(054)-390/2020 nömrəli qətnaməsi ilə tanınmış istifadə hüququna ona 4000 manat miqdarında kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehin həmin mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi, ödənilmiş 10 m anat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, "xxxx" MMC tərəfindən rəy verilməsi ilə bağlı ödənilməli olan 300 manat xərcin cavabdehə aid edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli mənzilə dair yaranmış hüquqlarla bağlı hazırkı iş üzrə tərəflər arasında narazılıq və fikir ayrılığı olduğuna görə onların birgəyaşayış qaydalarına riayət etməklə həmin əmlak üzərində öz hüquqlarını birgə həyata keçirmələri praktiki cəhətdən qeyri-mümkündür. Mənzilə dair iddiaçının mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ) mövcud olduğu halda, cavabdehin isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququ yarandığına, mülkiyyət hüququ isə digər hüquqlara, o cümlədən istifadə hüququna nisbətən daha üstün hüquqi q üvvəyə malik olduğuna görə, tərəflər arasında yaranan mübahisənin həlli üçün cavabdehin hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.2-ci maddəsinin tələbləri baxımından iddiaçının (mülkiyyətçinin) məhkəmə qaydasında tələbinə əsasən müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsi məqsədəmüvafiqdir. Məhkəmə mübahisəli mənzilin mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərini və aylıq kirayə haqqının miqdarını müəyyən edərkən ekspertiza rəylərinin və məhkəmə iclasında iştirak edən mütəxəssisin şərhinin əsaslandığı hallara məcmu halında qiymət verərək həmin mənzilin dəyərinin, orta hesabla, 35.000 manat, aylıq kirayə haqqının miqdarının isə, orta hesabla, 250 manat olmasını qəbul etmiş və hesab etmişdir ki, mübahisəli mənzilin mövcud bazar qiym ətlərinə uyğun olaraq dəyəri, həmçinin, həmin ərazidə yerləşən, oxşar şəraitə malik yaşayış sahələrinin kirayəyə verilməsi zamanı tələb və təklifin həddləri üzrə orta göstəricilər əsas meyar kimi götürülməklə, habelə, hazırkı vəziyyətdə iddiaçının yalnız cavabdehin mənzildən istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsini tələb etdiyi nəzərə alınmaqla, iddiaçının təklif etdiyi 4000 manat kompensasiya məbləği cavabdehin hazırda yaşadığı mənzildən istifadə hüququna xitam verilməsinə imkan verən ağlabatan və qənaətbəxş məbləğ hesab edilməlidir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 228.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2 006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh аpellyаsiyа şikаyətində qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının təklif etdiyi 4000 manat kompensasiya onun həmin mənzilin kommunal-məişət şəraitinə uyğun başqa yaşayış sahəsini əldə etməyinə və kirayəçi kımı müvəqqəti də olsa, kirayəyə götürməyinə imkan vermir. İstifadə hüququnun tanındığı mənzillə eyni ölçülərə və şəraitə malik olan mənzillər həmin ərazidə hazırda aylıq 250-300 man at dəyərində kirayəyə verilir. Onun istifadə hüququna ən azı 12000-15000 manat arasında kompensasiya verilməklə xitam verilə bilərdi. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-892/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şükürov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının öz mülkiyyətindən maneəsiz istifadə hüququ nəzərə alınmaqla, sonuncunun təklif etdiyi kompensasiya cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə oxşar şəraitdə yaşamaq imkanı verir. Çünki, tə klif edilən kompensasiyanın məbləği cavabdehin iddia etdiyi kimi yaşayış evinin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun nəticəyə gəlmişdir. Məhkəmə şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, sözügedən yaşayış evində cavabdehdən başqa, daha üç nəfərin (cavabdehin keçmiş əri və iki uşaqları) istifadə hüququ vardır. İddiaçı öz mülkiyyətindən maneəsiz istifadə etmək məqsədilə onların hər birinin istifadə hüququna kompensasiya verməklə xitam verilməsi məsələsini qaldırsa (bu iddiaçının müstəsna hüququdur), buna uyğun olaraq həmin is tifadəçilərin hər biri iddiaçıdan cavabdehin apellyasiya şikayətində tələb etdiyi məbləğdə, yəni 1200015000 manat məbləğində kompensasiya tələb etsə, iddiaçının mülkiyyət hüququnun toxunulmazlığından, öz mülkiyyətindən maneəsiz istifadə etməsindən bəhs edən konstitusion hüquq tamamilə xəyali xarakter daşıyacaqdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43, 60, 71-ci, Mülki Məcəllənin 228.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 77.1, 88, 217, 218.1-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-cı il tarixli Qərаrında ifadə olunmuş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etir azın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Kassator qeyd etmişdir ki, birinci və apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işdə olan bütün sübutları kompleks halında düzgün qiymətləndirməmiş, iddia predmeti olan mənzildən bazar qiymətlərinə uyğun olmayan cüzi bir məbləğdə kompensasiya verilməklə çıxarılmalı olması barədə yanlış nəticəyə gəlmişdir. Məhkəmələr iş üzrə qətnamə qəbul edərkən işin faktiki hallarını nəzərə almamış, qanunsuz və ədalətsiz nəticəyə gəlmişlər. Şikayətin əsası kimi, MPM-in 14.1, 77.1, 80, 81, 88, 217-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında kassatorun vəkili şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə g örə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sə rəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Maddə 152.1) Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (Maddə 228.2) R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il qərarı Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun x itamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məs ələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-892/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar