Məhkəmə qərarları › İş №2(102)-5340/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5340/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5340/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh "xxxx" MTK-ya, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-yə, "xxxx" MMC-yə, 3-cü şəxslər Şəki rayon İcra və Probasiya şöbəsinəvə AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5340/21 (Açar sözlər: müqavilə üzrə öhdəliyin icra edilməsi, müqavilənin etibarsız hesab edilməsi) Bakı şəhəri, 28 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katib liyi, İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh, həmçinin digər iddia ərizəsi üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 və ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı, həmçinin digər iddia ərizəsi üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2663/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsindən ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh, həmçinin digər iddia ərizəsi üzrə cavabdeh İddiaçı1 və iddiaçı ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı, həmçinin digər iddia ərizəsi üzrə cavabdeh "xxxx" MTK tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 28 s entyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 cavabdeh "xxxx" MTK-nə qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 10 ünvanında tikilən 19 mərtəbəli çoxmənzilli yaşayış binasında “C” giriş-1, (3-cü bina) 1-ci mərtəbəsində ümumi sahəsi 211,17 kv.metr yaşayış sahəsi 122,87 kv.metr olmaqla, 4 otaqdan ibarət 3 saylı mənzilin ona təhvil verilməsi öhdəliyinin icra edilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 cavabdehlər İddiaçı1 və "xxxx" MTK-nə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında Bakı şəhəri, ünvan 4 (giriş-1, 3-cü bina) 1-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi 211,17 kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olmaqla 4 otaqdan ibarət 3 saylı mənzilinə dair bağlanmış 01.10.2010-cu il tarixli müqavilənin və 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışının bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı1 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış Bakı şəhəri, ünvan 4 (giriş-1, 3-cü bina) 1-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi 211,17 kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olmaqla 4 otaqdan ibarət 3 saylı mənzilinə dair bağlanmış 01.10.2010-cu il tarixli müqavilənin və 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışının bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3-cü şəxs ƏMDX yanında DƏDRX cəlb edilməklə cavabdehlər qismində "xxxx" MTK və İddiaçı2 ərizədə qeyd etməklə məhkəmədən cavabdeh "xxxx" MTK ilə digər cavabdeh İddiaçı2 arasında bağlanan 01.06.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllədə, Babək prospekti, 10C, 1-ci giriş, 1-ci mərtəbə, Qapı-1, ümumi sahəsi 184.4 kv.m. olan qeyri-yaşayış sahəsinin qeydə alınmasına dair RX ******* nömrəli, 27.09.2016-cı il tarixli çıxarışın ləğv edilm əsinin AR ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinə həvalə edilərək, orada olan şəxslərin həmin sahədən çıxarılması və Bakı şəhəri, Xətai rayonu, ünvan 3, 1-ci giriş (3-cü bina), 1-ci mərtəbə, ümumi sahəsi 217.17 kv.m. olan 4 otaqdan ibarət 3 saylı yaşayış sahəsinin ona təhvil verilməsi öhdəliyinin icra edilməsinin "xxxx" MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 idida tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 cavabdeh "xxxx" MTK 01.09.2010-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda tikilən 19 mərtəbəli çoxmənzilli yaşayış binasında “C” giriş-1, (3-cü bina) 1-ci mərtəbəsində ümumi sahəsi 211,17.kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olmaqla, 4 otaqdan iba rət 3 saylı mənzilin alğısatqısına dair müqavilə bağlayaraq, kooperativin üzvü olmuşdur. Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin 28719 manat dəyərini tam ödəmiş və iddiaçıya MTK tərəfindən bu barədə 01.09.2010cu il tarixli maliyyə arayışı verilərək qeyd olunmuşdur ki, İddiaçı1 "xxxx" MTK-nə borcu yoxdur. Müqavilənin “Tərəflərin öhdəlikləri” hissəsində göstərilmişdir ki, “İcraçı” Müqaviləyə 1 saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq yaşayış binasını tikib istifadəyə vermək; tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini (mənzilin dəyəri tam ödənilmək şərtilə) “Alıcıya ” təhvil verməyi öhdəsinə götürür. Bina tikilib hazır olduqdan sonra iddiaçı aldığı mənzildən istifadə etmək istəyərkən mənzilin başqa tanımadığı şəxslərin istifadəsinə olduğunu görmüş və bu barədə MTK-nın sədrinə müraciət edərkən, həmin mənzilin iddiaçıya aid olmadığını bildirmişdir. Bundan sonra "xxxx" MTK-nın sədrinə ərizə ilə müraciət edərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra edib göstərilən mənzilin iddiaçıya təhvil verilməsini bildirsə də, ərizənin qəbul olunmasından imtina edilmiş və ona görə də 05.02.2019-cu il tarixdə poçt xidməti tərəfindən müvafiq akt tərtib olunmuşdur. Göründüyü kimi, iddiaçı mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə d air” 2010-cu il 25 oktyabr tarixli Qərarının hüquqi mövqeyinə uyğun deyildir. Hesab edir ki, 4 otaqlı mənzilin dəyərini ödəməklə müqavilə üzrə öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq, "xxxx" MTK mənzili təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Halbuki, "xxxx" MTK dəyəri ödənilmiş Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında tikilən 19 mərtəbəli coxmənzilli yaşayış binasında “C” giriş-1, (3-cü bina) 1-ci mərtəbəsində ümumi sahəsi 211,17.kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olmaqla 4 otaqdan ibarət 3 saylı mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.06.2009-cu ildə "xxxx" MTK ilə müqavilə bağlayaraq, həmin MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, 1 0 C ünvanda tikilən binada 1-ci giriş, 1-ci mərtəbə, 1-ci qapı, 184,4 kv.metr qeyri-yaşayış sahəsini 198210 manata almışdır. Həmin pulu hissə-hissə olmaqla MTK-nə ödəyib 2010-cu ilin may ayında qurtarmışdır. Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, 10 C ünvanda yerləşən binanın 1-ci giriş, 1ci mərtəbə, 1-ci qapı, 184,4 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur, buna dair mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli, 27.09.2016-cı il tarixli AR ƏMDK DƏDRX tərəfindən çıxarış və 27.09.2016-cı il tarixli texniki pasport da verilmişdir. O, həmin obyekti 2014-cü ildən başlayaraq təmir etdirmiş və o vaxtdan qeyri-yaşayış sahəsindən istifadə edir. DƏDRXnin 27.09.2016-cı il tarixli “Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə” dair arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, 10 C ünvanda yerləşən binanın 1-ci giriş, 1-ci mərtəbə, 1-ci qapı, 184,4 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən 20.09.2016-cı il tarixinə bazar dəyəri 531000 manat təşkil edir. Sözügedən qeyri-yaşayış sahəsinin qanuni sahibi, mülkiyyətçisi o, olmuş, 2009-cu ildən həmin sahə onun sahiblik və istifadəsində olmuş, 2016-cı il tarixdən qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Həmin obyektin dəyərini tam olaraq ödəmiş və qanuni əsaslarla əldə etmişdir. Lakin 2019-cu ilin avqust ayında ona məlum olmuşdur ki, qanuni əsaslarla əldə etdiyi qeyri-yaşayış sahəsinə dair cavabdehlər "xxxx" MTK ilə İddiaçı1 arasında 01.10.2010-cu il tarixli qanun suz və saxta müqavilə bağlanmışdır. MTK rəhbərliyi ona bidirmişdir ki, İddiaçı1 onlara qarşı məhkəmədə iddia qaldırmışdır. MTK rəhbərliyi ona 2019-cu ilin avqust ayında verdiyi kserosurət olan 01.10.2010-cu il tarixli müqavilədə göstərilir ki, guya "xxxx" MTK Bakı şəhəri, ünvan 3 ünvanda tikintisini həyata keçirdiyi 19 mərtəbəli çoxmənzilli yaşayış binasındakı (giriş-1, 3-cü bina) 1-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi 211,17 kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olmaqla 4 otaqdan ibarət 3 saylı mənzili İddiaçı1 hər bir kv.metr üçün 136 manat olmaqla, cəmi 28719 manata satmışdır. 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışında göstərilir ki, guya Bakı şəhəri, Babək rrospekti, ev 10C (giriş-1, 3-cü bina) 1-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi 211,17 kv.metr yaşayış sahəsi 12 2,87 kv.metr olmaqla 4 otaqdan ibarət 3 saylı mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-nə borcu yoxdur. Lakin sözügedən müqavilə saxtadır, heç bir hüquqi qüvvəsi yoxdur, MTK-dan ona bildiriblər ki, həmin mənzilə görə müqavilə üzrə "xxxx" MTK-nə hər hansı ödəniş həyata keçirilməmişdir. Hətta ödəniş keçirilmiş olsa belə, o, vicdanlı alıcıdır, mülkiyyətçidir, onun əmlakını MTK İddiaçı1 necə sata bilərdi. Sözügedən sahə mənzil yox, qeyri-yaşayış sahəsidir. Ötən 9 il müddətində nə MTK nümayəndəsi, nə də İddiaçı1 həmin qeyri-yaşayış sahəsinə heç vaxt gəlməmişlər. Bu əmlaka dair bu vaxtadək kimsə hər hansı sənədi ona təqdim etməyib. Müqaviləyə diqqət yetirdikdə görünür ki, 211,17 kv.metr sahə hər bir kv.metr üçün 136 manat olmaqla, cəmi 28719 manata satılmışdır ki, bu da tamamilə absurddur, real bazar qiymətlərindən kəskin fərqlənir. 28719 manata heç 1 otaqlı mənzil belə almaq mümkün deyil, nəinki, 211,17 kv.metr qeyri-yaşayış sahəsi. Həmin qeyri-yaşayış sahəsinin real bazar dəyəri 2016-cı ildə 531000 manat olmuş, 2009-cu ildə isə həmin qeyri-yaşayış sahəsini 198210 manata almışdır. 01.10.2010-cu tarixli müqavilə və 01.10.2010-cu il tarixli, 14 nömrəli maliyyə arayışı bağlandığı andan etibarsız hesab edilməlidir. İddiaçı "xxxx" MTk qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı1 01.10.2010-cu il tarixli müqaviləni və 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışını məhkəməyə təqdim etmişdir. 01.10.2010-cu il tarixli müqavilədə göstərilir ki, guya "xxxx" MTK Bakı şəhəri, ünvan 4 ünvanda tikintisini həyata keçirdiyi 19 mərtəbə li çoxmənzilli yaşayış binasındakı (giriş-1, 3-cü bina) 1-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi 211,17 kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olmaqa 4 otaqdan ibarət 3 saylı mənzili İddiaçı1 hər bir kv.metr üçün 136 manat olmaqla, cəmi 28719 manata satmışdır. 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışına əsasən, guya Bakı şəhəri, ünvan 4 (giriş-1, 3-cü bina) 1-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi 211,17 kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olmaqla 4 otaqdan ibarət 3 saylı mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmişdir və “Yapı inşaat" MTK-nə borcu yoxdur. Həmin tarixdə onların bu müqavilədən xəbərləri olmamışdır. Sözügedən müqavilə saxtadır, heç bir hüquqi qüvvəsi yoxdur, həmin mənzilə görə müqavilə üzrə "xxxx" MTK-nə hər hansı ödəniş həyata keçirilməmişdir. Müqavilə dəki və maliyyə arayışındakı imzalar MTK-nın sədrinə və mühasibə məxsus deyildir və möhür də MTK-nə məxsus möhür deyildir, iddiaçı ilə cavabdeh arasında hər hansı mənzilə dair heç bir müqavilə imzalanmayıb, heç bir münasibət olmayıb. Həmin mübahisəli əmlak İddiaçı2 qanuni əsaslarla satılmış və həmin əmlakın mülkiyyətçisi İddiaçı2dir. Belə ki, İddiaçı2 ilə "xxxx" MTK arasında 01.06.2009cu il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, 10C ünvanda tikilən binada 1-ci giriş, 1-ci mərtəbə, 1-ci qapı, 184,4 kv.metr qeyri-yaşayış sahəsini İddiaçı2 198210 manata satmışdır. İddiaçı2 mübahisəli əmlaka dair ödənişlər etmiş, ödənişlərə dair kassa mədaxil orderləri verilmişdir. Sözügedən əmlaka dair İddiaçı2 mülkiyyət hüququ nu təsdiq AR ƏMDK DƏDRX tərəfindən RX ******* nömrəli, 27.09.2016-cı il tarixli çıxarış və 27.09.2016-cı il tarixli pasport da verilmişdir. Göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsinin qanuni sahibi, mülkiyyətçisi İddiaçı2dir, həmin əmlak onun sahiblik və istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsində İddiaçı2 tərəfindən təmir işləri də aparılmışdır. Sözügedən sahə mənzil yox, qeyri-yaşayış sahəsidir. Ötən 9 il müddətində cavabdeh həmin qeyriyaşayış sahəsinə heç vaxt gəlməmiş, həmin sahənin harda yerləşdiyini belə bilməmişdir. Bundan əlavə, həmin müqavilədəki və maliyyə arayışındakı imzalar "xxxx" MTK-nın sədri X4 məxsus deyildir. 01.10.2010-cu il tarixli müqavilədəki və 01.10.2010-cu il tarixli, 14 nömrəli maliyyə arayışındakı möhür saxtadır, "xxxx" MTK-ya məxsus möhür ilə eynilik t əşkil etmir. Müqaviləyə diqqət yetirdikdə görünür ki, guya 211,17 kv.metr sahə hər bir kv.metr üçün 136 manat olmaqla, cəmi 28719 manata satılmışdır ki, bu da tamamilə absurddur, real bazar qiymətlərindən kəskin fərqlənir. Odur ki, 01.10.2010-cu il tarixli müqavilə və 01.10.2010-cu il tarixli, 14 nömrəli maliyyə arayışı bağlandığı andan etibarsız hesab edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1931/2019 saylı, 02 iyul 2019-cu il tarixli qərardadı ilə (hakim Fikrət Mirzəyev) məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 07.08.2019-cu il tarixli, 19396 nömrəli rəyinə əsasən, İddiaçı1 ilə "xxxx" MTK arasında bağlanmış 01.10.2010-cu il tarixli müqavilənin “İcraçı” qrafas ındakı imza və 01.01.2010-cu il tarixli, 14 nömrəli maliyyə arayışında "xxxx" MTK-nin sədri:” qrafasındakı imza X5 tərəfindən icra olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3117/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərardadı ilə (hakim Rəşad Həsənov) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı2 cavabdehlər İddiaçı1 və "xxxx" MTK-nə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(007)-3117/2019 nömrəli mülki işin İddiaçı1 cavabdeh "xxxx" MTK-nə qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsimə dair” iddia ərizəsi üzrə 2(007)-1931/2019 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-105/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qərardadı ilə (hakim Fikrət Mirzəyev) mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-3354/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Lalə Rəhimli) ilk iddianın rədd edilməsi, İddiaçı "xxxx" MTK-nın qarşılıqlı iddiasının və İddiaçı2 iddiasının təmin edilməsi, "xxxx" MTK ilə İddiaçı1 arasında Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında tikilən 19 mərtəbəli çoxmənzilli yaşayış binasında giriş-1, (3-cü bina) 1-ci mərtəbəsində ümumi sahəsi 211,17 kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olmaqla 4 otaqdan ibarət 3 saylı mənzilə dair bağlanmış 01.10.2010-cu il tarixli müqavilə və 01.10.2010-cu il tarixli 14 nömr əli maliyyə arayışının etibarsız hesab edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 122 manat məbləğində pul vəsaitinin İddiaçı1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ilk olaraq mübahisə edilən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10C ünvanında yerləşən 19 mərtəbəli yaşayış binasının (3-cü bina), 1-ci mərtbəsində yerləşən sahənin 198,21 kv.metr hissəsinə dair İddiaçı2lə "xxxx" MTK ilə 01.06.2009-cu il tarixdə, sonradan isə 211,17 kv.metr hissəsinə dair İddiaçı1la "xxxx" MTK arasında 01.10.2010-cu il tarixdə müqavilə bağlanmışdır. Göründüyü kimi, "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış müqavilə, "xxxx" MTK ilə İddiaçı2 arasında olan 01.06.2009-cu il tarixli müqavilədən sonrakı tarixdə, yəni 01.10.2010-ci ildə bağlanmışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı1 göstərilən dəlilləri əsassızdır. Belə ki, İddiaçı2 iştirakı olmadan, ona məxsus qeyri-yaşayış sahəsinə dair "xxxx" MTK ilə İddiaçı1 arasında 01.10.2010-cu il tarixdə müqavilə bağlanmışdır. Göründüyü kimi, göstərilən qeyri-yaşayış sahəsi İddiaçı2 məxsus olduğu halda, bununla da qeyd edilən qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı bir razılaşma (müqavilə) bağlanarkən, İddiaçı2 də iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakı olmadan, İddiaçı2lə bağlanan müqavilənin tərəfi olmayan şəxs, yəni İddiaçı1 ilə "xxxx" MTK arasında göstərilən müqavilə bağlanaraq, İddiaçı2 məxsus qeyri-yaşayış sahəsi "xxxx" MTK tərəfindən İddiaçı1 satılmışdır. Bununla da mübahisəli qeyri-yaşayış sahəsinə dair "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış qeyd edilən müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış müqavilə, İddiaçı2 ilə "xxxx" MTK arasında bağlanmış 01.06.2009-cu il tarixli müqavilə qanunla müəyyən edilmiş qaydada ləğv edilmədən, Azərbaycan Respublikası Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış, eyni zamanda həmin müqavilə İddiaçı2 mübahisəli mənzilin satılmasına dair iradəsini ifadə etməmişdir. Digər tərəfdən, məhkəmə hesab edir ki, İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış 01.10.2010-cu il tarixli müqaviləyə əsasən İddiaçı1 satılmış 211,17 kv.metr yaşayış sahəsin in dəyərinin 28719 manat məbləğində müəyyən edilməsi ağlabatan və inandırıcı deyildir. Belə ki, iş materiallarında olan eyni ilə məxsus müxtəlif şəxslərlə bağlanmış müqavilələrdə ümumi sahəsi daha az olan yaşayış sahələrinin dəyəri 93000 manatdan yuxarı məbləğdə müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış 01.10.2010-cu il tarixli müqavilə qanunla müəyyən edilmiş şərtlərin pozulmaqla bağlanılmışdır. Buna görə də, İddiaçı1 mövcud iddia tələbi rədd edilməli, İddiaçı2 və "xxxx" MTK-nın iddiası isə "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin, iddiaçı "xxxx" MTK-nın qarşılıqlı iddiasının və İddiaçı2 iddiasının "xxxx" MTK ilə İddiaçı1 arasında Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ün vanında tikilən 19 mərtəbəli çoxmənzilli yaşayış binasında giriş-1, (3-cü bina) 1-ci mərtəbəsində ümumi sahəsi 211,17 kv.metr, yaşayış sahəsi 122,87 kv.metr olmaqla 4 otaqdan ibarət 3 saylı mənzilə dair verilmiş 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışının etibarsız hesab edilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MTK ilə İddiaçı1 arasında mübahisəli mənzilə dair bağlanmış müqavilə etibarsız hesab edildiyindən, məhkəmə araşdırması zamanı İddiaçı1 tərəfindən mübahisə predmeti olan əmlaka görə 28719 manat məbləğində pul vəsaitin ödənilməsi öz təsdiqini tapmadığından, verilmiş maliyyə arayışı da etibarsız hesab edilməlidir. Hazırkı mübahisə üzrə isə "xxxx" MTK ilə İddiaçı2 arasında bağlanmış 01.06.2009-cu il tarixli müqavilələrin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı1 "xxxx" MTK ilə İddiaçı2 arasında bağlanan 01.06.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, "xxxx" MTK ilə İddiaçı2 arasında bağlanan 01.06.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilmədiyindən, “həmin müqavilə əsasında verilmiş Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti 10C, 1-ci giriş, 1-ci mərtəbə, qapı-1, ümumi sahəsi 184,4 kv.metr olan qeyri-yaşayış sahəsinin qeydə alınmasına dair RX ******* nömrəli 27.09.2016-cı il tarixli çıxarışın ləğv edilməsinin AR ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinə həvalə edilməsi, orada olan şəxslərin həmin sahədən çıxarılması və Bakı şəhəri, ünvan 4, 1-ci giriş, (3-cü bina) 1-ci mərtəbə, ümumi sahəsi 211,17 kv.metr olan 4 otaqdan ibarət 3 saylı yaşayış sahəsinin ona təhvil verilməsi öhdəliyinin icra edilməsinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması”na dair İddiaçı1 iddia tələbləri əsassızdır. Odur ki, iddia həmin hissələrdə də təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 337.1, 337,4,, 421.1, 423-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə İddiaçı1 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın təmin edilərək, "xxxx" MTK-nın qarşılıqlı iddia ərizəsinin və İddiaçı2 iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya ins tansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Ziya Şirinov, Fuad Talışinski) 2(103)-2663/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(011)3354/2020 qətnaməsi qismən, yəni "xxxx" MTK-nın və İddiaçı2 iddia tələbləri üzrə «01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışının etibarsız hesab edilməsi» hissədə ləğv olunması, iddia tələblərinin həmin hissədə təmin olunmaması, "xxxx" MTK-dan 28719 manat pul vəsaitinin tutularaq İddiaçı1 xeyrinə verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mübahisə edilən Bakı şəhəri, Xətai rayonu, Babək pr ospekti 10C ünvanında yerləşən 19 mərtəbəli yaşayış binasının (3-cü bina), 1-ci mərtbəsində yerləşən sahənin 198,21 kv.metr hissəsinə dair İddiaçı2lə "xxxx" MTK ilə 01.06.2009-cu il tarixdə, sonradan isə 211,17 kv.metr hissəsinə dair İddiaçı1la "xxxx" MTK arasında 01.10.2010-cu il tarixdə müqavilə bağlanmışdır. Göründüyü kimi, "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış müqavilə, "xxxx" MTK ilə İddiaçı2 arasında olan 01.06.2009-cu il tarixli müqavilədən sonrakı tarixdə, yəni 01.10.2010-ci ildə bağlanmışdır. Odur ki, İddiaçı1 göstərilən dəlilləri əsassızdır. Belə ki, İddiaçı2 iştirakı olmadan, ona məxsus qeyri-yaşayış sahəsinə dair "xxxx" MTK ilə İddiaçı1 arasında 01.10.2010-cu il tarixdə müqavilə bağlanmışdır. göstərilən qeyri-yaşayış sahəsi İddiaçı2 məxsus olduğu halda, bununla da qeyd edi lən qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı bir razılaşma (müqavilə) bağlanarkən, İddiaçı2 də iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakı olmadan, İddiaçı2lə bağlanan müqavilənintərəfi olmayan şəxs, yəni İddiaçı1 ilə "xxxx" MTK arasında göstərilən müqavilə bağlanaraq, İddiaçı2 məxsus qeyri-yaşayış sahəsi "xxxx" MTK tərəfindən İddiaçı1 satılmışdır. Bununla da mübahisəli qeyri-yaşayış sahəsinə dair "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış qeyd edilən müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Göründüyü kimi, İddiaçı1la bağlanmış müqavilə daha əvvəl eyni daşınmaz əmlakla bağlı "xxxx" MTK ilə İddiaçı2 arasında bağlanmış müqavilənin qüvvədə olduğu, yəni tərəflərin hüquq və vəzifələrinə xitam verilmədiyi dövrdə bağlanmışdır (qeyd edilməldir ki, İddiaçı1la bağlanmış m üqavilədə daşınmaz əmlak mənzil kimi qeyd edilsə də, tərəflər mübahisənin eyni daşınmaz əmlakla, yəni yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı olmasını bildirərək, bu halı mübahisələndirməmişlər). Belə olan halda isə, İddiaçı1la bağlanmış müqavilə mübahisə predmeti olan daşınmaz əmlak üzərində sonuncunun qanuni əmlak hüquqlarının yaranmasına əsas ola bilməzdi. Bununla yanaşı, qeyd edilməlidir ki, mübahisəli daşınmaz əmlak uzun müddət əvvəl İddiaçı2 təhvil verilmiş, sonuncu oradan istifadə edərək, əmlak üzərində mülkiyyət hüquqları hələ 2016-cı ildə dövlət qeydiyyatına alınmışdır. İddiaçı1 isə əmlakı ümumiyyətlə təhvil almamış, ondan istifadə etməmişdir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, əşyaya sahiblənmə dedikdə hüquqi sənədləşmə ilə yanaşı, həmçinin faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması (qapı qoyması, açarını yalnız özündə saxlaması, təmir etməsi), mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Ona görə də, qeyd edilən aktiv hərəkətlərlə dəstəklənməyən təhvil aktı və ya müqavilə özü-özlüyündə sahiblənməni təsdiqləyən sübut kimi qəbul oluna bilməz. Göründüyü kimi, İddiaçı2 mübahisəli əmlaka faktiki sahiblənən alıcı olduğundan, yəni əşya artıq ona faktiki olaraq verildiyindən və keçən müddət ərzində sonuncu ona yiyələnərək, mülkiyyətçi kimi sahiblik etdiyindən digər kreditorun (alıcının) həmin əşyan ı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmışdır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri ilk iddianın təmin olunmalı olması hissədə tam əsassızdır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Apellyasiya şikayətinin dəlillərində həmçinin mübahisəli əmlak üzərində İddiaçı2 mülkiyyət hüquqlarının 27 sentyabr 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, lakin 30 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən əmlakı X3, qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin hazırda da X9 olması, bu səbəbdən də İddiaçı2 hazırki iddianı qaldırmaqda subyektiv hüquqlarının olmaması göstərilmişdir. Belə ki, apellyasiya şikayətinə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 13 noyabr 2020-ci il tarixli arayışından görünür ki, mübahisəli daşınmaz əmlak "xxxx" MTK üzvlərinin ümumi iclasının 18 mart 2016cı il tarixli, 1 nömrəli protokolundan çıxarışa, 05 sentyabr 2016-cı il tarixli maliyyə arayışına əsasən 27 sentyabr 2016-cı il tarixdə ilkin olaraq İddiaçı2 adına qeydiyyatdan keçmiş, 5 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 30 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 19 fevral 2019-cu il tarixdə X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Yuxarıda qeyd edildiyi kimi X9 müstəqil tələblər sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş, sonuncu izahatında həmçinin qeyd etmişdir ki, o, mübahisəli daşınmaz əmlakın hazırki mülkiyyətçisi kimi İddiaçı2 iddiasını müdafiə e dir və hesab edir ki, İddiaçı2 həmin iddianı qaldırmaqda subyektiv hüquqlara malikdir. Eyni zamanda, İddiaçı2 nümayəndəsi subyektiv hüquqla bağlı məsələyə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı1 cavabdeh kimi həmçinin hüquqlarını təmsil etdiyi İddiaçı2 qarşı iddia qaldıraraq, sonuncu ilə MTK arasında mübahisəli daşınmaz əmlaka dair bağlanmış müqaviləni, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışı və s. mübahisələndirmişdir. Belə olan halda, İddiaçı2 da İddiaçı1 qarşı müvafiq tələbləri irəli sürmüşdür. Mübahisəli daşınmaz əmlakın İddiaçı2 tərəfindən X1 faktı vəziyyəti dəyişdirmir və İddiaçı2 subyektiv hüquqlarını aradan qaldırmır. Eyni zamanda, İddiaçı1 iddiası üzrə İddiaçı2 əmlak üzərində hüquqmüəyyənedici sənədləri ləğv olunacağı təqdirdə, sonuncunun X9 ilə mülki mübahi səsi yarana bilər ki, bu halın özü də İddiaçı2 hazırki iddia tələbini irəli sürməkdə kifayət qədar subyektiv hüquqlara malik olmasına dəlalət edir. Məhkəmə kollegiyası qaldırılmış iddia tələblərini, işin həqiqi hallarını, tərəflərin mövqeyini və s. işin diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı2 iddia tələblərini irəli sürməkdə subyektiv hüquqlara malik olmuşdur. İlkin olaraq qeyd edilməldir ki, İddiaçı1 İddiaçı2 qarşı iddia tələbləri irəli sürərək, mübahisəli əmlaka dair sonuncunun adına olan hüquqmüəyyənedici sənədləri mübahisələndirmişdir. Bu səbəbdən də Vəliyev X13 Murad Şirin oğluna qarşı iddia verərək analoji sənədləri mübahisələndirmişdir. Eyni zamanda, məhkəmə kollegiyası İddiaçı2 nümayəndəsinin mövqeyi ilə də razılaşaraq qeyd edir ki, İddiaçı1 iddiası üzrə İddiaç ı2 qarşı tələbləri sonuncuya gələcəkdə X9 qarşısında daşıya biləcəyi hüquq və vəzifələr (öhdəliklər) baxımından da əhəmiyyətlidir və özü-özlüyündə tələb (subyektiv) hüquqlarının mövcudluğunu ehtiva edir. Göründüyü kimi, apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır (həmçinin qeyd edilməldir ki, analoji iddia tələbləri "xxxx" MTK tərəifndən də irəli sürülmüşdür). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi - İddiaçı1 iddiasını təmin etməməkdə, həmçinin "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış 01.10.2010-cu il tarixli müqaviləni etibarsız saymaqda haqlı olmuşdur. Qətnamə həmin hissədə qanuni və əsaslıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi "xxxx" MTK tərəfindən İddiaçı1 verilmiş 01.10.2010-cu il tarixl i 14 nömrəli maliyyə arayışının etibarsız hesab etməkdə haqlı olmamışdır. "xxxx" MTK qarşılıqlı iddia ərizəsində İddiaçı1 tərəfindən mübahisəli əmlaka görə hər hansı pul vəsaitinin ödənilməməsini, müqavilədə və maliyyə arayışında olan imza və möhürlərin MTK-ya və onun sədrinə aid olmamasını göstərsə də, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə xəttşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı1 ilə "xxxx" MTK arasında bağlanmış 01.10.2010-cu il tarixli müqavilənin «İcraçı» qrafasındakı imza və 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışında (i.v.) "xxxx" MTK-nın sədri qrafasındakı imza – X5 tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin edərkən qeyd etmişdir ki, "xxxx" MTK ilə İddiaçı1 arasında mübahisəl i mənzilə dair bağlanmış müqavilə etibarsız hesab edildiyindən, məhkəmə araşdırması zamanı İddiaçı1 tərəfindən mübahisə predmeti olan əmlaka görə 28719 manat məbləğində pul vəsaitin ödənilməsi öz təsdiqini tapmadığından, verilmiş maliyyə arayışı da etibarsız hesab edilməlidir. Göründüyü kimi, məhkəmə iki əsasla maliyyə arayışının etibarsız olmasını nəticəsinə gəlmişdir: - "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış 01.10.2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, - Məhkəmə araşdırması zamanı İddiaçı1 tərəfindən mübahisə predmeti olan əmlaka görə 28719 manat məbləğində pul vəsaitin ödənilməsinin öz təsdiqini tapmaması. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış 01.10.2010-cu il tarixli müqavilə ona görə etibarsız sayılmışdır ki, mübahisəli əmlakla bağlı daha əvvəl MTK ilə İddiaçı2 arasında müvafiq müqavilə bağlanmışdır və bununla da sonuncunun əşya üzərində qanuni əmlak hüquqları yaranmışdır (bu barədə yuxarıda ətraflı qeyd olunmuşdur). Yəni, "xxxx" MTK ilə İddiaçı1 arasında 01.10.2010-cu il tarixli müqavilənin imzalanması (bağlanması) şübhə doğurmamışdır və birinci instansiya məhkəməsi də bu halı qəbul etmişdir (qətnamədə bunun əksi ilə bağlı hər hansı mövqe yoxdur). Göründüyü kimi, "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış 01.10.2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi özü-özlüyündə maliyyə arayışının da etibarsız olması anlamına gələ bilməz (maliyyə arayışı yalnız müqaviləyə əsasən müvafiq pul vəsaitinin ödənilməsi faktını təsdiq edir). Birinci instans iya məhkəməsinin istinad etdiyi ikinci əsas (İddiaçı1 tərəfindən mübahisə predmeti olan əmlaka görə 28719 manat məbləğində pul vəsaitin ödənilməsinin öz təsdiqini tapmaması) isə işdə olan sübutlarla öz təsdiqini tapmır. Yəni, işdə 01.10.2010-cu il tarixli 14 nömrəli maliyyə arayışının saxta olması, İddiaçı1 tərəfindən "xxxx" MTK-ya 28719 manat pul vəsaitinin ödənilməsini istisna edən hər hansı mötəbər sübut mövcud deyildir (həmin hissədə sübutetmə yükü iddia edənlərin üzərinə düşür). "xxxx" MTK qarşılıqlı iddianı həmin hissədə (eyni zamanda İddiaçı2 həmin hissədə iddia tələbini) ümumi sözlərdə əsaslandırmağa çalışmış, məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələblərini maliyyə arayışına aid hissədə təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri - "xxxx" MTK tərəfindən İddiaçı1 verilmiş 01.10.2010-cu il tarixli, 14 nömrəli maliyyə arayışının etibarsız sayılması hissədə təmin olunmamalıdır. Qətnamə həmin hissədə apellyasiya şikayətinə əsasən ləğv olunmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış 01.10.2010-cu il tarixli müqavilənin etibarsız olması nəticəsinə gəldiyi halda, Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməməkdə haqlı olmamışdır. Həmin normaya əsasən - əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərd ə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşdə olan sübutlarla məhkəmə tərəfindən etibarsız sayılmış müqavilə üzrə İddiaçı1 tərəfindən "xxxx" MTK-ya 28719 manat pul vəsaitinin ödənilməsi müəyyən olunur (MTK bunun əksini sübut edə bilməmişdir). Belə olan halda, həmin pul vəsaiti "xxxx" MTK-dan tutularaq İddiaçı1 xeyrinə verilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri İlk İddiaçı1 (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməs inin təmin olunmayan hissəsinin ləğv edilərək iddia ərizəsinin tam təmin edilməsi, MTK-nin qarşılıqlı iddia ərizəsinin və İddiaçı2 iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 əmlakı X3 birinci instansiya məhkəməsi qətnamə qəbul edəndən sonra məlum olduğuna görə apelyasiya şikayətində bu barədə göstərilmişdir. Yəni, MTK və İddiaçı2 mübahisəli əmlakın Ofeliya Ələkbərovanın adına olmasını bildirsəydi birinci instansiya məhkəməsində sonuncuya qarşı da tələb irəli sürülərdi. Məhkəmə Kollegiyası isə birinci instansiya məhkəməsində əmlakın X6 adına keçirilməsinin nə üçün gizlədilməsinin səbəblərini araşdırmaq əvəzinə onu, 16.03.2021-ci il tarixdə müstəqil tələblər sürməyən üçüncü şəxs qismində məhkəmə iclasına cəlb edərək həmin gün də, teztələsik qətnamə çıxararaq AR MPM-nin maddəsinin tələblərini pozmaqla yanaşı, bir tərəfli mövqedə dayanaraq İddiaçı1 sonuncunun sənədlərinin mübahisələndirilməsinə imkan verməmişdir. İkincisi apellyasiya şikayətində İddiaçı1 verilən Maliyyə arayışından fərqli olaraq MTK-nın təsisçisi İddiaçı2 adına yazılan 11 ədəd mədaxil orderlərində yalnız MTK-nın sədri X7 imza etməsinin və MTK-nin Baş mühasib isə mədaxil orderlərinin heç birinə imza etməməsinin səbəbləri araşdırılmamışdır. Bu hal onu göstərir ki, MTK-nın təsisçisi İddiaçı2 göstərişinə əsasən MTK-nın sədri X2 onunla əvvəlki tarixə müqavilə bağlatdırmışdır. Əks təqdirdə məhkəməyə ilk iddia ərizəsi ilə müraciət edilən zaman bu barədə məlumat vermiş olardı. Bundan əlavə mübahisəli əmlakın hansı sənədlər ə əsasən qeydiyyata alınması və yaşayış binasının Dövlət qəbul komissiyası tərəfində istismara qəbul edilməsinə dair müvafiq sənədlərin (akt və sairə) surətini əlavə etməklə bizə ətraflı arayış verilməsi barədə verilən sorğulara, yalnız məhkəmənin tələbi ilə cavab veriləcəyinə Məhkəmə kollegiyası əhəmiyyət verməmişdir. Halbuki, cavab məktubunda sözügedən əmlak 30.01.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 19.02.2019-cu il tarixdə X6 adıncı qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Digər tələb edilən sənədlərin məhkəmə sorğusu ilə verilməsi qeyd edilmişdir. Bundan başqa cavabdeh "xxxx" MTK isə iddia ərizəsinə qarşı “Müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddia ərizəsini verərkən AR MPM-nin 155.1-ci maddəsinə qeyd edilən yəni işin ba xılmasına başlanana kimi verməli olduğu halda və AR Mülki Məcəlləsinin 354.2-ci maddəsində göstərilən əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində verməli olduğu halda həmin müddətlə əməl etməmişdir. Məhkəmə isə qarşılıqlı iddia ərizəsini qanunsuz olaraq icraata qəbul etsə də, göstərilən normaya əsasən MTK-nın İddiaçı1la bağladığı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair" iddia ərizəsi vermək hüququnu itirdiyi üçün rədd etməli olduğu halda bunu etməmişdir. Məhkəmə Kollegiyası isə göstərilən maddələrin nəyə əsasən tətbiq edilməməsinin səbəblərini qətnamədə göstərməmişdir. Bundan başqa Məhkəmə Kollegiyasının qətnamədə mübahisəli daşınmaz əmlakın İddiaçı2 tərəfindən X1 faktı vəziyyəti dəyişdirmir və İddiaçı2 subyek tiv hüquqlarını aradan qaldırmır gösərməkdə də, haqlı deyildir. Belə ki, İddiaçı2 də, AR Mülki Məcəlləsinin 354.2-ci maddəsində göstərilən əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində verməli olduğu halda həmin müddətlə əməl etməmişdir. Bütün bunlarla yanaşı Məhkəmə Kollegiyası əmlakın iki nəfərə satmasına dair "Yapı İnşaat” MTK-nın cinayət xarakterli əməlinə qiymət verməmiş və bu barədə xüsusi qərardad çıxararaq prokurora məlumat verməyərək qanunsuz nəticəyə gəlmişdir. Qarşılıqlı iddiaçı "xxxx" MTK (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni "xxxx" MTK-nın iddia tələbləri üzrə “01.10.2010-cu il tarixli, 14 nömrəli maliyyə arayışının etibarsız hesab edilməsi” hissəsində ləğv olunması, iddia tələbinin həmin hissədə təmin olunmaması, "xxxx" MTK-dan 28719 manat pul vəsaitinin tutularaq İddiaçı1 xeyrinə verilməsi” hissəsində ləğv olunması və "xxxx" MTK-nın qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, onların 01.10.2010-cu il tarxli müqavilədən xəbərləri yoxdur. Sözügedən müqavilə saxtadır, heç bir hüquqi qüvvəsi yoxdur. Həmin mənzilə üzrə "xxxx" MTK-ya hər hansı ödəniş həyata keçirilməmişdir. Müqavilədəki imzalar MTK-nın sədrinə və mühasibə məxsus deyildir və möhür də MTK-ya məxsus deyildir. İddiaçı ilə cavabdeh arasında hər hansı mənzilə dair heç bir müqavilə imzalanmamış, heç bir münasibət olmamışdır. Sözügedən sahə mənzil yox, qeyri-yaşayış sahəsidir. Ötən 9 il müddətind ə cavabdeh həmin qeyri-yaşayış sahəsinə heç vaxt gəlməmiş, həmin sahənin harada yerləşməsini bilməmişdir. Müqaviləyə diqqət yetirdikdə görünür ki, guya 211.17 kv.m sahə hər bir kv.m üçün 136 manat olmaqla, 28719 manata satılmışdır. Bu da tamamilə absurdur. Real bazar qiymətlərindən kəskin fərqlənir. İş materiallarında İddiaçı1 MTK-ya pul ödəməsinə dair kassa mədaxil qəbzi yoxdur. Odur ki, sözügednə qətnamə ləğv edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Qarşılıqlı iddiaçı "xxxx" MTK məhkəməyə ilk İddiaçı1 kasasiya şikayətinə yazılı etiraz ünvanlayaraq, İddiaçı1 kasasiya şikayətinin təmin edilməməsi və "xxxx" MTK-nın kasasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X10 ilk İddiaçı1 kasasiya şikayətinə yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, sözügedən mübahisəli qeyriyaşayış sahəsi İddiaçı2 tərəfindən ona notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında satılmış, həmin qeyri-yaşayış sahəsinə dair AR ƏMDK yanında DƏDRX tərəfindən ona 19.02.2019-cu il tarixli, Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Hazırda sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi odur. Onun subyektiv hüququnun olmamasına dair İddiaçı1 dəlilinə münasibətdə bildirmək istəyir ki, həmin qeyri-yaşayış sahəsi çıxarışla ona məxsus olduğundan, o, həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğundan hazırda subyektiv hüquqa malikdir. Belə ki, əgər İddiaçı2 cavabdehlər İddiaçı1 ilə “Yapı İnşaat’ MTK arasında bağlanmış müqaviləni mübahisələndirməsəydi və İddiaçı1 əsassız iddi a tələbi təmin olunsaydı, bu zaman həm onun, həm də İddiaçı2 hüquqları pozulardı, çünki həmin qeyriyaşayış sahəsini o, almışdır. O, vicdanlı alıcıdır. Onun mülkiyyətində olan əmlakın hazırda iddiaçı tərəfindən mübahisə obyektinə çevirməsi üçün ən azından iddiaçının subyektiv hüququ müəyyən edilməlidir. Onunla iddiaçı arasında hər hansı bir mülki hüquq münasibəti mövcud deyildir və onun tərəfindən İddiaçı1 hüquqlarına qarşı hər hansı bir qanunsuz hərəkətə yol verilməmişdir. Lakin, hazırkı halda mübahisələndirilən əmlak onun mülkiyyətinə təhvil verildiyindən həmin əmlakın yenidən iddiaçı tərəfindən tələb edilməsi və ya digər vasitə ilə müqavilənin etibarsızlığının tələb olunması hüququ maddi hüquq norması ilə məhdudlaşdır. Hesab edir ki, hazırki halda qeyd olunan qeyri-yaşayış sahəsini tələb etmək üçün, o cümlədən müqavilənin etibarsız hesab edilməsi üçün iş üzrə İddiaçı1 subyektiv hüququ mövcud olmamış və maddi hüquq normasının tələbinə görə o həmin hüququ itirilmişdir. Çünki, mülkiyyət hüququ ilə onun sahibliyində və istifadəsində olan əmlak üzərində iddiaçının hüquqlarının tanınması qüvvədə olan maddi hüquq normasının tələbinə ziddir. Bir sözlə, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı1 subyektiv hüququ mövcud olmamışdır. Hesab edirəm ki, İddiaçı2la 01.06.2009-cu ildə "xxxx" MTK ilə bağlanmış müqavilənin 12 ildən sonra əhəmiyyətsizliyini (etibarsızlığını) mübahisələndirməklə həmin müqavilənin hüquqi nəticə yaratmaması nəticəsinə gəlməsi, eləcə də formal mülahizələr əsasında formal müqavilə adlandırılması iddiaçı tərəfindən yanlış və əsassız tələbinin olmasını sübut edir. 01,10.2010-cu il tarixli müqavilə və 01.10.2010-cu il tarixli, 14 nömrəli maliyyə arayışı bağlandığı andan etibarsız olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq, İddiaçı2 iddia tələbini təmin etmiş və İddiaçı1 isə iddia tələbini rədd etmişdir. Ona görə də o, ilk iddiaçının kasasiya şikayətinin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilk İddiaçı1, ilk iddia üzrə cavabdeh, eyin zamanda İddiaçı2, 3-cü şəxslər X9 və ƏMDK yanında DƏDRX-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. M əhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddiaçı, eyni zamanda həm qarşılıqlı, həm də İddiaçı2 iddiası üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 ilk iddiaçının kasasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qarşılıqlı iddiaçının kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı, eyni zamanda həm qarşılıqlı, həm də İddiaçı2 iddiası üzrə cavabdeh "xxxx" MTK-nın vəkili Vəkil1 MTK-nın kasasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, ilk iddiaçının kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş et di. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətləri üzrə hər iki kasasiya şikayətində birgə münasibətdə götürüldükdə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin məhkəmə aktı tam yoxlanıl ır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası ilkin olaraq ilk iddiaçının kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış 01.10.2010-cu il tarixli müqavilə ona görə etibarsız sayılmışdır ki, mübahisəli əmlakla bağlı daha əvvəl MTK ilə İddia çı2 arasında müvafiq müqavilə bağlanmışdır və bununla da sonuncunun əşya üzərində qanuni əmlak hüquqları yaranmışdır. Odur ki, ilk iddiaçının kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas verə bilməz. Kasasiya kollegiyası qarşılıqlı iddiaçının kasasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, qarşılıqlı iddiaçı ilk iddiaçı ilə MTK arasında müqavilə bağlanmadığına müqavilənin saxta olmasına istinad etsə də, kasasiya yoxlaması nəticəsində işdə 01.10.2010cu il tarixli 14 nömrəli maliyyə arayışının və müqavilənin saxta olması barədə, həmçinin İddiaçı1 tərəfindən "xxxx" MTK-ya 28719 manat pul vəsaitinin ödənilməsini istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. "xxxx" MTK kasasiya şikayətini də qarşılıqlı iddia tələbin i əsaslandırdığı ümumi sözlərlə əsaslandırmağa çalışmış, məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Odur ki, qarşılıqlı iddiaçının da kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas verə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh, həmçinin digər iddia ərizəsi üzrə cavabdeh İddiaçı1 və iddiaçı ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı, həmçin in digər iddia ərizəsi üzrə cavabdeh "xxxx" MTK tərəfindən ayrıayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2663/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar