Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5379/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: tikilinin sökülməsi, mülkiyyət hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4694/2022 nömrəli iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfind ən verilmiş kassasiya şikayətinə dair işə 14 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. ARDNŞ-nin Neft Kəmərləri İdarəsi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 3.3-cü km-də kəmərdən 32 metr aralı məsafədə, kəmərə paralel, 1-cı sırada, kəmərin mühafizə zonasında cavabdeh tərəfindən mühafizə zonası daxilində qanunsuz inşa edilən tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 3.3-cü km-də kəmərdən 32 metr aralı məsafədə, kəmərə paralel, 1-cı sırada, kəmərin mühafizə zonasında vətəndaş Cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s. hüquqi rejimli mühafizə zonaları yaradılır. Bundan başqa, Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə q eydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur.
3. Məhkəmə, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən suallara aydınlıq gətirilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 06 aprel 2022-ci il tarixli, 10/649 saylı rəyində qeyd edilmişdir ki, Cavabdeh faktiki mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərində inşa olunan tikililərlə Dövlət Neft Şirkəti İxras İdarəsinin balansında və istismarında olan magistral qaz kəməri ilə tikili ilə ara məsafəsi 36,0 metrdir. Cavabdehin faktiki mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərində inşa olunan tikililər İddiaçı mühafizə zonasının əhatə dairəsinə düşür.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(009)-231/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ş. Rəhimov) iddia təmin edilmişdir.
5. Məhkəmə kollegiyası ekspert rəyinə istinadla qeyd etmişdir ki, Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 3.3-cü km-də kəmərdən 32 metr aralı məsafədə, kəmərə paralel, 1-cı sırada, kəmərin mühafizə zonasında yerləşən sahənin İddiaçı X2 istismarında olduğu öz əksini tapmışdır. Lakin, Cavabdeh heç bir hüquqa əsaslanmadan X1i sahibliyində olan torpaq sahəsində özbaşına tikinti işləri aparmaqla sonuncunun sahiblikdən irəli gələn hüququnu pozmuşdur. Cavabdehin müvafiq tikinti işləri apararaq mübahisəli torpaq sahəsini öz təsir dairəsində saxlaması hüquqla tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Beləliklə, iddiaçı sahibliyinin müdafiəsi məqsədi ilə Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 3.3-cü km-də kəmərdən 32 metr aralı məsafədə, kəmərə paralel, 1-cı sırada, kəmərin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbini irəli sürməkdə haqlıdır və iddia tələbi sözügedən hissədə təmin olunmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonr a – Mülki Məcəllə) 159, 180.1, 180.3, 180.4, Torpaq Məcəlləsinin 22.2, 111-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 685 saylı Fərmanına, eləcə də Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki sözügedən ərazidə yəni - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-c yaşayış massivi, 460 F ünvanda 0,1 ha ölçülü torpaq sahəsində ona məxsus fərdi yaşayış evi vardır. Həmin əmlak da qanunsuz tikili deyildir. Belə ki, həm in əmlaka dair onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli, RX ******* nömrəli çıxarış verilmişdir Göründüyü kimi iddiaçının qanunsuz tikili adlandırdığı əmlak qanunsuz tikili olmamaqla xüsusi mülkiyyətindədir. Belə olan halda iddiaçı ona qarşı əsassız iddia irəli sürməklə, xüsusi mülkiyyətində olan tikilini yəni fərdi yaşayış evini sökdürmək istəyir. Məhkəmə də məhkəmə iclasında iştirakını təmin etmədən, dəqiq araşdırma aparmadan iddiaçının iddiasını təmin etməklə mülkiyyət hüququnu pozmuşdur.
9. Cavabdeh həmçinin qeyd etmişdir ki, iddiaçı sökülməsini tələb etdiyi tikilinin ünvanını X8 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mmlik yeraltı neft kəmərinin 3.3-cü km-də kəmərdən 3 2 metr aralı məsafədə, kəmərə paralel, 1-ci sırada, kəmərin mühafizə zonasında yerləşən tikili kimi qeyd etmişdir. Lakin məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması üçün iddiaçının qeyd etdiyi kordinatlara uyğun əraziyə gələn ekspert öz rəyində həmin ərazinin ünvanının “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 460 F” olduğunu qeyd etmişdir. Buradan da görünür ki, iddiaçı iddia ərizəsində kordinatlarını qeyd etdiyi və sökülməsini iddia etdiyi tikili məhz onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 460 F ünvanda yerləşən fərdi yaşayış evidir.
10. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası) 2(103)-4694/2022 nömrəli iş üzrə 28 iyun 20 22-ci il tarixli qətnaməsi ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X5) cavabdehin apellyasiya şikayətinin təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamışdır.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apelyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. İddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. 12.Beləliklə, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə ədaləti təmin etməyən qətnamə qəbul etmişdir.
13. Apelyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Mülki Məcəllənin 152.1, 203.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 384.0, 384.0.2, 385.1, 385.1.1, 385.1.2, 385.1.4, 386 387.1 388, 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
15. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi nin Plenumunun xx.xx.2003-cü il tarixli qərarına əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxdıqda məhkəmələr hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusunu müəyyən etməlidirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibini müəyyən edən 9-cu maddəsinin tələblərinə görə məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlar yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür. Lakin, apelyasiya instansiyası məhkəməs i fərdi yaşayış evinin cavabdehin mülkiyyətində olması əsası ilə iddia tələbini təmin etməmişdir. Apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır k, həmin tikili iddiaçının istismarında olan, sözü gedən ərazidə kəmərlə 32 metr məsafədə inşa edilmişdir. Bundan başqa, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Apellyasiya instansiyası da buna əhəmiyyət verməmiş, əsassız olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, iddia tələbini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın də lilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbayc an Respublikasının Konstitusiyası
19. Maddə
13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə
29. İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mə nsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
23. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
24. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi oby ektlərinin tikilməsi məqsədi ilə alınır.
25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
26. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
27. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icaz ələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
28. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
29. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az o lan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
30. Maddə
67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
31. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsində n, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
32. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instan siyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlilləri açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, şikayətdə istinad olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarı xx.xx.2020-ci il tarixdə qüvvədən düşmüşdür.
42. Kassasiya şikayətinin digər dəlilləri daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmış və bununla da mülkiyyət hüququnun müdafiəsinə dövlət tərəfindən təminat verilmiş daşınmaz əmlakın dəyəri ödənilmədən və ya başqa qaydada kompensasiya edilmədən sökülməsinə əsas verə bilməz.
43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə k ollegiyası Qərara aldı: İddiaçı “ARDNŞ”-nin Neft Kəmərləri İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4694/2022 nömrəli iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.