Məhkəmə qərarları › İş №2(102)-5343/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5343/2019

02.08.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5343/2019 02.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 02 avqust 2019-cu il İş № 2(102)-5343/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, vəkili Səfərov Elşən Zakir oğlunun iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı üçüncü şəxslər Pirallahı Rayon İcra Hakimiyyəti və Pirallahı Rayon Bələdiyyəsi cəlb olunmaqla Cavabdeh qarşı “tiklinin sökülərək köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə Pirallahı rayon məhkəməsinə müraciət etmişdir. Pirallahı rayon məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Mustafayev, iş 2(094)3/2018) iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədo v və İ.Şirinov, iş № 2(103)-1351/2019) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Pirallahı rayon məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu iltarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Səfərov Elşən Zakir oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apelyasiya ins tansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməs inin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsini aşağıdakılara görə dəyişdirilmədən saxlanılmışdır. “Əvvəla, iddiaçının iddia tələbində göstərdiyi halla r mövcud olmadığından onun bu cür iddia ilə məhkəməyə müraciət etməyə də subyektiv hüququ, yəni tələb hüququ yaranmamışdır. Çünki, iddiaçı cavabdehin istifadəsində olan tikilinin onun hüquqlarına və qanuni mənafeyinə toxunmasına, ona hər hansı bir formada maneçilik törətməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, apellyasiya şikayətində də hansısa mötəbər dəlillər göstərməmişdir. İkincisi, yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə əsasən tikinti obyektinin sökülməsi səlahiyyətləri də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Təhlükəsizlik tələblərinə cavab verməyən tikililərin sökülməsi barədə məhkəmədə iddia qaldırmaq həmin qurumun səlahiyyətindədir. Ona görə də, cavabdehin mübahisə predmeti olan tikilidən istifadə zamanı iddiaçını nı hüquqları yaxud qanunla qorunan hər hansı bir mənafeyi pozulardısa, iddiaçını hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı hesab etmək olardı. Üçüncüsü, apellyasiya baxışı zamanı Respublika Gigiyena və Epidemologiya Mərkəzindən mütəxəssislər cəlb edilməklə məhkəmə fonoskopik və fiziki-kimyəvi ekspertiza təyin edilməklə ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunmuşdur. Lakin həmin Mərkəzin 12 dekabr 2018-ci il tarixli 32178 nömrəli məktubu və məlumatı ilə ekspertiza qarşısında qoyulmuş sualların həlli Mərkəzin ekspertinin səlahiyyətinə aid olmadığından, həmçinin həmin sualların ekspertin səlahiyyəti çərçivəsində cavalandırılması üçün Mərkəzdə müvafiq maddi-texniki baza mövcud olmadığından ekspertiza aparılmasından imtina edilmişdir. Buna b axmayaraq, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən qərardadın icrası ilə bağlı mübahisəli tikiliyə baxış keçirilmiş, sanitariya müayinəsi aparılmış və səs və titrəmənin səviyyəsi ölçülmüşdür. Müayinə zamanı, iddiaçının mənzilində səs-küyün səviyyəsi, dəmir tozunun və manqal aerozolunun havada miqdarı ölçülmüş, ölçmələrin nəticələrinə görə iddiaçının mənzilində səs-küy səviyyəsi 33 dBA olmaqla yol verilən hədd (40 dBA) daxilində olmuşdur, dəmir tozu və manqan aerozolu aşkar olunmamışdır. Göründüyü kimi, apellyasiya baxışı zamanı da iddiaçının iddia tələbində və apellyasiya şikayətində göstərdiyi dəlillər bir daha yoxlanılmış və öz təsdiqini tapmamışdır. Belə olan vəziyyətdə iddia tələbinin əsassız olması bir daha öz təsdiqini tapmış olur. Dördüncüsü, iddiaçın ın vəkili təkrar ekspertizanın təyin edilməsi və ekspertizanın keçirilməsinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi barədə yazılı vəsatətlə məhkəməyə müraciət etsə də, vəsatətdə göstərdiyi dəlillər həm əsassız olduğundan, həm də Məhkəmə Ekspertiza Mərkəzində bu cür ekspertizanın keçirilməsi üçün maddi-texniki baza olmadığından mümkün olmaması səbəbindən təmin edilə bilməz. Belə ki, iddiaçının vəkili Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin iş üzrə verdiyi rəyin həqiqətdən çox uzaq olduğunu və cavabdehin maraqlarına xidmət etdiyini göstərsə də, bu dəlilləri hansı əsasla bildirməsinin səbəblərini vəsatətində açıqlamamışdır. Əgər iddiaçı bunları yaxud şübhəsi varsa səbəblərini vəsatətində açıqlamırsa demək ki, şəxsi mülahizələrinə əsaslanan açıq-aşkar əsass ız fikirlərini söyləyir ki, bu da yolverilməzdir. Beşincisi, iddiaçı yaşadığı ərazidə qonşuların və digər sakinlərin də, cavabdehin mübahisə predmeti olan tikilidən istifadə etməsindən narazı olduqlarını bəyan etsə də, bu dəlillər də iş materialları ilə hər hansı bir formada öz təsdiqini tapmır. Əksinə, həm birinci, həm də apellyasiya instansiya məhkəməsinə ünvanladıqları ərizədə bir sıra şəxslər iddiaçının və anasının davranışından narazı qaldıqlarını, iddiaçının evindən xeyli aralıda yol kənarına darvaza quraşdırdığını və onların yolunu bağladıqlarını, cavabdehin istifadəsində olan tikilinin ərazisindən yüksək gərginlikli elektrik naqillərinin, qaz və neft xətlərinin keçmədiyini göstərmişlər. Göründüyü kimi, iddiaçının bu dəlilləri də iş materialları ilə öz təsdiqini tapmır.” Məhkəmə k ollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən qaynaq sexinin sökülərək həmin ərazidən köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin 87-ci səhifəsində “tələbin dəqiqləşdirilməsi və artırılmasına dair” ərizə əlavə edilmişdir. Həmin ərizə iddiaçının nümayəndəsi X5 tərəfindən imzalanmışdır. Mülki işdə X5 iddiaçının nümayəndəsi olmasını təsdiq edən etibarnamə mövcud deyildir. Mülki işin 81-ci səhifəsində X5 İddiaçı vəkil kimi hüquqi yardım göstərməsini təsdiq edən order mövcuddur. “Tələbin dəqiqləşdirilməsi və artırılmasına dair” ərizədə aşağadakılar xahiş olunur: “1. Cavabdeh tərəfindən ünvan 1 ünvanında mənzil 5 qarşısında həyata ke çirilmiş qanunsuz tikilinin, yəni qaynaq sexinin onun öz hesabına sökülməsi və həmin ərazidən köçürülməsi və cavabdeh tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılsın.

2. Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası CM-nin 188-ci maddəsinin (“torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma”) əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılsın və bu barədə prokurora xəbər verəsiniz” Mülki işdə müvafiq etibarnamə olmadığına görə X5 iddia tələbini artırmaq barədə ərizəni imzalaması hüquqi nəticələr yarada bilməzdi. Buna baxmayaraq birinci instansiyası məhkəməsi “iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə” ərizəni müzakirə etmiş lakin ərizənin qəbul edilməməsinə heç bir münasibət bildirməmişdir. Həmin tarixdən sonrakı qərardadları nda mülki işin “tikintinin sökülərək köçürülməsi”nə aid olmasını qeyd etmiş, 17.07.2018-ci il tarixli qətnaməsində də iddia tələbinin “tikintinin sökülərək köçürülməsi” olmasını göstərsə də, eyni zamanda iddia tələbinin artırılması barədə ərizəyə də istinad etmişdir. Birinci instansiyası məhkəməsi qətnamənin qət etdi hissəsində göstərmişdir ki, “İddiaçı üçüncü şəxslər Pirallahı Rayon İcra Hakimiyyəti və Pirallahı Rayon Bələdiyyəsi cəlb olunmaqla Cavabdeh qarşı “tiklinin sökülərək köçürülməsi” tələbi təmin edilməsin.” Beləliklə birinci instansiyası məhkəməsinin qətnaməsində artırılmış iddia tələbinə baxılıb baxılmaması tam aydınlaşdırılmamış, hər halda “tikilinin sökülərək köçürülməsi” tələbi rədd edilmişdir. Mülki iş Bakı Apelyasiya Məhkəməsinə daxil olduqdan sonra hakim E.Kazımov tərəfind ən həmin mülki iş üzrə İddiaçı apelyasiya şikayəti deyil, “iddiaçı X2 cavabdeh Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Səbail rayon məhkəməsinin 2(009)-2318/2018 saylı 14.08.2018-ci il tarixli qətnaməsindən X5 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü yoxlanılaraq icraata götürülmüş və iş 02 noyabr 2018-ci il tarixə təyin edilmişdir. (bax iş vərəqə166-167) Apelyasiya instansiyası məhkəməsi iş üzrə qərardad və qətnaməsində bəzi hallarda iddia tələbinin “tikilinin sökülərək köçürülməsi” bəzi hallarda isə “iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair” tələblər qeyd olunmuş, beləliklə hansı iddia tələbinə baxılması dəqiqləşdirilməmişdir. Beləliklə apelyasiya instansiyası məhkəməsi tərəf indən yol verilmiş prosessual pozuntular düzgün olmayan məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənl ərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar