Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-543/2020 24.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı vəkili Abasov Zaur Vaqif oğlunun, cavabdehlər Cavabdeh7, Cavabdeh5 və cavabdehlərin vəkili Nəsirli Arzu Cavanşir qızının iştirakları ilə, İddiaçı və Cavabdeh7 və qeyrilərinin Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddia çı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh7 və qeyriləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdilər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı qanunsuz tikilinin sökülməsi, mülkiyyətə maneələrin aradan qaldırılması və qanunsuz müdaxilələrə son qoyulması tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon məhkəməsinin 17 may 2019-cu il tarixli qətn aməsi ilə (sədrlik edən Z.Sadiqov, iş 2(012)39/2019) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə girişçıxış yolunun açılmasına, evin kommunal xidmətlərə qoşulmasına və həmin evdən və evin yerləşdiyi torpaq sahəsindən istifadə edilməsinə mane olmalarının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov, iş № 2(105)-3114/2019) İddiaçı və cavabdehlər Cavabdeh1 və qeyrilərinin apelyasiya şikayətləri təmin edilməmiş, Abşeron rayon məhkəməsinin 17 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh7 və qeyriləri kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilmə sini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilər. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Abasov Zaur Vaqif oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, həmçinin qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Cavabdehlərin vəkili Nəsirli Arzu Cavanşir qızı izahatında göstərmişdi r ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini, həmçinin qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya in stansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanında 0,277 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi 20 fevral 2014-cü il tarixdən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Hazırda iddiaçı həmin evə girişçıxış yolunun cavabdehlər tərəfindən tutulduğunu, cavabdehlər isə həmin evə digər girişçıxış yolunun olduğunu əsas gətirirlər.Həmin ərazidə bir həyətdə 3 yaşayış evi tikilmişdir. İddiaçıya məxsus evin sol tərəfindən yola kimi 3 qonşuya məxsus fərdi yaşayış evi vardır və həmin həyətlər hasarlanmışdır. Sağ tərəfindən isə həyətdən birbaşa yola çıxış vardır. Eyni zamanda DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi də məktubunda torpaq sahəsi rəsmiləşdirilən zaman giriş-çıxış yolunun həmin tərəfdən olduğunu bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona məxsus yaşayış evinə sərbəst surətdə sahiblik və istifadə etmək hüququ vardır və bu hüququnu realizə etmək üçün onun evinə maneəsiz giriş-çıxışının təmin edilməsi zəruridir. Beləliklə, məhkəmə kollegiyası iddiaçıya məxsus evin giriş-çıxışının cavabdehlərin yaşadığı həyətdən təmin edilməsini daha ağlabatan hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, iddiaşıya məxsus yaşayış evinə kommunal xətlərin çəkilməsi də yalnız qonşu cavabdehlərin hazırda istifadə etdiyi torpaq sahəsi vasitəsilə mümkündür. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi nin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsin ə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plen umunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülki Məcəllənin 169.2-ci maddəsinə əsaən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Həmin Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Yenə həmin Məcəllənin 170.2-ci maddəsinin tələblərinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağa ndır. Mülki Məcəllənin 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsi ilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həminqurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Yenə Mülki Məcəllənin 176.2-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçm uş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Yenə həmin Məcəllənin 176.3-cü maddəsinin tələblərinə əsasən əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Cavabdeh7 və qeyriləri kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasının əsası kimi ona istinad etmişlər ki, iddiaçılar mülkiyyətində olan evi və torpaq sahəsini aldıqları vaxt evin giriş-çıxış qapısı onlar tərəfindən deyil, əks tərəfdən olmuş, sonradan qonşu həmin torpaq sahəsini satdığına görə iddiaçı evin giriş-çıxış qapısının yerini dəyişdirmişdir. Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Ona görə də Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Kassasiya şikayətində həmçinin qeyd olunur ki, “...157.4-cü maddə ilə bağlı qeyd edirik ki, həmin maddə aydın şəkildə iddiaçının mülkiyyətinə maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədildiyi halda, mülkiyyətçinin (hazırkı iddiaçının) həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilmək hüququnu ifadə edir. Hazırkı işdə də apellyasiya instansiyası tərəfindən qüvvədə saxlanılan birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuşdur ki, məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsinə giriş-çıxış yolunun məhz cavabdehlər tərəfindən bağlanması və yaxud, cavabdehlərin tikmiş olduqları tikililərin, o cümlədən də hasarın və darvazanın iddiaçının həmin torpaq sahəsinə aid olan giriş çıxış yolunu bağlaması müəyyən olumnamışdır(17.05.2019-cu il tarixli qətnamə səh.7 abzas 1). Demək ki, kollegiyanın istinad etdiyi bu normanın tələbinə görə maneənin cavabdehlər tərəfindən olması hazırkı mübahisəli qətnaməni qəbul etmiş məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda, kollegiyanın bəhs olunan maddi hüquq normasına istinad etməsi yanlış olmuşdur. 170.1-ci maddə isə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlakın, qonşunun sahəsi və ya əmlakı sayılmasını ifadə edir. 170.2-ci naddəsi is ə qonşuların qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrdən başqa biri-birinə qarşılıqlı hörmət bəsləməli olmalarını, hədsiz təsirlərdən çəkinməli olmalarını ifadə edərək, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və уa titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirlərini qonşulara qadağan edir. 176.1,176.2 və 176.3-cü maddələri isə qonşular arasında mərz çəkilməsinin qaydalarını, hallarım, istifadəsini və digər halları tənzimləyir. Göründüyü kimi, hazırkı işdə göstərilən hüquq normalarının tənzim etdiyi heç bir mübahisə mövcud deyildir. Daha doğrusu, kollegiyanın istinad etdiyi heç bir maddi hüquq norması hazırkı mübahisəli münasibəti tənzimləmir. Cox maraqlıdır ki, kollegiya hansı səbəbdən yanlış istinad etdiyi bu hüquq nor malarının arasında mövcud olan 175-ci maddəsinə istinad etməmişdir. Halbuki, Mülki Məcəllənin həmin maddəsi hazırkı münasibətin tam şəkildə tənzimlənməsinə xidmət edir. Özgənin sahibliyində olan sahədən zəruri yol və keçid adı altında olan bu maddədə göstərilir ki, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan maddi hüquq normalarında mülkiyyətçilərin hüquqları və onların zəruri hallarda məhdudlaşdırılması qaydalarından söhbət gedir. Mülki işin materialları ilə müəyyən olunur ki, cavabdehlər istifadə etdikləri torpaq sahəsi, ev və digər tikililərin mülkiyyətçisi deyil, istifadə etdikləri tikililər qanunsuz tikililərdir. Azərbaycan Respublikası Mülki M əcəllənin 180.1-ci maddəsinə əsasən,tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4-cü maddəsi isə müəyyən edir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin kassasiya şikayətləri əsassızdır və rədd olunmalıdır. İdd iaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbinin tam təmin olunmasının əsası kimi ona istinad etmişdir ki,«DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsinin 07.06.2019-cu il tarixli **********54 saylı məktubunda göstərilmişdir ki, «Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 20.02.2014-cü il tarixli, **********49-10301 reyestr nömrəli, fərdi yaşayış evinin yerləşdiyi 0,0277 ha torpaq sahəsi rəsmiləşdirilən zaman cənub-qərb tərəfindən giriş-çıxış yolu digər vətəndaş tərəfindən bağlanmışdır.» DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 07.06.2019-eu il tarixli **********54 saylı cavab məktubundan da göründüyü kimi, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 20.02.2014-cü il tarixli, **********49-10301 reyestr nömrəli, fərdi yaşayış evinin yerləşdiyi 0,0277 ha torpaq sahəsi rəsmiləşdirilən zaman cənub-qərb tərəfindən giriş- çıxış yolu olmuş və həmin yol bağlanmışdır. Məktubda göstərilən xüsusatlaların cavablandırılması üçün xüsusi biliyə malik olan ekspertlər və DƏDRX-nin əməkdaşları tərəfindən, həmçinin məhkəmə tərəfindən yerində iş üzrə mübahisəli əraziyə baxış keçirilməklə cənub-qərb tərəfindən giriş-çıxış yolu və bu yolun kim tərəfindən bağlanması müəyyən edilməsi məqsədi ilə apellyasiya instansiya məhkəməsində tərəfimizdən vəsatət verilərək göstərmişdik ki, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 21.06.2019-eu il tarixli məktubunda qeyd olunan məlumatların dəqiqləşdirilməsi və konkret olaraq torpaq sahəsinə baxış keç irilməklə torpaq sahəsinin cənub-qərb tərəfdən giriş-çıxış yolunun konkret olaraq yerində müəyyən edilməsi üçün, iş üzrə təkrar ekspertizanın təyin edilməsi zərurəti yaranır. Məhz bu səbəbdən də, İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 20.02.2014-cü il tarixində **********49-10301 reyestr nömrəsi ilə qeydə alınmış 0,0277 ha torpaq sahəsinin cənub-qərb tərəfdən giriş-çıxış, yolunun qarşısında tikinti işlərinin aparılıb-aparılmaması, giriş-çıxış yolunun hansı ölçülərdə olması barədə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdik. Məhkəmə qarşısında qaldırdığımız vəsatət təmin edilməyərək işə mahiyyəti üzrə baxılması davam etdirilmiş və nəticədə iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir” Məhkəm ə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, kassasiya şikayətində qeyd olunanların, həmin məhkəmə qətnaməsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə giriş-çıxış yolunun açılması üçün hansı tikililərin sökülməli olmasının müəyyən edilməsi, giriş çıxış yolunun neçə metr eni və neçə metr uzunluqunda müəyyən edilməsi və digər zəruri məsələlərin həll edilməsi üçün məhkəmə tikinti ekspertizasının keçirilməsi zəruridir. Məhkəmə qətnaməsində giriş və çıxışa maneçilik törədən tikililərin sökülməsi, həmin yolun eni, uzunu və digər zəruri məlumatları (koordenatları) müəyyən edilmədən maneələrin aradan qaldırılmasının qət edilməsi gələcəkdə məhkəmə qətnaməsinin icra edilməsində çətinlik lər yarada bilər. Bundan əlavə mülki işin materialları ilə müəyyən edilir ki, cavabdehlərin istifadəsində olan və iddiaçının istifadəsinin məhdudlaşdırılması üçün cavabdehlər tərəfindən hasar tikilməklə bağlanılmış torpaq sahəsi cavabdehlərin deyil, bələdiyyənin mülkiyyətindədir. Buna baxmayaraq Masazır Bələdiyyəsi tərəf kimi işə cəlb edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilməli apelyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilib iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsi nəzərdə tutur ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsa sdır. Kassasiya şikayətlərinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. İddiaçı kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası iş üzrə yeni qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh7 və qeyrilərinin kassasiya şikayəti təmin edilməsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019 -cu il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. İddiaçı kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-543/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-543/2020
24.01.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver