Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5413/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın yolverilməzliyi, kassasiyanın baxışdan çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2021-ci il tarixli, 2(103)7654/2021 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş k assasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(006)3771/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdeh1 nümayəndəsi, Vəkil1 şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(006)-3771/2021 nömrəli qərardadının ləğv edilməsi və İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair həmin Məhkəmənin 03 iyun 2021-ci il tarixli, 2(006)-3771/2021 nömrəli qərardadı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və məhkəmə baxışı iclası təyin olunmuş, şikayət digər hissədə rədd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi, Vəkil1 tərəfindən şikayət verilmiş, həmin şikayət birinci instansiya məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2020-ci il tarixli, 2(103)7654/2021 nömrəl i qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi, Vəkil1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2021-ci il tarixli, 2(103)-7654/2021 nömrəli qərardadının ləğv edilməsini və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(006)3771/2021 nömrəli qərardadından verilmiş şikayət üzrə apelyasiyanın mümkün hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş, Ali Məhkəmənin 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4- cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Mülki Prosessual Məcəlləsinin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəx slər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ilə cavabdehin şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınsa da, qərardadla həll olunan mübahisənin mahiyyəti iddianın baxılmamış saxlanılması barədə məhkəmənin qərardadının ləğv edilməklə icraatın təzələnməsi və iş üzrə icraata xitam verilməsi barədə vəsatətin təmin edilməməsi olmuşdur. Məhkəmə kollegiyası izah edir ki, mülki prosessual qanunvericilikdə barəsində apellyasiya və kassasiya şikayəti verilməli olan məhkəmə aktlarının məhdud dairəsi dəqiq müəyyən edilmiş və bundan hər hansı istisna, o cümlədən baxılmamış saxlanıl mış icraatın təzələnməsi və icraata xitam verilməsindən imtinaya dair qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya icraatı nəzərdə tutulmayan şikayətlər üzrə kassasiya şikayətinin verilməsi isə prosessual qənaət prinsipinə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardadda cavabdehin apellyasiyasının qeyri-mümkün hesab olunmasının və apellyasiya şikayətinin geri qaytarılmasının qeyd edilməsi, özlüyündə ondan şikayət verilməsi imkanını vermir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki halda kassasiya şikayəti verilməsinin istisna olunması vətəndaşın hüquq və azadlıqlarının məhkəmə təminatı və məhkəməyə təkrar müraciət etmək kimi konstitusion hüquqları ilə ziddiyyət təşkil etmir. Belə ki, hazırki vəziyyətdə iddia birinci instansiya məhkəm əsinin icraatında olmaqla, qəbul edilmiş qərardad işin sonrakı hərəkətinə mane olmur. Bu baxımdan MPM-in 402-ci maddəsinin tələbinə görə Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2021-ci il tarixli, 2(103)-7654/2021 nömrəli qərardadından verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli və cavabdehin kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutar aq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(102)5313/2021 nömrəli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(103)-7654/2021 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5413/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-5413/2021
01.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver