Məhkəmə qərarları › İş №2(102)-537/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-537/2022

28.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-537/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh1 Tariyel oğluna, Cavabdeh2 və X4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-537/22 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi ) Bakı şəhəri, 28 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Tariyel oğluna, Cavabdeh2 və X4 qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7293/2021 nömrəli, 29 iyul 2021-ci il ta rixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-də mövcud olan 73 344 ədəd adi adlı səhmdən (hər birinin nominal dəyəri 2 manat) 51 340 ədədi Cavabdeh3, 22 004 ədədi isə onun arvadı İddiaçı məxsus olmuşdur. Cavabdeh3 Bakı İstintaq Təcridxanasının rəisi tərəfindən təsdiqlənmiş 18.10.2012-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən 190,1 m2 qeyri-yaşayış sahəsini və Şəki şəhəri, Nuxa kəndində yerləşən Dərzi sexini idarə etməyi, onun üzərində sərəncam verməyi və sair hərəkətləri etməyi 1 il müddətinə (qüvvədə olma tarixi 18.10.2013-c ü il) etibar etmiş, Cavabdeh1 isə Şəki şəhər 1 saylı dövlət notariat kontorunda 7E-14888 reyestr nömrəsi ilə qeydə alınmış 05.11.2012ci il tarixli (etibarnamənin tarixi sözlərlə beş noyabr iki min on ikinci il kimi yazılmışdır) etibarnaməyə əsasən həmin etibarnamədə göstərilən səlahiyyətləri Cavabdeh4 etibar etmişdir.

2. İddiaçı Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş 24.10.2012-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və sair hərəkətləri etməyi 5 il müddətinə (qüvvədə olma tarixi 24.10.2017-ci il) etibar etmiş, Cavabdeh1 Şəki şəhər 1 saylı dövlət notariat kontorunda 7E-14887 reyestr nömrəsi ilə qeydə alınmış 05.11.2012-ci il tarixli (etibarnamən in tarixi sözlərlə beş noyabr iki min on ikinci il kimi yazılmışdır) etibarnaməyə əsasən həmin etibarnamədə göstərilən səlahiyyətləri Cavabdeh4 etibar etmişdir.

3. Cavabdeh3 və İddiaçı adından müvafiq olaraq 7E-14888 və 7E-14887 reyestr nömrəli 05.11.2012-ci il tarixli etibarnamələr əsasında hərəkət edən Cavabdeh4 Şəki 1 saylı notariat kontorunda təsdiq edilmiş 24.09.2013-cü il tarixli 3M-1/346 reyestr nömrəli “Qiymətli kağızların bağışlanma müqaviləsi”nə əsasən "xxxx" ASC-nin hər birinin nominal dəyəri 2 manat olan 73344 ədəd qiymətli kağızını (adi adlı səhm) Cavabdeh2 əvəzsiz olaraq bağışlamışdır. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 Tariyel oğlu, Cavabdeh2 və X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" AS C-nin 73344 ədəd səhminin bağışlanmasına dair 24 sentyabr 2013-cü il tarixli 3M-1/346 reyestr nömrəli bağışlama müqaviləsinin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılıb ki, “Şəki Məişət" ASC-nə məxsus 73344 ədəd səhm X5 tərəfindən iddiaçı ilə nikah dövründə əldə edilmişdir. 25 mart 1998-ci il tarixdə qeydiyyata alınmış ASC-nin səhmlərinin təxminən 70%-ni təşkil edən 51340 ədədi Urfat İbrahimov tərəfindən özəlləşdirilmiş, 30%-lik hissəsi olan 22 004 ədədi isə iddiaçı tərəfindən açıq hərracdan alınmışdır.

6. İddiaçı 2012-ci ilin dekabr ayında səhhətində yaranan problemlərlə əlaqədar Azərbaycan Respublikasını tərk etmiş və müalicə olunmaq üçün xarici ölkəyə getmiş, həmin vaxtdan ölkəyə geri qayı tmamışdır. Bir-neçə ay əvvəl iddiaçıya məlum olmuşdur ki, 24 sentyabr 2013-cü il tarixdə ASC-nin səhmləri müxtəlif yollarla özgəninkiləşdirilmiş və Cavabdeh2 əlində cəmlənmişdir.

7. İddiaçı hüquqlarının müdafiəsini və onu təmsil etmək səlahiyyətini vəkilə həvalə etmiş, bundan sonra öyrənmişdir ki, səhmlərin özgəninkiləşdirilməsi ilə əlaqədar X5 tərəfindən “əqdin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, həmin məhkəmə mübahisəsi zamanı ASC-yə məxsus 73344 ədəd səhm 24 sentyabr 2013-cü il tarixli “Qiymətli kağızların bağışlama müqaviləsi" əsasında Cavabdeh4 tərəfindən Cavabdeh2 bağışlanıb, müqavilə X2 Bakı İstintaq təcridxanasında Cavabdeh1 verdiyi etibarnamə əsasında sonuncunun Cavabdeh4 adına ötürdüyü 05 noyabr 2012-ci il tarixli 7E-9/14888 reyestr nö mrəli etibarnamə əsasında rəsmiləşib.

8. Maraqlıdır ki, bağışlama müqaviləsi rəsmiləşdirilərkən birgə nikah dövründə əldə edilən səhmlərin özgəninkiləşdirilməsinə etiraz etməməsi barədə iddiaçının adından ərizə də hazırlanmış və 03.10.2012-ci il tarixli 7E-10/14940 reyestr nömrəli ərizə ilə iddiaçı guya buna razılıq vermişdir. Həmin ərizə 03.10.2012-ci il tarixdə notarial qaydada təsdiq edilsə də, ərizəni iddiaçı özü şəxsən deyil, etibarnamə üzrə nümayəndə Cavabdeh4 imzalamış, lakin adı çəkilən şəxsə etibarnamə ərizədən 32 gün sonra verilmişdir.

9. Bundan əlavə, hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)1976/2021 saylı işin materiallarından görünür ki, 05 noyabr 2012-ci il tarixli 7E- /14888 reyestr nömrəli və 05 noyabr 2012-ci il tarixli 7E-9/14887 reyestr nömrəli etibar namələr naməlum şəraitdə dəyişdirilmiş, Şəki şəhəri 1 saylı DNK-nun notariusu İsrail Məmmədovun imzası ilə təsdiqlənmişdir. Hətta həmin etibarnamələrin hansı tarixlərdə, yəni noyabr ayının 5-də və ya 6-da verildiyi də mübahisəlidir.

10. İddiaçı Cavabdeh4 heç bir etibarnamə verməmişdir. Bundan əlavə, bağlanan müqavilənin alqı-satqı deyil, bağışlama müqaviləsi olması, bağışlama ilə varlanan Cavabdeh2 iddiaçı ilə heç bir qohumluq əlaqələrinin olmaması müqaviləyə şübhələri artırır və əqdin yalan əqd olmasına əsaslı şübhələr yaradır.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 157.8, 158.2, 337.1, 337.2, 337.4, 347.1, 1091.1 və 1092.1-ci maddələrinə istinad etmişdir.

12. Birinci instansiya məhkəməsində X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

13. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iddia ərizəsinə etiraz ərizəsi vermişlər. Etirazın dəlilləri: - əvvəla İddiaçı mübahisələndirmək istədiyi 24.09.2013-cü il tarixli bağışlama müqaviləsi Yasamal rayon Məhkəməsinin 2(004)-270/2018 saylı, 14.02.2018-ci il tarixli və Bakı Yasamal rayon Məhkəməsinin 2(004)-1721 /2021 saylı 07.04.2021-ci il tarixli qətnamələri, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.10.2018-ci il tarixli 2(103)-7183/2018 saylı və 2(103)-8717/2019 saylı 20.08.2019-cu il tarixli qətnamələri, Ali Məhkəmənin Mülki Kollegiyasının 2( 102)-1891/2019 saylı, 15.04.2019-cu il tarixli və Ali Məhkəmənin Mülki Kollegiyasının 2( 102)- 1745/2020 saylı, 18.03.2020-ci il tarixli qərarları ilə mübahisələnd irilərək araşdırılıb, nəticədə Urfat İbrahimovun iddiası təmin edilməyərək rədd edilmiş, hətta X1 Məhkəməsinə müraciəti də icraata götürülməyərək rədd edilmişdir; - Yasamal rayon Məhkəməsində 2(004)-270/2018 saylı mülki iş üzrə iddiaçı X9 İbrahimovanm hazırki iddiası ilə eyni olan etibarnamələrin qanunsuz olması ilə əlaqədar Cavabdeh1 Tariyel oğluna qarşı iddia qaldırmışdı, İddiaçı da cavabdeh kimi cəlb olunmuşdu; - İddiaçı hazırki iddiasında Cavabdeh1 cavabdeh kimi qalsa da, İddiaçı Urfat İbrahimovla yerlərini dəyişərək İddiaçı, Ü.İbrahimov isə cavabdeh kimi cəlb edilmişdir. Nəticədə isə yenə də Ü.İbrahimovun və arvadı İddiaçı Cavabdeh1 qarşı eyni etibarnamələrin qanunsuz olması barədə qaldırdığı eyni iddialardır; - etibarnamələrin imzalanmasına gəlincə, İddiaçı tam anlaqlı olmuş, qanuni qaydada etibarnamə imzalamış və təsdiqlətmişdir. Etibarnamələr təsdiqləndikdən aylarla sonra alqı-satqı müqvilələri təsdiqlənmişdir. Belə ki, səhmlərin bağışlanma müqaviləsi bağlandıqdan bir il sonra ASC-nin balansında olan daşınmaz əmlak satılmışdır. Ürfat İbrahimov həbsdə olanda onunla qardaşı və cavabdehlər görüşüblər, Urfat İbrahimovun məhkəməsi bitənə qədər üç vəkili olmuşdur və demək olar ki, hər gün vəkillərlə görüşmüşdür. Buna baxmayaraq, Urfat İbrahimov etibarnamələrdən çox gözəl məlumatı olsa da öz etirazını bildirməmişdir; - bundan əlavə, İddiaçı etibarnamə verdikdən xeyli sonra xaricə getsə də dəfələrlə cavabdehlərlə telefon əlaqəsi saxlamışdır. Cavabdehlərə eynilə də qaynı N.İbrahimova və Cavabdeh1 da heç bir etirazını bildirməmişdir. Bunlar bir tərəfə, İddiaçı notariusa elə xaricdən də etirazını bildirə bilərdi. Belə olan halda etibarnamələrin hansısa təyziq altında və ya aldadılaraq imzalanması düzgün hesab edilə bilməz; Urfat İbrahimovun həbsdən çıxdıqdan aylarla sonra iddia qaldırmaq qərarına gəlməsi varlanmaq həvəsi, öz razılıqları ilə satılıb pulunu şəxsən qardaşı N.İbrahimovun almasına baxmayaraq həmin əmlakları yenidən əldə etmək istəməsidir; - beləliklə, Cavabdeh2 və Cavabdeh1 eyni cavabdeh kimi qalır, etibarnamələr də eyni qalır, bu dəfə Urfat İbrahimov dönüb olur cavabdeh, İddiaçı isə olur iddiaçı. Halbuki, əvvəlki üç məhkəmə instansiyasında və yeddi məhkəmə işlərində Urfat İbrahimov elə arvadı İddiaçı adından etibarnamə ilə çıxış etmişdir; - İddiaçı əri Urfat İbrahimovun qardaşı X3 göstərişi ilə qaynının oğlu Cavabdeh1 Tariyel oğluna 24.10.2012-ci il tarixli, 7E-13/11092 reyestr nömrəli etibarnaməni, Cavabdeh1 da isə Urfat İbrahimovun qardaşı Nazim İbrahimovun göstərişi ilə həmin etibarnamə əsasında İbrahimovların doğma əmisinin nəvəsi Cavabdeh4 05.11.2012-ci il tarixli, 7E-9/14887 reyestr nömrəli etibarnamə vermişdir; - qiymətli kağızların 24.09.2013-cü ii tarixli bağışlama müqaviləsi isə İddiaçı etibarnamə verməsindən nə az, nə çox – bir il sonra bağlanmışdır. İddiaçı və Cavabdeh1 24.10.2012-ci il tarixli və 05.11.2012-ci il tarixli etibarnamələri imzaladıqdan sonra 24.09.2013-cü il tarixli bağışlama müqaviləsi imzalanana qədər Urfat İbrahimovun qardaşı Nazim İbrahimov və X6 İbrahimova iki dəfə, İddiaçı və oğlu Cəmil İbrahimov isə bir dəfə Bakı istindaq təcridxanasında, 2013-cü ildə isə Gəncə istintaq təcridxanasında yenə də bir dəfə Urfat İbrahimovla görüşmüşdür. Bu görüşlər zamanı istər İddiaçı, istərsə də Cavabdeh1 İbrahimovların doğma əmisi nəvəsi olan Cavabdeh4 etibarnamə vermələri barədə məlumat vermişlər.. Hətta bu etibarnamələrin verilməsi və əmlakların satılması məqsədi ilə İbrahimovların doğma əmisinin nəvəsi Cavabdeh4 etibarnamə verilməsi üçün Ü.A.İbrahimov Bakı istintaq təcridxanasında 18.10.2012-ci il tarixli etibarnamə vermişdir; - həm də bağışlama müqaviləsi təsdiqlənən zaman bu bağışlamanın həyata keçirilməsi üçün həm Urfat İbrahimovun, həm də İddiaçı qanuni yolla təsdiqlənmiş etibarnamələri var idi, bu zaman əslində heç bir razılıq ərizəsinə ehtiyac olmamışdır. Çünki, etibarnamələrdə bütün əməliyyatlara razılıq verilmişdir. Etibarnamələrin qanunamüvafıq olaraq notariat qaydada təsdiqlənməsi barəd ə Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinin, eynilə notariat kontorlarının məktubları vardır ki, həmin məktublar da Bakı Yasamal rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin sorğusu əsasında məhkəməyə təqdim olunmuşdur.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1721/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Təhminə Xəlilova)

15. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, iddiaçı tərəfindən 2013-cü il tarixdə bağlanmış müqavilə 2017-ci ildə mübahisələndirilməklə faktiki olaraq həmin əqdin mübahisələndirilməsinə imkan verən müddət ötürülmüşdür. Müqavilənin etibarsız olması ehtimalında, MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsi iddiaçının həmin əqdin etibarsız hesab edilməsi barədə tələbinin təmin olunmasını istisna edir.

16. Məhkəmə mövqeyini Mülki Məcəllənin 347.1, 354.2 və 375.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişlər.

18. Apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb. Əlavə olaraq göstərilib ki, Məhkəmə işin hallarına və sübutlara düzgün qiymət verməyib, maddi və prosessual hüquq normalarının tələblərini pozub, iddia tələbinə müddəti tətbiq etməklə səhvə yol verib.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7293/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1721/2021 saylı iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Fuad Babayev)

20. Apellyasiya instansiyası qeyd edib ki, iddiaçının iddiasına görə o, səhmlərinin bağışlanmasına dair heç kimə etibarnamə verməmiş, sözügedən müqavilənin bağlanmasından yeni xəbər tutmuş, həmin müqavilə yalan əqd mahiyyətində olmuşdur. Hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi bağışlama müqaviləsinin bu növ ə qdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olduğu mübahisə mövzusu deyildir; onun lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmadığı, habelə onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi xüsusilə olaraq qeyd edib ki, hazırda mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız sayılması ilə əlaqədar əvvəllər də məhkəmə çəkişmələri olmuş, Cavabdeh3 Cavabdeh2, Cavabdeh1 Tarıyel oğluna, Cavabdeh4, İddiaçı və Şəki şəhəri 1 saylı Dövlət notariat kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin işə baxılarkən bağışlama müqaviləsinin tərəflərin tam sərbəst iradələri əsasında bağlandığı və etibarnamələrin qanuni əsaslarla verildiyi müəyyənləşdirilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tə rəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

23. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edib ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

24. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar onu da vurğulayıb ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil1) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

27. Kassasiya şikayətinə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 etiraz veriblər. Etirazın dəlilləri iddiaya etirazın dəlillərinə uyğun əsaslandırlıb. (hazırki qərarın 12-ci bəndi) 28.Cavabdeh Urfat İbrahimov da kassasiya şikayəti ilə bağlı izahat təqdim edib. İzahat iddia ərizəsi və apellyasiya şikayətinə uyğun məzmunda verilib, izahatda qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələb lərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Maddə 354.2 Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddə ti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kass asiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkə mələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

33. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

34. İddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı barədədir. İddiaçının tələbinin əsası kimi ona istinad edib ki, səhmlərinin bağışlanmasına dair heç kimə etibarnamə verməmişdir.

35. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi bağışlama müqaviləsinin bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olduğu mübahisə mövzusu deyildir; onun lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmadığı, habelə onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir.

36. Həmçinin müəyyən edilib ki hazırda mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız sayılması ilə əlaqədar əvvəllər də məhkəmə çəkişmələri olmuş, Cavabdeh3 Cavabdeh2, Cavabdeh1 Tarıyel oğluna, Cavabdeh4, İddiaçı və Şəki şəhəri 1 saylı Dövlət notariat kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin işə baxılarkən bağışlama müqaviləsinin tərəflərin tam sərbəst iradələri əsasında bağlandığı və etibarnamələrin qanuni əsaslarla verildiyi müəyyənləşdirilmişdir.

37. Bundan əlavə o da müəyyən e dilib ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür.

38. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 19-23-cü bəndlərində əks edilən dəyərləndirməsini qanuni və əsaslı sayır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi iddia tələbi ilə bağlı bütün xüsusatlara qiymət vermişdir.

39. Apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarına əsasən iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Çünki işin müəyyən edilmiş halları həmin normaların dispozitiv şərtləri baxımından hazırki iddianın təmin edilməsini i stisna etmişdir.

40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

41. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(103)7293/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar