Məhkəmə qərarları › İş №2(102)-532/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-532/2021

08.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-532/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğluna, Cavabdeh5, Bakı şəhəri 12 nömrəli Notariat kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ilkin iddia Cavabdeh4 və Cavabdeh5 Cavabdeh1, Cavabdeh6na, Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: mirasın açılması anı, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan qanun, sübutların qiymətləndirilməsi, mirasın qəbulu müdətinin uzadılması, vərəsələrin razılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh5, onun və Cavabdeh4 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5697/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 0,25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41,13 kv.metr, yaşayış sahəsi 22,85 kv.met r, yardımçı sahəsi 18,28 kv.metr olan bir otaqlı 273 a saylı bağ evinə dair (bundan sonra – miras əmlak) X6 ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti arasında xx xxxxxx 1967ci il tarixdə 6 illik icarə müqaviləsi bağlanmışdır. X6 1971-ci ildə vəfat etmiş, onun 4 övladı olmuşdur: Rafiq, Namiq, Natella və Artur Rzayevlər. Artur Rzayev xx xxx 2010-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra birinci nikahından olan iki övladı - Məmməd və Nərminə Rzayevlər, eləcə də ikinci nikahdan olan arvadı Tağıyeva (Rzayeva) Zibəndə Sərxan qızı (bundan sonra – iddiaçı) vərəsə kimi qalmışlar. 2011-ci ilin dekabr ayında Rafiq, Namiq və Natela Rzayevlər, xx.xx.2012-ci ildə isə İddiaçı miras bağ evindən onlara çatası paya görə vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizə ilə 12 s aylı Notariat kontoruna müraciət etmiş və hər biri öz ərizəsində onlardan başqa Məmməd və Nərminə Rzayevlərin də qanun üzrə vərəsə olduqlarını göstərmişlər. xx xxxx 2012-ci il tarixdə notarius tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Vərəsəlik şəhadətnaməsinə əsasən miras əmlakda vərəsələrin payları aşağıdakı kimi müəyyən edilmişdir: - Cavabdeh1, Natella İsmayılova, Cavabdeh3 hər birinə 1/4 pay; - Artur Rzayevə çatası 1/4 paydan İddiaçı 1/12 pay; - Artur Rzayevin digər vərəsələri Nərminə və Cavabdeh4lərə çatası 2/12 paya görə isə həmin vərəsələr tərəfindən ərizə ilə müraciət olunmadığına görə vərəsəlik şəhadətnaməsi verilməmiş, onların payı açıq saxlanılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cav abdeh4 və X3 qarşı miras əmlakda açıq qalan 2/12 payın qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına mütənasib surətdə bölüşdürülməsi barədə iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs İddiaçı apellyasiya şikayəti təmin olunmuş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin olunmamışdır. Qətnamədən iddiaçı Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 iddiadan imtinası qəbul edilərək, qətnamə ləğv edilmiş və mülki işin icraatına xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 12 nömrəli Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlaka dair Bakı şəhəri 11 saylı Notariat kontoru tərəfindən verilmiş xx xxxx 2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən müvafiq dövlət reyestrlərində aparılmış qeydlərin və verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, həmin bağ evi üzərində İddiaçı vərəsəlik payının tam şəkildə müəyyən edilməsi, buna dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsinin Cavabdeh6na, müvafiq dövlət reyestrlərində qeydlərin aparılmasının və hüquqmüəyyənedici sənədlərin verilməsinin isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı hazırkı iddianı xx.xx.2018-ci il tarixdə qaldırmış və tələbini X2 və Rzayev Artur Məmmədoviçin övladlarının mirası qəbul etmədikləri, miras bağ evinin yalnız Artur Rzayev tərəfindən qəbul edilməklə idarə olunduğu, Artur Rzayevin ölümündən sonra isə miras bağ evinin faktiki olaraq onun tərəfindən idarə olunması ilə əsaslandırmışdır. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 da öz növbəsində Cavabdeh1, Bakı şəhəri 12 nömrəli Notariat kontoruna, Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Rzayev Artur Mamedoviçin vəfatından sonra mira s əmlakın açıq qalan 2/12 hissəsinə dair qanun üzrə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Qarşılıqlı iddianı onunla əsaslandırmışlar ki, atalarından qalan miras əmlak onlar tərəfindən faktiki qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə digər vərəsələrə, o cümlədən iddiaçıya vərəsəlik şəhadətnaməsi verilərkən onların payı açıq saxlanılmışdır. Miras əmlak faktiki olaraq onların sahibliyində olduğuna görə açıq qalan 2/12 paya dair onların qanun üzrə vərəsəlik hüquqları tanınmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-435/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin olunaraq Rzayev Artur Mamedoviçin ölümündən son ra miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda yerləşən 273a nömrəli bağ evinin və 0,25 ha torpaq sahəsinin açıq qalan 2/12 payına dair Cavabdeh4 və Cavabdeh5 qanun üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsi ilkin iddianı əsassız saymış və qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən digər vərəsə Cavabdeh1 tərəfindən aldadılması, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin məzmunundan məlumatsız olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə eyni zamanda qarşılıqlı iddianı əsaslı sayaraq təmin etmiş və hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh5 və Cavabdeh4 tərəfindən miras faktiki olaraq qəbul edilmiş, lakin onlar vərəsəliklə bağlı müraciət etmədiklərindən onl ara düşən 2/12 pay açıq saxlanılmışdır, ona görə də onların qanun üzrə vərəsəlik hüquqları tanınmalıdır. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, adına vərəsəlik şəhadətnaməsi verilmiş bütün vərəsələr notariat kontoruna yazdığı ərizələrdə özlərindən başqa Nərminə və Cavabdeh4lərin də qanun üzrə vərəsə olduqlarını göstərmişlər. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1133.1, 1133.2, 1146, 1159-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-10724/2019 nömrəli i ş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) iddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunaraq, birinci instanisiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv olunmuş və qarşılıqlı iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qarşlılıqlı iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər. Belə ki, qarşılıqlı iddiaçılar hal-hazırda mirası faktiki q əbul etdiklərini, lakin öz adlarına şəhadətnamə almadıqlarını, miras əmlak onlar tərəfindən qəbul olunduğuna və faktiki sahibliyində olduğuna görə miras əmlakın açıq qalan 2/12 paya dair qanun üzrə vərəsəlik hüquqlarının tanınmalı olduğunu bildirsələr də, bu hallar işdə olan mötəbər sübutla öz təsdiqini tapmır. Əksinə işdən, o cümlədən məhkəmə aktlarından görünür ki, qarşılıqlı iddiaçılar həmin bağ evində yaşamamış və qeydiyyatda olmamışlar. İkincisi, qarşılıqlı iddiaçıların atası Rzayev Artur Məmməd oğlu xx xxx 2010-cu il tarixdə vəfat etmişdir. Miras əmlaka dair xx xxxxxx 2011-ci il tarixdə vərəsəlik işi açılmış və xx xxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 1/4 pay, X1 1/4 pay, Cavabdeh3 1/4 pay, İddiaçı 1/12 pay verilmiş, qarşılıqlı iddiaçılar isə vərəsəliklə bağlı müraciət etmədiklərindən 2/12 pay açıq saxlanılmışdır. Göründüyü kimi, qarşılıqlı iddiaçılar mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idilər. Lakin onların bununla əlaqədar hər hansı bir hərəkətlər etməsi təsdiq olunmur. Belə ki, qarşılıqlı iddiaçılar miras əmlaka açıq qalan paya dair notariat orqanına müraciət etməli idilər, lakin etməmişlər, eləcə də bağ evinə sahiblik etməmiş və ya idarə etməyə faktik başlamamış və mirası qəbul etdiklərini nümayiş etdirməmişlər. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən mübahisəli bağ evinə dair həmin hüququ itirmiş lər. Apellyasiya instansiyası məhkəməsi ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı da mübahisəli bağ evinə Bakı şəhəri 11 saylı Notariat kontoru tərəfindən xx xxxx 2012-ci il tarixdə təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və bundan törəyən digər tələbləri irəli sürsə də iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı xx xxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunsuz olduğunu və qanunsuzluğun təkcə aldadılma, ümumiyyətlə əqdlərlə bağlı qanunvericiliyin tələbləri nin pozulması ilə bağlı deyil, bilavasitə vərəsəlik hüququ ilə bağlı mülki qanunvericiliyin tələblərinin pozulması ilə bağlı olduğunu göstərsə də bu dəlillər əsaslı hesab edilə bilməz. Çünki, aldadıldığını sübut etmək yükü onun üzərinə düşür, lakin bunu sübut edə bilmir. İşdə olan notariat işindən də görünür ki, o, miras əmlaka dair notariat orqanına ərizə yazmış, özündən başqa digər vərəsələrin olduğunu göstərmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin məzmunundan xəbərsiz olmasını həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaması barədə dəlili də inandırıcı və ağlabatan deyildir. Əqdlərlə bağlı qanunvericiliyin hansı tələblərinin pozulduğunu da açıqlamır. İkincisi, iddiaçının vərəsəlik hüququ ilə bağlı mülki qanunvericiliyin tələblərinin poz ulduğu dəlili də əsaslı deyildir. Belə ki, mübahisəli bağ sahəsi və orada yerləşən ev X2 icarəsində olsa da, xx xxxxxxx 1970-ci il tarixdə onun vəfat etməsi ilə əlaqədar avtomatik olaraq miras açıla bilməzdi. Çünki, bağ torpaq sahəsi Nina Rzayevanın ölənədək icarəsində və dövlət mülkiyyətində olmuş, müqavilənin müddəti isə xx xxxxxx 1973-cü ildə bitmişdir. Demək mübahisəli bağ sahəsi X2 ölümündən sonra faktiki olaraq onun övladlarının istifadəsində qalsa da hər hansı bir hüquqla onlara məxsus olmamışdır. Yalnız Respublika müstəqillik əldə etdikdən sonra ölkədə həyata keçirilən torpaq islahatlarının davamı olaraq bağ torpaq sahələrinin də özəlləşdirilməsi üçün hüquqi mexanizmlər yarandı. Ona görə də mərhum Nina Rzayevanın mübahisəli bağa dair mirasın xx xxxxxxx 1970-ci ildə açılması və bu m irası həmin vərəsələr tərəfindən məhz altı ay müddətində yəni, ən geci xx xxxxx 1971-ci il tarixdə qəbul edilməli olması barədə apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli bağ sahəsinə dair xx.xx.2010-cu il tarixli müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayış da qeyd olunanları bilavasitə təsdiq edir. Bundan başqa, ddiaçı iddia ərizəsi ilə 2018-ci ildə məhkəməyə müraciət etmiş, yəni xx xxxx 2012-ci il tarixdə təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsi üçün M ülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş kəsici müddəti də ötürmüşdür. Belə ki, qeyd olunan müddətin tətbiq edilməsi üçün ərizə verilməsinə ehtiyac yoxdur. Ona görə bu hal da ilk iddianın təmin edilməsini istisna edir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1159.1, 1243, 1246-cı maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-915/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və M.Əhmədova) İddiaçı kassasiya şikayəti və cavabdehlər Cavabdeh5 və Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə apellyasiya instansiya məhk əməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1, 1243, 1246-cı maddələrinə istinadla hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia tələb üzrə gəldiyi nəticələr işin araşdırılmış hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Kassasiya məhkəməsi qeyd etmişdir ki, mirasın açılması vaxtı baxımından X4 məxsus əmlakdan oğlu Rzayev Artur Məmmədoviçə çatası payın onun birinci dərəcəli vərəsələri olan X5 və Cavabdeh4 tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına ərizə verilməməsi və ya faktiki qəbul edilməməsi ilə bağlı mövqe düzgün olmamışdır. Apellyasiya instans iyası məhkəməsi qarşılıqlı iddiaçıların xx xxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində açıq saxlanılmış 2/12 paylarına dair müvafiq şəhadətnamənin alınması üçün notariat orqanına müraciət edibetməmələrini, atalarından qalma digər bir əmlakı qəbul edib-etməməsini araşdırmadan, onların qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən mübahisəli bağ evinə dair həmin hüququ itirmələri kimi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Həmçinin işə kassasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, apellyasiya məhkəməsi hazırkı mübahisəyə Mülki Məcəllənin 1248.1-ci maddəsinin tətbiqinin mümkünlüyünü müzakirə etməmişdir. Həmin maddəyə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müdd əti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5697/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və İ.Kərimli) İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı xx xxxx 2012-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni 2018-ci ildə məhkəmə qaydasında mübahisələndirməklə Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddiaçıların xx xxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə açıq saxlanılmış 2/12 paya dair müvafiq şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etməmələri onların mübahisəli bağ evinə dair vərəsəlik hüququnu itirmələri nəticəsinə gəlmək üçün əsas vermir. Belə ki, xx.xx.2012-ci il tarixdə miras əmlakdan pay almaqla adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş vərəsələrdən hər biri, o cümlədən iddiaçı öz ərizələrində mirasdan pay almaq hüququ olan bütün vərəsələri, o cümlədən qarşılıqlı iddia üzrə iddiaçıları, yəni Nərminə və Cavabdeh4ləri də göstərmişlər. Onlar bu hərəkətləri ilə faktiki olaraq Nərminə və Cavabdeh4lərin mirası qanunla müəyyən olunmuş müddət ərzində qəbul etmiş olmasalar belə vərəsəlik şəhadətnaməsinə daxil edilmələrinə razılıq vermişlər. Məhkəmə 1248.1 və 1323-cü maddələrinə əsasən belə qənaətə gəlmişdir ki, iş üzrə mirasın qəbul edilməsi üçün müəyyənlə şdirilmiş müddət qarşılıqlı iddiaçılar tərəfindən ötürülmüş olsa belə, bu gecikmənin səbəbi üzrlü sayılmalı, həmin müddət uzadılmaqla Nərminə və Cavabdeh4lərin vərəsəlik hüquqlarının qorunması təmin edilməlidir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçının kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini ümumiyyətlə əsaslandırmamışdır, yalnız işin hallarını sadalamaqla kifayətlənmiş, iddianın dəlillərinə münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi özü də qarşılıqlı iddiaçıların mirasın qəbulu müddətini ötürdüklərini qəbul etmiş, Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsaslanmaqla müddətin üzrlü səbəbdən ötürüldüyünü vurğulamaqla kifayətlənmiş, səbəbini isə açıqlamamışdır. İşə baxan məhkəmələr xx xxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunsuzluğunun təkcə əqdlərlə bağlı qanunvericiliyin deyil, bilavasitə vərəsəlik hüququ ilə bağlı mülki qanunvericiliyin tələblərinin pozulması ilə bağlı olduğuna diqqət yetirməmişlər. İddiaçının qeyd olunan şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestindən çıxarış almaması ona dəlalət edir ki, iddiaçı onun məzmunundan xəbərsiz olmuşdur. Bu xüsusat isə ilkin iddiaçının kəsici müddəti ötürməsi barədə apellyasiya instansiyası m əhkəməsinin mövqeyinin əsassız olduğunu göstərir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (Vəkil3) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassator Mülki Məcəllənin 140, 215.5, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 11.1, 23-cü maddələrinə istinad edərək şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq edilməmiş, işi halları ətraflı araşdırılmamı, arxiv məlumatları barədə İdarəyə sorğu göndərilməmiş, qarşılıqlı iddianın təmini üçün əsasların olmamasına baxmayaraq, iddia təmin edilmişd ir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlara uyğun qəbul edilməmiş, digər payçıların payları nəzərə alınmamış, xx xxxxxx 2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və onun əsasında verilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi və çıxarışa münasibət bildirilməmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, qeyd etmişlər ki, İddiaçı öz tələbinin əsası kimi, istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Cavabdehlər isə həm iddiaya qarşı etirazlarını, həm də qarşılıqlı iddialarının əsası kimi istinad etdikləri əsasları sübuta yetirmişlər. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi düzgün qətnamə qəbul etmişdir. Həmin qətnamənin ləğvi üçün əsas yoxdur. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 hüquqlarını müdafiə etdiyi şəxsin kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Cavabdehlərin vəkili Vəkil2 kassasiya şikayətlərinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 MPM-nin 67-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhk əmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətləri ilə apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllə Maddə

528. Vərəsəliyin açılması Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə

532. Birinci növbə vərəsələr Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nə ticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə

552. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur (ikinci hissə). Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir (üçüncü hissə). Qüvvədə olan Mülki Məcəllə Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1). Bu Məcəllənin 347. 1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2) Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfi ndən ölmüş elan edilməsi ilə açılır (maddə 1145). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1). Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar (maddə 1159.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (maddə 1248.1). Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar (maddə 1300 ). Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər (maddə 1301.1). Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər (maddə 1301.2). Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər (maddə 1301.3). Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir (maddə 1323). MPM Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv ed ilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... Kassasiya instansiyası məhkəməsinin mövqeyi Birinci instansiya məhkəməsi mübahisəni qüvvədə oln Mülki Məcəllənin vərəsəliklə bağlı hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll etmişdir. Halbuki MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Baxılan iş üzrə iki vərəsəlik hüquq münasibəti vardır – Nina Rzayevadan qalmış miras əmlakın onun vərəsələri arasında bölüşdürülməsi (ilkin iddia, eyni zamanda həmin şəxsin miras əmlakının oğlu Artur Rzayevdən başqa digər vərəsələr tərəfindən qəbul edilmədiyi ilə əsaslandırılır) və Artur Rzayevdən qalmış miras əmlakın onun vərəsələri (iddiaçı və qarşılıqlı iddiaçılar) arasında bölüşdürülməsi. Həm əvvəlki Mülki Məcəlləyə (maddə 528), həm də qüvvədə olan Mülki Məcəlləyə əsasən (maddə 1145) miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. İş üzrə birinci miras qoyan Nina Rzayeva 1971-ci ildə, ikinci miras qoyan isə 2010-cu il tarixdə ölmüşdür. Bu baxımdan Nina Rzayevadan miras qalmış əmlakla bağlı mübahisə hüquq münasibətlərinin yarandığı 1971-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin, Artur Rzayevadan miras qalmış əmlakla bağlı mübahisə hüquq münasibətlərinin yarandığı 2010-cu ildə qüvvədə olmuş Mülki Məcəllənin müvafiq müddəalarına uyğun olaraq həll edilməlidir. Bununla bağlı, həmçinin nəzərə alınmalıdır ki, həm əvvəlki, həm də qüvvəd ə olan mülki qanunvericilik mirasın açılması anını istisnasız olaraq miras qoyanın öldüyü günlə müəyyən edir. Bu baxımdan miras qoyan ölərkən mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntisinin olduğu, lakin rəsmi reyestrdə qeydə alınmamış əmlaka hüquqların onun ölümündən sonra qeydə alınması mirasın açılması tarixini dəyişmir. Lakin konkret işin hallarından asılı olaraq belə vəziyyət vərəsələr tərəfindən mirasın qəbulu müddətlərinin gecikdirilməsi səbəblərinin üzürlü sayılması və ya uzadılması üçün əsas kimi qəbul edilə bilər. Qeyd olunanlardan əlavə birinci instansiya məhkəməsi Cavabdeh3 miras əmlakda olan 7/24 hissə payını Cavabdeh2 bağışlaması barədə xx xxxxxx 2018-ci il tarixli müqaviləni sübut kimi iş materiallarına əlavə etmiş, qətnamədə həmin sübuta istinad etmiş, lakin MPM-in 88-ci maddəsinə əsasən həmin sübuta tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Halbuki məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tu tduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı). Birinci instansiya məhkəməsi tərəfindən istinad olunan pozuntulara yol verilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni qüvvədə saxlamışdır. Halbuki MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsaslardan dır. İşə baxmış apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 354.2-cü maddəsini də düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə həmin maddədə nəzərdə tutulan müdətlərin vərəslik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə iddia tələbinə tətbiqini mümkün hesab etmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin “Əqdlərin etibarsızlığı” adlanan 14-cü fəslində yer almış həmin norma etibarsız əqdləri mübahisələndirmək üçün qanunla müəyyən edilmiş kəsici müddətləri tənzimləyir. İş üzrə ilkin iddiaçı tərəfindən mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Mülki Məcəllənin 324.1-ci madəsində nəzərdə tutulmuş əqd anlayışına cavab vermədiyi üçün Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlərin həmin şəhadətnamənin etibarsızlığı tələbinə tətbiqi də qeyri-m ümkündür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1248.1 və 1323-cü maddələri də düzgün təfsir edilməmişdir. Nəzərə alınmalıdır ki, eyni növbəli digər vərəslərin olması barədə notariat orqanına məlumat vermək mirasın qəbulu üçün müraciət etmiş hər bir vicdanlı vərəsənin borcu və Mülki Məcəllənin 1300-cü maddəsindən bibaşa irəli gələn vəzifəsidir. Bu baxımdan mirasın qəbulu üçün müraciət etmiş vərəsələrin eyni növbəli digər vərəsələrin mövcud olması barədə notariat orqanına məlumat verməsi və həmin payın notarius tərəfindən açıq saxlanılması birmənalı olaraq vərəsələr arasında Mülki Məcəllənin 1248.1-ci və ya 1323-cü maddələrində nəzərdə tutulan razılığın olması kimi qiymətləndirilə bilməz. Eyni zamanda bu hal payı açıq saxlanılmış vərəsələri mirasın qəbulu üçün müəyy ən edilmiş müddətlər ərzində mirası qəbul etmək vəzifəsindən azad etmir. Qeyd olunmalıdır ki, miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilmədiyi və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmadığı halda miras əmlakın bölüşdürülməsi qaydası Mülki Məcəllənin 1301.3-cü maddəsi ilə tənzimlənir. Mülki Məcəllənin 1248.1 və 1323-cü maddələrində müəyyən edilmiş razılıqlar isə mirası qəbul edən vərəsələrin mirası qəbul etməmiş vərəsələrə miras payın verilməsinə dair aydın ifadə edilmiş razılıqlarını nəzərdə tutur. Qeyd olunan əsaslarla Məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə qarşılıqlı iddia tələbi üzrə mirasın qəbulu müddəti buraxılmış hesab edildiyi halda həmin müddətin uzadılması yalnız gecikdirmənin səbəbinin üzrlü sayıldığı halların möv cudluğu şəraitində mümkün ola bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsi istinad olunan maddi hüquq normalarının tələblərini pozaraq, mirası qəbul etmiş bütün vərəsələrin notariat kontoruna ünvanlandıqları ərizələrdə Nərminə və Cavabdeh4ləri vərəsə kimi göstərmələrini və sonunculara qanunla düşən miras payların açıq saxlanılmasını mirasın qəbulu müddətinin uzadılmasının birmənalı əsası kimi qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul ed ilməlidir. Eyni zamanda Məhkəmə kollegiyası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, həmin dəlillər daşınmaz əmlakın dövlət reystrində sonradan ləğv edilmiş məhkəmə aktları əsasında aparılmış qeydlərlə əsaslandırılmışdır. Əvvəlki qətnamənin ləğv edilməsi barədə məhkəmə aktlarının İdarəyə daxil olmaması mülki işin məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə uyğun həllinə mane olan hal kimi qiymətləndirilə bilməz. Həmin orqan iş üzrə cavabdehdir və iş üçün əhəmiyyətli hesab etdiyi dəlil və sübutlarını məhkəmə baxışı zamanı təqdim etmək hüququna malikdir. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilən hallar (ekspertiza təyin olunması, sübutların yerində müayinə edilməsi) istisna olmaq la məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq hüququ yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5697/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar