Məhkəmə qərarları › İş №2(102)-538/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-538/2020

04.02.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-538/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, iddiaçı Azərbaycan Respublikası DNŞ İddiaçı vəkili X4, Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-2983/2019 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası DNŞ İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Quba rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(027)-76/2 018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Z.C.Tahirov) iddiaçı Azərbaycan Respublikası DNŞ İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizəsi zonasında inşa olunmuş tikilinin sökülməsi” barədə iddası rədd edilib. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-2983/2019 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov sədrlik edən, məruzəçi, L.M.Məmmədova və S.A.Qafari) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Quba rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, Siyəzən Magistral X1 325 mm diametrli “Quba QPS qolu ” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Quba rayonu, Barlı kəndinin ərazisində cavabdehə məxsus olan yarım tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞT İRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası DNŞ İddiaçı vəkili xx a kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı təşkilatın vəkili xx izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası M PM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçı təşkilatın qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi üçün əsasların olmamasına, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdehin xüsusi mülkiyyətində olmasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 140, 240.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, xx xxxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Tofiq Eldarov tam mülkiyyət hüququ ilə özünə məxsus olan Quba rayonu, Barlı kəndində yerləşən 0,0619 ha torpaq sahəsini 4.000 manata iddiaçıya satıb və xx xxx 2012-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən sözügedən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. İşə əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli akta əsasən, X7 Kəmərləri Sahəsinin nümayəndələ ri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri xxxxı”nın və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx xxxx 2009-cu tarixli, 17 saylı əmri ilə təsdiq edilmiş “2.9-2 Azərbaycan Respublikası Dövlət Tikinti Normaları”nın tələblərinin pozularaq, Quba rayonu, Barlı kəndində xxtərəfindən 325 mm-lik Quba “QPS” qaz kəməri qolu magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 24 metr məsafədə yarımtikili inşa edilməsi qeyd edilib. Həmçinin işə əlavə edilmiş Məhkəmə Tikinti-Texniki Ekspertizasının xx xxx 2018-ci il tarixli rəyinə görə, 325 mm diametrli Quba “QPS qolu” yüksək təzyiqli qaz kəməri”nin magistral qaz kəməri olduğu müəy yən edildi. Tədqiq olunan ərazidən yerüstü qaz kəmərinin keçməsini, kəmərin istiqamətini 50 metr məsafədə müəyyən edilmiş mühafizə zolağını, cavabdehin inşa etdiyi tikilinin planlı yerləşməsini və Siyəzən MQKS-nin nümayəndələrinin tərtib etdiyi aktın göstəricilərini nəzərə alaraq Siyəzən Magistral X1 325 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərindən 24,0 metr məsafədə Quba rayonu, Barlı kəndində yerləşən Cavabdeh məxsus olan eni 9 metr, uzunluğu 14 metr, hündürlüyü 1,8 metr olan yarımtikili inşa edildiyi və həmin tikilinin qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilir. Göründüyü kimi cavabdehin mülkiyyətində olan Quba rayonu, Barlı kəndində yerləşən 0,0619 ha torpaq sahəsində inşa edilmiş eni 9 metr, uzunluğu 14 metr, hündürlüyü 1,8 metr olan yarımtikilinin Siyəzən Magistral X1 325 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərindən 24,0 metr məsafədə, yəni magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi və həmin yarımçıq tikilinin lazımi icazələr almadan inşa edilməsi işin mübahisə olunmayan hallarıdır və cavabdeh özü də bu faktları inkar etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və xxxxını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiy ə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və xxxxını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin v ə ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Apellyasiya instansiyası məhkəməsi, cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş yarımçıq tikilinin ərazidənkeçən Siyəzən Magistral X1 325 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərindən 24,0 metr məsafədə mühafizə zonasında yerləşməsinəvəbuhalın mübahisəli yarımçıq tikiliyə cavabdehin hüququnun dövlətreyestrindəqeydiyyataalınmasından imtina üçün əsassayılmasına dairişinhallarınadüzgünhüquqiqiymətverilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri xxxxı”nın 2.23cü bəndinə əsasən, magistral boru kəmərlərinin k eçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin “xxxx”ın 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu xxxxı pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi xxxx ı və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxx 2002-ci il tarixli Qərarında Konvensiyanın 2-ci maddəsi (yaşamaq hüququ) üzrə Avropa Məhkəməsi bir daha xatırladır ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həmin Qərarın63-cü bəndində göstərilir ki, həyata qarşı ehtimal olunan hər bir təhlükə dövlət orqanla rının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir. Apellyasiya instansiyası məhkəməsisözügedən yarımçıq tikilinin lazımi icazə almadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsinə, həmin tikilinin sözügedən “xxxx”ın tələbləripozulmaqla magistral qaz kəmərinin mühafizəzonasında inşa edilməsinə, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyiolacağına, sözügedən qaz k əməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nətiəcələr doğuracağına, magistral qaz boru kəmərinintorpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsindən əvvəl inşa edilməsinə əhəmiyyət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alıb hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən qeyd olunan nöqsanları aradan qaldırm aqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli və mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini təmin etməklə yanaşı araşdırılan sübutlara MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Qeyd olunan maddənin mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün ə sasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası DNŞ İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-2983/2019 saylı qətnaməsiləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar