Məhkəmə qərarları › İş №2(102)-5420/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5420/2020

24.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5420/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil və nümayəndəsi Seyidəliyeva Lalə Mirheydər qızının iştirakları ilə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2020-ci il tarixli, 2(103)-2480/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bak ı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-7019/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.İ.Əyyubov) iddia tələbi təmin edilərək, Cavabdeh ASC tərəfindən tərtib edilmiş 01 dekabr 2017-ci il tarixli, 10/06738 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında İddiaçı hesablanmış 2.120,90 manat məbləğində borcun silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2020-ci il tarixli, 2(103)2480/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov və R.M.Həsənov) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-7019/2019 saylı iş üzrə qəbul etdiyi 03 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddi açı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ASCnin əməkdaşları tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi və akta hesablanmış 2.120,90 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sayğac Cavabdeh ASC-nin əməkdaşları tərəfindən çıxarılmış və yeni sayğac quraşdırılmışdır, hal-hazırki borcun nəyin əsasında yarandığı ona bəlli deyildir, qeyri-yaşayış sahəsindən 2017-ci ildə ümumiyyətlə istifadə etməmiş və həmin dövrə borc hesablanmamışdır, bu iş materiallarında olan abonent haqqında məlumatlardan da görünür. 2018-ci ilə 2120,90 manat borcun nəyin əsasında hesablanması bilinmir. Sayğac Cavabdeh AS C tərəfindən götürülmüş və öz labaratoriyalarında onun iştirakı olmadan yoxlanılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və vəkili Vəkil kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası tərəflər arasındakı münasibə tlərə, faktlara əsaslanmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil və nümayəndəsi Seyidəliyeva Lalə Mirheydər qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilm əmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil və nümayəndəsi Seyidəliyeva Lalə Mirheydər qızının izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətinin təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci növbədə iddiaçıdan tələb edilən borcun real, həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübu tetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki halda cavabdeh bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya hesablanmış borcun həqiqətən onun tərəfindən real sərf edilmiş suya görə yarandığı sübuta yetirilmədiyindən həmin borcun silinməli olduğu barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasi ya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi yalnız formal mülahizələrə əsaslanmaqla sərf olunmuş suya görə hesablanmış borc məbləğinin düzgün müəyyən edilmədiyini qeyd etmiş və bununla da apelyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bununla əlaqədar iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, maliyyə çətinliyinə görə obyektin fəaliyyəti (Şuşa kafesi) 2016-cı ilin may ayının 01-dən dayandırılmış, obyektin fəaliyyət göstərməməsi X1 İdarəsinin əməkdaşları tərəfindən də f iksə edilmişdir. Lakin iddiaçının bu dəlili ilə əlaqədar hər hansı sübut işə əlavə olunmamışdır. Bundan əlavə, iddiaçıya məxsus “Şuşa kafesi”ndən qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə istifadə olunmasına hüquqi qiymət verilməyərək Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 98-ci maddəsinə əsasən müvafiq vergi orqanına təqdimat verilməsi məsələsi apelyasiya instansiyası məhkəməsi tərəfindən müzakirə edilməmiş, bununla həmçinin məhkəmə aidiyyatının pozulub-pozulmaması araşdırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci ma ddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyə t kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2020-ci il tarixli, 2(103)2480/2020 saylı qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar