Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5469/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Zaur Əli oğlu (məruzəçi), hakimlər Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2(105)-43/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şə hər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, Roghieh Hassanzadeh cavabdehlər X2, Cavabdeh2 qarşı (4 saylı Notariat Kontoruna və ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsi üçüncü şəxslər olmaqla) çıxarışın ləğv edilməsi hissəsində iddia tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, Roghieh Hassanzadehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, iddiaçı Roghieh Hassanzadehin ünvan 1 ünvanında yerləşən bağ evin ə köçürülməsi, iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh2 qeyd edilən qətnamədən kassasiya şikayəti vermiş və həmin şikayət 19 sentyabr 2022-ci il tarixli qərardadla kassasiya icraatına qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi 26 sentyabr 2022-ci il tarixli məktubla müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin 27 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması ilə əlaqədar mülki işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Eyni zamanda, X1 vəkili Vəkil1 onun kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması məqsədi ilə işin kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etm işdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 402, 417.1.7 -ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-43/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli, 2(102)-5469/2022 saylı qərardadı ləğv edilsin və mülki iş kassasiya baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-5469/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-5469/2022
11.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver