Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5444/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi yələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə akta əsasən hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi və iddiaçı İddiaçı1 vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli, 2(105)-1093/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X1 yaşadığı ünvan 1 ünvanında quraşdırılmış elektrik sayğacına "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilərkən, sayğacın üzərinə maqnit yerləşdirilməsi, sayğacın xətdən keçən yükü qeyd etməməsi müəyyən edilmiş, bu barədə 18 noyabr 2016-cı il tarixli, 006509 saylı akt tərtib olunmuşdur. 2. 006509 saylı akta əsasən hesablanmış 7000 manat ödənildiyinə görə, 18.11.2016cı il tarixdə İddiaçı1 məxsus fərdi yaşayış evinin sayğacı dəyişdirilmişdir.
3. İstehlakçı İddiaçı1 "xxxx" Şimal RETSİ ilə 24 noyabr 2016-cı il tarixdə onun həyətində istifadə edilmiş elektrik enerjisi haqqının hissə-hissə ödənilməsi barədə 0036 saylı razılıq protokolu imzalamış, "xxxx" ASC-nə olan 4300,69 manat məbləğində borcu 26.12.2016-cı il tarixinə 1433 manat, 26.12.2017-ci il tarixinə 1433 manat, 26.12.2017-ci il tarixinə 1434,69 manat olmaqla ödənilməsi barədə öhdəlik götürmüşdür.
4. İddiaçı1 18.11.2016-cı il tarixdə 4000 manat, 18.11.2016-cı il tarixdə 3000 manat, 12.12.2016-cı il tarixdə 430 manat, 23.12.2016-cı il tarixdə 1000 manat, 12.01.2017-ci il tarixdə 1100 manat, 18.01.2017-ci il tarixdə 400 manat, 26.01.2017-ci il tarixdə 1400 manat, 26.02.2017-ci il tarixdə 1460 manat enerji haqqı ödənişi etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 18 noyabr 2016-cı il tarixli, 006509 saylı aktın ləğv edilməsi, Xaçmaz Elektrik şəbəkəsinin işçiləri olan R.Məmmədov və M.Novruzov tərəfindən hakimiyyətdən sui-istifadə və enerji verilişinin dayandıralacağı hədəsi altında onun adından müvafiq səlahiyyət almamış qardaşı Əkbər Şahbazova imzalatdırdıqları 24 noyabr 2016-cı il tarixli, 0036 saylı "xxxx" ASC tərəfindən iki nəfərin əvəzinə bir nəfərin eyni imzaları əksini tapmış "Razılaşma protokolu”nun etibarsız hesab edilməsi, istehlakçı olaraq ona qanunsuz ödətdirilmiş 13.790 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması, cavabdeh tərəfin qanunsuz hərəkətləri nəticəsində ona və ailəsinə vurulmuş və 2000 manat həcmində kompensasiya kimi dəyərləndirdiyi mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq ona verilməsi, cavabdehin əməkd aşlarının hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 201.2.2 və 309-cu maddələri ilə nəzərdə tutulmuş ictimai-təhlükəli əməlin əlamətləri olduğundan xüsusi qərardad çıxarılmaqla bu barədə prokurora məlumat verilməsini xahiş etmişdir.
6. İddiaçı həmin tələbini bu qərarın 1-4-cü bəndlərində göstərilən işin faktiki halları ilə əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, qardaşı Əkbər Şahbazov sahibkar kimi quş kəsimi ilə məşğul olur və kəsilmiş quşları iddiaçının həyətyanı torpaq sahəsində olan 48 m3 tutumu olan 15kvt-lıq soyuducuda saxlayır. Cavabdehin nümayəndələri qeyd olunan 18 noyabr 2016-cı il tarixli, 006509 saylı aktı tərtib etdikdən sonra qardaşı iflasa uğramasın deyə məcbur qalıb cəriməni ödəmişlər və bundan sonra elektrik enerjisinin verilişi bərpa olunmuşdur. Təl əb etdikləri məbləğ ödənildikdən sonra yenə də onların qarşısında 3 ay müddətində əlavə 4300,66 manat pul ödənilməsi barədə şərt qoyulmuşdur və bildirmişlər ki, bu barədə razılaşma protokolu imzalanmasa, enerji verilməsi bərpa olunmayacaqdır. Məcburiyyət qarşısında qalaraq, qardaşı razılaşmaya imza etmişdir. Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 18 noyabr 2016-cı il tarixli, 006509 saylı akt qanunsuzdur.
7. Xaçmaz Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli, 2(067)-1002/2018 saylı qətnaməsi ilə (hakim F.B.Mirzəquliyev) iddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı istehlakçının hüquqlarının müdafiəsi, aktın ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 18 noyabr 2016-cı il tarixdə t ərtib olunmuş 006509 saylı aktın ləğv edilməsi, "xxxx" ASC “Şimal” RETSİ üzrə istifadə edilmiş elektrik enerji haqqının hissə-hissə ödənilməsi barədə 24 noyabr 2016-cı il tarixli, 0036 saylı “Razılaşma protokolu”nun etibarsız hesab edilməsi və "xxxx" ASC-dən 13790 manat pulun alınaraq X2 qaytarılması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi N.V.Əhmədov apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli, 2(105)-1093/2021 saylı qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Məmmədov və Ş.Abbasov) apellyasiya şikayəti təmin ed ilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, yekunda səhv nəticəyə gəlmişdir. İş materiallarına görə İddiaçı1 qardaşı Əkbər Şahbazov sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da iddiaçı İddiaçı1 məxsus fərdi yaşayış evinə əhali kateqoriyası üçün quraşdırılmış sayğacdan elektrik enerjisi istifadə etmişdir. Hazırki işdə iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən sayğac üzərində maqnit quraşdırılaraq sayğacın sxemindən keçən yükü maqnit vasitəsi ilə kənarlaşdırılması aşkar edildikdən sonra akt tərtib edilmiş və borc hesablanmışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçının ləğv olunması nı xahiş etdiyi 18 noyabr 2016-cı il tarixli akt sayğaca müdaxilə olunması, yəni sayğac üzərinə maqnit quraşdırılması barədədir və bu, iş materialları ilə təsdiq olunur. Odur ki, iddia bu hissədə təmin edilə bilməz.
11. Məhkəmə qeyd etmişdir ki, tərtib edilmiş akt əsasında hesablanmış borc iddiaçı tərəfindən ödənilmiş, daha sonra 24.11.2016-cı il tarixli, 0036 saylı razılıq protokolu ilə istehlakçı olan İddiaçı1 "xxxx" ASC-nə olan 4300,69 manat məbləğində borcunu 26.12.2016-cı il tarixinə 1433 manat, 26.12.2017-ci il tarixinə 1433 manat, 26.12.2017-ci il tarixinə 1434,69 manat ödənilməsini üzərinə götürmüş, həmin tarixdən sonra iddiaçı tərəfindən qeyd edilən ödənişlər ödənilmişdir.
12. Göründüyü kimi iddiaçı tərtib edilmiş aktlarla razılaşaraq akt əsasında hesablanmış borcu ödəmişdir ki, b u da iddiaçının tərtib edilmiş aktı qəbul etdiyini, onu mübahisələndirmədiyini təsdiq edir. Bu səbəbdən də məhkəmə kollegiyası tərtib edilmiş aktı qəbul edərək akt əsasında hesablanmış borcu ödədiyi halda iddiaçının 1 il müddət keçdikdən sonra məhkəməyə müraciət etməsini əsaslı saymır. Bundan başqa iddiaçı razılaşma protokolunun məcburiyyət qarşısında qalaraq imzalanmasını, həmin borcu təzyiq altında ödədiyini qeyd etsə də buna dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz.
13. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mənəvi zərərin ödənilməsi barədə tələbini də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələri əsasında yoxlayaraq müəyyən etmişdir ki, iş materiallarında iddiaçının hər hansı bir fiziki və mə nəvi sarsıntı keçirməsi barədə məlumatlar mövcud deyildir.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə qaydalarının” 8.32-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuş həddə təmin olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti əsaslandırılarkən iddia ərizəsində göstərilən işin faktik halları təkrarlanmış, əlavə olaraq qeyd olunmuşdur ki, aktı n tərtib edilməsi zamanı hal şahidlərinin olmaması nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən dəfələrlə cavabdeh tərəfdən akt tərtib olunan zaman foto və ya video qeydləri barədə sübut təqdim etməyi tələb etmiş, lakin bu cür sübutlar təqdim olunmamışdır. Məhkəmə təqdim edilmiş sübutların qiymətləndirilməsini düzgün aparmamış və bununla da maddi və prossesual hüquq normalarının pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilm əsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə və gəlməmənin səbəbləri barədə məlumat vermədiyinə görə məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu Maddə
17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qa ydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları» Bənd 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mən subiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Bənd 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Bənd 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonen ti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bənd 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik ed ilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
25. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qət namənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi xahiş edildiy indən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassasiya kollegiyası kassatorun kassasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd edir ki, həmin dəlillər işə baxmış məhkəmələr tərəfindən araşdırılmış və qiymət verilmişdir.
30. Kassatorun “Elektrik Enerjisindən istifadə qaydalarının” Qaydaların 8.33-cü bənd inə istinadən, akt tərtib olunarkən iki nəfər hal şahidlərinin iştirakı təmin olunmadığına görə aktın etibarsız sayılmalı olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla bu halın (iki hal şahidinin olmaması) aktın ləğv olunması üçün mütləq əsas olması həmin Qaydalarda göstərilməyib və kassator tərəfindən də əsaslandırılmayıb Bundan başqa, hazirki vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin qeyd olunan akta sübut kimi qiymət verərkən istinad etdiyi hal ondan ibarət olmuşdur ki, tərtib edilmiş akt əsasında hesablanmış borc iddiaçı tərəfindən ödənilmiş, daha sonra 24.11.2016-cı il tarixli, 0036 saylı razılıq protokolu ilə istehlakçı olan İddiaçı1 "xxxx" ASC-nə olan 4300,69 manat məbləğində borcunu 26.12.2016-cı il tarixinə 1433 manat, 26.12.2017-ci il tarixinə 143 3 manat, 26.12.2017-ci il tarixinə 1434,69 manat ödənilməsini üzərinə götürmüş, həmin tarixdən sonra iddiaçı tərəfindən qeyd edilən ödənişlər ödənilmişdir.
31. Göründüyü kimi kifayət qədər yüksək məbləğlər akt tərtib olunandan dərhal sonra ödənilmiş, buna əsas olan akt mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin bu halına iddiaçının tərtib olunmuş aktla razılığı kimi qiymət verməkdə haqlı olmuşdur.
33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və M PM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli, 2(105)-1093/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.