Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5446/2020 13.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı3, onun və digər iddiaçılar İddiaçı4, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)198/2020 nömrəli qərardadından iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏ YYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) xx.xx.2019-cu il tarixli 2(012)1610/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Abşeron Rayon 1 saylı Notariat Kontoruna (üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti) qarşı “alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Məmmədova, S.Qafari, F.Məmmədov) xx.xx.2020-ci il tarixli 2(105)-198/2020 nömrəli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-1610/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)198/2020 nömrəli qətnaməsindən kasasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Məmmədova, T.Məmmədov, G.Tağızadə) xx.xx.2020-ci il tarixli 2(105)-198/2020 nömrəli qərardadı ilə İddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-198/2020 nömrəli qətnaməsindən kasasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməyərək kasasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iş üzrə Sumqayıt Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)198/2020 nömrəli qərardadından kasasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə kasasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə İddiaçı2 adına bir nüsxə olmaqla xx.xx.2020-ci il tarixdə, İddiaçı1 adına bir nüsxə olmaqla xx.xx.2020-ci il tarixdə onların qeydiyyatda olduğu ünvana poçt vasitəsilə göndərmişdir. İddiaçılar prosessual müddəti üzrlü səbəbdən buraxmışlar. Belə ki, rəsmi şəkildə fevral ayından ölkədə mövcud "COVİD-19" virusu ilə əlaqədar pandemiyanın mövcudluğu, habelə bununla bağlı Nazirlər Kabinetinin qəbul etdiyi və vətəndaşların sağlamlığının və həyatının qorunması üçün onlara hərəkət məhdudiyyəti yaradan xx.xx.2020-ci tarixli qərarı, habelə xx.xx.2020-ci il tarixli 124 saylı Qərarı və digərləri sözügedən qətnamədən kassasiya şikayətinin müəyyən edilmiş prosessual müddət ərzində verilməsi və bu məqsədlə vəkillə müqavilənin bağlanmasını mümkünsüz etmişdir. Qeyd edilməlidir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 120 saylı Qərarının 1 -ci və 2-ci bəndlərində göstərilir ki, "...1.Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxx xx 2020-ci il saat 00:00-dək dayandırılsın.
2. Müəyyən edilsin ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Göründüyü kimi insanların fərdi yaşayış evlərini tərk etmələri mövcud qərarla onların sağlamlığının və həyatlarına qarşı olan təhlükənin qarşının alınması məqsədilə məhdudlaşdırılmışdır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020- ci il tarixli, 124 saylı "Koronavirus (COVİD19) infeksiyasının Azərba ycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Qərarla koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 1-ci yarımbəndində ölkə üzrə hərəkəti sərbəst olan şəxslərin dairəsi, 2- ci yarımbəndində isə işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.egov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən şəxslərin dairəsi müəyyən edilmişdir. Lakin göründüyü kimi iddiaçılar həmin yarımbəndlərdə göstərilən şəxslə kateqoriyasına daxil deyildir. Üstəlik sözügedən Qərarın 1-ci bəndinin 4-cü yarımbəndində göstərilir ki, bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Göründüyü kimi sadalanan hallar arasında vətəndaşların digər ehtiyacları ilə əlaqədar yaşayış yerini tərk etməsi istisna olunur. Həmçinin sözügedən Qərarla vətəndaşların yaşayış yerini sms icazə sistemi vasitəsilə tərk etməsi tətbiq edilməklə, hərəkət məhdudiyyətinin konkret forması tətbiq edilmişdir. SMS icazə ilə vətəndaş yalnız sadalanan 3 halda yaşayış yerini (ev və ya mənzilini) yaşayış ərazisi daxilində (tibbi zərurət və hər hansı bir qrafik ü zrə müalicə istisna olmaqla) tərk edə bilərdilər. Bu məhdudiyyətlər ilkin qərarla xx.xx.2020xx.xx.2020-ci il tarixlərinə məhdudiyyət tətbiq edilsə də, həmin məhdudiyyətlər daha sonra Kabinetin xx.xx.2020-ci il tarixli, 144 saylı Qərarı ilə xx.xx.2020-ci il tarixinə kimi, xx.xx.2020-ci il tarixli, 163 saylı Qərarı ilə xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. Yalnız Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 173 saylı "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Qərarı ilə məhdudiyyətlərin bir qismi, o cümlədən qərarın 1.1.1-ci bəndinə əsasən yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmə k sistemi ləğv edilmişdir. Məhz bundan sonra iddiaçılar yaşayış yerini (ev və ya mənzili) yaşayış ərazisindən kənara çıxmaqla tərk etmək imkanı əldə etmiş və dərhal da müvafiq qərardan kasasiya şikayəti vermək məqsədilə vəkillər hüquqi yardım haqqında müqavilə bağlamışlar. Bir sözlə həmin tarixə kimi iddiaçıların hüquqi xidmət barədə müqavilə bağlaması üçün real imkanı olmamış, bu imkan dövlətin vətəndaşlarını və onların həyatını qorunması istiqamətində aparılmış tədbirlər çərçivəsində məhdudlaşdırılmışdır. Bu isə iddiaçıların iradəsindən asılı olmadan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)-198/2020 saylı qətnaməsindən kasasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən o, iş üzrə Sumqayı t Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-198/2020 nömrəli qərardadının ləğv edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-198/2020 nömrəli qətnaməsindən iddiaçıların kasasiya şikayəti verməsi üçün müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi və həmin qətnamədən verilmiş kasasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Cavabdeh1 və 3-cü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabde h Abşeron rayon 1 saylı Notariat Kontorunun notariusu Bahadur İslamov məhkəməyə ərizə ünvalayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası müddətin bərpasından imtinanı onunla əsaslandırmışdır ki, "COVİD-19" virusu ilə əlaqədar pandemiyanın mövcudluğu, habelə bununla bağlı Nazirlər Kabinetinin qəbul etdiyi vətəndaşların sağlamlığının və həyatının qorunması üçün onlara hərəkət məhdudiyyəti yaradan xx.xx.2020-ci tarixli qərarı, habelə xx.xx.2020-ci il tarixli 124 saylı Qərarı və digərlərinə əsasən ölkənin vətəndaşlarına SMS icazə ilə gün ərzində 2 saat olmaqla icazə verilməsi, eyni zamanda vəkillərin sərbəst fəaliyyəti nəzərdə tutulmuşdur ki, bununla da birinci instansiya məhkəməsində iddiaçıların nümayəndəsi və vəkilinin iddiaçılarla görüşüb müqavilə bağlanmasına, eləcə də, kasasiya şikayətinin poçt vasitəsi ilə məhkəməyə göndərilməsinə hər hansı mane olmamışdır. İddiaçı yalnız ölkə ərazisində "COVİD-19" virusu ilə əlaqədar pandemiyanın mövcudluğuna görə hərəkət edə bilməməsini göstərmiş, xx.xx.2020-ci il tarixdə müraciət etməsinin üzrlü səbəbdən baş verməsinə dair də heç bir sübut verməmişdir. Yalnız müddət bitdikdən müvafiq olaraq 17 və 11 gün sonra kasasiya ş ikayəti və müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Bu səbəbdən də qeyd edilən dəlil müddətin buraxılmasının üzrlü halı kimi qəbul edilə bilməz. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kasasiya şikayətinin dəlillərini müzakirə edib onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər müddətin bərpası barədə ərizənin də əsas dəlilləri olmuş, apelyasiya kollegiyası həmin dəlillər üzrə qənaətini yuxarıda qeyd edildiyi qaydada və Azərbaycan Respublikasının MPM-nin 405 və 408-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Hazırki halda da kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Çünki müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi barədə iş mate riallarında hər hansı sübut mövcud deyildir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 405-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gücdən 2 ay müddətində kasasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası m əhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-198/2020 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.