Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5312/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili X6 oğlunun, cavabdeh Azərbaycan Respublikası “xxxx” ASC-nin “xxxx” MMC-nin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxx” ASC-nin “xxxx” MMC-yə qarşı aktın etibarsız hesab edilməsi və cərimə borcunun silinməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-667/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası “xxxx” ASC-nin “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin 2(032)-882/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Z.M.Əliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxx” ASC-nin “xxxx” MMC-nin 4 nömrəli Regional Sukanal İdarəsinə qarşı 13.08.2018-ci il tarixli, 09842 saylı aktın etibarsız hesab edilərək cərimə borcunun silinməsi barədə iddia ərizəsinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası “xxxx” ASC-nin “xxxx” MMC tərəfindən tərtib edilmiş 13.08.2018-ci il tarixli, 09842 saylı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış cərimə borcunun silinməsi qət edilmişdir. Şirvan Apel lyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-667/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və İ.H.Əhmədov) cavabdehin nümayəndəsi X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)-882/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxx” ASC-nin “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC “xxxx” MMC 4 saylı Regional Sukanal İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 avqust 2018-ci il tarixli, 09842 saylı aktın etibarsız hesab edilərək cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılm ışdır ki, “xxxx” ASC “xxxx” MMC-nin əməkdaşları tərəfidən tərtib edilmiş 13 avqust 2018-ci il tarixli, 09842 saylı invertar aktında mülkiyyətində olan Şirvan şəhərində yerləşən “*” şadlıq sarayında aparılmış araşdırma zamanı d=25 mm boru vasitəsi ilə sayğacdan kənar xətlə sudan qeyri-qanuni istifadə edilməsi qeyd edilmişdir. Adı çəkilən akta əsasən xeyli məbləğdə cərimə edilmişdir. Tərəflərindən heç bir zaman sayğacdan kənar su xəttindən istifadə olunmamışdır. Cavabdeh təşkilat hər ay sayğaclara mütəmadi olaraq baxış keçirir. Əgər sayğacdan kənar xətdən istifadə olunmuş olsaydı bu hal çoxdan aşkar edilərdi. Adı çəkilən aktdan ümumiyyətlə xəbəri yoxdur. Komissiya yoxlama apardıqdan sonra aktın tərtib olunmasını bildirməmiş, akt tərtib edilməsi barədə heç bir məlumat verməmişdir. Tərəflərind ən sudan istifadəyə görə yaranmış borc həmişə vaxtı-vaxtında ödənilmişdir. 18.07.2018-ci il tarixdə “xxxx” İdarəsinin dörd əməkdaşı özünə məxsus olan “*” şadlıq sarayında su təchizatını yoxlamağa başlamış və yoxlama zamanı yerin altında üzü qapaqla örtülmüş bir boru aşkar olunmuşdur. Həmin boru vasitəsi ilə guya sayğacdan kənar sudan istifadə olunması müəyyən olunmuşdur. Yoxlama zamanı o, bildirmişdir ki, həmin borunun ona heç bir aidiyyatı yoxdur, şadlıq sarayına su ya sudaşıyıcı avtomobillə və ya su xətti ilə təchiz olunur. Yoxlama aparılan vaxt Şirvan şəhərində su olmamış, bir neçə saatdan sonra su verilmiş və səhəri gün komissiya üzvlərindən Vüsal Əhmədov yenidən şadlıq sarayına gəlmiş və heç bir problem olmamasını bildirərək getmişdir. Sonradan suyun ödənişini etdikdə 7.000 manata yax ın borcu olduğunu bilmişdir. Dəfələrlə “xxxx” MMC-yə müraciət etdikdən sonra həmin aktı almağa nail olmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh Azərbaycan Respublikası “xxxx” ASC-nin “xxxx” MMC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası “xxxx” ASC-nin “xxxx” MMC və vəkili Vəkil kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydas ında baxan məhkəmə instansiyası iddianı təmin edərkən subyektiv mülahizələrə əsaslanmış, videoyazı kimi əhəmiyyətli və obyektiv sübutu hansı əsasla rədd etməsini eyni dərəcəli sübutla və ya ekspert rəyi ilə təkzib etmədən rədd etmiş, işləməyən (qapalı) sayqac olduğu halda obyektə su daxil olması kimi əhəmiyyətli hala düzgün qiymət verməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası “xxxx” ASC-nin “xxxx” MMC-nin vəkili Vəkil kassas iya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X6 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh Azərbaycan Respublikası “xxxx” ASC-nin “xxxx” MMC-nin vəkili Vəkil, İddiaçı vəkili X6 o ğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh Azərbaycan Respublikası “xxxx” ASC-nin “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, b axılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətinin təmin olunmaması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının qeyri-yaşayış sahəsi olan şadlıq sarayına sayğacdan kənar su xəttindən sudan qeyri-qanuni istifadə edilməsinə görə akt tərtib edilmişdir. Həmin akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmiş, aktın surəti ona təqdim edilməmişdir. Halbuki akt bilavasitə iddiaçının mənafeyinə toxunduğundan a kt onun iştirakı ilə tərtib edilməli, tərtib edilən aktın məzmununa dair iddiaçının münasibət bildirmək hüququ təmin edilməli idi. Bu isə aktın qanunvericiliyin tələblərinə riayət edilməklə tərtib edilməsini şübhə altına alır. Cavabdeh isə həmin aktın qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsinə dair əsaslı şübhə yaratmayan sübut təqdim etməmişdir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının: -2.1.3-cü bəndinə görə fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM-in vəzifəsidir. -3.1.1-ci bəndinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKMin hüququdur. -5.1.1-ci bəndinə görə qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək istehlakçının hüququdur. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən normaları müqayisəli təhlil edərək qeyd etmişdir ki, su xəttində qanunsuz qoşulması iddia edilən şəxsin qoşulma ilə əlaqədar tərtib edilmiş akt və onun məzmunu ilə tanış olmaq, ona öz mülahizə lərini bildirmək, hətta aktı imzalamaqdan imtina etmək istehlakçının hüququdur. Bu hüquq aktın onun iştirakı ilə tərtib edilmədiyi və aktın ona təqdim edilmədiyi halda mümkünsüzdür. Aktın onun iştirakı ilə tərtib edilməməsi, aktın məzmununun, həqiqiliyini şübhə altına alır. Halbuki, reallığı əks etdirən aktda hər bir xüsusat tərəflərin iştirakı ilə tərtib edilməli, akta tərəflərin öz iradə ifadələrini bildirmək hüquqları təmin edilməlidir. Aktın iddiaçının iştirakı ilə yerində tərtib edilməməsi aktın reallığı əks etdirmədiyini və məzmunun həqiqiliyini şübhə altına alır. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə t ərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 19-cu maddəsi). Belə olan halda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin aktın etibarsız hesab edilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Cavabdehin aktın əsaslılığına dair çəkilmiş video yazıya istinad etməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin video çəkilişə baxış keçirilərkən iddia edilən su xəttinə qanunsuz qoşulmanın haradan başlaması iddiaçının obyektinə hansı hissədə qoşulması və həmin xəttin vasitəsi ilə suyun verilməsi müəyyən edilmir. Bunun əksinə olaraq həmin idarədə işləmiş keçmiş rəis müavinin H.Hüseynovun iştirakı ilə obyektə yenidən baxış keçirilmiş, müşahidə etdiyi vaxtda obyektdə heç bir əlavə su xətti aşkarlanmamışdır. Həmçinin komissiya üzv ləri Samir Babayev və Nizaməddin Yusifov birinci instansiya məhkəməsində dindirilərkən yoxlama zamanı borudan suyun keçməsi, borunun məhz “*” şadlıq sarayına çəkilməsinin müəyyən olunmadığını göstərmişlər. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməklə əsassız hesab edilməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. İşin 91-ci vərəqində olan 01.05.2001-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilədə tərəf kimi “Birləşmiş Sukanal” MMC və “* Ş/S” göstərilmiş, VÖEN isə “**********” qeyd olunmuşdur. Həmin müqavilənin 6.4-cü bəndi bu cür təsbit olunmuşdur: “Bu müqavil ə tərəflərin hər birində 1(bir) nüsxədə olmaqla eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir”. Lakin həmin müqavilə yalnız “Birləşmiş Sukanal” MMC tərəfindən imzalanmışdır. Apelyasiya instansiyası məhkəməsi isə bununla əlaqədar həmin müqavilədə VÖEN-nin nəyə görə, “**********” kimi qeyd olunmasını araşdırmamaqla məhkəmə aidiyyatı məsələsinə tam əməl olunub-olunmamasına hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla əlaqədar həmçinin nəyə görə digər tərəfin bu müqaviləyə qol çəkməməsini, bu qeyri-müəyyənliyin kimin təqsiri üzündən baş verməsini, belə olduğu halda iddia tələbində etibarsızlığı mübahisələndirilən akta məhz kimin qol çəkməli olduğunu aydınlaşdırmamış, yalnız formal mülahizələrə əsasən həmin aktı həmçinin iddiaçının imzalamalı olmasını göstə rmişdir. Bundan əlavə işin 35-ci vərəqində “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamədə” sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin adı kimi X3 oğlu, onun VÖEN-i isə “**********” göstərilmişdir. İşin 178-ci vərəqində olan qəbzdə isə su sayğacının quraşdırılmasına görə məhz X2 tərəfindən 601,42 manat pul ödənilməsi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi həmçinin iddianın əsl olmayan iddiaçı tərəfindən verilməsi məsələsinə Azərbaycan Respublikası MPM-nin 54.2-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən mahiyyəti üzrə baxılmalı olduğu halda isə videoçəkilişdə qeyd olunan sayğacın klapanının qapalı olması ilə bağlı cavabdehin dəlilinə MPM-nin 88- ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməli, həmçinin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma halı müəyyən edildikdə Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 98-ci maddəsinə əsasən müvafiq vergi orqanına təqdimat verilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunma sını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası “xxxx” ASC-nin “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-667/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5312/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5312/2020
17.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver