Məhkəmə qərarları › İş №2(102)-5356/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5356/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5356/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5356/20 (Açar sözlər: pul tələbi, məhkəmə aidiyyatı) Bakı şəhəri, xx xxxxxx 2020-ci il 30.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və X4 ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı MMC-nin direktoru X2 vəkili X6 oğlunun, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-25/2020 nömrəli, x x xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 23899.0 (iyirmi üç min səkkiz yüz doxsan doqquz) manat olan 4 çeşiddə “Babystill” uşaq bezləri, 4 çeşiddə “Bubbles” uşaq bezləri və 19 çeşiddə yuyucu vasitələri satılmışdır. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı MMC-nin direktoru X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumi dəyəri 7825,50 manat olan 4 çeşidli “Bebystilli” uşaq bezləri, ümumi dəyəri 8027.25 manat olan 4 çeşidli “Bubbles” uşaq bezləri, ümumi dəyəri 8046.26 manat olan 19 çeşiddə yuyucu vasitələrinin və 30 manat məbləğin də dövlət rüsumunun alınaraq ona verilməsi, qətnamə icra olunan vaxt həmin əmlaklar naturada mövcud olmazsa, həmin əmlakların ümumi dəyəri olan 23899.0 (iyirmi üç min səkkiz yüz doxsan doqquz) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh İddiaçı MMC-nin direktoru X1 xx.xx.2018-ci tarixdə ümumi dəyəri 7825,50 manat olan 4 çeşidli “Bebystilli” uşaq bezləri, xx.xx.2018-ci il tarixdə ümumi dəyəri 8027.25 manat olan 4 çeşidli “Bubbles” uşaq bezləri, xx.xx.2018-ci tarixdə ümumi dəyəri 8046.26 manat olan 19 çeşiddə yuyucu vasitələri götürüb.

4. Cavabdeh həmin məhsulları müxtəlif ünvanlarda, ayrı-ayrı şəxslərə sataraq pulunu iddiaçıya ödəyəcəyini öhdəsinə götürsə də, öhdəliyini yerinə yetirməmişdir.

5. Cavabdehə xə bərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh nə sözügedən əmlakları geri qaytarmış, nə də həmin əmlakların pulunu ödəməmişdir. 6.Cavabdeh məhkəmə iclasına gəlməmişdir.

7. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 427.4, 428.4, 439.5, 441, 443.1, 443.5, 448.2, 449.1 və 600-cü maddələrinə istinad edilmişdir.

8. Şərur Rayon Məhkəməsinin 2(110)-152/2019 nömrəli, 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tam təmin edilmişdir. (hakim Seymur Qarayev)

9. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2018-ci tarixdə ümumi dəyəri 7825,50 manat olan 4 çeşidli “Babystill” uşaq bezlərinin, xx.xx.2018-ci il tarixdə ümumi dəyəri 8027.25 manat olan 4 çeşidli “Bubbles” uşaq bezlərinin, xx. xx.2018ci tarixdə ümumi dəyəri 8046.26 manat olan 19 çeşiddə yuyucu vasitələri müxtəlif alıcılara sataraq pulunu İddiaçı MMC-yə ödənilməsi barədə Satış sənədi tərtib edilərək imzalanmışdır. Lakin cavabdeh bu günədək nə sözügedən əmlaklar geri qaytarılmış, nə də ki, həmin əmlakların pulunu ödənməmişdir.

10. Məhkəmə cavabdeh tərəfindən götürülən həmin əmlakların ümumi dəyərinin 23899.0 (iyirmi üç min səkkiz yüz doxsan doqquz) manat məbləğində olmasını müəyyən etmişdir.

11. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməli olması nəticəsinə gəlmişdir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 442, 448.1, 567, 600.1, 600.2, 600.4-cü və Mülik Prossesual Məcəllənin 14.2, 77.1 və 80cı maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apelyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir.

14. Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər haqqında olan cinayət işinin istintaqı ilə əlaqədar olaraq Penitensiar Xidmətin Təcridxanasında saxlanııb, məhkəmə prosesi onun iştirakı olmadan keçirilib.

15. İddiaçı onunla bağlanmış xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələri ilə bağlı bundan əvvəl Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmə xx.xx.2018-ci il tarixdə 2(008)-7000 saylı qətnamə qəbul edilmişdir.

16. Şərur Rayon Məhkəməsi qeyd olunan mübahisə ilə bağlı eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmə nin icraatında iş olduğu halda, yenidən pulun tutulması haqqında qətnamə qəbul etməklə prosessual qanunvericiliyi pozub. Əslində iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməli idi.

17. Bundan əlavə, iddiaçı ilə heç bir alveri olmayıb, istinad edilən qaymələrdəki imzalar ona məxsus deyil.

18. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında satış sənədlərindəki malları təhvil alan şəxsin imzasının kimə məxsus olması barədə sual qoyulmuşdur.

19. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 30/20 nömrəli rəyinə əsasən ekspertizaya təqdim olunmuş xx xxxx 2018-ci il tarixli, 008 840 №-li satış sənədinin sonunda “Cavabdeh” yazıları önündəki imza, xx xxxxx 2018-ci il tarixli, 008989 №-li satış sənədinin sonunda “Cavabdeh” yazıları önündəki imza və xx xxxx 2018-ci il tarixli, 009205 №-li satış sənədinin aşağısında “Cavabdeh” yazıları önündəki imza Cavabdeh tərəfindən icra olunmuşdur.

20. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)25/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vera Kuimova (sədrlik edən və məruzəçi), Yusifəli Qurbanov və Fərman Abbasov)

21. Apelyasiya instansiyası qeyd etmişdir ki, cavabdeh satış sənədlərdə olan imzaların ona məxsus olmasını inkar etsə də, həmin satış sənədlərində olan imzanın Cavabdeh məxsus olması N axçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 30/20 nömrəli rəyi ilə təsdiq edilmişdir.

22. Apelyasiya instansiyası hesab etmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli satış sənədi əsasında İsmayılov Valeh (Quba) və xx.xx.2018-cı il tarixli satış sənədi əsasında İdrak Ağayev adlı şəxslərə İddiaçı MMC-dən malın verilməsi məqsədi ilə anbardan təhvil alıb qeyd olunan sənədlərə imza etməsi şübhə doğurmur. Cavabdeh isə bu halları təkzib edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

22. Apelyasiya instansiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil) k assasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və şikayətdə əlavə olaraq məhkəmə aidiyyatının pozulmasına diqqət yetrilməklə göstərilmişdir ki, cavabdehin adına ********** nömrəli VÖEN var və cavabdeh həmin VÖEN-ə əsasən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olmuşdur.

25. Cavabdehlə İddiaçı MMC arasında bağlanan xx.xx.2018-ci il tarixli müqavilədə də cavabdehin VÖEN nömrəsi (**********) göstərilmişdir. İddiaçı isə öz növbəsində sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxsdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdehin kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçı larının izahatları

27. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh və Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

28. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin direktoru X2 vəkili X6 oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə

62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınm aqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağ ı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyasının aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

32. İddiaçının tələbi malların satılmasına dair müqavilədən irəli gələn tələbdir.

33. Qeyd edilən müqavilə və ondan gələn münasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı olmaqla kommersiya xa rakteri daşımış, tərəflər arasında yaranmış mübahisə kommersiya mübahisəsi olmuşdur.

34. Vergi ödəyicilərinin məlumatlarından da görünür ki, Cavabdeh (VÖEN **********) müvafiq qaydada dövlət qeydiyyatından keçmiş, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusuna sahib olan fiziki şəxsdir.

35. Tərəflər arasında bağlanmış müqavilədə də anket məlumatı kimi Cavabdeh VÖEN nömrəsi (**********) qeyd edilmişdir.

36. Eyni zamanda iddiaçı da sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxsdir. Hazırda tərəflər arasında yaranmış mübahisə də sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmışdır.

37. Məhkəmə kollegiyası hesab edir ki, kommersiya mübahisələrindən yaranan tələblər yalnız kommersiya məhkəmələrində baxılmalıdır.

38. Bu baxımdan, hazırki iddia tələbi hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs arasında kommersiya mübahisəsi olduğundan həmin tələbə baxılması səlahiyyəti mülki icraat qaydasında kommersiya məhkəməsinə aiddir.

39. İşə baxan birinci instansiya məhkəməsi işin bu halına diqqət yetirməmiş, tərəflərin subyekt tərkibinə, mübahisənin predmetinin və hüquq münasibətlərinin kommersiya (işə baxılan vaxt iqtisadi) xarakteri daşımasına əhəmiyyət vermədən, işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etməklə, məhkəmə aidiyyatını pozmuş, apelyasiya instansiyası da bu səhvi aradan qaldırmamışdır.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəm əsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iş aidiyyatı üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)25/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş aidiyyatı üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar