Məhkəmə qərarları › İş №2(102)-5325/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5325/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5325/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" MMC-nin ( əvvəlki adı "xxxx" Lizinq Şirkəti QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5325/21 (Açar sözlər: borcun ödənilməsi, dəbbənin yüksək hesablanması) Bakı şəhəri, 15 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin (əvvəlki adı "xxxx" Lizinq Şirkəti QSC) vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin (əv vəlki adı "xxxx" Lizinq Şirkəti QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)30/2020 nömrəli, 19 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 oğlunun kassasiya şikayətinə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış 17.06.2014-cü il tarixli, 2189D/14/B saylı X3 müqaviləsinə və müqaviləyə 1 nömrəli əlavəyə əsasən iddiaçı (lizinq verən) 400.000 dəyərində olan “Bakı şəhəri, Yasamal rayonu, rayonu, məhəllə 494, inşaatçılar prospekti 20 ünvanında yerləşən qeyri-yaşayış sahəsini illik 20 faizlə 48 ay müddətinə ca vabdehə (lizinq alana) lizinqə verməyi, cavabdeh (lizinq alan) isə lizinq obyektini lizinqə qəbul etməyi və hər ay 15601.39 USD lizinq ödənişlərini ödəməyi öz öhdəsinə götürmüşdür. 2 "xxxx" LŞ QSCilə Cavabdeh1 arasında bağlanmış 2189D/14/B saylı, 17.06.2014cü il tarixli X2 Müqaviləsinə əsasən lizinq alan Cavabdeh1 istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, məhəllə 494, İnşaatçılar prospekti, 20 ünvanında yerləşən qeyriyaşayış sahəsini 27.02.2015-ci il tarixdə "xxxx" Lizinq Şirkəti QSC-yə geri qaytarılmışdır. 3. "xxxx" Lizinq Şirkəti QSC ilə 17.06.2014-cü il tarixli zaminlik müqaviləsinə Cavabdeh2 Cavabdeh1 lizinq öhdəliyinin icrasına zamin durmuş və öhdəliyinin icrasına görə onunla birgə məsuliyyət daşıyacağını öz üzərinə götürmüşdür.

4. Mübahisə lizinq ödənişləri ilə bağlıdır.. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" Lizinq Şirkəti QSC (hazırda adı "xxxx" MMC) iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 46585.26 ABŞ dolları, lizinq mükafatı məbləği üzrə 51888.00 ABŞ dolları, cəriməyə görə 23948.00 ABŞ dolları olmaqla, cəmi 122421.26 ABŞ dollarının və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" Lizinq Şirkəti QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəmə gedişində iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində buraxılmış texniki səhv olaraq göstərilmiş illik 20,3 faiz sözlərinin illik 20 faiz kimi qəbul edilməsini, 24.09.2018-ci il tarixli maliyyə arayışına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas məbləğdən gecikməyə görə 73032.87 manat, lizinq mükafatı üzrə 41302 manat, dəbbəyə görə 3146 manat və dövlət rüsumuna görə 30 manat pulun tutulması barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17.06.2014-cü il tarixli, 2189D/14/B saylı daxili lizinq müqaviləsinə əsasən lizinq alan tərəfindən seçilmiş, təsviri və dəyəri müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, məhəllə 494, İnşaatçılar prospekti 20 ünvanında yerləşən qeyri-yaşayış sahəsini iddiaçı öz mülkiyyətinə əldə edərək, onu lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə vermişdir.

8. Cavabdeh lizinq ödənişləri üzrə öhdəliyini vaxtında etmədiyi üçün lizinq obyekti 27.02.2015-ci il tarixdə iddiaçıya geri qaytarılmışdır. Cavabdeh1 əsas məbləğdən gecikməyə görə 73 032.87 manat, lizinq mükafatı üzrə 41302 manat, dəbbəyə görə 13146 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunan borcun könüllü şəkildə ödənilməsi cavabdehlərdən tələb olunsa da, borcun könüllü ödənişi təmin edilməmişdir.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 445.1, 445.2.1, 449.4, 747.1, 748-.1.8, 748-1.11, 748-1.12.4, 748-2.1 və 748-2.3-cü maddələrinə istinad etmişdir.

10. Zərdab Rayon Məhkəməsinin 2(035)-654/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 17.06.2014-cü il tarixli, 2189D/14/B saylı X3 Müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas məbləğdən gecikməyə görə 73032,87 manat, lizinq mükafatına görə 41302 manat, dəbbəyə görə 13146 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 127.510,87 manat pulun müştərək qaydada tutularaq İddiaçı MMC-yə (əvvəlki adı "xxxx" Lizinq Şirkəti QSC) verilməsi qət edilmişdir. (hakim Tahir Qubadov)

11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, "xxxx" Lizinq Şirkəti QSC (hazırki adı "xxxx" MMC) ilə Cavabdeh1 arasında 2014-cü il tarixdə bağlanmış 2189D/14/B saylı daxili lizinq müqaviləsinə əsasən sonuncu tərəfindən seçilmiş, təsviri və dəyəri müqavilədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, məhəllə 494, inşaatçılar prospekti 20 ünvanında yerləşən qeyri-yaşayış sahəsini iddiaçı öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Müqavilə üzrə öhdəliyin icrasının təminatı kimi 17.06.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 zamin kimi Cavabdeh1 öhdəliyinin icrasına onunla birgə m əsuliyyət daşıyacağını öz üzərinə götürmüşdür. Cavabdeh1 üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Lizinq ödənişlərini vaxtında etmədiyi üçün Cavabdeh1 27.02. 2015-ci il tarixdə lizinq obyektini iddiaçıya geri qaytarılmış, onun əsas məbləğdən gecikdirməyə görə 73032.87 manat, lizinq mükafatı üzrə 41302 manat, dəbbəyə görə 13146 manat məbləğində borcu yaranmışdır. Həmin borcun könüllü şəkildə ödənilməsi cavabdehlərdən tələb olunsa da, borcun könüllü ödənişi təmin edilməmişdir.

12. İşin müəyyən edilmiş hallarına uyğun olaraq birinci instansiya məhkəməsi iddianı təmin etmişdir.

13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 399.1, 470, 472.1, 747.1, 748-7.1, 748-10.1 və 748-13.4-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh Cavabde h2 apellyasiya şikayəti verib qətnamənin ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdehin apelyasiya şikayətinin dəlilləri6 - məhkəmə iclasından məlumatı olmayıb, olsa idi ödəniş qəbzlərini təqdim etmək imkanı olardı; - əsassız olaraq cərimə borcu hesablanıb. İş üzrə mühasibatlıq ekspertizası təyin olunmayıb.

16. Apellyasiya instansiyası 13 mart 2019-cu il tarixli qərardadı ilə mühasibatlıq ekspertizası təyin edərək lizinq müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün ekspertiza qarşısında müvafiq suallar qoymuşdur

17. Məhkəmə Ekspertizаsı Mərkəzinin 26 dekabr 2019-cu il tarixli, 9416 saylı rəyinə əsasən, olan ekspert rəyi ilə 27.02.2015-ci il tarixə əsas borcdan gecikmə 73032,87 manat, faiz borcu 41302,00 manat, dəbbə borcu 13146,00 manatdır.

18. Şə ki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-30/2020 nömrəli iş üzrə 19 fevral 2020-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(035)-654/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ayaz Mahmudov)

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, məhkəmə iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırıb, iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

20. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edib ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Çünki cavabdehin vəsatəti üzrə mühasibatlıq ekspertizası təyin edilib, iddiaçının tələb etdiyi məbləğlərlə ekspert rəyində göstərilən məbləğlər eyni olub.

21. Apellyasiya məhkəməsi cavabdehin işə onların iştirakı olmadan baxması ilə bağlı dəlillərinə münasibətdə qeyd edib ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlar Cavabdeh1 qeydiyyatda olduğu Zərdab rayonu, ünvan 5 ünvanına və Cavabdeh2 qeydiyyatda olduğu, etirazlarını və ərizələrini göndərdiyi, həmçinin apelyasiya şikayətini göndərdiyi ünvan 6 ünvanına göndərilmiş, Cavabdeh1 qeyd olunan ünvanda ona göndərilən məhkəmə bildirişlərini xəbərn aməyə imza etməklə almışdır.

22. Apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməli olması nəticəsinə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh1 oğlu (nümayəndə və vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya baxışında iştirakı təmin edilməyib, məhkəmə proseslərindən məlumatı olmayıb, həmin dövrdə barəsində istintaq gedirdi; - lizinq obyekti birtərəfli qaydada geri alınıb, lizinq obyekti üzrə məbləğ düzgün hesablanmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin (əvvəlki adı "xxxx" Lizinq Şirkəti QSC) vəkili Vəkil oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.

27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə cavabdehlər, o cümlədən kassator, onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müə yyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödə nişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Maddə 748-13.4. Lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparm ır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edil məsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

29. Hazırkı kassasiya şikayətində Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansaiya məhkəməsinin qətnaməsindən cavabdeh (zamin) Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsi Cavabdeh2 şikayəti əsasında qətnaməni tam yoxlamışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

31. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, lizinq müqaviləsi üzrə əsas məbləğin, lizinq mükafatının və dəbbə pulunun (cərimə) ödənilməsi barədədir.

32. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, cavabdehlər lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməmişlər.

33. İşdən görünür ki, cavabdeh (zamin) Cavabdeh2 apellyasiya şikayəti verərək, şikayətində məbləği mübahisələndirmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlil üzrə mühasibatlıq ekspertizası təyin etmişdir. Qətnamədən görünür ki, apellyasiya məhkəməsi əsas və lizinq mükafatı üzrə borc məbləğlərini həmin rəyə əsasən də müəyyən etmişdir.

34. Bu baxımdan, lizinq məbləğləri hissələrdə kassasiya şikayətlərinin dəlilləri əssasızdır və həmin hissələrdə qətnamə dəyişdirilmədən saxlanmalıdır.

35. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya baxışında iştirakının təmin edilməməsi barədə kassasiya şikayətinin dəlillərini də əsassız sayır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə verilən bildirişləri Cavabdeh1 qəbul edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ekspert rəyi ilə tanış olmaları və üzrlü səbəbdən iştirak edə bilməyəcəkləri üçün 27 yanvar 2020-ci il tarixli məhkəmə iclasının təxirə salınması üçün ayrı-ayrılıqda apellyasiya məhkəməsinə teleqramlar vurmuş, apellyasiya məhkəməsi onların bu vəsatətini nəzərə alıb, qeyd edilən tarixə təyin edilmiş iclası təxirə salaraq, növbəti məhkəmə iclası barədə bildirişlər göndərmiş, Cavabdeh1 məhkəmə bildirişini alsa da, məhkəmə iclasında iştirak etməmiş, bu səbəbdən apellyasiya məhkəməsi işə cavabdehlərin, o cümlədən Cavabdeh1 iştirak olmadan baxmışdır.(İ cild, i.v.154, 199, 204, 205, 208, 216, 218.)

36. Bununla belə, məhkəmə kollegiyası qətnamənin cavabdehlərdən dəbbə pulunun tutulması hissəsinə qiymət verər ək hesab edir ki, apellyasiya instansiyası qeyd edilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqda haqlı olmamışdır.

37. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, cavabdehin öhdəliyini lazımınca icra etmədiyi halı müəyyən edildiyi üçün iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbinin qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

38. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

39. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi dəbbə pulunu tam tutsa da, hə min tələbi Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulan qaydada qiymətləndirməmişdir. Apellyasiya məhkəməsi də həmin hissədə şikayətin dəlillərinə formal yanaşmış, dəbbə pulu ilə bağlı dəlilə qiymət verməmişdir.

40. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.

41. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

42. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz.

43. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunu 13146 manat müəyyən edərkən məhkəmələr qeyd olunan halları nəzərə almamışla r.

44. Buna görə də məhkəmə kollegiyası cavabdehin əsas borcunun məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi ilə hesab edir ki, apellyasiya instansiyasının qətnaməsi 13146 manat dəbbə pulu (həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə) hissəsində dəyişdirilərək, həmin məbləğ 2500 ( iki min beş yüz) manat müəyyən edilməlidir.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəbbə pulunun məbləği hissəsində dəyişdirilməli, dəbbə pulu 2500 ( iki min beş yüz) manat müəyyən edilməli, apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən qalan hiss ələrdə dəyişdirilmədən saxlanılmalıdır.

46. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.2 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli 2(107)30/2020 nömrəli qətnaməsi 13146 dəbbə pulu (həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə) hissəsində dəyişdirilsin. Dəbbə pulu 2500 (iki min beş yüz) manat, bunun da nəticəsi olaraq cavabdehlərdən tutulan cəmi məbləğin (127510,87 manat) miqdarı 116,864,87 (yüz on altı min səkkiz yüz altımış dörd manat səksən yeddi qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlansın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar