Məhkəmə qərarları › İş №2(102)-545/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-545/2022

13.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-545/2022 13.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşı ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, cavabdehlər Əliyev Eldar İsmayıl oğluna, Cavabdeh2, Bakı şəhəri 14 saylı Notariat Kontoruna və AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Eldar İsmayıl oğlunun ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia-tiki liyə giriş-çıxışa yaradılmış maneənin aradan qaldırılması, qarşılıqlı iddia-müqavilənin etibarsız hesab edilməsi, üçüncü şəxsin iddiası-pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2, müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Eldar İsmayıl oğlunun və vəkili Vəkil3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1811/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Eldar İsmayıl oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayə tləri üzrə işə 13 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Yasamal rayon İcra Hakimiyyətinin 17.09.2013-cü il tarixli 355 saylı sərəncamından görünür ki, BŞİH Memarlıq və şəhərsalma Baş İdarəsinin 19.08.2013-cü il tarixli 18/038/1937 saylı məktubla M.Seyidov küçəsi 14 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış binasının tikintisinə dair təqdim olunmuş memarlıq və planlaşdırma həlli layihəsini Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma əsaslandırılması ilə bağlı müsbət rəyinin alınması şərti razılaşdırıldığından Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 14 saylı binanın yaxınlığında razılaşdırılmış eskiz layihəsində göstərilən 450 kv.m torpaq sahəsində Cavabdeh1 qeyriyaşayış binasının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX, ******* saylı, 27.08.2014-cü il tarixli “Çıxarış”ından görünür ki, ünvan 2nda, ümumi sahəsi 0,045 ha (450 kv.m.) olan torpaq sahəsi icarə hüququ əsasında Cavabdeh1 məxsusdur. Çıxarış Yasamal rayon İcra Hakimiyyətinin 355 saylı 17.09.2013-cü il tarixli sərəncamı və DTXK Torpaq sahəsinin planı və ölçüsünə (AN 496485, 19.02.2014) əsasən verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısı ilə imzalanan 20 aprel 2015-ci il tarixli, 1045 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 14 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 450 (dörd yüz əlli) kv.m olan torpaq sahəsi, Yasamal rayon İcra H akimiyyəti başçısının 17.09.2013-cü il tarixli, 355 saylı sərəncamı ilə üzərində qeyri-yaşayış sahəsinin tikintisinə icazə verildiyindən, 99 (doxsan doqquz) il müddətinə, hər il üçün 835 (səkkiz yüz otuz beş) manat, 20 (iyirmi) qəpik icarə haqqı müqabilində Cavabdeh1 icarəyə verilmişdir. 20 aprel 2015-ci il tarixli, 1045 saylı müqavilənin “1.3.”-cü bəndində göstərilmişdir ki, torpaq sahəsi qeyri-yaşayış binasının tikintisi üçün verilir. "xxxx" MMC ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına ElmiTədqiqat və Layihə-X1 İnstitutu arasında imzalanan 30 sentyabr 2015-ci il tarixli müqavilənin predmetindən görünür ki, - “Sifarişçi” həvalə edir, “İcraçı” isə ünvan 1 ünvandakı binanın yanında inşa olunan, Cavabdeh1 məxsus, zirzəmili, 3 (üç) mər təbəli (+ mansard) ofis binasının tikintisində istifadə olunacaq tikinti materiallarının və konstruktiv elementlərin, betonun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasının qüvvədə olan standartlarına uyğun olaraq yoxlama – sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 19.08.2013-cü il tarixli, 18/03-8/1937 saylı məktubuna əsasən, ünvan 2nda nəzərdə tutulan qeyri-yaşayış sahəsinin memarlıq-planlaşdırma həlli razılaşdırılmışdır. Cavabdeh1 müraciəti ilə Bakı şəhər, Yasamal rayon İcra Hakimiyyətinin 17.09.2013cü il tarixli, 355 saylı sərəncamı ilə ünvan 2nda, razılaşdırılmış eskiz layihəyə uyğun şəkildə 450 kv.m. torpaq sahəsində qeyri-yaşayış sahəsinin t ikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cavabdeh1 ünvanladığı 25/26-07433 saylı, 05.11.2013-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 14 ünvanda qeyri-yaşayış obyektinin tikintisi üçün tərtib olunmuş layihə “Tikinti-quraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə uyğundur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 17084 saylı, 09.12.2013-cü il tarixli müsbət rəyindən görünür ki, sifarişçi Cavabdeh1 ünvan 2nda yerləşən qeyri-yaşayış binasının işçi layihəsi razılaşdırılmışdır. ünvan 2nda yerləşən torpaq sahəsi üzrə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 496485 saylı, 19.02.2014-cü il tarixli plan və öl çüsü verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya AA 065224 saylı, 26.08.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, ünvan 2nda, ümumi sahəsi 0,045 ha (450 kv.m.) olan dövlət torpaq sahəsi Cavabdeh1 istifadəsində olmuşdur və həmin torpaq sahəsinin döngə nöqtələrinin nömrəsi, məsafəsi və koordinatları aşağıdakı kimi olmuşdur: - X-398763.28, Y-4470698.89, nöqtələr 1-2, məsafə 14.51; X-398764.05, Y4470684.4, nöqtələr 2-3, məsafə 21.28; X-398754.99, Y-4470665.15, nöqtələr 3-4, məsafə 6.18; X398748.81, Y-4470664.84, nöqtələr 4-5, məsafə 33.02; X-398746.26, Y4470697.76, nöqtələr 5-1, məsafə 17.06. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz ə mlakın Dövlət Reyestrindən RX seriyalı, №0840924 saylı, 23 aprel 2016-cı il tarixli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin 225 kv.m hissəsi İddiaçı, digər 225 kv.m hissəsi Cavabdeh1 99 illik istifadəsindədir. Çıxarış 14 saylı DNK-da bağlanmış 3M-225 reyestr nömrəli 07.04.2016-cı il tarixli icarə hüququnun alqısatqı müqaviləsinə əsasən verilmişdir. 14 saylı DNK-da bağlanmış 3M-225 reyestr nömrəli 07.04.2016-cı il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 27.08.2014-cü il tarixli 523 saylı reyestr kitabının 49422 nömrəli vərəqində qeydə alınmış, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********69, RX 0481971 seriyalı Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,045 ha torpaq sahəsindən 0,0225 ha torpaq sahəsinin icarə hüququnu İddiaçı istifadəsinə verir. Qalan hissəsini özünə saxladı. Müqavilədə Cavabdeh1 əvəzinə Əliyev Eldar İsmayıl oğlu, İddiaçı əvəzinə Cavabdeh2 imza etmişlər. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Cavabdeh1 ünvanlanmış 05.04.2016-cı il tarixli Ə-200-091 saylı məktubundan görünür ki, onun ünvan 2nda yerləşən 20.04.2015-ci il tarixli 1045 saylı «Torpaq icarə müqaviləsi» əsasında istifadəsində olan 450 kv.m torpaq sahəsi üzərində icarə hüququnun 225 kv.m hissəsinin alqı-satqı yolu ilə İddiaçı adına sənədləşdirilməsinə icazə verilməsi barədə 29.03.2016-cı il tarixli məktubuna baxılaraq Azərbaycan Respublikasının «Torpaq Bazarı haqqında» Qanununun 14-cü maddəsinə uyğun olaraq ünvan 2nda yerləşən 450 kv.m torpaq sahəsinin 225 kv.m hissəsi üzərində icarə hüququnun alqı-satqı yolu ilə ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı adına sənədləşdirlməsinə etiraz edilmir. "xxxx" MMC-nin “müəllif nəzarəti” kitabından görünür ki, ünvan 5 binanın yanında yerləşən, Cavabdeh1 məxsus ofis binası üzrə 18.10.2015-ci il tarixə “4-cü mərtəbə (10.90 səviyyə) monolit rigellərin örtük tavanın, lift şaxtasının, pilləkən qəfəsəsinin, sütunların armaturlanma işləri başa çatmaqda olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun 37/36-03035 saylı, 18.05.2017-ci il tarixli məktubu və həmin məktuba əlavə edilən “Arayış”dan görünür ki, ünvan 5 binanın yanında yerləşən və Cavabdeh1 məxsu s olan ofis binası layihəyə uyğun inşa edilmişdir. Səbail rayon məhkəməsinin 03.11.2015-ci il tarixli 2(009)-3597/2015 saylı qətnaməsi ilə Əliyev Eldar İsmayıl oğlu ilə Cavabdeh1 arasında 17.10.1993-cü il tarixdə Bakı Nikah evində bağlanmış və 2342 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Səbail rayon Qeydiyyat şöbəsinin 05.12.2015-ci il tarixdə verdiyi AZ-İ 228723 saylı nikahın pozulması haqqında şəhadətnaməsinə əsasən Əliyev Eldar İsmayıl oğlu ilə Cavabdeh1 arasında olan nikahın ləğv edilməsi nikahın ləğv edilməsi akt qeydləri kitabında 05.12.2015-ci ildə 196 № ilə qeyd edilmişdir. Sumqayıt şəhəri 4 saylı notariat Ofisinin 29.08.2019-cu il tarixli 2227 saylı məktubundan görünür ki, 29.03.2016-cı il tarixdə vətəndaş Əliyev Eldar İsmayıl oğlu tərəfindən etibarnamə əsasında vətəndaş Cavabdeh1 adından çıxış edərək torpaq sahəsinin icarə hüquqlarının satılmasına razılıq barədə ərizə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 05.09.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 2nda yerləşən 0.0225 ha saylı torpaq sahəsini (X: 398764, 398747, 3.398746, 398763.28, Y: 4470685.41, 4470684,447097.76,4470698.89 koordinatları qeyd edilmiş **********69 reyestr nömrəli texniki pasport arxiv qovluğunda mövcuddur) Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Əliyev Eldar İsmayıl oğlu 14 saylı DNK-nın 3M-225 reyestr nömrəli 07.04.2016-cı il tarixli hüququnun alqı-satqı müqaviləsinə, 17.04.2016-cı il tarixli 7E-16790 reyestr nömrəli 3 saylı “ASAN Xidmət” mərkəzini n təsdiq etdiyi bölgü sxeminə əsasən İddiaçı Ağəli oğluna satmışdır. Məhkəmənin 05.12.2019-cu il tarixli qərardadı əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi 22.05.2020-ci il tarixli 31590 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ünvan 1 binanın yanında yerləşən torpaq sahəsinin üzərindəki 4 mərtəbəli obyektin inşa olunması üçün aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 368244,44 manat məbləğində müəyyən olunur. 22.06.2013-cü il tarixdə 50 il müddətinə notarial qaydada verilmiş ƏN-İ ******* saylı etibarnamədən görünür ki, Cavabdeh1 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam v erməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdlər, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq hesab aparmağı və bir sıra digər özündə geniş səlahiyyətləri əks etdirən hərəkətləri Əliyev Eldar İsmayıl oğluna etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin onun istifadəsində olan 225 kv.m hissəsində yerləşən tikilinin cavabdehin hesabına sökülməsi barədə qət namə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin 225 kv.m hissəsi onun, digər 225 kv.m hissəsi Cavabdeh1 99 illik istifadəsindədir. Onun həmin torpaq sahəsinin 225 kv.m hissəsinə istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, №0840924 saylı, 23 aprel 2016-cı il tarixli çıxarış verilmişdir. Cavabdehlə qarşılıqlı razılaşmaya əsasən birgə vəsaitləri hesabına mübahisəli torpaq sahəsində layihə əsasında ofis binasını tikib sənədləşdirmək qərarına gəlmiş və bu məqsədlə o, həmin tikiliyə k ülli miqdarda vəsait qoymuş, cavabdeh isə razılaşmanı pozaraq aralarında imzalanacaq birgə fəaliyyət haqqında müqaviləni müxtəlif bəhanələr gətirməklə imzalamaqdan yayınmış, müqaviləni imzalamaq istəmir. O, cavabdehə şifahi olaraq bir neçə dəfə müraciət etsə də, müraciəti cavabsız qaldığından, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məlumat üçün bildirir ki, cavabdeh artıq özbaşınalıq edərək əlavə torpaq sahələrini də zəbt edir. Odur ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməklə, zəbt etdiyi, onun isifadəsində olan torpaq sahəsindən çıxarılmalı, orada olan tikinti cavabdehin hesabına sökülməli və əvvəlki vəziyyətinə gətirilməlidir. Məhkəmə baxışı dövründə ilk iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia predmetinin dəyişdirilməsi barədə iddia ərizəs inə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 5 ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin icarə hüquq əsasında ona məxsus 225 kv.m hissəsində birgə inşa edilmiş tikiliyə giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılmasının Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia predmetinin dəyişdirilməsi barədə iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə prosesinin gedişində iddia tələbinin dəqiqləşdirilməklə iddia predmetininin dəyişdirilməsi zərurəti yaranmışdır. Belə ki, onun iddia tələbi ünvan 5 ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin icarə hüququ əsasında ona məxsus 225 kv.m hissəsində inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülməsinə yönəlmişdir. Buna səbəb cavabdehin əvvəlcəd ən şifahi olaraq razılaşdıqları öhdəliklərini icra etməməsi, birgə fəaliyyətlərini tənzimləyəcək müqavilənin bağlanmasından yayınması olmuşdur. Halbuki, onların ilkin razılaşmaları həmin tikilidən istifadə qaydalarını, əldə ediləcək gəlirin və xərclərin bölünməsi qaydalarını müəyyən edən müqavilə bağlanması olmuşdur. Lakin cavabdeh bundan yayınmış, əksinə istifadəsində olan torpaq sahəsi üzərində birgə inşa etdikləri tikiliyə daxil olmağına, həmin tikilinin başa çatdırılmasına və oradan istifadəsinə maneə yaratmışdır. Nəzərə alınsa ki, ünvan 5 ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin bütünlükdə alınmasında, sənədləşdirilməsində, eləcə də üzərində tikilinin inşasına külli miqdarda pul xərcləmişdir, bu zaman cavabdehin qanunsuz hərəkətləri ona istifadə hüquqlarının məhdudlaşdırılmasına gət irib çıxarır. İcarə hüququ əşyaya tam mülkiyyət hüququ olmasa da, özündə əşyadan istifadə və sahiblik imkanını ehtiva edir. Hazırda cavabdehin hərəkətləri, yəni istifadəsində olan və birgə inşa etdikləri tikiliyə qapının bağlanması, tikiliyə girişin qadağan edilməsi əşyadan istifadə və sahiblik imkanını məhdudlaşdırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8, 157.4, 560.1, 560.3.1, 560.3.4-cü maddələrinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər Əliyev Eldar İsmayıl oğlu, İddiaçı, Cavabdeh2, Bakı şəhəri 14 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2nda yerləşməklə ona məxs us olan 0.045 ha torpaq sahəsinin 0.0225 ha hissəsi üzərində “İcarə hüququnun alqı-satqısına dair” Bakı şəhəri 14 saylı notariat kontorunda reyestrdə 3M-225 nömrə ilə qeyd edilmiş 07 aprel 2016-cı il tarixli müqavilənin, həmin müqavilə əsasında İddiaçı adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 23.04.2016-cı il tarixli, Seriya RX, ******* saylı Çıxarışın və 17.04.2016-cı il tarixli bölgü sxeminın (eskizin) etibarsız hesab edilməsi və torpaq üzərində hüququnun əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2nda yerləşən 0.045 ha (yəni 450 kv.m) torpaq sahəsi üzərində icarə hüququnu iddiası üzrə cavabdehlərdən olan Əli yev Eldar İsmayıl oğlu ilə birgə nikah dövründə əldə etmişdir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 19.08.2013-cü il tarixli, 18/03-8/1937 saylı məktubu ilə yuxarıda göstərilən ünvanda tikilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin memarlıq-planlaşdırma həlli razılaşdırılmış, bundan sonra isə Yasamal Rayon İcra Hakimiyyətinin 17.09.2013-cü il tarixli, 355 saylı Sərəncamı ilə razılaşdırılmış eskiz layihəyə uyğun olaraq 450 kv.m torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmiş və obyektin tikintisi qanunla müəyyən edilmiş qaydada müvafiq qurumlarla razılaşdırılmışdır. Qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı bütün hüquqi sənədləşmə və razılaşma hərəkətlərindən sonra Bakı Şəhər İcra Hakimiyyətinın Başçısı ilə arasında bağlanmış 20 aprel 2015-ci il tarixli, 1045 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən yuxarıda göstərilən torpaq sahəsi hər il üçün icarə haqqı 835,20 (səkkiz yüz otuz beş manat 20 qəpik) manat olmaqla 99 (doxsan doqquz) il müddətinə ona icarəyə verilmişdir. Odur ki, o, torpaq üzərində hüququnu qanuna müvafiq qaydada rəsmiləşdirmiş və ona hazırki iddiası üzrə cavabdehlərdən olan ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 27.08.2014-cü il tarixli, Seriya RX, ******* saylı Çıxarış verilmişdir. Qeyd edir ki, hələ torpaq sahəsinin icarəsi ilə bağlı söhbətlər gedən zaman onun adından bütün lazımi hərəkətlərin edilməsi məqsədi ilə o vaxt həyat yoldaşı olan Əliyev Eldar İsmayıl oğluna 22 iyun 2013-cü il tarixli etibarnamə vermişdir ki, o, yuxarıda göstərilənlərlə bağlı bütün sənədləşmə işlərininin aparılmasında həmin etibarnamə əsasında hərəkət etmişdir. Bildirir ki, qeyri-yaşayış sahəsinin tikintisi böyük vəsait tələb etdiyinə görə o, mülkiyyətində olan bir neçə daşınmaz əmlakı satmaq məcburiyyətində qalaraq əldə etdiyi pulları, həyat yoldaşı Əliyev Eldar İsmayıl oğlu isə özünün kommersiya fəaliyyətindən və s. əldə etdiyi gəlirlərini xərcləmiş və onlar nəticə etibarilə tikilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsini inşa etdirmiş, tamamlama işlərini başa çatdıra bilməmişlər. Bütün bunlardan sonra həyat yoldaşı Əliyev Eldar İsmayıl oğlu bir neçə imkanlı iş adamından torpaq sahəsini obyektlə birlikdə baha qiymətə satmaq təklifi aldığını və onu satacaqları təqdirdə çəkdikləri xərclərdən bir neçə dəfə artıq qazanc əldə edəcəklərini ona bildirərək, q eyir-yaşayış sahəsini satmağı təklif etmişdir. Lakin o, torpaq sahəsinə və tikintiyə görə artıq neçə ildir ki, olmazın əzab-əziyyətini çəkərək külli miqdar vəsait xərclədiyini xatırlatmış və obyekt işə salındıqdan sonra özlərinin və 4 (dörd) övladının gələcəyinin təminatı olduğunu bildirərək obyektin satılmasına razılıq verməmişdir. Buna baxmayaraq o, dəfələrlə bu söhbəti ortaya salaraq onu bu işə məcbur etmək istəmiş, lakin o hər dəfə qəti etirazını bildirmişdir. Odur ki, bu zəmində aralarında dəfələrlə söz-söhbət, inciklik və dava-dalaş olmuş, nəticədə münasibətləri tam kəskinləşmiş və günlərin birində növbəti dava-dalaşdan sonra o, evi tərk edərək qayıtmamışdır. Bu minvalla ailəsi dağılmış, onun bərpası isə mümkün olmamış və nəticə etibarilə nikahları məhkəmə qaydasında, yəni Bakı şəh əri Səbail Rayon Məhkəməsinin 03 noyabr 2015-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. 2019-cu ilin avqust ayında qeydiyyatda olmaqla yaşadığı ünvana ünvan 6arixli qərardadı daxil olmuş və həmin qəradadla tanış olduqdan sonra başa düşmüşdür ki, qanuni istifadəsində olan 450 kv.m. torpaq sahəsinin 250 kv.m. hissəsinin sahibi İddiaçıdur. Bunun hansı yolla edildiyini müəyyən etmək üçün aparılan araşdırmalardan və əldə edilən sənədlərdən ona məlum olmuşdur ki, sabiq həyat yoldaşı Əliyev Eldar İsmayıl oğlu onunla boşandıqdan sonra, xəlvəti olaraq, yəni onun razılığı olmadan vaxtilə yuxarıda göstərdiyi məqsədlə ona verdiyi 22 iyun 2013-cü il tarixli etibarnamədən sui-istifadə etməklə qanuni istifadəsində olan 0.45 ha torpaq sahəsinin 0.225 ha hissəsi 14 saylı DNK-da bağlanmış 3M-225 reyestr nömrə li 07.04.2016-cı il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə və 17.04.2016-cı il tarixli 7E-16790 reyestr nömrəli 3 saylı “ASAN Xidmət” mərkəzinin təsdiq etdiyi bölgü sxeminə əsasən, 2.000 (iki min) manata İddiaçı (onun adından nümayəndəsi Cavabdeh2 çıxış etmişdir ki, o da iddiası üzrə cavabdehlərdəndir) satmışdır. Alqı-satqıdan sonra isə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sonuncunun adına 23.04.2016-cı il tarixli, seriya RX ******* saylı, onun adına isə eyni tarixli, seriya RX ******* saylı Çıxarış verilmişdir. Ona habelə məlum olmuşdur ki, cavabdeh Əliyev Eldar İsmayıl oğlu bütün bu işlərin görülməsi üçün onu xəbərdar etmədən və razılığını almadan maraq və mənafelərinə zidd olan digər hərəkətlər etmiş, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə onun adından torpaq üzərində icarə hüququnun bir hissəsinin alqı-satqısına razılığı barədə məktub ünvanlamış, daşınmaz əmlak Bakı şəhərinin Yasamal rayonunda yerləşdiyi halda adından çıxış edərək Sumqayıt şəhər 4 saylı Notariat ofisində torpaq sahəsinin icarə hüquqlarının satılmasına razılığı barədə ərizə rəsmiləşdirmişdir. Məsələ ilə bağlı keçmiş həyat yoldaşı olan Əliyev Eldar İsmayıl oğlu ilə danışıqlar zamanı o, aldadıldığını bildirərək bütün baş verənləri etiraf etmiş və məsələni tezliklə nizamlayacağına söz vermişdir. Qeyd edir ki, sözügedən obyektin tikintisinə yuxarıda göstərdiyi kimi, birgə nikah dövründə əldə etdikləri özlərinə məxsus daşınmaz əmlakları satmaqla və digər qaydada əldə etdikləri gəlirləri xərcləməklə 1.300.000,00 (bir milyon üç yüz min) manatadək pul xərcləmiş və ona məlum old uğuna görə həmin daşınmaz əmlakın bazar qiyməti hal-hazırda bir neçə milyon manat təşkil edir. Ona görə də hesab edir ki, həmin obyektin yerləşdiyi torpaq sahəsinin yarısı üzərində icarə hüququnun (tikintinin yarısı da həmin hissəyə düşür) cəmi 2.000 (iki min) manata alqı-satqısı barədə əqd qətiyyən ağlabatan olmamaqla onun yox, yalnız tərəflərin güddüyü mənafe üçün bağlanmışdır. Bütün bu hallar ona belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdehlər pis niyyətlə, yəni çox qiymətli olan daşınmaz əmlakın üzərində onun hüququnun bir hissəsini əlindən almaq məqsədi ilə xəlvəti, yəni onun razılığı (iradə ifadəsi) olmadan bu əqdi bağlamışlar. Birmənalı olaraq qeyd edir ki, yuxarıda göstərilən daşınmaz əmlak üzərində olan icarə hüququnun bir hissəsinin kiməsə satmaq niyyəti olmamışdır və qeyd e tdiyi kimi, cavabdehlərdən olan Əliyev Eldar İsmayıl oğlu ona icarə hüququ əsasında məxsus torpağın bir hissəsi üzərində sərəncam verərək icarə hüququnun alqısatqısına dair əqd bağlayarkən onun niyyətini yox, vaxtilə verdiyi etibarnamədən suiistifadə etməklə yalnız öz niyyətini həyata keçirmiş, bununla da onun qanuni sahiblik hüququnu pozmuşdur. Ən başlıcası isə odur ki, o, sabiq həyat yoldaşına verdiyi 22 iyun 2013-cü il tarixli etibarnamədə icarə hüququnun alqı-satqısı barədə səlahiyyət verməmiş və məhz nikahları pozulduqdan sonra keçmiş həyat yoldaşı Əliyev Eldar İsmayıl oğlu tərəfindən belə bir əqdin bağlanması onun niyyətini ifadə edə bilməzdi. Habelə qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyətinın Başçısı ilə aralarında bağlanmış 20 aprel 2015-ci il tarixli, 1045 saylı “Torpaq sahəsin in icarəyə verilməsi haqqında” müqaviləyə əsasən yuxarıda göstərilən torpaq sahəsinə görə hər il üçün müəyyən edilmiş 835,20 (səkkiz yüz otuz beş manat 20 qəpik) manat məbləğində icarə haqqını bütövlükdə o ödəmişdir ki, bu faktın özü də yuxarıda göstərilən alqı-satqı müqaviləsinin onun və digər tərəfin təmsilçisi tərəfindən pis niyyətlə və yalnız şəxsi mənafe zəminində bağlandığına dəlalət edir. Yuxarıda göstərilənlərə və aşağıda sadalanan maddi hüquq normalarına əsasən hesab edir ki, həyat yoldaşı Əliyev Eldar İsmayıl oğlu tərəfindən həyata keçirilərək Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş 07 aprel 2016-cı il tarixli icarə hüququnun alqısatqı müqaviləsi, həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş 23.04.2016 -cı il tarixli seriya RX ******* saylı və onun adına verilmiş eyni tarixli seriya RX ******* saylı Çıxarış, habelə 17.04.2016-cı il tarixli bölgü sxemi etibarsız hesab edilməlidir. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Eldar İsmayıl oğlu cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 binanın yanında yerləşən torpaq sahəsinin üzərindəki 4 mərtəbəli, qanuni şəkildə tikilmiş obyektin tikinti və inzibati xərcləri kimi 217.115 manat, şəxsi əməyi, tikintiyə rəhbərliyi və təşkilatçılığının əvəzi kimi 72.000 (yetmiş iki min) manat, dövlət rüsumu olaraq 30 (otuz) manat, cəmi 289.145 (iki yüz səksən doqquz min yüz qırx beş) manat vəsaitin cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3-cü şəx sin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 27 iyul 2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh1 qarşı ünvan 1 ünvanda yerləşən 450 kv.m. torpaq sahəsinin öz istifadəsində olan 225 kv.m. hissəsində yerləşən tikilinin sökülməsi barədə iddia qaldırmışdır. Həmin obyekt Cavabdeh1 ilə birgə nikah dövründə bilavasitə tərəfindən inşa edildiyindən və bütün tikinti və inzibati xərclər onun tərəfindən çəkildiyindən, onun sökülməsi maraqlarına toxunur və həmin mübahisə predmeti barədə aşağıdakı əsaslar üzrə iddia tələbi qaldırır. 03.11.2015ci ilə kimi Cavabdeh1 ilə birgə nikahda olmuş və həmin obyektin tikintisi bilavasitə iştirakı, təşkilatçılığı və rəhbərliyi ilə birgə nikah dövründə əldə edilən vəsaitlər, kommersiya qazancı və daşınmaz ə mlaklarının həmin tikinti üçün satılması hesabına başa gəlmişdir. Obyektin tikintisi üçün sərf edilən əməyinə görə heç bir haqq almamış və bu iddia ərizəsi üzrə cavabdeh olan İddiaçı qardaşı, həmin obyekt üzrə onun faktiki şəriki X6 ilə dost münasibətlərində olduğuna görə əməyinin pul ilə qiymətləndirilməsini, ümumi xərcə salınmasını istəməmişdir. Lakin, indi Qafari Səyyad və qardaşı İddiaçı ona və övladlarına problem yaradaraq, obyektin bir hissəsinin sökülməsi, yəni demək olar ki, iflic vəziyyətə salınmasını istədiklərindən, çəkdiyi zəhməti, əməyi və təşkilatçılığı pul hesabı ilə tələb edir və cəmi olaraq 72000 (yetmiş iki min) manat vəsaitin ona ödənilməsini tələb edir. Belə ki, 2014-cü ildən başlayaraq, 6 il ərzində, hər ay 2000 (iki min) manat hesabı ilə, ildə 24000 (iyirmi dörd) min manat, 6 ildə 144.000 (bir yüz qırx dörd min) manat vəsaitin 50 % hissəsini cavabdehdən tutularaq məhkəmə qaydasında ona ödənilməsini istəyir. Şəxsi əməyindən başqa həmin obyektin tikintisinə 546230 (beş yüz qırx altı min iki yüz otuz) manat vəsait xərclənmişdir. Hər dəfə obyektin tikintisinə vəsait lazım olanda, Səyyada bildirmiş, o isə deyirdi ki, “dost deyilik, sən xərclə, sonra mən sənə verərəm”. O da, sonuncuya inanmışdır. Lakin sonradan çəkilən xərcin yarı hissəsinin ödəyərək, onunla bərabərləşməkdən yayınmışdır. Bu zaman aldadıldığını anlamışdır. Həmin vəsait xərclənən zaman 1 ABŞ dollarının manata olan məzənnəsi 0,78 manat idi, hazırda isə 1.70 manatdır. Əgər o da, X2 haqqsız və insafsız davranan olsaydı onda obyektin tikintisinə xərclənən vəsait kimi 1.000.000 (bir milyon) manat dan çox pulun ödənilməsi barədə iddia ilə çıxış edərdi. Lakin o, xərclənən ümumi məbləğin yarı hissəsini, yəni 273115 (iki yüz yetmiş üç min yüz on beş) manatı, öz halal haqqını tələb edir. Həmin məbləğin də 56.000 (əlli altı min) manat hissəsini X4 iş yoldaşı, onunla birlikdə Sumqayıt Apellyasiya məhkəməsində işləyən Cavabdeh2 tərəfindən ona gətirilərək ödənilmişdir. Həmin məbləği çəkilən bütün xərcin yarı hissəsindən azaldanda, hazırda Səyyadın ona 217115 (iki yüz on yeddi min yüz on beş) manat borcu var. Qafari Səyyad obyekti öz qardaşı İddiaçı adına rəsmiləşdirdiyindən, o iddia ərizəsində cavabdeh kimi İddiaçı həmin məbləği tələb etmək məcburiyyətindədir. Amma bu o demək deyil ki, o etiraf edir ki, Qafari Seyran onun həmin obyekt üzrə şəriki olmuşdur. X7 Əliyevə, xanım Mehriban Əliyeva ya, Məhkəmə-Hüquq Şurasına və digər şəxslərə ünvanlanan müraciətlərində də bildirmişdir ki, onun şəriki, əvvəllər ailəlikcə dostluq münasibətlərində olduğu X6 olmuşdur. Tələb etdiyi 217115 (iki yüz on yeddi min yüz on beş) manat tikinti və inzibati (razılaşdırmalar, rüsumlar, icazələr, müxtəlif şəxslər tərəfindən tapşırıq ilə görülən işlər və xidmətlər) xərclərin və 72000 (yetmiş iki min) manat şəxsi əməyi və təşkilatçılıq haqqının, cəmi olaraq 289115 (iki yüz səksən doqquz min yüz on beş) manat məbləğin açıqlamasını iddia ərizəsinə əlavə şəklində təqdim edir. Məhkəmənin diqqətinə çatdırır ki, o həm, İddiaçı tələbi təmin edildiyi hal üçün, həm də Cavabdeh1 iddiasının təmin edildiyi vəziyyətdə, həm də hər iki şəxsin iddialarının rədd olunduğu zaman müstəqil tələb irəli sürən üçüncü şəxs kim i obyektin tikintisinə çəkdiyi xərcin yarı hissəsini şəriki Qafari Səyyaddan, iddia tələbi üzrə isə cavabdeh kimi İddiaçı tələb edir. Hazırda İddiaçı ərizəsi əsasında onun pulları yatan obyektin üzərinə, həbs qoyulmuşdur. Bu həbs üzrə də, gələcəkdə ona dəyən zərər barədə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcək. Məhkəmənin 13.11.2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı tikilinin sökülməsi barədə iddia tələbi ilə iddiaçı Cavabdeh1 cavabdehlər Əliyev Eldar İsmayıl oğlu, İddiaçı, Cavabdeh2, Bakı şəhəri 14 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tar ixli qətnaməsi ilə (hakim T.Axundov, iş № 2(004)-143/2020) İddiaçı Cavabdeh1 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh1 hərəkətləri qanunsuz hesab edilərək, ünvan 5 ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin icarə hüququ əsasında İddiaçı məxsus 225 kv.m hissəsində birgə inşa edilmiş tikiliyə giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması, iddiaçı Cavabdeh1 cavabdehlər Əliyev Eldar İsmayıl oğlu, İddiaçı, Cavabdeh2, Bakı şəhəri 14 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2nda yerləşməklə ona məxsus olan 0.045 ha torpaq sahəsinin 0.0225 ha hissəsi üzərində “İcarə hüququnun alqı-satqısına dair” Bakı şəhəri 14 saylı notariat kontor unda reyestrdə 3M-225 nömrə ilə qeyd edilmiş 07 aprel 2016-cı il tarixli müqavilənin, həmin müqavilə əsasında İddiaçı adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 23.04.2016-cı il tarixli, seriya RX, ******* saylı Çıxarışın və 17.04.2016cı il tarixli bölgü sxeminin (eskizin) etibarsız hesab edilməsi və torpaq üzərində hüququnun əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddiasının rədd edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Eldar İsmayıl oğlunun cavabdeh İddiaçı qarşı ünvan 5 binanın yanında yerləşən torpaq sahəsinin üzərindəki 4 mərtəbəli, qanuni şəkildə tikilmiş obyektin tikinti və inzibati xərcləri kimi 217.115 manat, şəxsi əməyi, tikintiyə rəhbərliyi və təşkilatçılığının əv əzi kimi 72.000 (yetmiş iki min) manat, dövlət rüsumu olaraq 30 (otuz) manat, cəmi 289.145 (iki yüz səksən doqquz min yüz qırx beş) manat vəsaitin cavabdeh İddiaçı tutularaq ona ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, iddia tələbi rədd edildiyindən iş üzrə tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Eldar İsmayıl oğluna aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi İddiaçı iddia tələblərinə ümumilikdə qiymət verərək hesab etmişdir ki, Cavabdeh1 ilk iddiaçıya qarşı bu hərəkətləri qanunsuz hesab edilməkdə ilk iddiaçının icarə hüququ ilə ona məxsus olan ünvan 5 ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin icarə hüququ əsasında İddiaçı məxsus 225 kv.m hissəsində birgə inşa edilmiş tikiliyə giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh1 üzərinə qoyulmalıdır. Məhkəmə hesab edir ki, torpaq sahəsinin 0.0225 ha hissəsi üzərində “İcarə hüququnun alqı-satqısına dair” Bakı şəhəri 14 saylı notariat kontorunda reyestrdə 3M-225 nömrə ilə qeyd edilmiş 07 aprel 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün irəli sürülən dəlillər əsassızdır. Belə ki, Cavabdeh1 tələbinin əsas qayəsi olan sabiq həyat yoldaşına verdiyi 22 iyun 2013-cü il tarixli etibarnamədə icarə hüququnun alqı-satqısı barədə səlahiyyət verməməsi və məhz nikahları pozulduqdan sonra keçmiş həyat yoldaşı Əliyev Eldar İsmayıl oğlu tərəfindən belə bir əqdin bağlanması onun niyyətini ifadə edə bilməməsi kimi dəlili sözügedən etibarnamənin məzmunu ilə tam təkzib edilir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı 14 say lı DNK-da bağlanmış 3M-225 reyestr nömrəli 07.04.2016-cı il tarixli icarə hüququnun alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada səlahiyyətli şəxslər arasında bağlandığından onun etibarsız sayılması üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələblərinə hüquqi qiymət verməkdə davam edərək daha sonra hesab etmişdir ki, iddiaçı Cavabdeh1 həmçinin əqdin etibarsızlığı üçün mülki qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə onu mübahisələndirmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı Cavabdeh1 mübahisələndirdiyi əqd 2016-cı ildə bağlanmış, tərəflər üzərindəki öhdəliklər (icrasının başlanıldığı gün) də məhz 2016-cı ildə yaranmışdır. Başqa sözlə, iddiaçı məhkəmə qaydasında əqdin etibarsız hesab ed ilməsi üçün müraciəti 2016-cı ildən yaranmışdır. İddiaçı qeyd edilən əqdin bağlanılmasından məlumatsız olduğunu bildirsə də iş materiallarından görünür ki, bu həqiqəti əks etdirmir. Bu baxımdan da iddiaçı qanunvericiliklə müəyyən edilmiş 1 illik mübahisələndirmə müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə iddiaçı Cavabdeh1 iddia tələblərinin bu əsasla da təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Eldar İsmayıl oğlunun cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia tələblərinə də qiymət verərək hesab edir ki, o, İddiaçı onun qarşısında pul öhdəliyinin olması ilə bağlı irəli sürdüyü dəlillər və izahatları heç bir sübut növü ilə təsdiqini tapmamışdır. Məhkəmə həmçinin şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, şahidlər Eldar Əl iyev ilə Səyyad Qafari arasında olan münasibətlərini göstərməklə mübahisəli tikili ilə əlaqədar aralarında yaranmış mübahisənin aradan qaldırılması üçün etdikləri cəhdlər barədə ifadələr vermişlər ki, bu göstərilənlərin də hazırki iş üzrə hər hansı sübut əhəmiyyətli olması müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Kərimli (sədrlik edən və məruzəçi), hakimlər A.İsgəndərov və E.Kazımov, iş № 2(103)-1811/2021) Cavabdeh1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Eldar İsmayıl oğlunun apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(004)143/2020 saylı qətnaməsi mübahisələndir ilən hissələrdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 əqdin etibarsızlığını ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edildikdən və müqavilə bağlandıqdan 3 ildən artıq müddətdən sonra mübahisələndirmişdir. Cavabdeh1 qeyriyaşayış sahəsi ilə bağlı aparılmış həm hüquqi (müqavilələrin bağlanması və s.), həm də faktiki (tikinti və digər işlərin görülməsi) hərəkətlərdən məlumatlı olduğu halda susmaqla həmin xüsusatlar üzrə razılaşmışdır. Nikah münasibətlərinə xitam verilmiş və Cavabdeh1 da iddia etdiyi kimi əmlakın özgəninkiləşdirilməsi ilə bağlı aralarında narazılıq olmuş şəxsin nikah pozulandan sonra həmin əmlakın tikintisi və s air işləri ilə bağlı razılaşmalar aparmasına və obyektin tikintisinə (hüquqi sənədlərdən fərqli olaraq ən azı aşkar surətdə görünən) heç bir aydınlaşdırma tələb etmədən susmaqla həmin hərəkətlərin edilməsi müəyyən vəsait hesabına başa gəlir ki, Cavabdeh1 sahiblik və istifadəsində olan əmlaka elə bir xərcin onun xəbəri və razılığı olmadan aparılmasını mümkünsüz edir. Çünki onun xəbəri olmadan hər hansı bir işin görülməsi sonradan onun üçün əlavə xərclərin çəkilməsi zərurətini yaradacaqdır ki, bu da onunla birgə nikah münasibətinin davam etdirilməsini arzulamayan şəxsin onun əmlakı ilə bağlı hər hansı bir hərəkətin edilməsindən çəkindirilməsi və ondan görülmüş işlərin barədə məlumat verilməsini tələb etməsini zəruri edir. Bu isə həmin 07.04.2016-cı il tarixli müqavilədən də onun xəbərinin ol masını ehtiva edir ki, həmin müqavilənin etibarsızlığı tələbinin irəli sürməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Belə olan halda iddia müddətinin tətbiqi barədə ərizə əsasında iddia müddətinin ötürülməsinə görə iddianın təmin edilməməsi öz önəmini itirir. Cavabdeh1 tələbinin əsassızlığı İddiaçı iddiasının əsaslığını ehtiva edir. Belə ki, İddiaçı qeyri-yaşayış sahəsi üzərində əmlak hüquqlarının realizəsinə maneələrin yaradıldığını və buna görə də əmlakdan istifadə edə bilmədiyini göstərmişdir. Həmin qeyriyaşayış sahəsinin bir hissəsinin (225 kv.m.) üzərində İddiaçı, digər hissəsinin üzərində Cavabdeh1 əmlak hüququna malikdir. Cavabdeh1 həmin əmlaka bütövlükdə iddia etməsi onun həmin əmlakdan İddiaçı də istifadəsinə maneə yarada bilməsi qənaətini qaçılmaz edir. İcarə hüququnun alqı-sa tqısına dair müqavilənin etibarsızlığına dair tələb əsassız olduğundan, həmin müqavilə üzrə hüquqların realizəsinə də maneə aradan qaldırılmalıdır. Üçüncü şəxs E.Əliyevin iddia tələbinə gəldikdə kollegiya qeyd edir ki, o, tələbinin əsası kimi 03.11.2015-ci ilə kimi Cavabdeh1 ilə birgə nikahda olmaqda həmin obyektin tikintisinin bilavasitə iştirakı, təşkilatçılığı və rəhbərliyi ilə birgə nikah dövründə əldə edilən vəsaitlər, kommersiya qazancı və daşınmaz əmlaklarının həmin tikinti üçün satılması hesabına başa gəlməsinə, İddiaçı tikintiyə çəkilən xərclərin yarı hissəsini ödəyərək, onunla bərabərləşməkdən yayınmasına, ondan tələb etdiyi 217115 manat tikinti və inzibati (razılaşdırmalar, rüsumlar, icazələr, müxtəlif şəxslər tərəfindən tapşırıq ilə görülən işlər və xidmətlər) xərclərin və 7200 0 manat şəxsi əməyi və təşkilatçılıq haqqının, cəmi olaraq 289115 manat məbləğ olmasına istinad etmişdir. Üçüncü şəxs E.Əliyevin İddiaçı pul tələb etməsi üçün onların arasında razılaşmanın olmasını sübut etmə öhdəliyi yaranır. Lakin E.Əliyev belə bir razılaşmanın olmasına dair hər hansı əsaslı şübhə yaratmayan sübut təqdim etməmişdir. E.Əliyevin iddia etdiyi kimi tikintiyə görə ona 56000 manat məbləğində pulun ödənilməsi İddiaçı ilə onun arasında qeyri-yaşayış sahəsinə tikintinin aparılmasına rəhbərliyin və nəzarətin, təşkilatın həyata keçirilməsi, işlərin görülməsi xidmətlərin göstərilməsinə dair podrat müqaviləsinin və birgə fəaliyyətin göstərilməsindən ötrü müqavilənin bağlanması anlamına gələ bilməz. Əksinə mübahisə məhz onların birgə fəaliyyət göstərmək istəməmələrinə görə yaranmışd ır. Bundan əlavə, İddiaçı tərəfindən pulun ödənilməsi onun tərəfindən həmin obyektin tikilməsinə hər hansı bir vəsaitin xərclənməməməsi barədə E.Əliyevin göstərdiklərinin inkarı kimi dəyərləndirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, kassasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1811/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsini İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh1 isə iddiasının rədd edilməsi hissəsində ləğv edilməsi, Cavabdeh1 iddiasının təmin edi lməsi, İddiaçı iddiasının isə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Eldar İsmayıl oğlu (Vəkil3) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, kassasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1811/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hər iki kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəm ə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Eldar İsmayıl oğlu və vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayətlərinə etiraz edərək şikayətlərin təmin olunmamasını xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya b axışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsi ndən Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Eldar İsmayıl oğlu kassasiya şikayəti vermişlər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan ist ifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətci qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üşüncü şəxslərin hüquqlarını pozması n, yaxud hüquqdan sui-istifadə olmasın. 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən c öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mükiyyətçi olmasa da, bu məcəllə və ya müqavailədə nəzərdə tutulan əsa sla əmlaka sahiblik edən şəxsə mənsubdur. 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 354.1-ci maddələrinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci mad dəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibar 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinin tələblərinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 560.1-560.3-cü maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan s ui-istifadəyə yol verilmir, bu əsas üzə-rin-də həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hüquqdan sui-is-tifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; "Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşd irilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1 -ci maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmas ında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi ol ması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunu 46-cı maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər- arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Azərbaycan Respublikasının Mülk i Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3 -cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətn amə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə eyni olmuş və müvafiq məhkəmə instansiyasında hər bir dəlil ayrı-ayrılıqda, tam və hərtərəfli olaraq qiymətləndirilmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Eldar İsmayıl oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 2(103)-1811/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar