Məhkəmə qərarları › İş №2(102)-5355/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5355/2021

01.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5355/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: ər-arvadının əmlakını qanuni rejimi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölülnməsi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3041/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh1 27 sentyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşlarr. “Nissan X Trail” markalı, Ban: JN1TBNT30Z0141756, 11.10.2008-cü il tarixdə verilmiş şəhadətnamə əsasında Cavabdeh1 məxsus olan, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən 18.10.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış və sonuncuya AD624158 nömrəli şəhadətnamə verilmişdir. “Nissan Armada” markalı, Ban:5N1AA08B35N732247, 29.09.2005-ci il tarixdə verilmiş şəhadətna məyə əsasən Cavabdeh1 məxsus olan, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən 18.10.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış və sonuncuya AD624155 nömrəli şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nissan X Trail” markalı, **-DV-*** nömrə nişanlı, “Daimler Benz” markalı, **-GB-*** nömrə nişanlı, “Nissan Armada” markalı, **-XD*** nömrə nişanlı avtomobillərə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsa slandırılmışdır ki, iCavabdeh1 ilə birgə yaşadıqları dövrdə onlar bir sıra əmlaklar əldə etmişlər. Həmin əmlaklara “Nissan X Trail” markalı, **-DV-*** dövlət nömrə nişanlı, “Daimler Benz” markalı, **-GB-*** dövlət nömrə nişanlı, “Nissan Armada” markalı, **-XD-*** nömrə nişanlı avtomobillər daxildir. 20 oktyabr 2019-cu il tarixdə iddiaçı ilə cavabdehin arasında baş verən mübahisədən sonra cavabdeh iki qızı ilə birlikdə iddiaçını evdən qovmuşdur. Əmlak bölgüsü ilə əlaqədar BDYPİ-nə müraciət olunarkən cavabdehin avtomobilləri planlı şəkildə özgəninkiləşdirdiyi ona məlum olmuşdur. Cavabdeh iddiaçını evdən qovmağa çoxdan hazırlaşdığına görə birgə nikah dövründə əldə etdikləri hər üç avtomobili iddiaçının xəbəri olmadan 17 oktyabr 2019-cu il və 18 oktyabr 2019-cu il tarixdə digər cavabdehlərə sa tmışdır. Cavabdeh “Nissan X-Trail” və “Nissan Armada” markalı maşınları alğı-satqı ilə birinci nikahdan olan oğlu Cavabdeh2 adına, digər “Daimler Benz” markalı avtomobili isə X2 adına keçirmişdir. Yəni alğı-satqı müqavilələri formal bağlanmışdır, birgə nikah dövründə əldə edilmiş olan avtomobillərin mülkiyyətçisi öz əmlakı üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş “Nissan X Trail” markalı, **-DV-*** nömrə nişanlı və “Nissan Armada” markalı **-XD-*** nömrə nişanlı avtomobillərə dair bağlanmış alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərə İddiaçı ilə Cavabdeh1 i kidə bir hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində çıxış edən X1 öz izahatında qardaşından 1997-ci ildə “Qaz-24” markalı avtomobili 20000 ABŞ dollarına aldığını, sonra avtomobilin bağışlama yolu ilə adına keçdiyini, avtomobili öz oğluna aldığını, əlavə xərc olmaması üçün bağışlama yolu ilə aldığını, lakin avtomobilin dəyərini ödədiyini bildirdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Aygün Həsənova) 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə nəticəyə gəlmişdir ki, iddianın predmetini təşkil edən “Nissan X Trail” və “Nissan Armada” markalı avtomobillər ər-arvadın birgə vəsaiti hesabına əldə edilməmişdir. M əhkəmə iclasında izahat verən cavabdeh qeyd etmişdir ki, onun nikaha daxil olduğu vaxtda mülkiyyətində üç avtomobil olmuşdur: “Daimler Benz”, “QAZ-24” markalı minik avtomobilləri və yük maşını. Hətta iddiaçının cehizlərini də cavabdeh özünə məxsus yük maşını ilə gətirmişdir. Cavabdehin bu izahatı məhkəmə iclasında dindirilmiş iddiaçının ifadəsi ilə də təsdiq olunmuşdur. Daha sonra cavabdeh özünə məxsus “QAZ-24” markalı avtomaşını rəsmi olaraq bacısına bağışlasa da, onu əvəzli şəkildə verməsini qeyd etmişdir. Əldə olunmuş vəsait hesabına o, “Mercedes 220” minik markalı avtomobili almışdır. Sonra cavabdeh həmin avtomobili sataraq “Nissan Armada” markalı avtomobili almışdır. Ondan sonra 2006-cı ildə və 2007-ci ildə iki yük maşını almış, 2013-cü ildə və 2017-ci ildə isə onları digər şəxsin xey rinə özgəninkiləşdirmişdir. Daha sonra cavabdeh qeyd etmişdir ki, nikahdan əvvəl ona məxsus olan “Daimler Benz” markalı avtomobili 2008-ci ildə etibarnamə əsasında üçüncü şəxsin xeyrinə özgəninkiləşdirmiş və özünə “Nissan X Trail” minik markalı avtomobili almışdır. “Nissan X Trail” markalı avtomobil alındığı gündən cavabdeh öz oğlunun adına etibarnamə vermişdir. Birgə nikah dövründə o, avtomobil həvəskarı olduğundan dəfələrlə özünə məxsus olan avtomobillərin birini digəri ilə əvəz etmişdir. İddiaçının iddia tələbinə münasibətdə cavabdeh qeyd etmişdir ki, o, özünə məxsus olan avtomobillərin alğı-satqısı zamanı heç vaxt bunu iddiaçı ilə razılaşdırmamış və mübahisələndirilən avtomobillərin alğı-satqısı da tərəflər arasında münasibətlərin normal olduğu dövrdə həyata keçirilmişdir. Göründüyü ki mi tərəflər nikaha daxil olduqları zaman cavabdehin özünün mülkiyyətində avtomobillər olmuşdur. Bu səbəbdən iddiaçı iddia tələbində əvvəl üç avtomobil tələb etsə də, daha sonra “Daimler Benz” markalı avtomobilin nikahdan öncə alınması səbəbindən iddia tələbinin həcmini həmin hissədə azaltmışdır. Eyni zamanda məhkəmədə izahat verən iddiaçı qeyd etmişdir ki, onlar evli olduqları dövrdə Cavabdeh1 daima iddiaçının xəbəri olmadan özünə məxsus olan avtomobillərin birini digəri ilə əvəz etmişdir. İş materiallarına əlavə edilmiş avtomobillərin qeydiyyat hərəkəti barədə Baş Dövlət Yol Polis tərəfindən verilmiş kompüter çıxarışından görünür ki, Cavabdeh1 adında həmin nikahdan əvvəlki dövr üçün, həm də nikah dövrünü əhatə edən kifayət qədər avtomobillər mövcud olmuş və onlar satılaraq digər şəxslərin xeyrinə özgəninkiləşdirilmiş və bununla da alğı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulmuş hallar mövcud olmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Tofiq Səmədov - sədrlik edən və məruzəçi, Anar Tanrıverdiyev, İkram Şirinov) 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Az ərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 27 sentyabr 1997-ci ildə nigaha daxil olmaqla olmaqla ailə qurmuşlar, 2019-cu ilin oktyabr ayına kimi birlikdə yaşamaqla 22 il müddət ərzində birgə təsərrüfat aparmışlar. Sözügedən avtomobillərin tərəflərin birgə nikah dövründə əldə edilməsi iş materiallarından mübahisəsiz qaydada müəyyən olunur. Avtomobillər məhz tərəfləri n münasibətləri pozulduğu ərəfədə (2019-ci ilin oktyabr ayında) Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmişdir. Bu fakt iş materialları ilə də öz təsdiqini tapır. Məhkəmə hər iki tərəfin irəli sürdüyü dəlillərə münasibətdə qeyd etmişdir ki, əvvəla mübahisənin predmeti olan iki avtomobil tərəflər arasında rəsmi nikah münasibətlərinin mövcud olduğu dövrdə satılsa da, həmin dövrdə artıq tərəflər arasında nikah münasibətlərinin faktiki olaraq pozulduğu müəyyən olunur. Belə ki, tərəflər arasında uzun müddət davam edən ailədaxili sözsöhbətlər və münaqişələr həqiqətən mövcud olmuş, buna görə də Cavabdeh1 18 oktyabr 2019-cu il tarixdə avtomobilləri özgəninkiləşdirdikdən iki gün sonra iddiaçını evdən qovması barədə gətirdiyi dəlillər daha inandırıcı qəbul olunur. Başqa sözlə, avtomobillərin alqı-sa tqı müqavilələrinin tarixlərindən göründüyü kimi cavabdeh tərəfindən avtomobillər iddiaçı ilə aralarındakı münasibətlərin kəskinləşdiyi dövrdə satılmışdır. Cavabdeh tərəf nə birinci instansiya, nə də apellyasiya instansiyası qaydasında işə baxılarkən hər iki avtomobilin ailənin birgə gəlirləri hesabına alınmadığını və onların özgəninkiləşdirilməsi zamanı pul vəsaiti əldə olunmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin Cavabdeh1 mübahisə predmeti olan avtomobilləri birinci nigahından olan oğlu Cavabdeh2 adına 18.10.2019-cu il tarixdə formal müqavilə bağlamaqla özgəninkiləşdirmişdir və elə həmin tarixdə mübahisə predmeti olan hər iki avtomobilə dair Cavabdeh1 özünə 26.07.2024-cü il tarixədək etibarnamə verilmişdir. Bu halın mövcüdluğu bir daha özü-özlüyündə sübut edir ki, müqavilələr formal olaraq görünüş üçün bağlanılmışdır. Bu baxımdan məhkəmə cavabdeh tərəfin ziddiyyətli izahatını, bu izahatda qeyd olunan hallarla bağlı hər hansı sübutun təqdim olunmamasını nəzərə alaraq, iddiaçı tərəfin mübahisə predmeti olan hər iki avtomobilin həqiqətən tərəflər arasında nikah münasibətlərinin mövcud olduğu dövrdə birgə gəlirlər hesabına alındığı və onların tərəflər arasında nikah münasibətlərinin faktiki pozulduğu dövrdə özünün birinci nigahından olan oğlunun (Cavabdeh2) adına formal olaraq alqı-satqı edildiyi barədə dəlillərini inandırıcı hesab etmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, hazırki işdə mübahisə predmeti olan hər iki avtomobilin alqı-satqısına dair müqavilə bağlansa da, həmin müqavilələr üzrə cavabdehə satdığı avtomobillərə görə h ər hansı məbləğin ödənilməsi faktı iş materialları ilə təkzib olunur və bu hal onu deməyə əsas verir ki, alqı-satqı formal olmuş, bu barədə bağlanmış əqd yalnız görünüş üçün bağlanaraq uydurma əqd olmuşdur. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Buna görə də, məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələri formal xarakter daşımaqla, görünüş üçün bağlanıldığından həmin müqavilələr etibarsız hesab edi lməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, sözügedən avtomobillər tərəflərin birgə nikah dövründə əldə edildiyindən hər iki avtomobilin üzərində tərəflərin hər birinin ½ hissədə bərabər pay hüquqları müəyyən edilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəti cəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı mübahisəli avtomobillərin tərəflərin birgə vəsaiti hesabına alınmasına dair iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməməsinə baxmayaraq iddia tələbini təmin etmiş, prosessual normaların tələbərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İddiaçının vəkili Vəkil3 məhkəməyə elektron müraciət ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmiş, lakin səhhəti i lə bağlı məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üç ün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn sin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə arvadın ni kah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə

32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Ailə qanunvericiliyinə görə əksi sübut edilməyənə kimi ər-arvadının əmlakının qanuni rejimi qüvvədə olur. Yəni ər-arvadın birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Bunun əksini iddia edən tərəf (hazırki işdə cavabdeh) etirazının əsası kimi istinad etdiyi halları, yəni hazırki işdə mübahisəli avtomobillərin birgə nikah dövründə alınsa da belə, tərəflərin birgə vəsaiti hesabına deyil, öz şəxsi vəsaiti hesabın alınmasını sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, əgər tərəflər uzun müddət nikahda olub ümumi təsərrüfat aparmışlarsa əldə olunmuş əmlakın əldə edən tərəfin ayrıca mülkiyyəti olması, yəni ümumi gəlirlər hesabına deyil, ona hədiyyə şəklində, əvəzsiz olaraq və ya öz v əsaiti hesabına, digər şəxslərin verdikləri vəsait hesabına əldə etməsini sübuta yetirmək vəzifəsi əmlakı əldə edən tərəfin üzərinə, əks halda, yəni əmlak nikahdan qısa müddət sonra əldə olunarsa ümumi gəlirlər hesabına əldə olunmasını sübuta yetirmək iddia edənin üzərinə düşür. Baxılan işdə tərəflər 27 sentyabr 1997-ci ildə nigaha daxil olmaqla olmaqla ailə qurmuşlar, 2019-cu ilin oktyabr ayına kimi birlikdə yaşamaqla 22 il müddət ərzində birgə təsərrüfat aparmışlar. Mübahisəli avtomobillərin tərəflərin birgə nikah dövründə alınması işin mübahisələndirilməyən halıdır. Belə olan halda hazırki işdə sübut etmə yükü iddiaçının deyil, cavabdehin üzərinə düşür. Cavabdeh mübahisəli avtomobilləri tərəflərin birgə vsaiti hesabına deyil, onun şəxsi vəsaiti hesabına əldə etməsini sübut etməlidir. La kin cavabdeh bu barədə nə birinci instansiya məhkəməsi, nədəki apellyasiya instansiyası məhkəməsi mötəbər sübutlar təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3041/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar