Məhkəmə qərarları › İş №2(102)-5447/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5447/2020

01.12.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5447/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 və İddiaçı iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)1851/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Quba rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(027)-189/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.T.Həsənov) İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evi üzərində payların bərabər şəkildə müəyyən edi lməsi, payların naturada ayrılması” barədə iddiası təmin edilərək, xx xxxx 2014-cü il tarixli Çıxarışa əsasən tərəflərin ümumi birgə mülkiyyətində olan Quba şəhəri, Hikmət Hüseynov küçəsi, 1-ci dalanda yerləşən 10 saylı fərdi yaşayış evinin naturada bölünməsinin mümkün hesab edilməsi, texniki pasport üzrə zirzəmidə yerləşən 1 və 2 “a” saylı tikililərin, habelə evin 1-ci mərtəbəsində yerləşən 7 saylı tikilinin tərəflərin ümumi istifadəsində saxlanılması, həmin evin bir hissəsinin, yəni texniki pasport üzrə 2, 6, 8, 11 saylı tikililərin iddiaçının, digər hissəsinin isə, yəni texniki pasport üzrə 3, 4, 5, 8 “a”, 9, 10 saylı tikililərin cavabdehin istifadəsinə ayrılması ilə təcrid mənzil şəklində naturada bölünməsi; 2 və 8 saylı tikililərin daxilində arakəsmələr quraşdırılması, 2 saylı tikilin in daxilində quraşdırılmalı arakəsmə üzərində keçid qapısının açılması, 8 və 9 saylı tikililər arasında mövcud pəncərələrin bağlanması, cavabdehin sərəncamına düşən 1-ci mənzilin ümumi sahəsi 86,16 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr, yardımçı sahəsi 45,06 kv.metr, iddiaçının sərəncamına düşən 2-ci mənzilin ümumi sahəsi 80,3 kv.metr, yaşayış sahəsi 48,3 kv.metr, yardımçı sahəsi 32,0 kv.metr, tərəflərin ümumi istifadəsində qalan tikililərin ümumi sahəsinin isə 21,1 kv.metr müəyyən edilməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)1851/2020 saylı qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, T.Q.Məmmədov və Ş.R.Abasov) apelyasiya təmin edilərək, iş üzrə Quba rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilib. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, xx xxxx 2014-cü il tarixli Çıxarışa əsasən cavabdehlə ümumi birgə mülkiyyətində olan Quba şəhəri, Hikmət Hüseynov küçəsi, 1-ci dalanda yerləşən 10 saylı fərdi yaşayış evi üzərində paylarının bərabər şəkildə müəyyən edilməsi, paylarının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı Rahim Bağrov məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı Rahim Bağrıovun vəkili Vəkil və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiklər i üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli ev tərəflərin ümumi birgə mülkiyyətindədir. İlkin ekspert rəyinə görə yaşayış evinin təcrid mənzillər şəklində bölünməsi mümkün deyil. Təkrar ekspert rəyində isə bu bölgünün iddiaçının təqdim etdiyi variant üzrə tərəflər arasında olan qarşılıqlı razılaşmaya əsasən bölgüsünün mümkün olduğu qeyd edilib. Lakin cavabdeh bu qaydada bölgünün aparılması ilə razı deyil, qeyd olunan bölgüyə əsasən onun üzərinə əlavə vəzifələr qoyulub, eyni zamanda o, xəstədir, İ qrup əlil olmaqla evdə ekspert rəyində göstərilən qaydada bölgü aparmağa maddi imkanı yoxdur. Hazırki halda sübutetmə yükü iddiaçının üzərinə düşür və o, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Bu səbəbdən də iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlm əyib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 220.3, 220.4, 220.6-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin mübahisə olunmayan həqiqi hallarına görə, xx xxxx 2014-cü il tarixli Çıxarışa əsasən, Quba şəhəri, Hikmət Hüseynov küçəsi, 1-ci dalanda, mülkiyyətdə olan 0,0196 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 96,4 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr, yardımçı sahəsi 55,3 kv.metr o lan 10 saylı fərdi yaşayış evi tərflərin ümumi birgə mülkiyyətindədir. Hazırda iddiaçı, sözügedən evin cavabdehlə ümumi birgə mülkiyyətlərində olduğunu, həmin evdən payları müəyyən olunmaqla naturada ayrılmadığından, öz payına düşən hissəni təmir etdirə və oradan sərbəs şəkildə istifadə edə bilmədiyini, evin naturada bölünməsinə cavabdehin könüllü razılıq vermədiyini göstərib, evdən cavabdehlə paylarının bərabər şəkildə müəyyən edilməklə, paylarının naturada ayrılmasını iddia edir. Cavabdeh isə, iddiaçının təqdim etdiyi variant üzrə bölgünün aparılması ilə razı olmadığını, qeyd olunan bölgü üzrə onun üzərinə əlavə vəzifələr qoyulduğunu, eyni zamanda xəstə, İ qrup əlil olmaqla evdə ekspert rəyində göstərilən qaydada bölgü aparmağa maddi imkanının olmadığını göstərib iddiaya etiraz edir. İ şə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, sözügedən evin texniki vəziyyətini, planlı yerləşməsini, evin otaqlarının iç-içə olmasını, eləcə də bir yardımçı tikilidən (sanitar qovşağı, mətbəxdən) ibarət olmasını nəzərə alaraq evin texniki cəhətdən bölünməsi mümkün deyil. Həmçinin, həmin Mərkəzin xx xxx 2019-cu il tarixli digər ekspert rəyindən isə görünür ki, tərəflərin ümumi birgə mülkiyyətində olan sözügedən fərdi yaşayış evinin onlar arasında qarşılıqlı razılaşmaya əsasən evin müəyyən hissəsinin, yəni texniki pasport üzrə zirzəmidə yerləşən 1 və 2 “a” saylı tikililərin, evin 1-ci mərtəbəsində yerləşən 7 saylı tikilinin tərəflərin ümumi istifadəsində saxlanması şərti ilə evin bir hissəsinin, yəni t exniki pasport üzrə 2, 6, 8, 11 saylı tikililərin iddiaçının, digər hissəsinin, yəni texniki pasport üzrə 3, 4, 5, 8 “a”, 9, 10 saylı tikililərin cavabdehin istifadəsinə ayrılması ilə, təcrid mənzillər şəklində naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün, tədqiq olunan fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 2 və 8 saylı tikililərin daxilində arakəsmələr quraşdırılmalı, 2 saylı tikilinin daxilində quraşdırılmalı arakəsmə üzərində keçid qapısı açılmalı, 8 və 9 saylı tikililər arasında mövcud pəncərələr bağlanmalıdır. Yuxarıda göstərilən bölgü nəticəsində tərəflərdən birinin, yəni cavabdehin sərəncamına düşən 1-ci mənzilin ümumi sahəsi 86,16 kv.metr, o cümlədən yaşayış sahəsi 41,1 kv.metr, yardımçı sahəsi 45,06 kv.metr, tərəflərdən digərinin, yən i iddiaçının sərəncamına düşən 2-ci mənzilin ümumi sahəsi 80,3 kv.metr, o cümlədən yaşayış sahəsi 48,3 kv.metr, yardımçı sahəsi 32,0 kv.metr təşkil edir. Tərəflərin ümumi istifadəsində qalan tikililərin ümumi sahəsi 21,1 kv.metr təşkil edir. Mülki qanunvericiliyə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülikyyət hüququ əsasında mənsub ola bilər. Eyni zamanda əşya ümumi mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdərilməklə paylı mülkiyyətlərində, və ya belə paylar müəyyənləşdirilmədən birgə mülkiyyətlərində ola bilər. Birgə mülkiyyət iştiraçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (Mülki Məcəllənin 213.1, 213.2, 213.5-ci maddələri). A pelyasiya instansiyası məhkəməsi, tərəflərin mülkiyyətində olan mübahisəli evin onlara ümumi mülkiyyət hüququ əsasında mənsub olmaqla, həmin evin payları müəyyənləşdirilmədən onların ümumi birgə mülkiyyəti sayılmasına, birgə mülkiyyətin iştirakçıları kimi tərəflər arasında evdən paylı mülkiyyətin müəyyənləşdirilməsi ilə bağlı hər hansı razılaşmanın əldə edilməməsinə, həmçinin iddiaçının cavabdehə qarşı tələblərindən birinin məhz evdən payın müəyyən ediliməsindən ibarət olmasına əhəmiyyət vermədən, onun bu tələbini nəyə görə rədd etməsini qətnamədə kifayət qədər əsaslandırmadan, bütövülkdə iddianın əsassız olması qənatinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 217.1, 217.3, 220.4, 365-cü maddələrinin mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır və qətnamə iş ü zrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflərin mübahisəli ev üzərində ümumi birgə mülkiyyət hüquqlarına, yəni payları müəyyənləşdirilmədən ümumi mülkiyyət hüquqlarına xitam verilmədən və tərəflər arasında razılaşma əldə edilmədiyi üçün məhkəmənin qərarına əsasən ümumi evə bu şəxslərin paylı mülkiyyət hüquqları müəyyənləşdirilmədən, yalnız evdən payların naturada ayrılmasının texniki cəhətdən mümkün olmaması əsas tutularaq, iddia bütövlükdə rədd edilə bilməz. Belə ki, əvvəla, iddiaçının cavabdehə qarşı iddia tələblərindən biri mübahisəli evdən cavabdehə çatan paylarının bərabər şəkildə müəyyən edilməsindən və həmin evdən paylarının naturada ayrılmasından ibarətdir. Ona görə işə yenidən apelyasiya qaydasında baxılarkən ilk növbədə tərəflərin mübahisəli evdən payları müəyyən edilməli və yalnız bundan sonra onlara düşən payların naturada ayrılmasının mümkünlüyü məsələsi bir daha tam, hərətəfli və obyektiv araşdırılmalıdır. Digər tərəfdən, sadalanan maddələrin mənasına görə, paylar müəyyənləşdirilmədən birgə mülkiyyətdə olan əşyanın naturada bölünməsi yolverilməzdir və yalnız paylı mülkiyyətdə olan əşya mülkiyyətçilər arasında naturada bölünə bilər. Bunun üçün isə, ilk növbədə əşya üzərində birgə mülkiyyət, paylı mülkiyyətə çevrilməlidir. Apelyasiya instansiyası məhkəməsi bu hallara diqqət yetirmədən, mübahisəli evin payları müəyyənləşdirilmədən tərəflərin ümumi birgə mülkiyyətində olmasını nəzərə almadan, yalnız ekspertin rəyini əsas tutaraq payın naturad a ayrılmasına yol verilməməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, Mülki Məcəllənin 220.2-ci maddəsinin mənasına görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddənin mənasına görə, payın naturada ayrı lmasına dair iddia tələbi məhkəmə qaydasında o, vaxt təmin oluna bilər ki, payın naturada ayrılmasına yol verilsin və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olsun. Hazırki halda, ilk ekspert rəyində mübahisəli evin tərəflərin paylarına uyğun olaraq texniki cəhətdən bölünməsinin qeyri-mümkünlüyü qeyd edilsə də, təkrar ekspert rəyində həmin evin onlar arasında təcrid mənzillər şəklində naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilib. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin mənasına görə, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməyib. Lakin, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin oluna bilər və nəzərə almaq lazımdır ki, ekspertin rəyi də mülki iş üzrə sübut növlərindən biridir və hüquqi baxımından hər hansı digər sübut növünə nisbətdə heç bir üstünlüyə malik deyil. Ekspertin rəyinin məhkəmə üçün məcburi olmaması dedikdə- rəydə gəlinmiş nəticələrin, rəyin məzmununun məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması başa düşülür. Lakin, ayrı-ayrı hallarda ekspert rə yində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (MPM-nin 103.1 və 205.1-ci maddələri). Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşıb gəldiyi nəticəni ilk ekspert rəyi ilə əsaslandırmağa çalışsa da, təkrar ekspert rəyi ilə nəyə görə razılaşmamasını qətnamədə əsaslandırmayıb və hər iki rəyi iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirməyib. Halbuki, MPM-nin 88, 103.2-ci maddələrinin tələblərinə görə, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə əsaslandırılmalıdır. Eyni zaman da məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verməlidir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsaslı sayıb hesab edir ki, tərəflərin mübahisəli evdə paylarının naturada ayrılmasına yol verilməsi və bunun ümumi mülkiyyətdə olan həmin evə tənasübsüz zərər vurmadan mümkün olması, həmçinin iddiaçının iddia etdiyi bölgü üzrə cavabdehin üzərinə hər hansı əlavə vəzifələrin qoyulması mülki iş materilları ilə istisna edilmədiyindən, sonuncunun xəstə, İ qrup əlil olmaqla maddi imkana malik olmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki iddia ərizəsindən, kasasiya şikayətnin dəlillərindən, o cümlədən təkrar ekspert rəyindən görünür ki, söz ügedən evdən tərəflərə çatan payların naturada ayrılması texniki cəhətdən mümkündür və bunun üçün tələb olunan xərcləri ödəməyi iddiaçı öz öhdəsinə götürüb. Ümumiyyətlə, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia etdiyi bölgü üzrə cavabdehin üzərinə hər hansı əlavə vəzifə qoyulmayıb. Bundan başqa, kasasiya şikayətinin dəlillərindən və ona əlavə edilmiş xx xxxx 2020-ci il tarixli Çıxarışdan görünür ki, iddiaçı tərəfindən mübahisəli evdə artıq tərəflərin paylarına uyğun olaraq naturada bölgü aparılıb və ümumi birgə mülkiyyətdə olan 0,0196 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 89,40 kv.metr ümumi sahəsinin 42,1 kv.metr, yaşayış sahəsinin 42,1 kv.metr hissəsi paylı mülkiyyət hüququ üzrə iddiaçının, ümumi sahənin 47,3 kv.metr, yaşayış sahəsinin 41,1 kv.metr hissəsi isə paylı mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb və bölgü nəticəsində cavabdehə daha çox sahə düşüb. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı kasasiya şikayəti təmin edilsin, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1851/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar