Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5430/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5430/2022 (Açar sözlər: kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Bakı şəhəri, 21 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli, 2(105)-825/2022 saylı qətnaməsindən İddiaçı1 verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə aparılmış qeydə əsasən, Xudat şəhəri, M. F. Axundov küçəsi 16 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1 İddiaçı2, İddiaçı4, Cavabdeh və İddiaçı3 adına, həmin sahənin üzərindəki fərdi yaşayış evi isə tam şəkildə İddiaçı1 adınadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 məhkəmədə iddia qaldıraraq Cavabdeh Xudat şəhəri, M. F. Axundov küçəsi ünvanında yerləşən 16 saylı fərdi evdən 3000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçılar tələbi belə əsaslandırmışlar ki, Xudat şəhəri, M. F. Axundov küçəsi ünvanında yerləşən, 16 saylı fərdi ev paylı mülkiyyət hüququ əsasında onlara və cavabdehə məxsusdur. Bunu xx.xx.2020-ci ildə AR-sı ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarış təsdiq edir, fərdi ev 0,04 ha torpaq sahəsində yerləşir, ümumi ölçüsü 88,0 kv. m-dir. Cavabdeh 2004-cü ildən etibarən sözügedən 16 saylı fərdi evdə yaşamır. Biz iddiaçılar cavabdehin Xudat şəhəri, M. F. Axundov küçəsi ünvanında yerləşən, 16 saylı fərdi evdən istifadə hüququna kompensasiya verməklə xitam vermək qərarına gəlmişlər. Bu məqsədlə cavabdehə 3000 (üç min) manat təklif edirlər. Mənzildə hal hazırda 6 nəfərdirlər və onların ailə üzvləri yaşayır. Yaşadıqları ərazidə 4 nəfərlik ailə üzvünün yaşaması üçün bir aylıq kirayə haqqı 80-100 manat təşkil edir (tam mənzi l şəraiti olan). Mənzil darısqaldır, ailə üzvlərinin normal yaşaması və istirahəti üçün tam əlverişsiz olub yaşayış normasına cavab vermir.
4. Xaçmaz Rayon Məhkəməsi (hakim S. A. Səmədzadə) 2(067)-1938/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, Cavabdeh iddiaçılar tərəfindən 3000 (üç min) manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mübahisə üzrə İddiaçı1 mülkiyyətçi olaraq kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürmək hüququna malik şəxs kimi qəbul edilə bilər. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu Qərarında göstərilmiş dir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəfl ərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Məhkəmə hesab edib ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır.
6. Bundan əlavə məhkəmə qeyd edib ki, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf kompensasiyanın məbləğini 3000 manat ödəməyə hazır olduğunu bildirmişdir. İddiaçı1 qızının cavabdehin Xudat şəhəri, M. F. Axundov küçəsi 16 saylı ünvanda yerləşən evə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində 3000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat məbləğ hesab edilə bilər.
7. Məhkəmə öz mövqeyini İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi), Mülki Məcəllənin 228.2-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu özünün 26 sentyabr 2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) 2(105)-825/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsi ilə, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(067)-1938/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xudat şəhəri, M.F.Axundov küçəsi, 16 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı1 adına, həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2, İddiaçı4, Cavabdeh və İddiaçı3 adlarına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" Qiymətləndirmə MMC-nin 17 avqust 2021-ci il tarixli, 121 saylı mütəxəssis rəyindən görünür ki, Xudat şəhəri, M.F.Axundov küçəsi 16 ünvanında yerləşən 1 mərtəbəli 88 kv.m köhnə təmirli evin daşınmaz əmlak bazarında xx.xx.2021-ci il tarixə olan təxmini bazar qiyməti 27000 manat, likvid dəyəri 22000 manatdır. "xxxx" Qiymətləndirmə MMC-nin 17 avqust 2021-ci il tarixli, 120 saylı mütəxəssis rəyindən görünür ki, Xudat şəhəri, M. F. Axundov küçəsi 16 ünvanında yerləşən 1 mərtəbəli 88 kv.m yaşayış evinin şəraitindən asılı olaraq kirayə dəyəri 100-120 manat təşkil edir.
11. Qanunvericiliyin tələbinə görə, yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
12. Məhkəmə hesab etmişdir ki, cavabdehə mübahisəli evdən istifadə hüququna 3000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi üçün kifayət qədər faktiki əsaslar olmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında 3000 manat məbləğində kompensasiya ödənilməsinin mülkiyyətçinin hesabına cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsini təsdiq edən heç bir mötəbər sübut yoxdur. Habelə, iddiaçı tərəfindən təklif olunan 3000 manat kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə, yəni cavabdehə arvadı və 4 uşağı ilə birlikdə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxş ar şəraitdə yaşamaq imkanı verməsi üçün kifayət deyildir və təklif edilən məbləğ evdən istifadə hüquqlarına xitam verilməsinin əvəzində adekvat məbləğ sayıla bilməz.
13. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edib ki, Xudat şəhəri, M.F.Axundov küçəsi, 16 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı1 adına qeydə alınsa da, cavabdeh İddiaçı4 həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biridir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MM-nin 228.1, 228.2-ci maddələrinə, “R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(105)-825/2022 saylı mülki iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, mübahiəsli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı1 məxsusdur. Cavabdeh həmin evdə qeydiyyatda olsa da, 2004-cü ildən həmin evdə yaşamır. Onun daimi yaşayış yeri var. Cavabdehin mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsində payının olması onun həmin mənzildə istifadə hüququnun olması anlamına gəlmir. Mübahisəli mənzildə cavabdehin qeydiyyatı var. Ona görə də məhz cavabdehə kompensasiya təklif olunur. Onun ailə üzvlərinin mübahisəli mənzildə hüquqları yoxdur. Ümumiyyətlə cavabdeh 2004-cü ildən mübahisəli mənzildə yaşamadığından və onun daimi yaşamaq üçün başqa yerə getdiyindən o, həmin mənzilə istifadə hüququnu itirmişdir. Yəni əslində cavabdehə kompensasiya da verilmədən onun həmin mənzilə istifadə hüququna xitam verilməsi üçün əsas var. Lakin iddiaçı cavabdehə kompensasiya təklif etməklə ədalətli qərar qəbul edilməsinin tərəfdarı olmuşdur. Belə ki, Kompensasiyanın verilməsi yalnız mənzildən istifadə edildiyi təqdirdə mümkündür. Hazırki işdə müəyyən edilmişdir ki, mənzilə istifadə hüququnu əldə etmiş şəxs uzun müddət həmin mənzildən istifadə etməmiş və başqa yerdə yaşamışdır. Cavabdeh könüllü olaraq mübahisəli mənzildən çıxıb gedib və həmin mənzillə bağlılıqlarını itirib. Onu mübahisəli mənzilə bağlayan hər hansı əlamət mövcud deyil, həmin mənzildə ona məxsus olan əşyalar da yoxdur. Buna görə də o, mübahisəli mənzilə formal qeydiyyatda olaraq qalıb və onun mənzilə olan hüquqlarına kompensasiya ödənilmədən xitam verilə bilər. Yəni belə olduğu halda bizim təklif etdiyimiz 3000 manat məbləğində kompensasiya ağlabatan məbləğdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Evin kirayə haqqı isə 100-120 manat təşkil edir. Belə olan halda təklif edilən 3000 manat ağılabatan məbləğdir və cavabdehə və təbii ki, onun ailə üzvlərinə (təbii ki, onlar bir ailə olduqlarından bir yer də yaşayırlar) uzun müddət əvvəlki mənzillə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Bu səbəbdən təklif edilən məbləğ mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab olunmalıdır.
17. Kassator şikayyətinin hüquqi əsası kimi Konstitusiyanın 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 228.2,228.5-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 mart 2016-cı il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X1 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Ma ddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
20. Maddə 228.1 yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
21. Maddə 228.2 yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri v ə xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tə rəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları tətbiq edilməmişdir.
30. Belə ki, məhkəmə iddianı rədd edərkən əvvəlcə iddiaçının təklif etdiyi kompensasiya məbləğinin cavabdehin istifadə hüququna xitam verilməsi üçün yetərli olmadığını bildirir, daha sonra isə qeyd edir ki, fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı1 adına qeydə alınsa da, cavabdeh həmin evin yerləşdiyi torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biridir. İkinci fikrin iddianın təmin edilməsinə hansı əsasla mane olması isə açıqlanmamışdır.
31. Kollegiya bildirir ki, göstərilən iki mövqe mübahisənin həllinə təsiri baxımından bir-biri ilə uzlaşmır. Belə ki, əgər cavabdehin evdən istifadə hüququna xitam verilməsi imkanı torpaq sahəsinin ümumi mülkiyyətçisi olmasına görə istisna edilirsə, bu mövqe daşınmaz əşyaya vahid mülkiyyət prinsipinin tətbiq olunması kimi qəbul edilə bilər.
32. Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıl a bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir (§ 19).
33. Apellyasiya məhkəməsi isə bu qaydanın hazırkı işə tətbiq edilib-edilmədiyini əsaslandırmamışdır.
34. Halbuki, cavabdehin torpaq mülkiyyətçilərindən biri olmasına görə iddia istisna olunursa, onda iddiaçının təklif etdiyi kompensasiyanın yetərli olub-olmamasının araşdırılmasına və qiymətləndirilməsinə gərək qalmır.
35. Odur ki, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi mübahisəyə hansı maddi hüquq normalarının tətbiq ediləcəyi ilə bağlı mövqeyini dəqiqləşdirməli və qətnaməni də buna uyğun əsaslandırmalıdır.
36. Kollegiya onu da vurğulayır ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna kompensasiya ilə xitam verilməsi mümkün sayıldığı təqdirdə, iddiaçının təklif etdiyi məbləğin yetərli olmaması barədə məhkəmənin mövqeyi mübahisənin yekun həlli üçün kifayətedici deyil.
37. Belə ki, məhkəmə iddiaçının təklif etdiyi kompensasiya məbləğinin kifayət olubolmamasını aydınlaşdırmalı, təklif olunan məbləği yetərli saymadıqda hansı məbləğin həmin hüququ ədalətli kompensasiya edə biləcəyini müəyyənləşdirməli, iddiaçının buna dair münasibətini öyrənməli və nəticəsindən asılı olaraq iddianı həll etməlidir.
38. Bu xüsusatla bağlı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, işə mahiyyəti üzrə baxan məhkəmə iddia ərizəsində kompensasiya məbləğini n göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir.
39. Beləliklə, hazırkı işdə yuxarıda göstərilən qaydalara riayət olunmadan qətnamə çıxarıldığı üçün məhkəmə aktı ləğv edilməli və və iş yeni apelyasiya baxışına göndərilməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli, 2(105)-825/2022 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.