Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5325/2019 29.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızından və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Aminə Cəfərlinin, Cavabdeh2nun və vəkili Rüstəmov Fəxri Sərvaz oğlunun iştirakı ilə, Cavabdeh2nun Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli, 2(106)-304/2018 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Beyləqan Rayon məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 2(020)-279/2017 saylı qətnaməsi ilə (hakim N.Əliyev) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 1-da yerləşən fərdi yaşayış evinin arxa tərəfində inşa edilən yarımçıq tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması və maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dövlət rüsumu qismində ödənilmiş 20 manatın alınıb X4 verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli, 2(106)-304/2018 saylı qətnaməsi ilə (hakimlər: İ.Əsədov, Q.Kərimov və Z.Zeynalov) Beyləqan Rayon məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 2(020)-279/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli, 2(106)-304/2018 saylı qətnaməsinin ona aid hissədə ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edil məsini xahiş etmişdir. İşin halları: İddiaçı X5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 0.0599 ha torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli, 2(106)-304/2018 saylı qətnaməsinin ona aid hissədə ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsin i xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh2 və vəkili Rüstəmov Fəxri Sərvaz oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı X5 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehi və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kass asiya şikayəti təmin edilməməlidir. İş materiallarından görünür ki, X5, ünvan 2 ünvanında yerləşən 0,006 ha torpaq sahəsinin xüsusi mülkiyyətçisidir. Onun adına müvafiq qaydada hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı, ünvan 2-da yerləşən fərdi yaşayış evinin arxa tərəfində cavabdehlər tərəfindən özbaşına inşa edilmiş yarımçıq tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılsı və maneələrin aradan qaldırılmasını tələb etmişdir. Cavabdeh tərəf izahatında torpaq sahəsini əvvəlki mülkiyyətçidən satın aldığını, lakin sənədləşdirmədiyini bildirmişdir. Bununla yanaşı, cavabdeh tərəf izahatında, sahibliyində olan sahənin iddiaçının mülkiyyətində olan sahəyə aidiyyəti olmadığını bildirmişdir. Cavabdehlər torpaq sahəsinə dair özlərinin hüquqlarını təsdiq edən hər hansı sübut təqdim etməmişlər. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 11 iyul 2018-ci il tarixli rəyinə görə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsi və inşa etdikləri yarımçıq tikili iddiaçıya məxsus sahə ilə üst-üstə düşür. Beləliklə, iddiaçı boşaldılmasını tələb etdiyi sahə onun xüsusi mülkiyyətindədir. Bu barədə onun mülkiyyət hüququnu təsdiq edən sənədi vardır. Bu hal mübahisəsizdir. Tərəflərin izahatlarından, iş üzrə toplanmış sübutlarla, o cümlədən ekspertizanı rəyi ilə müəyyən edilir ki, cavabdehlər iddiaçının torpaq sahəsini özbaşına zəbt etmiş, orada tikili inşa etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Kollegiya qeyd edir ki, iddiaçı, mülkiyyətçi olaraq, qanunsuz sahiblikdən əmlakını tələb edə, torpaq sahəsinin boşaldılmasını tələb edə bilər. İddiaçının qanunsuz sahiblikdən əmlakını tələb etmək barədə iddiası qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün iddiaçı mülkiyyətçi (qanuni sahib) olmalı, onun mülkiyyətinə qəsd və ya digər maneələr ortada olmalı, bu cür maneələr mülkiyyətçinin əmlakından istifadə, sahiblik, müəyyən hallarda əmlaka dair sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmalıdır. Cavabdehlər torpaq sahəsinə dair özlərinin hüquqlarını təsdiq edən hər hansı sübut təqdim etməmişlər. Bununla yanaşı, onların, iddiaçının mülkiyyətində olan torpaq sahəsində özbaşına tikili inşa etmələri müəyyən edilmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyində cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin və inşa etdikləri yarımçıq tikili iddiaçıya məxsus sahə ilə üst-üstə düşdüyü qeyd edilmişdir. Kollegiya hesab edir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmalı və orada inşa etdikləri yarımçıq tikili sökülməli, iddiaçıya məxsus torpaq sahəsi boşaldılmalı və maneə aradan qaldırılmalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, tikintinin sökülməsi barədə iddia da əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2nun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli, 2(106)-304/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanıls
Məhkəmə qərarları › İş №2(102)-5325/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5325/2019
29.08.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver