Məhkəmə qərarları › İş №2(102)-5449/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5449/2021

11.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5449/2021 11.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Xaçmaz Rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər X4, X8, X9 və X10 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və bağışlama müqaviləsi və mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının vəkli Vəkil, 3-cü şəxs X1, 3-cü şəxs X5 işitirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1276/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X12 27.11.2011-ci il tarixdə, X2 01.11.2015-ci il tarixdə vəfat etmişlər. Qanun üzrə vərəsəlik hüququ haqqında 19 yanvar 2018-ci il tarixli, reyestrdə 2V-70 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, 27.11.2011-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Cavabdeh1dur və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,00806 ha olan həyətyanı torpaq sahəsindən və ünvan 1 ünvanında yerləşən 0,00806 ha həyətyanı torpaq sahəsi üzərində tikilmiş, ümumi sahəsi 113,7 kv.metr olan fərdi yaşayış evindən ibarətdir. X1 və X7 ərizələrindən müəyyən olunur ki, ataları X6 27.11.2011-ci il tarixli vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etməmişlər və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 aylıq müddəti buraxmışlar. Hərəkətsizlikləri onlara aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəklər. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqlar ın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 0,00806 ha həyətyanı torpaq sahəsi üzərində tikilmiş, ümumi sahəsi 113,7 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 adına 01.03.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********92-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sorğuya əsasən alınmış Xaçmaz rayon 1 saylı notariat ofisinin 353 nömrəli 11 dekabr 2019-cu il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh1 27.11.20110-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.00806 ha torpaq sahəsinə dair istifadə hüquqları və 113,7 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə dair 19.01.2018-ci il tarixli vərəsəlik şəhadətnaməsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,00806 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş, ümumi sahəsi 113,7 kv.metr olan fərdi yaşayış evinə dair 19 yanvar 2018-ci il tarixli, reyestrdə 2V-70 nömrə ilə qeyd olunmuş 773 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ünvan 1 ünvanında yerləşən 0,00806 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş, ümumi sahəsi 113,7 kv.metr olan fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* n ömrəli 01 mart 2018-ci il qeydiyyat tarixli çıxarışın etibarsız edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,00806 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş, ümumi sahəsi 113,7 kv.metr olan fərdi yaşayış evi mərhum atası X11 məxsus olmuşdur. Atası 27 noyabr 2011-ci ildə, anası 01 noyabr 2015-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra 6 vərəsəsi – qardaşları, bacısı və o qalmışlar. 25 avqust 2017-ci il tarixdə qardaşı Eyubov X14 1 saylı notariat kontoruna müraciət edərək atalarından miras qalmış əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizədə və ərizəyə əlavə olunmuş arayışda atasının üç vərəsəsi olduğu qeyd olunmuşdur. Bununla da digər vərəsələr-o, qardaşı İzətulla Eyubov və bacısı Nəzilət Eyubova vərəsəliyə çağırılmamışlar. Halbuki, qanunvericilikdə bu vəzifə müraciət etmiş vərəsənin üzərinə qoyulur. Savabdeh Cavabdeh1 mülki qanunvericiliyin vərəsəlik münasibətlərindən bəhs edən müddəalarına zidd olaraq miras əmlakdan 1/1 pay almağa nail olmuşdur. Ona bu barədə 19 yanvar 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətənamə əsasında atalarına məxsus olmuş ünvan 1 ünvanında yerləşən 0,00806 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş, ümumi sahəsi 113,7 kv.metr olan fərdi yaşayış evini öz adına rəsmiləşdirmiş və ona fərdi yaşayış evinə dair mülkiyyət, torpağa dair istifadə hüququ barədə çıxarış da verilmişdir. Hesab edir ki, atasından miras qalmış əmlaka dair 19 yanvar 2018-ci il tarixli, reyestrdə 2 V-70 nömrə ilə qeyd olunmuş 773 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş dövlət reyestrindən çıxarış etibarsız hesab olunmalıdır. Xaçmaz Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov, iş № 2(067)-1305/2020) İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair tələbinə dair iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı miras əmlakın qəbulu ilə bağlı müvafiq notariat orqanına 10.12.2019-cu il tarixdə müraciət etmişdir. Lakin miras əmlakın qəbulu ilə bağlı müddətin uzadılmasına dair məhkəməyə və ya DNK-na müraciət etməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Xaçmaz Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(067)-1305/2020 saylı qətnaməsindən İddiaçı apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 03 iyul 2020-ci il tarixli qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü madəsinin və Azərbaycan Respublikası MPM-nin 9.1, 9.2-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsininin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova, iş № 2(105)-1276/2021) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixl i, 2(067)-1305/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları K assasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1276/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil kassyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasın ı xahiş etdi. Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası 3-cü şəxslər X1 və X5 izahatlarını dinləməmişdir Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apelyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hiss əsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı öl ənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz n ümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstəril ən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansi yası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1276/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar