Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5361/2019 27.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili X2, Cavabdeh1 və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(005)-2503/18) İddiaçı ca vabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın nəticələrinin, onun nəticəsində bağlanmış protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındakı 1 mərtəbəli ümumi faydalı sahəsi 361,2 m2 olan ayrı tikilinin alınmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx xx 2018-ci il tarixli, 13/01 saylı protokol və 11.04.2018-ci il tarixli 3440 saylı keçirilmiş hərracın, onun nəticəsində bağlanmış hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Babayev, iş № 2(103)-xx/19) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Nərimanov Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındakı 1 mərtəbəli ümumi faydalı sahəsi 361,2 m2 olan ayrı tikilinin alınmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx xx 2018-ci il tarixdə keçirilmiş hərracın, onun nəticəsində bağlanmış hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsin tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh1 və vəkili N.Ələkbərov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçı və vəkili E.Hüseynov isə kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinnin nümayəndəsi Ü.Nəsibli Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da nümayəndəsi üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı və Cavabdeh1 sahibkarlıq fəaliyyətlərini həyata keçirdikləri obyektlər söküldükdən sonra həmin əmlakların əvəzi olaraq yerli icra hakimiyyəti tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 361,2 m2 olan qeyri-yaşayış sahəsi onların istifadəsinə verilmiş, 2013-cü ilin axırlarından həmin qeyri-yaşayış sahəsinin bir hissəsi İddiaçı, bir hissəsi isə Cavabdeh1 istifadə və sahibliyində olmuş, İddiaçı ötən dövr ərzində həmin yerdə müəyyən təmir işləri aparmış, Pirallahı Bələdiyyəsinə ə mlak vergisi ödəmiş, habelə həm onunla və həm də Cavabdeh1la Pirallahı rayon MKTB arasında ayrı-ayrılıqda bərk məsişət tullantılarının daşınması ilə bağlı müqavilələr bağlanmaqla həmin müqavilələrin əsasında müvafiq ödənişlər həyata keçirilmişdir. İş materiallarından aydın olur ki, İddiaçı və Cavabdeh1 istifadə və sahibliyində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 361,2 m2 olan qeyri-yaşayış sahəsi 2017-ci ilin axırlarında Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına keçmiş, bundan sonra İddiaçı bu quruma icarə haqqı ödəmiş, lakin nə İddiaçı, nə də Cavabdeh1la Əmlak Məsələləri Dövlət Komitəsi arasında icarə müqaviləsi bağlanmamışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, “X5” M MC İddiaçı və Cavabdeh1 istifadə və sahibliyində olan sözügedən qeyri-yaşayış sahəsinin faydalı sahəsini 361,2 m2 30 000 manat, torpaq sahəsini isə 388,7 m2 torpaq sahəsi olmaqla 10 000 manat qiymətləndirmiş, bundan sonra Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən həmin əmlakla bağlı xx 2017-ci il, 30 yanvar 2018-ci il, 06 mart 2018-ci il və xx xx 2018-ci il tarixlərdə hərrac keçirilmiş, sonuncu hərracda sözügedən əmlak 30 000 manata Cavabdeh1 satılaraq hərracın nəticələri haqqında eyni tarixli 13/01 saylı protokol tərtib olunmuş, xx xx 2018-ci il tarixdə isə Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında hərracın nəticələri protokoluna uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi, sözügedən qeyri-yaşayış sahəsinin bir hissəsinin 2013-cü i lin axırlarından İddiaçı istifadə və sahibliyində olduğunu, əmlakın 2017-ci ilin sonlarında Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına keçdiyini və bundan sonra İddiaçı bu quruma icarə haqqı ödədiyini müəyyən etməklə tərəflər arasında icarə münasibətlərinin yarandığı, başqa sözlə qeyri-yaşayış sahəsinin faktiki olaraq iddiaçının icarəsində olduğu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəmə kollegiyasının iclasında iştirak edən nümayəndəsi tərəflər arasında icarə müqaviləsinin bağlanmadığını bildirsə də, istifadəsində olan sözügedən əmlaka görə İddiaçı tərəfindən Komitənin tabe liyində olan quruma icarə haqqı ödənilməsi ilə bağlı işin faktiki halının mövcudluğunu inkar etməmiş, bununla belə İddiaçı həmin əmlaka görə icarə haqqının qəbul edilməsinin məntiqi izahını da verə bilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, qeyd edilən əmlak iddiaçı tərəfindən qeyri-qanuni şəkildə zəbt edilməmiş, başqa sözlə onun həmin qeyri-yaşayış sahəsi üzərindəki sahibliyi qanunsuz olmamışdır. Ən azı ona görə ki, o, məhz yerli icra hakimiyətinin razılığı əsasında bu əmlaka istifadə və sahiblik etməyə başlamış və əmlak Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına da nəticə etibarilə bundan sonra və onunla birlikdə verilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 22.1- maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü maddəsinə görə, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə göt ürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xx 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndində yuxarıda göstərilən qayda müəyyən olunmuşdur. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə görə də icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi aras ında alqı-satqı müqaviləsi bağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. Həmin Qaydaların 4.2.2-ci bəndinə görə isə icarə obyekti (qeyri-yaşayış sahəsi) bu bəndin 1-ci abzasında göstərilən hallarda özəlləşdirmə üçün açıq elan edildikdə və icarə müqaviləsi ləğv olunduqda mülkiyyət münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həll edilir. Azərbaycan Respublikası Prezidentinin xx xx 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 1.2-ci bəndinə görə, hərraclar vasitəsi ilə dövlət əmlakının, habelə torpaq sahələrinin satışı özəlləşdirilən əmlak barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsidir. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Alıcı əmlakın hərrac dəyərini pulla ödəyir. Qaydaların 2.1-ci bəndinə görə, satıcı hərraca hazırıq mərhələsində hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Satıcının rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində dərc olunmasını t əmin edir. Qaydaların 6-cı bəndinə görə isə özəlləşdirmə əqdləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və hallarda etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Şərh edilənlərdən də göründüyü kimi, icarəyə verilmiş dövlət əmakının özəlləşdirilməsi zamanı ilkin olaraq əmlak 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur, sonuncu icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, məhz onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəyir; əks halda isə yəni, o (icarəçi), əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəmədikdə əmlak hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Bu zaman hərracların keçirilməsi barədə keçmiş icarəçiyə ayrıca məlumat verilməsinə zərurət qalmır, yəni, keçmiş icarəçi də əmlakı almaq istəyən başqa şəxslər kimi hərracla bağlı ümumi elanı izləməlidir. Keçmiş icarəçi keçirilən hərracda (hərraclarda) iştirak etmək və obyekti ümumi əsaslarla (hərracda qalib gəlməklə) əldə etmək hüququnu özündə saxlayır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, h azırkı mübahisənin düzgün həlli üçün hərracların keçirilməsi barədə iddiaçıya məlumat verilibverilməməsi deyil, hərraca çıxarılmamışdan öncə əmlakın alınması üçün ona (iddiaçıya) təklif olunub-olunmamasının yoxlanılması mühüm əhəmiyyət kəsb edir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddəl ərinin tələbləri baxımından şərh edilməsinə dair” xx xx 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia tələbi mübahisəli əmlaka dair keçirilmiş hərracın nəticələrinin (hərracın nəticəsində bağlanmış hərrac protokolunun və alqı-satqı müqaviləsinin) etibarsız hesab edilməsi barəsindədir və bu mənada yuxarıda qeyd olunan prinsipə görə sözügedən hərracın qanunvericiliyin tələblərinə uyğun keçirilibkeçirilmədiyini müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmas ının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin müəyyən olunan hallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilkin olaraq iddiaçıya (həmçinin əmlak digər hissəsinə sahiblik edən Cavabdeh1) təklif olunmadan, onun (onların) əmlakı almağa razılığının/razılıqlarının olubolmadığı aydınlaşdırımadan sözügedən əmlak hərraca çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi xüsusilə qeyd etmişdir ki, mübahisəli qeyriyaşayış sa həsi (iddiaçının sahibliyində və istifadəsində olan hissədə) ilkin olaraq iddiaçıya təklif olunmadığından, sonradan keçirilən hərrac barədə onun məlumatlı olub-olmaması da fərqli nəticəyə gəlmək üçün hər hansı əhəmiyyət kəsb etmir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; həmin məcəllənin 416.2-ci maddəsinə görə isə, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan bir məsələyə də qiymət verməyi zəruri saymışdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibars ız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş materiallarından aydın olur ki, Cavabdeh1 etibarsız hesab edilən əqd üzrə özəlləşdirdiyi əmlak üçün Əmlak Məsələləri Dövlət Komitəsinə satınalma məbləği ödəmiş və digər xərclər çəkmişdir. Bununla belə apellyasiya instansiyası məhkəməsi hazırkı mülki icraat çərçivəsində Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqini (restitusiyanı) Cavabdeh1 hüquqlarını məhdudlaşdıracağı qənaətilə məqsədəmüvafiq hesab etməmişdir. Belə ki, “Azərbaycan Respublik asında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13-cü bəndinə görə, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə daxil olur, dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Respublikanı xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədi ilə Komitənin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 etibarsız əqd üzrə sərf et diyi pul vəsaitlərinin (digər xərclərin) Komitə tərəfindən geri qaytarılmalı olan hissəsi (25%-i) konkret müəyyənləşdirilmədiyindən, digər məbləğlə bağlı isə Maliyyə Nazirliyinə qarşı tələb irəli sürülmədiyindən restitusiya məsələsinə mahiyyəti üzrə münasibət bildirilməməli və zəruri sübutlar təqdim etməklə müvafiq iddia tələbi ilə həm Əmlak Məsələləri Dövlət Komitəsinə, həm də Maliyyə Nazirliyinə qarşı tələb irəli sürmək hüququnun olduğu ona (Cavabdeh1) izah olunmalıdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, mübahisəli əmlakın hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edildiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuş, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən tədqiq olunmuş sübutlara əsasən gəldiyi daxili inamını da rəhbər tutaraq həm də onu nəzərə almışdır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə gö rə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edi lən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl e tmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə
Məhkəmə qərarları › İş №2(102)-5361/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5361/2019
27.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver