Məhkəmə qərarları › İş №2(102)-536/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-536/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-536/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunlarına dair alqı-satqı müqaviləsinin və onun nəticələrinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6197/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il t arixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsi, ümumi sahəsi 150,6 kv.m olan (yaşayış sahəsi 110,9 kv.m və yardımçı sahəsi 39,7 kv.m) 7 otaqlı 2 mərtəbəli 12K nömrəli fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 256 nömrəli reyestr kitabının 23781 nömrəli vərəqində 05 sentyabr 2014-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avq ust 2017-ci il tarixli, 2(008)65/2017 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, müvafiq qətnamə ilə iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı, X2 və X4 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilərək, cavabdehlər İddiaçı və X3 müştərək qaydada ilkin iddia tələbi üzrə iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə 149.328,68 (bir yüz qırx doqquz min üç yüz iyirmi səkkiz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 13.066,46 (on üç min altmış altı dollar qırx altı sent) ABŞ dolları məbləğində faiz borcu, 2.000 (iki min) ABŞ dolları məbləğində cərimə məbləğinin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması, tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 300.000 (üç yüz min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 (bir) ay ərzində həmin yaş ayış sahəsindən İddiaçı və X1 çıxarılması, ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı və X3 müştərək qaydada tutularaq dövlət hesabına keçirilməsi, İddiaçı cavabdeh "xxxx" X8 Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə "xxxx" X8 Səhmdar Cəmiyyəti arasında bağlanmış 77BK/14 nömrəli, 13 avqust 2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 13 avqust 2014-cü il tarixli, 77 BKƏ/14 nömrəli əlavə kredit müqaviləsinin 17 dekabr 2015-ci il tarixdən ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli, 2(103)6344/2019 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, müvafiq qətnamə ilə ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx" X8 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2(008)-65/2017 nömrəli qətnaməsinin qismən-qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməsi, İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinə qarşı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 13 avqust 2014-cü il tarixli, 77 BKƏ/14 nömrəli əlavə kredit müqaviləsinin 17 dekabr 2015-ci il tarixdən ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1382/2018 nömrəli 16 avqust 2018-ci il t arixli qərarının surətindən və məzmunundan görünür ki, müvafiq qərar ilə iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" X8 Səhmdar Cəmiyyəti) qarşı “fərdi yaşayış evinə mövcud vəziyyətdə faktiki ölçülər daxilində daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və onun əsasında yeni texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinin altındakı yarı-zirzəmi sahə üzərində mülkiyyət hüquqları "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə yüklü olmaqla, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, dövlət reyestrindən vahid əmlak şəklində çıxarışın və onun əsasında yeni texniki pasportun tərtib edilərək verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 aprel 2019-cu il tarixli 2-1(102)-1056/2019 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ("xxxx" X8 Səhmdar Cəmiyyəti üçüncü şəxs olmaqla) qarşı “fərdi yaşayış evinə mövcud vəziyyətdə faktiki ölçülər daxilində daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və onun əsasında yeni texniki pasportun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2745/2018 nömrəli, 06 dekabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2745/2018 nömrəli iş üzrə 06 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilmişdir, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinin altındakı yarı-zirzəmı sahə üzərində mülkiyyət hüquqları "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə yüklü olmaqla, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, dövlət reyestrindən vahid əmlak şəklində çıxarışın və onun əsasında yeni texniki pasportun tərtib edilərək verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsi, ümumi sahəsi 234,50 kv.m olan 12K nömrəli fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 10 sentyabr 2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2(103)-601/2019 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, müvafiq qətnam ə ilə ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx" X8 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2(008)-65/2017 nömrəli qətnaməsinin faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, cavabdehlər İddiaçı və X3 müştərək qaydada ilkin iddia tələbi üzrə iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə 149.328,68 (bir yüz qırx doqquz min üç yüz iyirmi səkkiz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 70.335,49 (yetmiş min üç yüz otuz beş dollar qırx doqquz sent) ABŞ dolları məbləğində faiz borcu, 2.000 (iki min) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 221.664,17 (iki yüz iyirmi bir min altı yüz altmış dörd dollar on yeddi sent) ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatı məzənnəsi ilə manatla, habelə iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2(008)-65/2017 nömrəli qətnaməsinin qarşılıqlı iddia ərizəsinin təmin edildiyi hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinə qarşı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 13 avqust 2014-cü il tarixli, 77 BKƏ/14 nömrəli əlavə kredit müqaviləsini n 17 dekabr 2015-ci il tarixdən ləğv edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi, ilkin iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, habelə apellyasiya şikayəti verilərkən ödənilmiş 15 (on beş) manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı və X3 müştərək qaydada tutularaq "xxxx" X8 Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı və X3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 04 sentyabr 2020-ci il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surə tindən və məzmunundan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2(103)-601/2019 nömrəli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evi ilə bağlı 300.000 (üç yüz min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 30 sentyabr 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş 07 sentyabr 2020-ci il tarixdə İddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. Bununla bağlı müvafiq elan “Atribut” qəzetinin 05-12 sentyabr 2020-ci il tarixli 21 (364) nömrəli buraxılışında elan dərc edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 oktyabr 2020-ci il tarixli 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2(103)-601/2019 nömrəli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evi ilə bağlı 255.000 (iki yüz əlli beş min) manat məbləğində (300.000-15%=255.000) açıq auksion formasında təkrar hərracın keçirilməsi 12 oktyabr 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş 12 oktyabr 2020-ci il tarixdə İddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. Bununla bağlı müvafiq elan “Atribut” qəzetinin 02-08 oktyabr 2020-ci il ta rixli 27 (370) nömrəli buraxılışında elan dərc edilmişdir. “Birja Yenilikləri” qəzetinin 14 oktyabr 2020-ci il tarixli 218 nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinin təkrar hərracı baş tutmamışdır. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı, Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə və "xxxx" X8 Səhmdar Cəmiyyətinə ünvanladığı 15 oktyabr 2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin 15 oktyabr 2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 191.250 (bir yüz doxsan bir min iki yüz əlli) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 oktyabr 2020-ci il tarixli 29/01 nömrəli hərracın yekunları barədə protokolun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinin tam dəyəri 300.000 (üç yüz min) manat qiymətə açıq hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, əmlak təkrar hərraca ilkin satış qiymətindən 15% aşağı olan qiyməti 255.000 (iki yüz əlli beş min) manat müəyyən edilmiş, lakin təkrar hərrac da baş tutmadığından əmlak təkrar hərrac qiymətindən 25% aşağı, yəni 191.250 (bir yüz doxsan bir min iki yüz əlli) manat qiymətə tələbkar "xxxx" X8 Səhmdar Cəmiyyətinə təklif edilmiş və müvafiq əmlak qeyd edilən qiymətə tələbkar tərəfindən qəbul edilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 19 oktyabr 2020-ci il tarixli müqavilənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evi 191.250 (bir yüz doxsan bir min iki yüz əlli) manat qiymətə tələbkar "xxxx" X8 Səhmdar Cəmiyyəti tər əfindən alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı oglu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələri haqqında protokolun və onun nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəbul edilmiş hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 “hərracın nəticələri haqqında protokolun və onun nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömr əli fərdi yaşayış evinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə 19 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinini 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin ona və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi qismən, onun qarşılıqlı iddia ərizəsi isə qismən təmin edilmişdir. Belə ki, qətnaməyə əsasən hazırki iş üzrə iddiaçı şəxsdən və cavabdeh X3 müştərək qaydada ilkin iddia tələbi üzrə iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyri nə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 149.328,68 (bir yüz qırx doqquz min üç yüz iyirmi səkkiz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 13.066,46 (on üç min altmış altı dollar qırx altı sent) ABŞ dolları məbləğində faiz borcu, 2.000 (iki min) ABŞ dolları məbləğində cərimə, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması qət edilmişdir. Tələb ipoteka predmeti olan hazırki iş üzrə iddiaçı şəxsə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömr əli fərdi yaşayış evinə yönəldilməklə, açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdeh şəxslərin banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 300.000 (üç yüz min) manat məbləğində müəyyən edilərək tutma evə yönəldikdə və ev satıldıqda, ən geci bir ay ərzində həmin yaşayış sahəsindən İddiaçı və X1 çıxarılması müəyyən edilmişdir. Qətnamə ilə həmçinin ilk iddia tələbinin qalan hissədə rədd edilməsi, onun qarşılıqlı iddia tələbinin qismən təmin edilməklə, onunla "xxxx" X8 Səhmdar Cəmiyyəti arasında bağlanmış 13 avqust 2014-cü il tarixli 77 VKƏ/14 nömrəli əlavə kredit müqaviləsinin 17 dekabr 2015-ci il tarixdən ləğv edilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilmişdir. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğind ə pul vəsaitinin də cavabdeh şəxslərdən müştərək qaydada tutulmaqla dövlət hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə, onun iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinə qarşı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 13 avqust 2014-cü il tarixli 77 VKƏ/14 nömrəli əlavə kredit müqaviləsi 17 dekabr 2015-ci il tarixdən ləğv edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 o ktyabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli qətnaməsini qismən ləğv edərək, işə həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilmiş və faiz borcu 70.335,49 (yetmiş min üç yüz otuz beş dollar qırx doqquz sent) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı ş əhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin **********/17 nömrəli 02 sentyabr 2020-ci il tarixli sifariş məktubu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinə yönəldilməklə, açıq hərracda satılması üçün müraciət etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 19 oktyabr 2020-ci il tarixdə 29/01 nömrəli X5 təsdiqləmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracın keçirilməsi proseduru ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qa lmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 (o tuz) təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 (on beş) təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi miqdarında beh ödəməlidir. Hər hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona ən geci 30 (otuz) gün qabaqcadan xəbərdar edilməmiş, yazılı bildiriş göndərilməmiş, hərracların onun iştirakı olmadan keçirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-cü və 415.2-ci madd ələrinin tələblərinin pozulmasıdır. Bundan əlavə qeyd edilməlidir ki, ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evi həm bank, həm də məhkəmə tərəfindən qiymətləndirilən zaman (hal-hazırda qüvvədən düşmüş) çıxarışda göstərilmədiyi üçün yarımzirzəmi və onun qarşısında yerləşən bağlı eyvan nəzərdə tutulmamışdır. Bu səbəbdən də, ona məxsus evin qiyməti həqiqi dəyərindən çox aşağı qiymətləndirilmişdir. Qüvvədən düşmüş çıxarışa əsasən hərrac keçirilmiş, halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qərarına əsasən o həmin fərdi yaşayış evinə yeni çıxarış almış və yeni çıxarışa əsasən onun evinin ümumi sahəsi 150,6 kv.m yox, 234,5 kv.m qeydə alınmışdır. Bununla əlaqədar nəzərə alınmalı dır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındaki tarazlığa riayət olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-531/2021) iddia ərizəsi təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə 19 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yaşayış evi qüvvədə olmayan çıxarışla hərraca çıxarılmışdır, halbuki yeni çıxarışla onun ümumi sahəsi dəyişmişdir. Həmçinin əmlakın ümumi sahəsi dəyişdikdən sonra onun naturada bölgüsü aparılmamış, "xxxx" KB ASC-yə onun 150,6 kv.m olan hissəsi girov qoyulmuşdur. Əmlakın qüvvədə olmayan çıxarışla hərraca çıxması, lakin onun hüquqi vəziyyətində dəyişiklik olması, hərracdan sonra əmlaka bankın hazırki kv.m göstərilməklə çıxarış alması iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur. Belə ki, girov qoyulmayan hissənin naturada ayrılması da müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov, iş № 2(103)6197/2021) üçüncü şəxs "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-531/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ev iddiaçıya məxsus olub, üçüncü şəxs "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilib, məhkəmə qətnaməsi ilə evə tutma yönəldilib, bank evi hərracda alıb. Evə dair 2 reyestr çıxarışı və 2 texniki pasport var: 1-ci çıxarış (iş v. 10), 2-ci çıxarış (iş v. 11), 1-ci pasport (iş v. 167), 2-ci pasport (iş v. 158). Evin ümumi sahəsi 1-ci çıxarışda 150,6 kv.m, 2-ci çıxarışda 234,50 kv.m göstərilib. 1-ci və 2-ci texniki pasportlarda da evin ümumi sahəsi eyni cür göstərili b. Bu fərqə səbəb məhkəmə qərarıdır. Belə ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə (iş v. 150) qərara alınıb ki, evin altındakı yarımzirzəmi sahə üzərində mülkiyyət hüquqları, "xxxx" KB ASC-nin xeyrinə yüklü olmaqla dövlət reyestrində iddiaçının adına qeydə alınsın. Bu qərar evin ipoteka ilə yüklü edilməsindən sonra qəbul olunub. Belə ki, ipoteka müqaviləsi 13.08.2014-cü ildə bağlanıb, qərar isə 24.04.2019-cu ildə qəbul olunub. Evin ümumi sahəsi ipoteka müqaviləsi bağlanan zaman və hərrac keçirilən zaman fərqli olub: ipoteka ilə yüklü edilərkən evin ümumi sahəsi 150,6 kv.m, hərracda satılarkən evin ümumi sahəsi 234,50 kv.m olub. Belə ki, ipoteka müqaviləsində evin ümumi sahəsi 150,6 kv.m göstərilib. Hərracın yekunları barədə protokolda evin ümumi sahəsi göstərilməsə d ə hərrac 19.10.2020-ci ildə keçirilib, bundan 1 il 1 ay əvvəl 10.09.2019-cu ildə evin ümumi sahəsinin 234,50 kv.m olması ilə bağlı reyestr qeydi aparılıb. Bu isə o deməkdir ki, ev hərracda 234,50 kv.m sahə ilə özgəninkiləşdirilib. Ev bütün sahəsi (234,50 kv.m sahə) ilə ipoteka predmeti sayılır. Lakin nəzərə alınmalıdır ki, 150,6 kv.m sahə ilə 234,50 kv.m sahənin qiyməti arasında fərq var. "xxxx" KB ASC hərracda 234,50 kv.m sahəni əldə etsə də hərrac 150,6 kv.m sahəyə görə müəyyənləşdirilmiş qiymət üzrə keçirilib. 150,6 kv.m sahəyə görə müəyyənləşdirilmiş qiymət üzrə 234,50 kv.m sahə üzrə hərracın keçirilməsi Mülki Məcəllənin 414 və 415-ci maddələrinin tələblərinin pozulmasıdır. Belə ki, bu maddələrdə hərraca dair qaydalar müəyyən edilib. Həmin qaydaların mənasına görə qiymət əmlakın texnik i göstəricilərinə (sahəsinə və s.) görə müəyyən edilməlidir. Bir sahəyə (kiçik sahəyə) görə qiymət müəyyən edilməsi, lakin başqa bir sahə (böyük sahəyə) ilə əmlakın hərracda satılması qaydaların mənasına uyğun sayılmır. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs "xxxx" KB ASC (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6197/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsini l əğv edərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki ha lları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxsin şikayəti əsasında tam yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmi n edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 14 0-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsi z əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulm ayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olu r. “İpoteka haqqında” Qanun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunu 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6197/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar