Məhkəmə qərarları › İş №2(102)-537/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-537/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-537/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Mustafayev İddiaçı cavabdeh X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və çıxarılma) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, Cavabdeh X1 və vəkili X4 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 23 iyul 2020-ci il tarixli qətnaməsindən Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər 19.07.2007-ci ildə nikaha girmişlər,X yaşamışlar və bu nikahdan iki uşaqları doğulmuşdur. Həmin ünvanda ümumi sahəsi 121,70 kv.m. olan ev 30.07.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı Mustafayevin adına qeydə alınmışdır.

2. Zaqatala Rayon Məhkəməsinin 27.03.2017-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqlar Cavabdeh yanında saxlanılmışlar.

3. Zaqatala Rayon Məhkəməsinin 02.10.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı X in qeyd edilən evdən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməmişdir.

4. Hazırkı işdə İddiaçı Mustafayev, kompensasiya verilməklə Cavabdeh Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən evdən istifadə hüququna xitam verilməsinə dair aşağıdakı tələbi irəli sürür. İş ü zrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Mustafayev İddiaçı ərizə ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən 3000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı 05.02.2020-ci il və 06.03.2020-ci il tarixli ərizələri ilə kompensasiyanın məbləğini artıraraq əvvəlcə 6000 manat, sonra isə 7000 manat təklif etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin onun mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evində olan istifadə hüququna 7000 manat kompensasi ya ödənilməklə xitam verilməli və cavabdeh həmin evdən çıxarılmalıdır.

8. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək onun təmin olunmamasını xahiş etmişdir.

9. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 06 mart 2020-ci il tarixli, Xnömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən Mustafayev İddiaçı xüsusi mülkiyyətində olan evdən 7000 manat kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi və onun evdən çıxarılması qət olunmuşdur.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən təklif edilmiş 7000 manat kompensasiya məbləği müvafiq bazar qiymətlərinə uyğun olaraq cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış evindən istifadə hüququna xitam verilməsi və sonuncunun sözüg edən evdən çıxarılması üçün yetərlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya instansiya məhkəməsinin icraatı zamanı kompensasiya məbləğinin təklifini artıraraq, qarşı tərəfə 9000 manat məbləğində kompensasiya təklif etmişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şükürov (sədrlik edən və məruzəçi), A.Eyvazov və R.Əliyev) 23.07.2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 06 mart 2020-ci il tаrixli, X nömrəli qətnaməsinin təklif edilən kompensasiyanın məbləğinə münasibətdə dəyişdirilməsi, Cavabdeh Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən iddiaçı Mustafayev İddiaçı xüsusi mülkiyyətində olan evdən 9000 (doqquz min) manat ko mpensasiya verilməklə istifadə hüququna xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi kompensasiya məbləğini 7000 manat olaraq müəyyən edərkən cavabdehin hazırkı yaşayış şəraitinə uyğun yaşayış yeri əldə etməli olduğunu nəzərə almamışdır. Ona görə də kompensasiya məbləği 9000 manat həcmində müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki A pellyasiya Məhkəməsi verilməli olan kompensasiyanın hesablanması üçün zəruri olan bazar qiymətini müəyyən etmədən, yalnız iddiaçının ərizəsinə istinad etməklə iddianı təmin etmişdir. Halbuki, RX seriyalı ******* nömrəli HDQH DƏDRX-dən Çıxarışa əsasən iddiaçının mülkiyyətindən olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evində olan istifadə hüququna xitam verilməsi və cavabdehin həmin evdən çıxarılması üçün ödənilməli olan minimum kompensasiyanın miqdarı 12000-15000 manat arasıdır. Cavabdeh Ali Məhkəmənin Mülki Kollegiyasına müraciət edərək bildirmişdir ki, İddiaçı Musatafayevlə birgə nikah dövründə alınmış torpaq sahəsində inşa etdikləri, ümumi sahəsi 121,70 kv.m. olan fərdi yaşayış evində paylarının bərabər olmasının müəyyən edilməsinə dair Zaqatala Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin məhkəmənin 30.11.2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmamış, bu səbəbdən qətnamədən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. T ətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instans iyası məhkəməsinin mövqeyi

24. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. İş üzrə iddiaçının bildirdiyi hallar nəzə rə alındıqda məlum olur ki, tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 228.2-ci maddəsi nəzərdən keçirilə bilər. Normaya əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun xitamı mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda isə bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (§ 19).

26. İş materiallarından görünür ki, X kəndində yerləşən, ümumi sahəsi 121,70 kv.m. olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı X n adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.

27. İddiaçı da 9000 manat kompensasiya təklif etməklə Cavabdeh həmin evdən istifadə hüququna xitam verilməsini və yaşayış sahəsindən çıxa rılmasını tələb edir.

28. Apellyasiya instansiyası məhkəməsi həmin kompensasiya məbləğini istifadə hüququna xitam verilməsi üçün kifayət hesab edərək iddianın təmin olunması ilə razılaşmışdır.

29. Bununla belə, cavabdehin təqdim etdiyi məlumat və sənədlərdən görünür ki, Cavabdeh mübahisə predmeti olan evin birgə nikah dövründə inşa edildiyinə istinad edərək onun üzərində bərabər payının müəyyən edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Həmin iddianın təmin edilməməsi barədə Zaqatala Rayon Məhkəməsinin 30.11.2018-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsi tərəfindən icraata götürülərək baxışa təyin edilmişdir. Bu fakt həmin məhkəmənin 08.04.2021-ci il tarixli, X-ci il tarixli bildirişi ilə təsdiqlənir.

30. Kollegiya hesab edir ki, Cavabd eh mübahisə predmeti olan evə payının müəyyən edilməsi barədə qaldırdığı iddia üzrə çıxarılacaq yekun məhkəmə aktı hazırkı iş üzrə iddianın düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Belə ki, həmin işdə Cavabdeh iddiası təmin olunacağı halda mübahisəli evə münasibətdə onun hüquqi vəziyyəti dəyişə bilər. Bu baxımdan artıq yuxarı məhkəmənin icraatında olan həmin işə baxılıb qurtarmadan bu iş üzrə yekun məhkəmə aktının çıxarılması hazırkı məqamda mümkün deyil.

31. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən halların nəzərə alınmaqla mübahisəyə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tut araq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 23 iyul 2020-ci il tarixli ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar