Məhkəmə qərarları › İş №2(102)-5336/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5336/2021

01.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5336/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)2502/2021 nömrəli q ətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı1 məxsus ünvan 1 fərdi yaşayış evi 19 noyabr 2014-cü il tarixli Müqavilə əsasında Cavabdeh İB tərəfindən qazla təchiz edilmiş, 23 noyabr 2018-ci il tarixdə zədələnmiş qaz sayğacı dəyişdirildiyindən tərəflər arasında yeni müqavilə bağlanmışdır. Həmin müqavilədə iddiaçıya məxsus ünvanda istifadə olunan qaz qurğularından yalnız 1 ədəd 4 gözlü qaz piltəsinin olması qeyd olunmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 28 dekabr 2018-ci il tarixli, ******* nömrəli akta əsasən iddiaçının yaşadığı ünvanda qaz sayğacına baxış keçirilərkən “sayğacın plastmas qapağının yan tərəfində və gövdədə əzik izləri var” müəyyən edilmiş, qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçıdan təbii qazın sərfiyyatına görə 11664 manat (abonentin saldosu) tələb edilmiş, sayğacın dəyərinə görə iddiaçı tərəfindən 529,43 manat məbləğində ödəniş cavabdehin xeyrinə ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına (Abonentin kodu: **********00010) cavabdeh tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 11664 manat məbləğində borcun silinməsi və sayğacın dəyərinə görə iddiaçıdan alınmış 529,43 manat pulun iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2018-ci ilin noyabr ayında küçədə hərəkət edən “xxx” markalı yük avtomobili iddiaçının yaşadığı mənzilin qaz sayğacını əzmiş və küçədən uzaqlaşmışdır. İddiaçı bununla bağlı Sabunçu rayonu Qaz İstismarı İdarəsinə müraciət etmiş, idarənin əməkdaşları əzilmiş sayğacı yenisi ilə əvəz edərək akt tərtib etmiş, sayğacın dəyişdirilməsinə görə 547 manat məbləğində borcu yaranmışdır. Cavabdeh İB tərəfindən iddiaçıya ünvanlanmış məktubdan məlum olmuşdur ki, baş verən həmin hadisəyə görə Cavabdeh İB-yə 11664,30 manat məbləğində ziyan dəymiş və həmin borcun 1 ay müddətinə ödənilməsi tələb edilmişdir. Halbuki, sözügedən ünvanda təbii qazdan istifadə etdiyi müddətdə bunun haqqını tam olaraq ödəmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 okty abr 2019-cu il tarixli, 2(011)7335/2019 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia təmin edilmiş, ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı1 (abonent kodu: **********00010) hesablanmış 11664 manat məbləğində borcun silinməsi, 529,43 manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı1 ödənilməsi, 30 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8 və 9-cu hissələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2, 4.8, 4.9, 5.2-ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə, habelə sayğacın dəyişdirilməsinə görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun, habelə sayğacın dəyərinin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. b ) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(011)-7335/2019 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2020-ci il tarixli, 2(103)-1450/2020 nömrəli qətnaməsi ilə (hakim A.Ə.Hüseynin sədrliyi və məruzəsi ilə, hakimlər E.Q.Nəbiyevdən və R.Ə.Qurbanovdan ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(011)-7335/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qan uni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2020-ci il tarixli, 2(103)-1450/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 noyabr 2020-cu il tarixli, 2(102)5419/2020 nömrəli qərarı ilə (hakim M.T.Əhmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Ə.Əliyevdən və İ.K.Xəlilovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən veri lmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2020-ci il tarixli, 2(103)-1450/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya məhkəməsinin qərarına görə iş materiallarında olan abonentin saldosundan, təbii X1nın pozulması haqqında 019067 nömrəli aktdan, qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, qeyd edilən sənədləşmələr iddiaçıya məxsus istixana ilə əlaqədar tərtib edilmiş sənədləşmələrdir. Bundan əlavə iddiaçının məhkəməyə təqdim etdiyi (səhifə 35) sayğaca görə ödəniş sənədindən də görünür ki, Cavabdeh İB sayğaca görə ödəniş edilməli olan məbləği qeyd edərkən həmin sənəddə iddiaçının VÖEN nömrəsini də qeyd etmişdir ki, bu halda iddiaçının fəaliyyət sahəsi üzrə sayğaca dair ödəniş edilməli olduğunu göstərmişdir və iddiaçı da (səhifə 36) bununla razılaşaraq ödəniş etmişdir. Lakin iddiaçı silinməsini tələb etdiyi məbləğin onun iddia ərizəsində qeyd etdiyi yaşayış ünvanı ilə bağlı olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, işə baxan məhkəmələr isə adıçəkilən sənədlər üzrə məhkəmə araşdırmasını həyata keçirməmiş, yaşayış ünvanı üzrə iddiaçının silinməsini tələb etdiyi məbləğdə borcun hesablanmasının mümkünlüyü araşdırmamışdır. Halbuki əhali və qeyri-əhali üçün təbii qazdan istifadə üzrə onun dəyərinin ödənilməli olduğu tariflər arasında fərqin mövcudluğu hər kəsə məlumdur. Beləliklə, iş materi allarından göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, təqdim edilmiş sübutların əldə edilmiş sübutlarla müqayisəli tədqiqatını həyata keçirməmiş, mübahisənin həllinə formal yanaşaraq birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilməməsi qənaətinə gəlmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-2502/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(011)-7335/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdı r. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya instansiya məhkəməsinin istinad etdiyi sayğaca görə ödəniş sənədində (səhifə 35) göstərilən ********** nömrəli VÖEN "xxxx" ASC-yə və ********** nömrəli VÖEN isə Cavabdehnə məxsusdur. Hər iki müqavilə bağlanan zaman İddiaçı1 hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış (VÖEN-ə sahib olmamış) və iddiaçı silinməsini tələb etdiyi məbləğ məhz onun iddia ərizəsində qeyd etdiyi yaşayış ünvanı ilə (evlə) bağlı olmuşdur. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərə findən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə, habelə sayğacın dəyişdirilməsinə görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun, habelə sayğacın dəyərinin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103) -2502/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, cavabdeh tərəfindən məhkəmə iclası barədə məlumatlandırılmamış, bununla da məhkəmə “çəkişmə” və “tərəflərin bərabərlik” prinsipləri pozmuşdur. Həmçinin birinci instansiya məhkəməsinə təqdim edilən iddia ərizəsi iddiaçı və ya onun vəkili imzalamamış, apellyasiya instansiyası məhkəməsi işə baxdığı zaman iddiaçının vəkilin etibarnaməsinin qüvvədə olduğu müddət bitmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məh kəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbayca n Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz payla yıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəs inə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul e dilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətn amə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası M PM-in 420ci maddəsinə əsasən kassasiya məhkəməsinin əvvəlki qərarında irəli sürdüyü göstərişlərini icra edərək, işin hallarını tam və hərtərəfli araşdırmış və gəldiyi nəticəsi qanunvericiliyə uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə işin faktiki hallarını araşdıran məhkəmələr əsaslı olaraq hazırki mübahisə üzrə sübutetmə vəzifəsini Azərbaycan Respublikası MPMin 77.2-ci maddəsinə əsasən cavabdeh təşkilatın üzərinə qoymuş və sonuncunun tələb etdiyi borca dair sübutların təqdim edilmədiyini əsas götürməklə yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun borcun silinməsi barədə qətnamə qəbul etmişlər. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər yalnız prosessual məsələlərlə bağlı olmaqla, apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, ikinci apellyasiya baxışının vaxtı və yeri barədə cavabdeh yazılı və AZEMİS vasitəsi ilə göndərilən SMS bildirişlərlə məlumatlandırılmışdır. Poçt vasitəsi ilə göndərilən bildirişlərin cavabdehə çatdırılmasına dair müvafiq xəbərnamə iş materiallarına əlavə olunmasa da, müəyyən olunur ki, SMS bildirişləri göndərildiyi nömrələrə çatdırılmışdır. Cavabdeh həmin nömrələrin əməkdaşlarına məxsus olmasını mübahisələndirməmiş və bu hal iş materialları ilə təsdiq olunur. Belə olan halda, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamasına dair dəlili əsassız hesab olunmalıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cavabdehin işin apellyasiya instansiyası məhkəməsinin icraatında olma sından məlumatı olmuş (olmalı idi), həmin məhkəmənin icraatında cavabdehin tərəf olduğu çoxsaylı digər proseslərin mövcud olduğu halda, hazırki işdən xəbərdar olunmamasına dair cavabdehin dəlili əsaslı hesab oluna bilməz. İddianın səlahiyyətsiz şəxs tərəfindən imzalanmasına dair kassasiya şikayətinin dəlilini də məhkəmə əsassız hesab edir. Belə ki, həmin hal düz olsa da belə (halbuki, bu dəlil cavabdeh tərəfindən əvvəllər mübahisələndirilməmiş və aşağı instansiya məhkəmələrinin müzakirə predmeti olmamışdır) iddiaçı şəxsən məhkəmə iclaslarında iştirak edərək, habelə vəkil Nümayəndə etibarnamə verməklə iddianı müdafiə etmişdir. Nəhayət məhkəmə kollegiyası qeyd edir ki, vəkil Nümayəndə verilmiş etibarnamənin müddəti 01 avqust 2020-ci il tarixdə bitməklə, mübahisələndirilən qətnamə qəbul edilə rkən onun nümayəndə kimi səlahiyyətlərinə xitam verilsə də, iddiaçının vəkili kimi məhkəmədə iştirak etmək hüququ qalmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edilərkən Nümayəndəlik səlahiyyətlərindən istifadə edib, iddiaçının adından işin qeyd olunan qaydada həlli üçün əsas olmuş hər hansı sənədi imzalaması iş materiallarından müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəli llər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-2502/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar