Məhkəmə qərarları › İş №2(102)-5423/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5423/2020

10.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5423/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar Nümayəndə1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh və Bakı şəhəri 53 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5423/20 (Açar sözlər: bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı Nümayəndə1 və onun vəkili X3, tərcüməçi X4, cavabdehin vəkili X5 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103) -752/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3 Nəsimirayon Məhkəməsinə müraciətedərək, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən, 111 saylı evin 8 saylı mənzilinin X2 tərəfindən Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən 01 iyul 2016-ci il tarixdə 4Ə-640 saylı reyestr üzrə təsdiq edilmiş bağışlanma müqaviləsinin və həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini x ahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-655/2019) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, AZ-İ 264711 saylı nikahın bağlanması haqqında şəhadətnaməyə görə, Nümayəndə1 ilə X1 arasında 11 noyabr 2006-cı il tarixdə nikah bağlanaraq bu barədə Nəsimi rayon VVADQ Şöbəsinin akt qeydləri kitabında 612 saylı qeyd aparılmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışa görə, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində istifadədə olan 0.18026 ha torpaq sahəsində yerləşən 111 nömrəli, 5 mərtəbəli binada yerləşən 42.1 kv.m ümumi, 29.07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 164 nömrəli reyestr kitabının 16846 nömrəli vərəqində 14 sentyabr 2006-cı ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa görə, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi ev 111, 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 164 nömrəli reyestr kitabının 16846 nömrəli vərəqində 09 iyul 2016-cı ildə qeydiyyata alınmışdır. AZ-İ 827466 saylı 22 oktyabr 2016-cı il tarixli ölüm haqqında şəhadətnaməyə görə, X2 11 oktyabr 2016-cı ildə “yumurtalıqlara MTS” səbəbindən Bakı şəhərində vəfat etmişdir. 01 iyul 2016-cı il tarixdə X2 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi ev 111, 8 nömrəli mənzili anası Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X11Təcrübi və Tədris Mərkəzinin 998 saylı 01 iyul 2019-cu il tarixli rəyinə görə, İ.A.Şatskaya 28 iyun 2016-cı ildə Mərkəzi Klinikaya olduqca ağır vəziyyətdə daxil olmuşdur. Daxil olarkən huşu aydın, yuxululuğa meyilli olmuş, kimyəvi dərman müalicəsi planlaşdırılmışdır. 30 iyun 2016 və 01 iyul 2016-cı il tarixlərdə ümumi vəziyyəti ağır olsa da, tibbi kartada bu dövrdə xəstənin psixi vəziyyəti təsvir edilmədiyindən onun öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarında olub-olmaması haqqında dəqiq fikir söyləmək mümkün olmadı. 30 iyun və 01 iyul 2016-cı il tarixlərdə İ.A.Şatskayaya doxorubicin (sitostatik şiş əleyhinə antibiotik), ifosfamid (sitostatik şiş əleyhinə kimyəvi terapiya üçün preparat), məsna (mukolitik və oksazafosforinlərin sitotksik təsirini azaltmaq üçün) preparatları təyin olunmuşdur Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası MM-nin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respub likası MM-nin 324.1-ci maddəsindən göründüyü kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası MM-nin 666.1-ci maddəsinə əsasən, «bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur». Həmin Məcəllənin 668.1-ci maddəsi tələb edir ki, «daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı b ağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlıdır». Birinci instansiya məhkəməsinin iclasında tədqiq olunmuş 01 iyul 2016-cı tarixli bağışlama müqaviləsində qeyd olunur: «Hədiyyə verən, yəni X2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.1 kv.m yaşayış sahəsi 29.07 kv.m olan 2 otaqlı mənzili hədiyyə alan, yəni Cavabdeh mülkiyyətinə verir. Müqavilə Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi Hüseynov Əli tərəfindən təsdiq edilib. Müqavilə tərəflər şəxslərin özlərinin iştirakı ilə imza ediblər. Tərəflərin şəxsiyyəti müəyyən edilib, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edilmişdir» Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mərhum İ.Şatskaya iradə ifadə sini bildirməklə öz mülkiyyətində olmuş mənzili cavabdehə bağışlamış və tərəflərin arasında bağlanmış 01 iyul 2016-cı il tarixli bağışlama müqaviləsi Qanunun tələblərinə riayət edilməklə bağlanmışdır. MM-nın 673-cü maddəsində «Bağışlamaqdan imtina»-nın əsasını təşkil edən müddəalar qeyd olunsada, bağışlama müqaviləsinin etibarsızlığı anlayışı qeyd olunmamışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov, iş № 2(103)-752/2020 ) iddiaçı Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-655/2019 saylı, 19 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X7” publik hüquqi şəxsin 33 saylı 14 fevral 2020-ci il tarixli rəyinə görə, İ.A.X8 müalicə alarkən, ona təyin edilmiş doxorubicin, ifosfamid, mesna dərman preparatlarının hər üçü kimyəvi terapiya məqsədi ilə xərçəng xəstəliklərində istifadə ol unan dərman preparat-larından olub. Doxorubiçin şiş hüceyrələri olan üzv və toxumalarının ətrafındakı iltihabi prosesin aradan götürülməsi üçün; ifosfamid preparatı birbaşa şiş hüceyrələrəinə təsiri üçün, mesna isə ifosfamid preparatının qəbulundan sonra sidik kisəsindən qanaxma riskinin azaldılması və xərçəng hüceyrələrinin ətrafına yığışmış kimyəvi təsir edən dərman preparatlarının yuyulması məqsədi ilə təyin edilir. L.A.Şatskaya 26.06.2016-cı il tarixdə Mərkəzi Klinikaya olduqca ağır vəziyyətdə daxil olarkən huşunun aydın olmasına baxmayaraq, yuxululuğa meyilli olmuş, 30.06. və 01.07.2016-cı il tarixlərdəki psixi vəziyyəti haqqında tibbi kartada qeydiyyat aparılmasa da, ona təyin edilmiş ifosfamid dərman preparatının annotasiyasına uyğun olaraq, preparat birbaşa şiş hüceyrələrinə təsir etsə də, əks təsiri orqanizmin bütün sistemlərinə (ürək-qan-damar, mədə-bağırsaq, sidikcinsiyyət), o cümlədən də mərkəzi və periferik sinir sistemlərinə olur. Bu zaman huşun alaqaralması, baş ağrıları, koma tipli tutmalar, ensefalopatiya kimi hallar baş verir. Belə olan halda isə şəxs məqsədyönlü hərəkətlər etmək, o cümlədən də öz hərəkətlərini dərk edərək, onları idarə etmək iqtidarında olmaya bilər. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasları, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (maddə 14). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1). Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1). Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağı şlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur» (maddə 666.1). «Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlıdır» (maddə 668.1). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11,09.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 39-cu bəndinin 2-ci hissəsinə əsasən, əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağıl zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd olunanların məntiqi davamı olaraq o da nəzərə alınmalıdır ki, Bakı şəhəri 53 saylı Notariat Kontorunun xüsusi notariusun nümayəndəsi-vəkili bütün sənədləşmə işlərinin onlar tərəfindən tam qanuna uyğun tərtib edildiyini; müqavilə rəsmiləşdirilərkən tərəflərin hər hansı biri nin fəaliyyətli qabiliyyətli olmaması: öz hərəkətlərini idarə etmək və hərəkətlərinin mənasını və nəticəsini başa düşmək iqtidarında olmamasına dair şübhə yaranmadığı; X1 özünə məxsus olan mənzili Cavabdeh bağışlayaraq tam anlaqlı vəziyyətdə olduğunu bildirmişdir. Apelyasiya instansiya məhkəməsi apelyasiya baxışı zamanı keçirilmiş ekspertizanın rəyi ilə bağlı qeyd etmişdir ki, qeyd olunan rəy özündə ehtimali xarakter daşıyır. Rəy konkret nəticəyə gəlmək üçün qəti deyildir. Xəstəyə - İ.A.Şatskaya təyin olunan dərman preparatlarının onun əqli vəziyyətinə təsir etməsi, hətta bu təsir nəticəsində anlaqsız vəziyyətə düşməsi sadəcə bir gümandır. Apelyasiya instansiya məhkəməsi onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh qızı İ.A.Şatskaya tərəfindən ona bağışlanmış - hazırki mübahisənin obyekti olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 111 saylı evin, 8 nömrəli mənzili nəvələri (iddiaçının İ.A.Şatskaya ilə birgə nikahından olan uşaqlar) xx.xx.2012-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 vəsiyyət etmişdir; həmin vəsiyyətnamə 07 yanvar 2017-ci il tarixdə 32 saylı notatriat kontorunun xüsusi notariusu E.A.İmanlı tərəfindən təsdiq edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir t ərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri İddiaçı Nümayəndə1 oğlu (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Nümayəndə1 vəkili X9 izahatında gös tərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-752/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Cavabdehin vəkili X10 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-752/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ap elyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-ed ilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilmə li, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiy ası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Apelyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sənədləşmə işləri tam qanuna uyğun tərtib edilmiş, müqavilə rəsmiləşdirilərkən tərəflərin hər hansı birinin fəaliyyətli qabiliyyətli olmaması, öz hərəkətlərini idarə etmək və hərəkətlərinin mənasını və nəticəsini başa düşmək iqtidarında olmamasına da ir şübhə yaranmamış, X1 özünə məxsus olan mənzili Cavabdeh bağışlayarkən tam anlaqlı vəziyyətdə olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-752/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar