Məhkəmə qərarları › İş №2(102)-539/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-539/2020

22.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-539/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-2751/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Quba rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim X.Q.Tağıyev, iş № 2(027)-206/2019) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cava bdeh Səfərəli qızı və X3 qarşı vərəsəlik paylarının müəyyən edilməsi, evdən çıxarma, pul tələbi və hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilərək X1 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130,3 kv.metr olan qeyri-yaşayış binasına və ölçüsü 0,0146 ha olan torpaq sahəsinə İddiaçı1 və Cavabdeh Səfərəli qızının bərabər paylarla – hər birinə ½ hissə olmaqla qanun üzrə vərəsəlik hüquqlarının tanınması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: S.A.Qafari, L.M.Məmmədova və F.Ə.Məmmədov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Quba rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İ şin halları: X2 xx xxxxxxxx 2017-ci il tarixdə baş vermiş ölümündən sonra birinci növbədə üç vərəsəsi qalmışdır: İddiaçı1, İddiaçı2 və Cavabdeh Səfərəli qızı. Vərəsələrdən İddiaçı1 qanunla müəyyən olunmuş müddətdə mirası qəbul etmək üçün notariat orqanına ərizə vermiş, İddiaçı2 mirası nə faktiki qəbul etməmiş və nə də mirası qəbul etməsi barədə notariat orqanına ərizə verməmiş, Cavabdeh Səfərəli qızı isə mirası faktiki qəbul etmişdir. Nin ölümündən sonra ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına və onun yerləşdiyi torpaq sahəsinə vərəsəlik açılmışdır. 2018-ci ilin iyun ayında Zaur və İddiaçı2lər miras qoyanın birinci növbədə vərəsələri olmasını əsas göstərməklə atalarına məxsus N məhəlləsində yerləşən çörək bişirmə sexinə və Ndə yerləşən “N” qeyri-yaşayış obyektinə qanun üzrə vərəsəlik hüququ üzrə paylarının müəyyən olunması və ayrılması, cavabdehlərin N saylı evdən çıxarılmaları, qanunsuz alınaraq mənimsənilmiş 31.800 manat məbləğində icarə haqqının və 70.000 manat məbləğində miras qalmış pul məbləğinin cavabdehlərdən alınaraq onlara verilməsi, “N” obyektinin altındakı torpaq sahəsinin vərəsəliyin açılmadan ələ keçirilməsinə dair qanunsuz olaraq keçirilmiş xx xxxxxx 2018-ci il tarixli hərracın nəticələrinin ləğv edilməsi və vərəsəlik hüquqlarının bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçılar kassasiya şikayəti verərək İddiaçı2 tərəfindən mirasın qəbulu üçün vaxtında notariat orqanına müraciət edə bilməməsinin səb əblərinin cavabdehin miras əmlaka dair sənədlərin təqdim edilməməsi ilə bağlı olmasına məhkəmə tərəfindən müvafiq hüquqi qiymət verilməməsini, mirasın kütləsinin düzgün müəyyən olunmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında İddiaçı2 nümayəndəsi, İddiaçı1 və onların vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikay ətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıların vərəsəlik paylarının müəyyən olunmasını tələb etdikləri əmlaklardan yalnız ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası və onun altında yerləşən torpaq sahəsi mərhum S.N.Səfərəliyevin mülkiyyətində olmuş və mirasın kütləsinə həmin əmlak daxil olmuşdur. Digər əmlaklar miras qoyanın mülkiyyətində olmamışdır. Müəyyən olunm uşdur ki, vərəsə İddiaçı2 mirası qəbul etmək barədə nə notariat orqanına müraciət etmiş, nə də mirası faktiki qəbul etmişdir. Vərəsələrdən İddiaçı1 mirası qəbul etmək barədə notariat orqanına ərizə verdiyindən, Cavabdeh isə mirası faktiki olaraq qəbul etdiyindən miras əmlakdan yalnız onların payları (hər birinə ½ hissə olmaqla) müəyyən olunmuşdur. Zaur və Arzu Səfərəliyevlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1ci maddəsinə əsasən miras qoyanın birinci növbədə vərəsələri olduğundan və həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən mirası qanunla müəyyən olunmuş qaydada qəbul etdiklərindən miras əmlakdan payların həmin vərəsələrə münasibətdə müəyyən olunması, kollegiyaya görə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mir asın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddianın qalan hissələrdə əsaslı olması iddiaçılar tərəfindən sübuta yetirilmədiyindən məhkəmə kollegiyası iddianın həmin hissələrdə rədd olunmasını qanuni saymışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar