Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-533/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2(107)1170/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Zaqatala rayonu Mazıx kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,2016 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X2 mülkiyyəti kimi qeydiyyata alınmışdır. X3 21 fevral 2008-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum İsmayıl Abdullayevin övladı olmaqla, onun birinci növbədə vərəsəsidir. İddiaçı atasından miras qalmış əmlaka vərəsəlik əsasında hüquqlarını rəsmiləşdirmək istəyir. Lakin cavabdeh (iddiaçının bacısı) torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına mane olur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 qərəzli hərəkətlə rinə son qoyulmasına, Zaqatala rayonun Mazıx kəndində yerləşən fərdi yaşayış evində ölçmə işlərinin aparılmasına dair maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonunun Mazıx kəndində mərhum atası X2 adına 0.20 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində ümumi sahəsi 80 kv.m. olan yaşayış evi vardır. Atasının vəfatından sonra birinci dərəcəli vərəsələri olaraq iki nəfər – özü və bacısı Tahirə qalmışdır. Vərəsəliklə əlaqədar Notariat Kontoruna müraciət edəndə mübahisəli torpaq və yaşayış evinə çıxarışın alınması zərurəti yaranmışdır. Belə ki, qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı təqdim edildikdən sonra verilə bil ər. Ona görə də, çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin məsul əməkdaşı ilə ölçü işləri aparmaq üçün doğulduğu və valideynlərinə məxsus həyətə daxil olmaq istəyərkən cavabdeh ölçü işlərinin aparılmasına maneçilik törətmişdir.
3. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, əmlakın dövlət reyestrində mərhum X2 adına qeydiyyata alınması üçün DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ölçmə işlərinin aparılmasına etiraz etmir və bu işlərin aparılmasına hər hansı maneələr cavabdeh tərəfindən törədilmir. Lakin ilk növbədə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ölçülməli, sonra hazırki mübahisə predmeti olan fərdi yaş ayış evinin ölçülməsinə razılıq verir.
4. Zaqatala Rayov Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2(033)-338/2021 saylı qətnaməsi ilə (sədrlik edən T.Həsənov) iddia təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 04.09.2020-ci il tarixli, ********** reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 193 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində tam mülkiyyət hüququ əsasında X2 adına qeydiyyata alınmış, Zaqatala rayonun Mazıx kəndində yerləşən 0,2016 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçi rdiyi ölçmə işlərinə Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət olunmuşdur.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X2 adına vərəsəlik işi açılsa da, onun mülkiyyətinə verilmiş 0.2016 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqların rəsmləşdirilməsi barədə çıxarış onun vərəsələri tərəfindən təqdim edilmədiyindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. X2 vərəsəsi olan və ondan miras qalmış əmlakın mülkiyyətçisi sayılan İddiaçı tərəfindən mərhum X2 mülkiyyətinə verilmiş əmlaklar üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edilmi ş və ərizənin icrası ilə əlaqədar zəruri inventarlaşma işlərinin aparılması məqsədi ilə aidiyyəti əməkdaşlar tərəfindən torpaq sahəsi və fərdi yaşayış evində ölçü işlərinin aparılmasına Cavabdeh2 oğlu tərəfindən qərəzli hərəkətlərə yol verilməklə maneələr törədilmişdir.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.4, 157.1, 157.2, 157.4, 158.4, 1134.1, 1145, 1151.1, 1157, 1157-1.1, 1159,.1, 1243.1, 1243.2, 1243.3 və 1255-ci maddələrinə istinad etməklə məhkəmə hesab etmişdir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh2 Ramazan qızının İddiaçı əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh2 apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin 11.03.2021-ci il tаrixli, 2(033)-3 38/2021 saylı qətnаməsinin ləğv edilməsi və Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,2016 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində yerləşən evinə mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının ölçmə işlərinin aparılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2(107)-1170/2021 saylı qətnaməsi ilə (hakimlər E.Hüseynov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və V.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 11 mart 2021-ci il tаrixli, 2(033)-338/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsin in gəldiyi nəticə və əsaslandırması ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edib iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18.02.20216-cı il tarixdə verilmiş 93 nömrəli arayış qanunsuzdur və vərəsələrin hüquqları pozulmuşdur. Zaqatala rayon 2 saylı notariat ofisində 06 may 2020-ci il tarixində vərəsəliyin açılması ilə bağlı müraciət etmiş və ərizəsi qəbul olunmuşdur. 21 fevral 2008-ci il tarixdə mərhum atası X1 miras qalmış Zaqatala rayonu Mazıx kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyası Maddə
13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Mülkiyyət hüququ 29.3. Hər kəsin mülkiyyətində daşınar və daş ınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmla ka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə
157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə
165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoyma ğı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1157 -
1. Miras şərikləri tərəfindən mirasın idarə edilməsi 1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfində n onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. 1157-1.2. Mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdi yini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Mad di və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
16. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə ba xmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
17. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarınd an göründüyü kimi, iddiaçı mərhum atasından miras qalmış, Zaqatala rayonun Mazıx kəndində yerləşən 0,2016 ha torpaq sahəsinə inşa edilmiş evə dair vərəsəlik qaydada hüquqlarını rəsmiləşdirmək istəyir. Lakin iddiaçının atasından miras qalmış torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış olsa da, evə dair hüquqları qeydiyyata alınmamışdır.
22. Bu halda iddiaçı qeyd olunan evin miras əmlak kimi bölünməsinə nail olmaq üçün həmin evin miras qoyana məxsus olması haqqında DƏDRX-nin arayışını alıb notariat kontoruna təqdim etməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ tə sdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
23. Nəzərə alınmalıdır ki, iddiaçının hazırki iddianı vermək üçün subyektiv hüququnun olması onun miras qoyanın vərəsəsi olub-olmamasının araşdırılması ilə məhdudlaşdırılmalı, onun tərəfindən mirası qəbul etməsi faktının müəyyən olunması hazırki iddianın predmetini təşkil etməməlidir.
24. Bu baxımdan iş materialları ilə müəyyən edilir ki, iddiaçı miras qoyan İsmayıl Abdullayevin birinci növbədə vərəsəsidir.
25. İddianın hüquqi əsasları ilə bağlı həm də qeyd olunmalıdır ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (Mülki Məcəllənin 560.1-ci maddəsi).
26. Hazırki vəziyyətdə cavabdehin DƏDRX-nin əməkdaşlarına zəruri ölçü işlərinin aparmasına maneə törətməsi, Mülki Məcəllənin 560.1-ci maddəsinin təsiri altına düşür və cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə işə baxmış məhkəmələrin gəldiyi nəticə əsaslıdır.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh2 tərəfindən tərəfindən verilmiş kassas iya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2(107)1170/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.