Məhkəmə qərarları › İş №2(102)-5326/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5326/2022

05.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5326/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4463/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 237 saylı evin 34 saylı mənzil xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır.

2. İddiaçı (icarəyə verən) və "xxxx" MMC (icarəçi) arasında bağlanılmış 15 iyun 2021-ci il tarixli icarə müqaviləsi ilə mənzil icarəyə götürənə 6 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək icarəyə verilmişdir.

3. Mənzilə aid olan elektrik sayğacına "xxxx" ASC-nin əməkdaşları tərəfindən 16 avqust 2021-ci il tarixdə baxış keçirilərkən mənzilə sayğac sxemindən kənar xəttin daxil olması, həmin kənar xəttin sayğaclar quraşdırılan panonun içərisindəki qidalandıran xətdə quraşdırılmış qoruyucu avtomatdan birbaşa çəkilməsi aşkar olunmuş və bu barədə n əzarətçilər tərəfindən NDM 024059 saylı akt tərtib edilmiş, həmin akt əsasında cavabdeh təşkilatın akt komisiyyası tərəfindən ona 56544 (3,8 kvt x 16 saat x 930 gün) kvts əlavə sərfiyyat, yəni 5847,84 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 024059 saylı akt üzrə 5802,34 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237, 34 saylı mənzil iddiaçının mülkiyyətindədir.Həmin mənzil iddi açının mülkiyyətində olsa da, əvvəllər orada yaşamamışdır. Lakin mənzili xx.xx.2021-ci il tarixli icarə müqaviləsi əsasında "xxxx" MMC-yə 6 ay müddətinə icarə vermişdir. Cavabdeh təşkilatın nümayəndələri xx.xx.2021-ci il tarixdə mənzilin elektrik enerjisi xəttinə baxış keçirərkən mənzilə gələn elektrik enerjisi xəttinin sayğacdan kənar gəlməsini müəyyən etmişlər. Həmin xəttin kim tərəfindən çəkilməsi iddiaçıya məlum deyil. Bununla bağlı akt tərtib etmişlər və iddiaçıya (abonent kodu: **********70034) qanunsuz olaraq 5802 manat məbləğində borc hesablanmışlar. Həmin borc məbləğinin necə və hansı əsaslarla hesablanması iddiaçıya məlum deyil və bunu qəbul etmir. Ona görə də iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237, 34 saylı mənzilə dair 5802 manat məbləğində h esablanmış borc məbləği silinməlidir.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur, çünki iddiaçı göstərilən sayğac üzrə abunəçi deyil. "xxxx" ASC ilə müqavilə başqa şəxs tərəfindən bağlanılıb. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-1217/2021 nömrəli, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləş ən 237 saylı evin 34 saylı mənzilə dair cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya hesablanmış 127,68 (bir yüz iyirmi yeddi manat, altmış səkkiz qəpik) manat məbləğində borcun **********70034 abunə hesabından silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(006)- 5830/2021 saylı qərardadı ilə qətnamədəki yanlışlıq aradan qaldırılmış və qətnamənin «əsaslandırıcı» hissəsində “127,68” və digər abzasda “127,68 (bir yüz iyirmi yeddi manat, altmış səkkiz qəpik) manat” əvəzinə “5720,16 AZN və 5720,16 (beş min yeddi yüz iyirmi manat, on altı qəpik) və «qət etdi» hissəsində “127,68 (bir yüz iyirmi yeddi manat, altmış səkkiz qəpik) manat” əvəzinə “5720,16 AZN (beş min yeddi yüz iyirmi manat, on altı qəpik) manat” kimi oxunması qərara alınmışdır.

10. Məhkəmə ilk növbədə iddiaçının hazırkı iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd etmişdir ki, mübahisəli mənzil dövlət reyestri tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin ünvana aid elektrik sayğacının abonent kodu isə Qennadiy Osopovun adına qalmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 237 saylı evin 34 saylı mənzilin abunə kodu Qennadiy Osopovun adına olsa da, iddiaçı mülkiyyətçi kimi həmin evi enerji ilə təchiz etməyə davam etmiş və enerjidən istifadə etməklə əlaqədar ödənişlər aparmışdır. İddiaçı Qennay Osopovun adına olan abunə kodunun aid olduğu ünvanın 2006-cı il ta rixdən mülkiyyətçisi olduğundan, mübahisəli aktın isə onun mülkiyyətinin əldə etdiyi dövr ərzində tərtib olunduğundan, iddiaçının həmin mənzil üzrə elektrik enerjisindən istifadə ilə əlaqədar yaranmış borcun mübahisələndirilməsi ilə bağlı məhkəmədə iddia qaldırmağa tam subyektiv hüquq vardır.

11. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş videodiskə baxış keçirərək müəyyən edilmişdir ki, qeyd olunan mənzilin elektrik sayğacına qanunsuz müdaxilə olmuş, lakin müdaxilənin nə zamandan bəri davam etdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən də bu davamiyyətin edilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, elektrik enerjisinin orta gündəlik sərfi nə görə hesabat dövrü kimi 930 gün əsas götürülmüşdür. Lakin göründüyü kimi, hesabat dövrünün 930 gün götürülməsi qanunun tələblərinə cavab vermir. Bu səbəbdən, hesabat dövrü kimi 930 gün deyil, bir ay müddəti ağlabatan müddət kimi əsas götürülməlidir.

13. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc 5720.16 manat hissəsində silinməlidir.

14. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6, 8.16, 8.32, 8.33-cü bəndləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13, 17 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76. 1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.16-cı bəndini hazırkı mübahisəyə düzgün tətbiq etməmiş, həmin Qaydaların 8.32-ci bəndini tətbiq etməli olduğu halda tətbiq etməmiş, həmçinin iddiaçı ilə elektrik enerjisindən istifadə barədə müqavilə olmadığı üçün, hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmamasını nəzərə almamışdır.

17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, fiziki şəxslərin elektrik sayğaclarına baxış mütəmadi olaraq idarənin əməkdaşları tərəfindən keçirilsə də, həmin baxışın keçirilməsinin qeydiyyatı aparılmır, bu səbəbdən də akt tərtib edilməmişdən əvvəl iddiaçının sayğacına axırıncı dəfə nə vaxt baxış keçirilməsi barədə məlumat yoxdur, həmçinin bildirmişdir ki, sayğaca qanunsuz qoşulma faktını bu sahədə ixtisaslaşmış mütəxəssislər yoxlayır.

18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 28 iyun 2022-ci il tarixli, 2(103)-4463/2022 nömrəli qətnaməsi ilə (haki mlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən «Elektrik enerjisindən istifadə Qaydaları»nın bir sıra normaları ilə yanaşı, həmçinin «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə istinad etmişdir. Yəni, həm Qaydalar, Həm də Qanunun normaları qarşılıqlı təhlil edilərək qiymətləndirilmişdir.

21. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən, elektrik enerji sinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilən normanın təhlilindən aydın olur ki, enerji təchizatı müəssisəsinin vəzifələrindən biri kimi, ayda bir dəfədən az olmayaraq elektrik sayğacına baxış keçirilməli, i stehlak olunmuş elektrik enerjisinin pulunun ödənilməsi üçün istehlakçıya bildiriş verilməlidir. Yəni, enerji təchizatı müəssisəsi elektrik sayğacına ayda bir dəfədən az olmayaraq sayğaca baxış keçirilməsi vəzifəsinin müəyyən edilməsinə baxmayaraq, cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış evinə akt tərtib olunmamışdan əvvəl hansı vaxtlarda baxış keçirilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda, enerji təchizatı müəssisəsinin səlahiyyətli şəxslərinin qanunla üzərlərinə qoyulmuş vəzifələri lazımınca yerinə yetirməməsi, yəni, elektrik sayğacına vaxtında, lazımi qaydada baxış keçirərək, qanunsuz müdaxiləni aşkar etməməsi iddiaçının ziyanına şərh oluna bilməz. Əks yanaşma «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri nə zidd olardı. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətlərinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Qaydaların 8.16-cı bəndində elektrik enerjisi sərfinin hesablaşma dövrünün 1 (bir) ay müəyyən edilməsi yalnız sayğacın uçotunun müvəqqəti pozulması və bu halın məişət abonentinin təqsiri olmadığı təqdirdə mümkün olması qeyd edilmişdir. Lakin hazırkı iş üzrə mübahisələndirilən akt uçotun pozulması faktına görə yox, sayğaca müdaxilə olunması və fərdi yaşayış evinə kənar elektrik xəttinin çəkilməsi faktına əsasən tərtib olunmuşdur. Bu səbəbdən hesab edirik ki, akta əsasən itirilmiş elektrik enerjisi üzrə h esabat Qaydaların 8.32-ci bəndinə əsasən, yəni məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla (hazırkı mübahisəli akt üzrə 3.8 kvt x 16 saat x 930 gün=56544 kvts) və elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində (hazırkı mübahisəli akt üzrə hesabat müddəti abonentin fərdi yaşayış evinin elektrik sayğacın xx.xx.2012-ci il tarixdə sonuncu dəfə əvəz olunması tarixindən götürülməklə 930 gün müddətinə hesablanmışdır).

23. İddiaçının iddia üzrə silinməsini tələb etdiyi borc **********70034 saylı abunə koduna hesablanmışdır v ə həmin kod üzrə məişət abonenti Qennadiy Osopov adlı şəxsdir. Mübahisələndirilən aktın xx.xx.2021-ci il tarixdə tərtib olunduğunu, iddiaçının mənzilin mülkiyyətçisi olsa belə həmin tarixdə mənzili icarəyə verdiyini, faktiki orda yaşamadığı üçün elektrik enerjisinin istehlakçısı olmadığını və mənzildə istehlak edilən elektrik enerjisinin dəyərinin icarə münasibətləri üzrə formalaşmış müqavilə təcrübəsinə əsasən icarəyə götürən şəxs tərəfindən ödənildiyini, həmçinin elektrik enerjisinin alqı-satqı müqaviləsinin Qennadiy Osopov adlı şəxslə cavabdeh arasında bağlandığına görə mübahisələndirilən borcun məhz həmin abonentin adına olan abunə koduna hesablandığını nəzərə alınarsa, İddiaçı hazırkı iş üzrə nə abonent, nə də ki faktiki elektrik enerjisinin istehlakçısı olduğundan məhkəmə tərəfindən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməlidir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlili

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları” 25. 7.6-cı bənd. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiy yətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. 26. 8.16-cı bənd. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 27. 8.32-ci bənd. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məc əlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. 28. 8.33-cü bənd. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr a kta əlavə olunur. 29. 9.1-ci bənd. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «DövlətEnerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 30. 9.10-cu bənd. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “İstehlakçılar ın hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

31. Maddə 13, bənd

8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

32. Maddə

17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfind ən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qə tnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlilləri əsasən iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

43. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

44. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4463/2022 nömrəli mülk i iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar