Məhkəmə qərarları › İş №2(102)-547/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-547/2022

18.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-547/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-nın cavabdeh X8, İddiaçı Cavabdeh MTK-ya, 3-cü şəxs X6 cavabdeh İddiaçı və 3-cü şəxs X4 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin, protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-425/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı, eyni zamanda digər iddialar üzrə cavabdeh İddiaç ı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə (MTK) qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MTK arasında bağlanmış 23 fevral 2016-cı il tarixli, 000425 saylı Payçı müqaviləsi və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X11 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, onunla İddiaçı arasında bağlanmış AN-İ N ******* saylı, 10.07.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış mülkiyyət hüququna xitam verilməsi, bu hüquq barədə İddiaçı verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X9 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, X11 ilə İddiaçı arasında bağlanmış AN-İ N ** ***** saylı, 10.07.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış mülkiyyət hüququna xitam verilməsi, bu hüquq barədə İddiaçı verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh MTK cavabdeh X8 qarşı “qədin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK üzvlərinin ümumi iclasının 01 nömrəli Protokolu və həmin protokol üzrə qəbul edilmiş qərarın X8 aid hissədə ləğv edilməsi, X8 tədim edilmiş Cavabdeh MTK üzvlərinin ümumi iclasının 01 nömrəli Protokolunun 08.01.2013-cü il tarixli çıxarışının və eyni tarixdə verilmiş maliyyə arayışın ın etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanlı daşınmaz əmlaka X6 adına Daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ barədə qeydin ləğv edilməsi və həmin qeydə əsasən Reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh MTK iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, edilmiş Cavabdeh MTK üzvlərinin ümumi iclasının 01 nömrəli, 07.01.2013-cü il tarixli X1 Esaylı mənzilinin payçısı olmasının təsdiq edilməsi hissəsində ləğv edilməsi, E saylı mənzilin dəyərinin X11 tərəfindən tam ödənilməsi və Cavabdeh MTK-ya borcunun olmaması barədə verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edi lmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativi ilə 23 fevral 2016-cı il tarixli, 000425 saylı payçı müqaviləsi bağlamış, həmin müqavilənin 1.1. və 1.2-ci bəndlərinin tələbinə əsasən MTK pay qismində çıxış edən E saylı, 3 otaqlı mənzili tikib və payçının mülkiyyətinə verməyi öhdəsinə götürür. Payçı isə həmin mənzili qəbul etməyi və mənzilə görə müqavilədə gösərilən ödənişləri etməyi öhdəsinə götürür. Eyni zamanda 23 fevral 2016-cı il tarixli, 000425 saylı payçı müqaviləsi bağlanılarkən İddiaçı (borc alan) Azərbaycan Beynəlxalq Bankı (borc verən) ilə 23 fevral 2016- cı il tarixli təminatlı kredit müqaviləsi bağlamışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən “Borc verən Borcalana Borc alan ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasına imzalanmış 23 fevral 2016-cı il tarixil 000425 saylı müqavilənin predmeti olan mənzilin alınması üçün 168.885 (yüz altmış səkkiz min yüz səksən beş) manat məbləğində kredit verilməsini öhdəsinə götürür.” Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 23 fevral 2016-cı il tarixli arayışdan görünür ki, həmin arayış İddiaçı verilir ondar ötrü ki, o, həqiqətən E saylı mənzilin dəyərinin 10%-ni ödəmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativinin blankında tərtib edilmiş 27 fevral 2016-cı il tarixli aktdan görünür ki, 10 blok, 11-ci mərtəbədə, mənzil 1051 yoxlanılaraq, iddiaçıya təhvil verilmişdir.Yuxarıda göstərilən sənədlərin mövcudluğuna baxmayaraq, İddiaçı sonradan, yəni təxminən 2019-cu ilin ortalarında müəyyən etmişdir ki, 23 fevr al 2016-cı il tarixli, 000425 №-li payçı muqavilənin şərtlərinə əsasən Cavabdeh Mənzil Tikinti Koope-rativi tərəfındən ona təhvil verilmiş mənzil, müqavilə bağlanan dövrdə cavabdehə məxsus olmamış və DƏDRX tərəfindən 03 may 2014-cü il tarixdə verilmiş Çıxarışa əsasən fiziki şəxs X6 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, Cavabdeh Mənzil Tikinti Kooperativi İddiaçıla 23 fevral 2016-cı il tarixdə mənzilə dair payçı müqaviləsi bağlasa da, sonradan iddiaçıya məlum olmuşdur ki, cavadehin həmin mənzilə hər hansı hüququ olmamış, mənzil başqa şəxsə məxsus olmuşdur. Belə vəziyyətdə, İddiaçı məcbur olub mənzilin mülkiyyətçisi ilə razılaşaraq mübahisəli mənzili X5 10 iyul 2019-cu il tarixli alqı-satqı mü-qaviləsi bağlamaqla satın almışdır. Bundan sonra, iddiaçıya 11 iyul 2019-cu il tarixdə DƏƏRX-i tərəfindən müvafiq Çıxarış verilmişdir. İddiaçı vətəndaş X3 aldığı mənzili 15 iyul 2019-cu il tarixli ipoteka müqaviləsi rəsmiləşdirməklə Azərbaycan Beynəlxalq Bankı qarşısında 23 fevral 2016-cı i tarixli kredit müqaviləsinin təminatı kimi girov qoymuşdur. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi heç bir hüququ olmadan, başqa şəxsə məxsus mənzilə dair iddiaçı ilə 23 fevral 2016-cı il tarixli müqavilə bağlamış, müvafiq olaraq mənzilə dair maliyyə arayışı və digər sənədlər tərtib etmiş, bununla da iddiaçıya mübahisəli mənzilə hüququ olması barədə yalan məlumatlar vermişdir. Belə vəziyyədə 23 fevral 2016-cı il tarixli, 000425 №-li payçı müqaviləsi və eyni tarixdə verilmiş maliyyə arayışı etibarsız hesab edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X11 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 23/02/2016 tarixli, 000425 saylı payçı müqaviləsinin və müqavilə ilə eyni tarixdə verilmiş maliyyə arayışının etibarsız hesab edilməsini tələb edir. Lakin barəsində yuxarıda qeyd edilən müqavilənin predmetini təşkil edən daşınmaz əmlak, yəni MTK tərəfindən H. ünvan 3 ünvanında tikilmiş binanın 9-cu blok, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzil yalan alqı-satqı əqdi bağlanmaqla 10 iyul 2019-cu il tarixində İddiaçı adına rəsmiləşdirilmişdir. Həmin rəsmiləşdirməni aparmaqda məqsəd hazırda İddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb olunan 23/02/2016 tarixli 000425 saylı payçı müqaviləsi üzrə əldə edilmiş daşınmaz əmlaka həmin şəxsin mülkiyyət hüququnun rəsmiləşdirilməsini təmin etm ək olmuşdur. Bu məqsədlə alqı-satqı müqaviləsi bağlMkən notariusun depozit hesabına qoyulmuş və sonradan götürülmüş vəsait də İddiaçı məxsus olmamış, MTK-nın əməkdaşı tərəfindən bank hesabına mədaxil edilmiş və sonradan İddiaçı təqdim etdiyi etibarnamə əsasında həmin hesabdan məxaric edilmişdir. Mənzil dəyərindən təxmini 2 qat ucuzuna, yəni 100.000 manata rəsmiləşdirilmişdir. Halbuki, İddiaçı da məlum idi ki, həmin evin dəyəri 200.000 manatdan artıqdır. Lakin sonradan onlara məlum olmuşdur ki, İddiaçı əslində onları aldatmış, yalan əqdin əsasında mənzilə mülkiyyət hüququnu təmin etdikdən sonra MTK-ya qarşı iddia qaldıraraq müqavilənin etibarsızlığını tələb etməklə MTK-ya ödədiyi pulları geri almaq və özünə məxsus olmayan pulla yalan əqd bağlamaq yolu ilə əldə etdiyi mənzilə mülkiyyət hüquq larını həyata keçirmək niyyətindədir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X9 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 23/02/2016 tarixli 000425 saylı payçı müqaviləsinin və müqavilə ilə eyni tarixdə verilmiş maliyyə arayışının etibarsız hesab edilməsini tələb edir. Bildirmək istəyir ki, həmin müqavilə üzrə alınmış əmlak (MTK tərəfindən H. ünvan 3 ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzil) birgə nikahda olan zaman alındığı üçün həmin əmlakın yarısı onun payına düşür. Əmlakın ilkin ödənişi də tam həcmdə onun tərəfindən İddiaçı verilmiş vəsait hesabına ödənilmişdir. Sonradan onların ailə münasibətləri pozulmuş və nikah məhkəmə qaydasında pozulmuşdur. Bu zaman yuxarıda qeyd edilən əmlakın aralarında bölünməsinin qarş ını almaq üçün İddiaçı, yalan əqd bağlamaq yolu ilə həmin əmlakı öz adına rəsmiləşdirmişdir. Belə ki, MTK tərəfindən H. ünvan 3 ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzil yalan alqı-satqı əqdi bağlanmaqla 10 iyul 2019-cu il tarixində İddiaçı adına rəsmiləşdirilmişdir. Bu zaman alqı-satqı müqaviləsi bağlMkən notariusun depozit hesabına qoyulmuş və sonradan götürülmüş vəsait də İddiaçı məxsus olmamış, MTK-nın əməkdaşı tərəfindən bank hesabına mədaxil edilmiş və sonradan İddiaçı təqdim etdiyi etibarnamə əsasında həmin hesabdan məxaric edilmişdir. Həmçinin bildirir ki, mənzil dəyərindən təxmini 2 qat ucuzuna yəni 100000 manata rəsmiləşdirilmişdir. Halbuki, İddiaçı da məlum idi ki, həmin evin dəyəri 200000 manatdan artıqdır. İddiaçı yalan əqd bağlayıb evi a dına keçirdikdən sonra 23/02/2016 tarixli 000425 saylı payçı müqaviləsini etibarsız hesab etdirməklə onların birgə nikah dövründə əldə edilmiş əmlakları üzərində onun hüquqlarının xitam edilməsinə çalışır. İddiaçı Cavabdeh MTK tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən inşa edilmiş binanın tikintisinin davam etdirilməsini təmin etmək üçün maliyyə vəsaitlərinin cəlb edilməsi məqsədilə həmin binada yerləşən 51 saylı mənzilə (reyestrdən çıxarışda 1051 saylı) Cavabdeh MTK-nın təsisçisi ilə qohumluq münasibətlərində olan cavabdehin adına mülkiyyət hüququ rəsmiləşdirilmiş və dövlət qeydiyyatına alınmışdır. Bu əqdin bağlanmasında məqsəd evin cavabdehə satılması deyil, həmin əmlakın ipoteka ilə yüklü edilərək kredit cəlb edilməsi olmuşdur. Həmin ev rəsmi olaraq cavabdehin mülkiyyətind ə olsa da, onun istifadəsində sahibliyində və sərəncamında olmamışdır. X14 adına rəsmiləşdirilməsi üçün bütün prosedurlar iddiaçı tərəfindən icra edilmiş M həmin mənzil üçün Cavabdeh MTK-ya hər hansı ödəniş etməmişdir. Daşınmaz əmlakın dəyərinin ödənilməsindən sonrakı dövrdə də M həmin mənzilə daxil olmamış, onun təmirini həyata keçirməmiş, mənzilin açarları belə onda deyil, Cavabdeh MTKnın əməkdaşlarında saxlanılmışdır. Mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam elementlərini özündə ehtiva edən bir hüquqdur. M bu hüquqa malik olsa da, onun heç bir elementini həyata keçirməmiş, həyata keçirməyə cəhd belə etməmişdir. Bu da öz növbəsində yuxarıda qeyd edilən halları bir daha təsdiq edir ki, 7 ildən artıq bir müddət ərzində cavabdehin mülkiyyət hüququndan istifadə etməməsi özlüyündə hə min hüququn yaranmasına əsas olan əqdin uydurma əqd olduğunu göstərir. Bu illər ərzində M həmin mənzilə daxil olmağa cəhd belə etməmiş, əgər cəhd edərdisə və ya hər hansı bir maneə ilə rastlaşaraq hüququnun pozulmasını aşkar edərdisə, o halda dövlət tərəfindən qorunan mülkiyyət hüququnun müdafiəsinə qalxar və bunun üçün aidiyyəti dövlət orqanlarına müraciət edərdi. Bu halların heç biri mövcud olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-613/2020 saylı 16 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) İddiaçı iddia tələbi təmin edilərək, İddiaçı ilə cavabdeh “ASP" MTK arasında bağlanmış 23 fevral 2016-cı il tarixli 000425 saylı Payçı müqaviləsi və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəx s X11 və X9 tərəfindən verilmiş müstəqil tələblər təmin edilərək, X11 və İddiaçı arasında bağlanmış AN-1 seriyalı ******* saylı 10 iyul 2019-cu il tarixli daşınmaz Əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququna xitam verilmiş, bu hüquq barədə İddiaçı verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ilkin olaraq, Ma satıldığından, sonradan iddiaçı ilə bağlanmış 23 fevral 2016-cı il tarixli Payçı müqaviləsi bağlandığı andan etibarsızdır. Məhkəmə onu da qeyd edir ki, müstəqil tələb irəli sürən 3-cü şəxslər iddia edirlər ki, X11 və İddiaçı arasında bağlanmış, AN-İ N ******* saylı, 10 iyul 2019-cu il tarixli, Daşınmaz Əmlakın alqısatqı müqaviləsi yalan əqddir. Belə ki, alqı-satqı müqaviləsi bağlMkən notariusun depozit hesabına qoyulmuş vəsait həqiqətdə İddiaçı məxsus olmamış, həmin vəsait Cavabdeh MTK-nın əməkdaşı tərəfindən bank hesabına mədaxil edilmiş və sonradan İddiaçı təqdim etdiyi etibarnamə əsasında həmin hesabdan məxaric edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh MTK-nın sabiq meneceri vəzifəsində işləyən X7 adına verilmiş 04 iyul 2019-cu il tarixli etibarnamə bu iddianı təsdiq edir. Faktiki olaraq, İddiaçı tərəfindən Ma mənzilə görə hər hansı bir ödəniş edilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 23 fevral 2016-cı il tarixli, 000425 saylı Payçı müqaviləsi və eyni tarixli maliyyə arayışı etibarsız hesab edi lməli, habelə müstəqil tələblər qismən təmin edilməli, AN-İ seriyalı, ******* saylı, 10 iyul 2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, müvafiq çıxarış ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4, 340.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin 3-cü şəxslərin iddia tələblərinin təmin olunan hissəsində ləğv edilməsi və 3-cü şəxslərin tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh MTK apelyasiya şikayəti verərək, birinci instans iya məhkəməsinin qətnaməsinin Cavabdeh MTK-ya qarşı olan hissəsində ləğv edilərək, İddiaçı iddia tələbinni rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-2344/2020 saylı 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddiaçı Cavabdeh MTK-nın iddia tələbi təmin edilərək, Cavabdeh MTK üzvlərinin ümumi iclasının 01 №-li, 07 yanvar 2013-cü il tarixli protokolu qismən, X6 Esaylı mənzilinin payçısı olmasının təsdiq edilməsi hissəsində ləğv edilmiş, E saylı mənzilin dəyərinin X11 tərəfindən tam ödənilməsi və Cavabdeh MTK-ya borcunun olmaması barədə verilmiş maliyyə arayışı etibarsız hesab edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən təmin edilməlidir. Bir inci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 191.3, 217.3, 217.4 və 220.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan maraqlarına toxunan şəxs İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) 15.02.2021-ci il tarixli, 2(103)-1444/2021 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan, iddiaçı Cavabdeh MTK-nın cavabdeh X8 qarşı “protokolun ləğv edilməsi və arayış ın etibarsız hesab edilməsi” tələbinə dair mülki işin İddiaçı Cavabdeh MTK-ya qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X6 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə, mübahisə predmeti barəsində müstəqüil tələb irəli sürən 3-cü şəxs X4 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair 2(103)-425/2021 mülki işlə bir icraatda birləşdirilməsi qərarına alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 16.07.2021-ci il tarix li, 2(103)-425/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 16.03.2020-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 16.03.2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, həmin qətnamə üzrə mübahisələndirilən İddiaçı Həsənağa oğlu ilə X11 arasında bağlanmış 10 iyul 2019-cu il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edildikdən sonra həmin müqavilənin predmeti olmuş E saylı mənzilin X8, müqavilə üzrə ödənilmiş 100.000 manat məbləğin isə Cavabdeh MTK-ya qaytarılması, qətnamənin apelyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilməməsi, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02.10.2020-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, həmin qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı Cavabdeh MTK-nın cavabdeh X8 qarşı “protokolun ləğv edilməsi və arayışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası İddiaçı həmin dəlili üzrə qeyd edir ki, İddiaçı Cavabdeh MTK-ya E üzrə borcu olmadığı barədə maliyyə arayışı etibarsız olduğundan, onun mübahisəli mənzilə görə Cavabdeh MTK-ya pul vəsaiti ödəməsi iddiaçı üçün etibarsız əqd üzrə ödədiyi vəsaitin geri qaytarılmasını tələb etmək hüququnun əmələ gəlməsinə əsas olmaqla, Cavabdeh MTK üçün tərəfi olmadığı müqavilə üzrə alıcının əşyanın dəyərini ödəmək vəzifəsini icra etmək öhdəliyi yaratmamış, əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul mə bləğini (qiyməti) ödəmək öhdəliyi İddiaçı aid olmuşdur. Göründüyü kimi, İddiaçı 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlMkən müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmədiyindən, həmin müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Bundan başqa, İddiaçı onun Cavabdeh MTK tərəfindən aldadıldığını bildikdən sonra məcbur olub mənzilin mülkiyyətçisi M ilə 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlamaqla satın aldığını bildirsə də, məhkəmə arşdırması zamanı müəyyən edilir ki, əslində həmin müqavilə İddiaçı tərəfindən ASP MTK-nın əməkdaşlarından birinə verilmiş etibarnamə əsasında onun adından bağlanmış və burada məqsəd onunla Cavabdeh MTK arasında bağlanmış 2016-cı il tarixli Payçı müqaviləsini pərdələm ək olmuşdur. Belə ki, 2016-cı il tarixli Payçı müqaviləsinə əsasən mübahisəli mənzilə görə İddiaçı Cavabdeh MTK-ya 187.650 manat ödəsə də, 2019-cu ildə həmin mənzilin alqı satqısına görə cəmi 100.000 manat pul ödənilmişdir. Qeyd edilən mənzilin həmin müddət ərzində təmir edilməsini və ilkin dəyərinin artmasını da nəzərə alaraq mənzilin dəyərinin ilkin satış qiymətindən kəskin fərqlənən ucuz qiymətə satılması onu deməyə əsas verir ki, bu müqavilə onun şərtlərində nəzərdə tutulmuş həqiqi niyyətlə deyil, başqa niyyətlə bağlanmışdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 2(004)-613/2020 saylı 16 mart 2020-ci il tarixli qətnamə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələblərini bu qaydada həll etməklə maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, işə baxmış birinci instansiya məhkəməsi mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi qənaətinə gəlsə də, həmin müqavilə üzrə tərəflərin həmin müqavilə üzrə aldıqlarını bir-birinə qaytarmaq vəzifəsinə dair məsələni həll etməmişdir. Belə ki, AR Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən a lınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericiliyin qeyd edilən müddəasına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 2(004)-613/2020 saylı 16 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilərək, İddiaçı Həsənağa oğlu ilə X11 arasında bağlanmış 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi ləğv edildikdən sonra E saylı mənzil X8, müqavilə üzrə ödənilmiş 100.000 manat məbləğ isə ASP MTK-ya qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə mübahisləndirilən İddiaçı Həsənağa oğlu ilə Cavabdeh MTK arasında bağlanmış 23 fevral 2016-cı il tarixli, 000425 saylı digər müqavilə üzrə ödənilmiş məbləğin 10 faizinin ilkin ödəniş şəklində İddiaçı tərəfindən, qalan məbləğin isə Azərbaycan Beynəlxalq Bankı tərəfindən ödənilməsini, kredit müqaviləsi üzrə İddiaçı tərəfindən müəyyən ödənişlərin aparılmasını, İddiaçı mübahisəli mənzildə külli miqdarda xərc çəkərək təmir işləri apardığını bildirməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, həmin müqavilənin etibarsız sayılmasından sonra tərəflərin aldıqlarını bir-birinə qaytarması ilə bağlı məsələ açıq saxlanılmalı, tərəflərə bu məsələ ilə bağlı ayrıca məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Birinci instansiya məhkəməsinin 2(004)-2344/2020 saylı 02 oktyabr 2020-ci il tarixli qətnaməsi yoxlanılarkən müəyyən edilmişdir ki, Cavabdeh MTK üzvlərinin ümumi iclasının 01 nömrəli, 07.01.2013-cü il tarixli iclasında X2 üzv qəbul olunmaqla Cavabdeh E saylı mənzilin payçısı olması təsdiq edilmiş və ona mənzilin dəyərini tam ödədiyi barədə maliyyə arayışı verilmişdir. İddiaçı tələbini binanın tikintisinin davam etdirilməsini təmin etmək üçün mübahisəli sənədlərin tərtib olunduğunu, məqsədin evi cavabdehə satmaq deyil, həmin əmlakın ipoteka ilə yüklü edilərək kredit cəlb edilməsi olması, uydurma əqd olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, mövcudluğu sübut olunarsa, bu hallar Cavabdeh MTK üzvlərinin ümumi iclasının 01 nömrəli, 07.01.2013-cü il tarixli iclasında cavabdeh barədə qəbul edilmiş qərarların etibarsız sayılmasına səbəb olmaqla, həmin qərarların ləğvi barədə hazırkı iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, Azərbaycan Res publikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı ASP MTK protokolda olan qeydin ləğvi ilə bağlı cavabdehə müraciət etmədən, birbaşa məhkəməyə müracət etmişdir. Halbuki, Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, hazırkı iddia tələbi ilə bağlı qətnamə qəbul edən birinci instansiya məhkəməsi göstərilən mad di hüquq normasının tələblərinə riayət olunub-olunmadığını yoxlamamışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, cavabdeh Mun həmin mənzil üçün Cavabdeh MTK-ya hər hansı ödəniş etməməsi, iddiaçının bir tərəfli iradə ifadəsi olan maliyyə arayışını kredit təşkilatını aldatma yolu ilə hərəkət edərək verməsi halının təsdiq olunması belə, iddianın maliyyə arayışınının etibarsız sayılmasına dair hissədə təmin edilməsinə əsas deyil. Belə ki, aldatma yolu ilə hərəkət edən iddiaçının ixtiyarı yoxdur ki, maliyyə arayışını mübahisələndirsin. Bu hüquq arayışın təqdim edilməsi nəticəsində zərərə uğramış kredit təşkilatına aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkə n fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Göründüyü kimi, cavabdehin iddianı etiraf etməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi 2(004)2344/2020 saylı 02 oktyabr 2020-ci il tarixli qətnamə ilə iddianı təmin edərkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, prosessual və maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı, yəni zamanda digər iddialar üzrə cavabdeh İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, onun iddiasının təmin edilməsi, qalan iddiaların rədd edilməsi barədə barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə obyektiv araşdırma aparmamış, qanunsuz və əsassız olmaqla yanaşı, tam ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, nə qədər qəribə görünsə də apelyasiya instansiyası məhkəməsi öz qətnaməsi ilə, başqa şəxsə, yəni vətəndaş Ma məxsus mənzili 187.650 manata ona satan, yəni bir mənzili iki şəxsə satan Cavabdeh MTK-nın xeyrinə qərar qəbul etmiş, ona məxsus 187.650 manat məbləğində pulu da mübahisəli mənzili də, bir mənzili iki şəxsin adına rəsmiləşdirən həmin MTK-ya vermişdir. İşin mübahisəsiz hallarından göründüyü kimi hər iki tərəfdən Cavabdeh MTK-nın əməkdaşı və yaxını olan şəxslərin iştirakı ilə və onun əsassız olaraq Cavabdeh MTK-ya ödəmiş olduğu külli miqdarda pul vəsaiti hesabına bu rəsmiləşdirmə aparılmış, yəni 10 iyul 2019-cu il tarixdə həqiqi və qanuni alqı-satqı aparılaraq, onun hüquqları bərpa və təmin olunmuşdur. Bu müqavilən in bağlanması isə öz növbəsində 23/02/2016 tarixli 000425 saylı payçı müqaviləsinin əhəmiyyətsizliyini təsdiq etmişdir. İş üzrə üçüncü şəxs M da, özünün imzaladığı iddia ərizəsində açıq etiraf edir ki, “həmin rəsmiləşdirməni (yəni 10 iyul 2019-cu il tarixli alqı-satqını) aparmaqda məqsəd hazırda İddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb olunan 23/02/2016 tarixli 000425 saylı payçı müqaviləsi üzrə əldə edilmiş daşınmaz əmlaka həmin şəxsin (İddiaçı) mülkiyyət hüququnun rəsmiləşdirilməsini təmin etmək olmuşdur.” Həmçinin, apelyasiya instansiyası məhkəməsində M öz izahatında mübahisəli mənzilin faktiki olaraq Cavabdeh MTK-ya məxsus olduğunu, heç vaxt ona məxsus olmadığını, mənzili heç vaxt görmədiyini açıq etiraf etmişdir. Yəni, MTK-nın istəyi (təkidi ilə) ilə üçüncü şəxs M bir tərəfdə n 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsini mübahisələndirsə də, digər tərəfdən, həmin müqavilənin hansı məqsədlərlə rəsmiləşdirildiyindən tam məlumatlı olmuş və məhz bu məqsədlərlə də 10 iyul 2019-cuu il tarixli alqı-satqı müqaviləsini öz iradəsi ilə imzalamışdır. Apelyasiya instansiyası məhkəməsi heç bir əsas olmadan 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab etmiş, heç bir qanuni əsas olmadan mənzilin dəyərini tam ödəmiş olan ondan mübahisəli mənzili alaraq, həmin mənzilin əslində faktiki olaraq Cavabdeh MTK-ya məxsus olduğunu açıq etiraf edən Ma vermiş, onun mənzilə görə ödədiyi külli miqdarda pul vəsaitini isə MTK-ya vermişdir. Açıq-aşkar Cavabdeh MTKnın və MTK-nın adamı olan Mun mənafeyinə xidmət edən apelyasiya məhkəməsi öz qətnaməsi ilə, hər iki əqd i etibarsız hesab etməklə onu həm külli miqdarda pul vəsaitindən, həm də mənzildən məhrum etmişdir. Cavabdeh MTK-nın təqdim etdiyi iddia ərizəsində aşkar göstərilmişdir ki, “bu əqdin bağlanmasında məqsəd evin cavabdehə (yəni Ma) satılması deyil, həmin əmlakın ipoteka yüklü edilərək kredit cəlb edilməsi olmuşdur”. M məhkəmə iclasında bu iddianı etiraf etmişdir. Bu etirafla Cavabdeh MTK və M təsdiq etmişlər ki, mübahisəli mənzil Mun adına formal rəsmiləşdirilmiş, mənzil əslində faktiki olaraq Cavabdeh MTK-ya məxsus olmuşdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən 8 ildən sonra Cavabdeh MTK-nın, cavabdeh kimi Ma qarşı açıq aşkar əsassız və qurma iddia tələbi irəli sürməsinə və vəkilin bu işdə roluna heç bir əhəmiyyət verilməmiş, onun külli miqdarda pul vəsaitinin qanunsuz olaraq ələ keç irilməsinə heç bir qiymət verilməmiş, Cavabdeh MTK-nın, əsl məqsədlərini pərdələmək üçün cavabdeh Mla mənzil alqısatqısı adı altında həqiqətə uyğun olmayan rəsmiləşdirmələr aparması, bütün rəsmiləşdirmələrin əslində əmlakın ipoteka ilə yüklü edilərək kredit cəlb edilməsi və banka yalan məlumatlar verərək, külli miqdarda pul vəsaitlərinin əldə edilməsinə dair yazılı etirafları barədə xüsusi qərardad çıxarılaraq prokurorluğa məlumat verilməsi təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi diqqət yetirməmişdir ki, o, "Beynəlxalq Bank” ASC-nə 2016-cı ildən hazıra qədər böyük məbləğdə faizlər daxil olmaqla kredit borcu ödəyir. O, mübahisəli mənzili tam təmir etdirərək, təmir işlərinə 60.000 manatdan artıq məbləğdə pul xərcləmişdir. Apelyasiya instansiyası məhkəməsi 10 iyul 2019-cu il tar ixli alqı-satqı müqaviləsini etibarsız hesab edərkən onu da nəzərə almamışdır ki, məhz bu müqavilə əsasında mübahisəli mənzil "xxxx" ASC qarşısında ipoteka müqaviləsi rəsmiləşdirməklə girov qoyulmuşdur. Apelyasiya instansiya məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün müəyyən etməmiş, heç bir araşdırma aparmadan, mübahisəli mənzilə dair hər iki müqaviləni etibarsız hesab etməklə, onun Cavabdeh Mənzil Tikinti Kooperativinə ödədiyi külli miqdarda pul vəsaitinin, onun banka ödədiyi faizlərin, habelə mübahisəli mənzilin təmirinə çəkdiyi xərclərin taleyini həll etməmiş, bu sahədə heç bir araşdırma aparmamış və onun hüquqlarını bu hissədə də kobud şəkildə pozan qətnamə qəbul etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işdə olan süb utlara ümumiyyətlə nəzər yetirməmiş, prosessual qanunvericiliyin tələblərini pozaraq, cavabdehin və üçüncü şəxsin etiraflarını sübut kimi nəzərə almamış, bununla da həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı an dan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə i clasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstə sna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı, eyni zamanda cavabdeh olan kassator kasasiya şikayətini həm mənzilindən, həm də k ülli miqdardan pulundan məhrum olması, 2019-cu il tarixli alqı-satqı müqaviləsinin əsassız olaraq etibarsız hesab edilməsi, onun külli miqdarda pulundan məhrum olmasına apelyasiya kollegiyası tərəfindən münasibət bildirilməməsi ilə əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil əvvəldən MTK-ya məxsus olmuş, MTK üzvlərinin yığıncağının qərarı əsasında payçı müqaviləsi ilə 2013-cü ildə X8 verilmişdir. MTK X8 qarşı Protokolun ona aid hissədə ləğv edilməsi, borcun olmaması barədə maliyyə arayışının etibarsız hesab edilməsini xahiş etsə də, apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, M MTK-nın iddia tələbini etiraf etmiş olsa belə, bu iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, MTK protokolun ona ai d hissəsinin ləğv edilməsi barədə müraciətlə ilk əvvəl Ma müraciət etməli olduğu halda bunu etməmişdir ki, ləğv etmə həyata keçirilsin. Etibarsızlığı tələb edilən sənədlər barədə isə hər iki tərəfin aldatma ilə hərəkət etməsi səbəbindən iddiaçının bu tələbi sürmək ixtiyarının olmaması düzgün olaraq göstərilmiş və bu halın nəticəsi olaraq mənzilin Mda saxlanması qənaətinə gəlmişdir. 2019-cu il tarixli alqı-satqı müqaviləsi isə həmin müqavilə üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri şərtlərə əməl edilməməsi əsası ilə etibarsız hesab edilmişdir. Belə ki, kassator və digər tərəflər də 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman mənzillə bağlı kassator tərəfindən pul vəsaitinin ödənilməməsini, MTK tərəfindən pulun depozitə qoyulmasını və nümayəndəsi tər əfindən də pulun depozitdən götürülməsini göstərmişlər. Alqı-satqı müqaviləsi üzrə qanunvericiliyin tələblərinə əməl edilmədiyinə görə 2019-cu il tarixli müqavilə etibarsız hesab edilsə də, kassatorun kasasiya şikayətində göstərmiş olduğu kimi, onun ödəmiş olduğu külli miqdarda olmasını iddia etdiyi pul vəsaitindən kassatorun məhrum olmasına göz yumulmamış, əksinə kassatora həm mənzil əldə etməsi üçün ödəmiş olduğu, həm mənzilin təmirinə çəkmiş olduğu və sair xərclərinin ayrıca iddia qaydasında məhkəməyə müraciət edib tələb etmək hüququnun olması izah edilmişdir. Həmçinin kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, qətnamə qəbul edilərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı, eyni zamanda digər iddialar üzrə cavabdeh olan İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-425/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar