Məhkəmə qərarları › İş №2(102)-545/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-545/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-545/2024 09.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2(001)6758/2023 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, Cavabdeh ümumilikdə 2 380 980 (iki milyon üç yüz səksən min doqquz yüz səksən) manat pul məbləğinin, 7497 (yeddi min dörd yüz doxsan yeddi) manat məbləğində hüquqşünas xərcinin və 1985 (bir min doqquz yüz səksən beş) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili Nümayəndə məhkəmə iclasında ərizə verərək, mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi” barədə vəsatəti təmin edilməmişdir. Məhkəmə belə hesab etmişdir ki, mülki işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini 3 meyar müəyyən edir. Bunlar tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteridir. Hazırki mübahisədə subyekt tərkibi meyarı yoxdur. Belə ki, Cavabdeh vergi ödəyicisi kimi uçota alınmamışdır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə qərardaddan şikayəti verib, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və işə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasındakı mübahisə Füzuli rayonu, “Harami” düzündə yerləşən 400 ha torpaq sahəsi və onun üzərində yerləşən kənd təsərrüfatı təyinatlı hazır biznesin alqı-satqısı ilə bağlıdır. Yəni tərəflər arasındakı mübahisə sahibkarlıq münasibətləri ilə bağlı olan kommersiya mübahisəsidir. Ona görə də, mülki iş baxılması üçün aidiyyətı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. İddiaçıMMC cavabdehin şikayətinə yazılı etiraz göndərərək, onun təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respu blikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol ver ilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. MPM-in 24.2-ci maddəsinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsində tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bu meyarlardan hər hansı birinin olmaması, yaxud onlar arasında qarşılıqlı əlaqənin olmaması mübahisənin kommersiya məhkəməsinə aidiyyətini istisna edir. Yuxarıda qeyd olunan meyarlardan biri də subyekt tərkibidir və tərəflərdən cavabdehin sahibkar statusu olmadığına görə mübahisə kommersi ya məhkəməsinə aid deyil. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 26-cı maddəsində müəyyən edilmişdir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların i ştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Lakin hazırki işdə bu iki halın heç biri mövcud deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına uyğun hərəkət etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar