Məhkəmə qərarları › İş №2(102)-5431/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5431/2019

03.09.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5431/2019 03.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, vəkili X1 və Cavabdeh1 vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2(103)303/2019 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 01 avqust 2018-ci il tarixli, 2(008)5000/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim V.İ.Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin əvvəlki vəziyyətə gətirilməsi, avtomobildən payların müəyyən edilməsi və payların naturada ayrılması” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2(103)303/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Z.Ə.Əliyev və F.Ş.Talışinski) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi qismən təmin edilib, cavabdehlər arasında “Nissan Juke” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair bağlanmış 30 avqust 2017-ci il tarixli müqavilənin etibarsız sayılaraq, həmin avtomobil üzərində iddiaçı Aygün Məcidovanın ½ hissədə, Cavabdeh1 ½ hissədə mülkiyyət hüququ üzrə paylarının müəyyən edilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh1 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin əvvəlki vəziyyətə gətirilməsi, avtomobildən payların müəyyən edilməsi və payların naturada ayrılması” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, Cavabdeh1la 12 noyabr 2010-cu il tarixdə rəsmi nikah əsasında ailə qurub. Birgə nikahlarından 11 oktyabr 2011-ci il tarixdə Səfər adlı uşaqları doğulub. Ailədə problemlər ya randığından aralarındakı nikah Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin qətnaməsinə əsasən pozulub. Birgə nikah dövründə mübahisəli “Nissan Juke” markalı, **VS-*** dövlət qeydiyyat nişanlı avtomobili satın alıblar. Bu yaxınlarda ona məlum olub ki, Cavabdeh1 birgə nikah dövründə əldə olunan avtomobili satıb. Belə ki, əldə etdiyi məlumata görə sözügedən avtomobil 30 avqust 2017-ci il tarixdə Cavabdeh1 adından qeydiyyatdan çıxarılaraq alqı-satqı müqaviləsi əsasında dövlət qeydiyyat nişanı dəyişdirilmədən digər Cavabdeh2 adına təkrar dövlət qeydiyyatına alınıb. Avtomobilin satışından xəbəri olmayıb, bu barədə razılıq verməyib və avtomobil onun xəbəri olmadan satılıb. Halbuki, avtomobil birgə nikah dövründə satın alındığından satılarkən ondan yazılı razılıq alınmalı idi. Lakin ondan belə bir razılıq alınmayıb. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 vəkili XX kassasiya şikayətind ə göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və vəkili Şəfiqə Nağıyeva məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prose ssual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edərkən, mübahisəli avtomobilin iddiaçı ilə Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olmasına, sonuncunun, həmin avtomobili iddiaçının razılığı olmadan qardaşı Cavabdeh2 satmasına, alqı-satqı müqaviləs inin mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına və beləliklə də iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.3-cü maddəsinin, Ailə Məcəlləsinin 33.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsasla r yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı rəsmi nikah əsasında cavabdeh Vüqar Səfərovla ailə qurub və onların birgə nikahından 11 oktyabr 2011-ci il tarixdə Səfər adlı uşaqları doğulub. Onlar birgə nikahda olduqları dövrdə, yəni 02 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli “Nissan Juke” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Lakin sonradan iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulub və bu barədə 24 may 2018-ci il tarixdə vətəndaşlıq vəziyyəti aktlarında müvafiq qeydiyyat aparılıb. Bundan sonra 30 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 sözügedən avtomobili qardaşı Cavabdeh2 xeyri nə özgəninkiləşdirib. Eyni zamanda, Cavabdeh2 tərəfindən həmin avtomobilin idarə olunması üçün qardaşı Cavabdeh1 adına 01 noyabr 2022-ci il tarixədək qüvvədə olan 30 avqust 2017-ci il tarixli etibarnamə verilib. Sadalanan faktlar işin mübahisə olunmayan hallarıdır və Cavabdeh1 qeyd olunan faktları inkar etməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini rədd edərkən, həmin əqdin qanuni əsaslarla bağlanmasına, avtomobilin özgəninkiləşdirilməsinə iddiaçının razılığının tələb olunmamasına və avtomobilin tərəflərin birgə vəsaiti hesabına əldə olunmamasına əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd edib ki, birinci instansiya məhkəməsinin mövqeyi ziddiyyətli olmaqla əsaslandırıl mayıb. Belə ki, birinci instansiya məhkəməsi qətnamədə bir tərəfdən birgə nikah dövründə əldə olunan avtomobilin özgəninkiləşdirilməsi zamanı iddiaçının razılığının tələb olunmamasına əsaslansa da, digər tərəfdən avtomobilin Cavabdeh1 anasının bankdan çıxartdığı 28.000 manat pul vəsaiti hesabına, yəni tərəflərin birgə vəsaiti hesabına əldə olunmamasına istinad edib. Eyni zamanda, Cavabdeh1 hüquqi mövqeyi ondan ibarətdir ki, avtomobil iddiaçı ilə Cavabdeh1 birgə vəsaiti hesabına deyil, sonuncunun anası Sevil Məcidovanın “xxxx” ASC-də adına olan bank hesabından çıxartdığı pul vəsaitləri (04 iyul 2014-cü il tarixdə 13.695 manat və 01 avqust 2014-cü il tarixdə 15.000 manat) hesabına alınıb. Bu səbəbdən də, Cavabdeh1 30 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə avtomobili qaytarmış, y əni əslində anasına olan borcunu ödəmiş olmuşdur. Ona görə də Cavabdeh1 sözügedən alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 pul almayıb. İddiaçı bu halı təkzib edərək, avtomobilin məhz Cavabdeh1la birgə nikahları dövründə əldə etdikləri pul vəsaiti hesabına alınmasını bildirir. Belə olan halda isə, cavabdeh tərəf qeyd edilən halı sübut etmək yükünü daşıyır. Bundan başqa işdə, sözügedən avtomobilin məhz Sevid Məcidovanın “xxxx” ASC adına olan hesabdan çıxardığı pul vəsaitləri hesabına alınmasına dair hər hansı mötəbər sübut mövcud deyil. Pul vəsaitlərinin bankdan çıxarılması faktı isə özü-özlüyündə avtomobilin həmin pul hesabına alınması anlamına gəlmir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırıb düzgün olaraq qeyd edib ki, sözügedən avtomobilin tərəflərin b irgə nikah dövründə, birgə vəsaitləri hesabına əldə olunmasını təkzib edən hər hansı halın mövcudluğu müəyyən olunmur. İşin mübahisəsiz hallarına görə, mübahisəli avtomobilə dair Cavabdeh1la qardaş Cavabdeh2 arasında 30 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən, iddiaçıdan yazılı razılıq alınmayıb. Həmçinin işin faktiki halları ilə müəyyən olunur ki, sözügedən avtomobilə dair alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçı ilə Cavabdeh1 arasında ailə münasibətləri pisləşmiş və iddiaçı 2018-ci ilin avqust ayının əvvəllərindən evi tərk etmişdir. Birinci instansiya məhkəməsi, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsini düzgün təfsir etməmişdir. Belə ki, həmin normaya əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılı ğı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Göründüyü kimi, qanunverici normada ilkin olaraq birgə mülkiyyətdə olan əşyaya dair sərəncam hüququnun bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilməsini imperativ qaydada müəyyən etmişdir. Yalnız, belə razılığın olması halında, əqd mülkiyyətçilərdən hansısa biri tərəfindən etibarlı olaraq bağlanıla bilər. Hazırki işin faktiki hallarından isə, sözügedən avtomobilin özgəninkiləşdirilməsi zamanı iddiaçının buna razılığının olması müəyyən olunmur. Cavabdeh tərəf bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Həmçinin, qeyd edilməlidir ki, Ailə Məcəlləsinin 33.2-ci maddəsinin dispozitiv şərtinə görə, ər-arvadın rəsm i reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlak üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ailə qanunvericiliyi ər-arvada münasibətdə müvafiq razılıq ehtimalını, yalnız rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlak üzərində sərəncam əqdinin bağlanılması zamanı müəyyən etmişdir. Avtomobillər isə rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar olduğundan, razılıq ehtimalla müəyyən oluna bilməz. Yəni, belə olan halda razılıq qanunla müəyyən olunmuş qaydada həyata keçirilməlidir. Bununla yanaşı, Mülki Məcəllənin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlə r bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinəəsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Analoji norma, həmçinin Ailə Məcəlləsinin 33.3-cü maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya əsasən, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Qeyd edilən normadan da göründüyü kimi, birgə mülkiyyətdə olan ə şyaya dair mülkiyyətçilərindən birinin bağladığı əqd o halda qalan iştirakçıların tələbi ilə etibarsız sayıla bilər ki, əqdin başqa tərəfi bunu bilsin və ya bilməli olsun. Hazırki işdən görünür ki, əqdin tərəfləri (cavabdehlər) qardaşdırlar və əqdə əsasən avtomobili əldə edən Cavabdeh2 iddiaçı ilə qardaşının ailə məsələrindən, münasibətlərinin pozulmasından məlumatlı olmaya, beləliklə iddiaçının avtomobilin satılmasına razılığın olmadığını bilməyə bilməzdi (ən azından, bilməli idi). Qeyd edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, Cavabdeh2 vicdanlı əldə edən olmamışdır. Belə ki, işin hallarından tam aydın olur ki, Cavabdeh1 iddiaçı ilə ailə münasibətlərinin pozulmasından sonra, birgə nikah zamanı əldə edilmiş əmlakın bölünməsindən yayınmaq üçün qardaş ı Cavabdeh2la formal alqı-satqı müqaviləsi bağlamışdır.Həmçinin, dövlət yol polisinin 20 noyabr 2017-ci il tarixli məktubuna əlavə olunmuş arayışa görə, alqı-satqı müqaviləsi bağlanan günü Cavabdeh2 tərəfindən avtomobilin idarə olunması üçün Cavabdeh1 30 avqust 2017-ci ildə 01 noyabr 2022-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. Birgə nikah dövründə əldə olunan və ər-arvadın birgə mülkiyyəti hesab olunan əmlak barəsində arvadın razılığı olmadan, eyni zamanda qanunvericiliyin tələblərinə zidd, etibarsız əqdin bağlanması yolverilməz olmaqla, əmlak üzərində birgə mülkiyyət hüququ olmuş şəxsin (hazırki vəziyyətdə iddiaçı) mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmişş ərtləri pozmaqla bağlanmışəqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunvericiliyinqeydedilənnormalarındangöründüyükimi, əqdinetibarsızlığıdedikdəqanunlamüəyyənləşdirilmişşərtləripozmaqlabağlananvəməzmunun danəzərdətutulmuşmülki-hüquqimünasibətləriyaratmayan, yalnızözününetibarsızlığıiləbağlınəticələrəsəbəbolabilənəqdanlaşılır. Qeydedilənlərəəsasən apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaəqdinetibarsızsayılmasıhissəsindətaməsaslıdırvətəminolunmalıdır. Birinciinstansiyaməhkəməsiqeydedilənhalları nəzərəalmamış, maddihüquqnormalarınınpozulmasıilənəticələnənqətnaməqəbuletmişdir.Beləki, Azərbaycan Respublikası AiləMəcəlləsinin 36.1-ci maddəsinəəsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədəərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinəəsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Göründüyü kimi, ailə qanunvericiliyi bir qayda olaraq ər-arvad arasındak ıümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payların bərabər hesab edilməsini müəyyənetmişdir.Bu səbəb dəndə, apellyasiya instansiyası məhkəməsi sözügedən avtomobil üzərində tərəflərin (ər-arvadın) paylarının bərabər, yəni ½ hissədə müəyyən oluması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin giriş, təsviri və nəticə hissələrində birinci instansiya məhkəməsinin adının Sabunçu rayon məhkəməsi əvəzinə, Nəsimi rayon məhkəməsi qeyd edilməsinə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, bu hal da apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsas sayıla bilməz və Azərbaycan Respublikası MPM-nin 228-ci maddəsinin mənasına görə, işə baxmış hakim qətnamədə yol verilmiş yanlışlığı özü də aradan qaldıra bilər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığı üçün iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kass asiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2(103)-303/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar