Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5407/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5407/21 (Açar sözlər: prosessual müddətin ötürülməsi əsası ilə kasasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, 28 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(103)-2811/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğvi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 oktyabr 2020-ci il tarixli, 2(009)-1837/2020 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) ilk iddia tələbi qismən təmin edilmiş, qarşılı qlı iddia rədd edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlham Kərimli) 2(103)-2811/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(009)-1837/2020 saylı qətnaməsinin ilk iddia üzrə cavabdehdən alınmalı pul məbləği hissəsində dəyişdirilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh qətnamədən kasasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlham Kərimli) 2(103)-2811/2021 saylı, 23 iyul 2021-ci il tarixli qərardadı ilə kasasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası kasasiya şikayətini geri qaytarması barədə gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, iş materiallarının 157-ci vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, 18 aprel 2021-ci il tarixdə, saat 10:52-də 2(103)-2811/2021-002 saylı 12.04.2021 tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. 18 iyun 2021-ci il tarixdə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitdikdən 30 gün sonra, yəni 17 iyul 2021-ci il tarixdə kassasiya şi kayəti məhkəməyə təqdim edilmişdir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2021-ci il tarixli 2(103)2811/2021 saylı qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək kasasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasın göndərilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Vəkil2 məxsus şəxsi elektron kabinetində yerləşdirilməsini qeyd etsə də, elektron sistemdə mövcud olan problemlərə görə qətnamənin rəsmi qaydada verilməsi hesab etmək olmaz. Belə ki, qətnamə elektron kabinetə yerləşdirilsə də, açıb oxunması mümkün olmamışdır. Bu səbəbdən 19.05.2021-ci ildə Bakı Apellyasiya Məhkəməsinə müraciət olunmuşdur. 31.05.2021-ci il tarixli məktubla qətnamə poçt vasitəsi ilə rəsmi qaydada təqdim edilmişdir. Məhkəmə qətnamənin rəsmi qaydada verilməsi vəzifəsini həyata keçirməmişdir. Buna görə də prosessual müddətin buraxılması əsaslı hesab edilə bilməz. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-c i maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nöm rəsinə SMS-lə çatdırılır. Maddə
402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kasasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olun mamışsa kassasiya şikayəti geri qaytarılır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad iş üzrə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İlk iddia üzrə cavabdeh kasasiya şikayətində prosessual müddətinin ötürülməməsinə istinad etsə də, istinadını elektron sistemdə problem olması ilə əlaqədar 19.05.2021-ci il tarixdə müraciəti əsasında 31.05.2021-ci il əldə etməsi ilə əsaslandırsa da, işdən görünür ki, 18 aprel 2021-ci il tarixdə, saat 10:52-də 2(103)-2811/2021-002 saylı 12.04.2021 tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Əgər ilk iddia üzrə cavabdehin nümyəndəsi və vəkilinin elektron kabinetində qətnaməni açıb oxumaq mümkün deyildisə o, qısa müddət ərzində məhkəməyə müraciət edib qətnaməni əldə etməyə çalışardı. Bu halda göstərilən dəlil əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə ə sasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2811/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.