Məhkəmə qərarları › İş №2(102)-5473/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-5473/2018

13.09.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5473/2018 13.09.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 13 sentyabr2018-ciil İş№ 2(102)-5473/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Qoşqarlı Rəşad Nizami oğlunun katibliyi, kassatorun nümayəndəsi X1 və vəkili X2nin iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-341/2018 saylı 28 mart 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim B.R.Ələkbərov, iş № 2(001)-14051/2016)iddia qismən təmin edilmiş, lizinq verən, iddiaçı "xxxx" MMC ilə lizinq alan, Cavabdeh arasında 26 fevral 2014-cü il tarixdə bağlanmış 14/645 saylı daxili lizinq müqaviləsi ləğv olunmuş hesab edilmiş, Cavabdehdən əsas məbləğ üzrə 6.947,89 manat, dəbbə üzrə 700 manat, cəmi 7.647,89 manat borcun iddiaçının xeyrinə tutulması, lizinq obyekti olan 2013-cü il buraxılışlı, qara rəngli, V684728 mühərrik və *********şassi nömrəli, “Toyota Corolla” markalı avtomobilin mülkiyyətçi, lizinq verən "xxxx" MMC-nə qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəm ilova və A.Q.Hüseynov, iş № 2(103)341/2018) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14051/2017 saylı, 05.12.2016-cı il tarixli qətnaməsi Cavabdeh iddiaçının xeyrinə pul tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən iddiaçı "xxxx"xxxx"xxxx" MMC-nin Cavabdehə qarşı “daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.02.2014-cü il tarixli, 14/645 saylı daxili lizinq müqaviləsinin ləğv olunmuş hesab edilməsi, lizinq obyekti, 2013-cü il buraxılışlı, qara rəngli, V684728 mühərrik və **** *****şassi nömrəli, “Toyota Corolla” markalı avtomobilin Cavabdehdən alınaraq "xxxx" MMC-nə qaytarılması, 6.947,89 manat əsas borcun, 2.088,18 manat dəbbə pulunun, cəmi 9.036,07 manat borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: "xxxx" MMC ilə Cavabdeh arasında 26 fevral 2014-cü il tarixdə 14/645 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin daxili lizinq müqaviləsinin 1 saylı əlavəsinə əsasən, 2013-cü il buraxılışlı, qara rəngli, V684728 mühərrik və *********şassi nömrəli, "Toyota Corolla" markalı avtomobil 60 ay müddətinə hər ayın 26-dan gec olmamaqla 530 manat ödənilməsi şərti ilə lizinqə verilmişdir. Cavabdeh qeyd olunan müqavilə üzrə öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Belə ki, cavabdeh əsas məbləğ üzrə 2016-cı ilin sentyabr ayınadək 15.907,89 manat ödəməli olduğu halda, cəmi 8.960 manat ödəniş etmiş və onun həmin vaxtadək 6.947,89 manat əsas borcu qalmışdır. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilsə də, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirmək istəməmişdir. Hazırda cavabdehin cəmi 9036,07 manat borcu vardır. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" MMC və vəkili X3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qismən- cavabdehdən iddiaçının xeyrinə pul tutulması barədə i ddianın rədd edilməsi hissəsində ləğv edilməsini və birinci instansiya məhkəməsi tərəfindən qət edilmiş pulun tutulması barədə qərar çıxarılmasını xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessualhüquqnormalarınınpozulmasıvə düzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən MPM-nin 217.1, 220.4-cü maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassatorun nümayəndəsi X4 və vəkili X5 ayrı-ayrılıqda kassasiya şikayətinin məzmununa uyğun izahatlar verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-341/2018 saylı 28 mart 2018-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsinə və kassasiya şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmasınabaxmaya raqcavabdeh heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişdir. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, kassatorun nümayəndəsini və vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna mü vafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiyainstansiyasıməhkəməsitərəfindənmüəyyənolunmuşişinfaktikihallarındangörünürki, 26 fevral 2014-cü il tarixli, 14/645 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq verən həmin müqavilənin 1 saylı əlavəsində göstərilən ümumi qiyməti 23.838 manat olan əmlakı (2013-cü il buraxılışlı, qara rəngli, V684728 mühərrik və *********şassi nömrəli, "Toyota Corolla" markalı avtomobili) lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə müqavilədə müəyyənləşdirilmiş pul məbləğini 60 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. 26 fevral 2014-cü il tarixli təhvil-təslim protokolundan görünür ki, 2013-cü il buraxılışlı, qara rəngli, V684728 mühərrik və *********şassi nömrəli, "Toyota Corolla" markalı avtomobil Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən 27 fevral 2014-cü il tarixdə verilmiş AC seriyalı, 213729 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılışlı, qara rəngli, V684728 mühərrik və *********şassi nömrəli, “Toyota Corolla” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh adından avtomaşına görə cəmi 8960 manat lizinq haqqı ödənilmişdir. Ödənişlərin sonuncusu 26 iyun 2015-ci il tarixdə edilmişdir. Lizinq müqavi ləsi üzrə cavabdehin borcu əsas məbləğ üzrə 6.947,89 manat, dəbbə üzrə 2.088,18 manat, cəmi 9.036,07 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 016-241141218 saylı, 02.03.2018-ci il tarixli cavab məktubundan görünür ki, “TOYOTA” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. Tərəflər arasında razılaşdırılmış və işin 16-cı səhifəsində olan ödəniş qrafikindən görünür ki, cavabdeh lizinq ödənişini 60 ay ərzində, hər ayın 26-da, hər ay üçün 530 manat olmaqla, cəmi 31.816 manat ödəniş etməli idi. Beləliklə müəyyən olunmuşdur ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmış, avtomaşın cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən müəyyən ödənişlər edilmiş və hazırda avtomaşın cavabdehin sahibliyindəd ir. Cavabdeh göstərmişdir ki, avtomaşını lizinqə götürdükdən qısa müddət sonra (cavabdehin deməsinə görə altı aydan sonra) onu lizinq şirkətinə təhvil vermiş, tərəflərin razılığı ilə lizinq müqaviləsi faktiki olaraq ləğv olunmuş, lizinq şirkəti avtomaşını eyni şərtlərlə başqa şəxslərin sahibliyinə vermiş və lizinq ödənişləri həmin şəxslər tərəfindən aparılmışdır. İşdən göründüyü kimi, cavabdeh tərəf öz etirazının əsası kimi istinad etdiyi halları, o cümlədən avtomaşını lizinqə götürdükdən qısa müddət sonra lizinq şirkətinə təhvil verməsini, lizinq şirkətinin iradəsi ilə avtomaşının başqa şəxslərin sahibliyinə verilməsini, ödənişlərin məhz həmin şəxslər tərəfindən aparılmasını sübuta yetirə bilmişdir. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi etira zı qismən etiraf edərək bildirmişdir ki, avtomaşını cəmi üç aylıq müddətə X5 və X6nın istifadəsinə vermişlər. Bununla bağlı iddiaçının nümayəndəsi ərizə təqdim etmiş və cavabdeh həmin ərizənin onun tərəfindən imzalandığını təsdiq etmişdir. Cavabdeh bildirmişdir ki, avtomaşını təhvil verdikdən sonra ona bir neçə sənədə imza atdırmışlar. O cümlədən, həmin ərizəyə imza atdıraraq bildirmişlər ki, avtomaşını digər şəxslərə lizinqə verirlər və bir daha onu həmin məsələ ilə bağlı narahat etməyəcəklər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 02.03.2018-ci il tarixli cavab məktubu ilə təsdiq olunur ki, həmin avtomaşınla 23.02.2016-cı il tarixdə X6 yol hərəkəti qaydalarını pozuğuna görə barəsində inzibati protokol tərtib edilmişdir. Tərəflərin etirafı ilə təsd iq olunur ki, lizinq şirkəti avtomaşını idarə etmək üçün hər ay etibarnamə rəsmiləşdirir. İddiaçının nümayəndəsinin etirafı ilə təsdiq olunur ki, sonuncu lizinq haqqı 30.10.2015-ci il tarixdə edilmişdir. Təqdim edilmiş maliyyə arayışında isə sonuncu ödənişin 26 iyun 2015-ci il tarixədək aparıldığı göstərilmişdir. Deməli, avtomaşın cavabdehin sahibliyində olmadığı müddət ərzində lizinq ödənişləri aparılmışdır. Bunun məntiqi nəticəsi də ondan ibarətdir ki, lizinq şirkəti avtomaşını idarə etməyə dair həmin şəxslərə hər dəfə səlahiyyət vermişdir. Çünki iddiaçının təqdim etdiyi maliyyə araşyışı ilə təsdiq olunur ki, 26 iyun 2015-ci il tarixədək lizinq ödənişləri hər ay üzrə aparılmışdır. İddiaçı tərəf, cavabdehin avtomaşını hər hansı şəxsin sahibliyinə daha artıq müddətə istifadəyə verilməsin ə dair sübutlar təqdim edə bilməmişdir. Deməli, cavabdehin avtomaşını hətta üç aylıq müddətə olsa da, kiminsə istifadəsinə verilməsi barədə ərizə əslində işin hallarına uyğun deyil. Çünki, cavabdehin tanımadığı şəxslərə avtomaşına görə üç aylıq yol vərəqəsi verməsinə razılıq verməsi məntiqə uyğun gəlməməklə ağlabatan deyildir. Əksinə, üç aydan sonra da, digər şəxslərin avtomaşını idarə etməsi və hər ay ödənişlər etməsi ona dəlalət edir ki, məhz lizinq təşkilatı avtomaşını eyni şərtlərlə X5ə və X6ya lizinqə vermiş və hər ay lizinq haqqını onlardan almaqla, avtomaşını idarə etmək üçün səlahiyyət vermişdir. Beləliklə, avtomaşının lizinq şirkəti tərəfindən cavabdehdən geri alınması halı təsdiq olunduğundan, avtomaşının hansı tarixdən geri alınması və həmin tarixə cavabdehin borcu yaranıb-yaran maması, yaranmışdırsa onun məbləği ilə bağlı halları sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Nə qədər ki, iddiaçı avtomaşının nə vaxt geri alınması barədə sübutlar təqdim etmir, cavabdehin lizinq haqqı üzrə borcunun yaranmasını müəyyən etmək mümkün deyil. Çünki lizinq haqqı lizinq predmetinin istifadəsinə görə ödənilən haqqdır. İddiaçı lizinq predmetini geri alan vaxtdan lizinq obyektindən istifadə haqqını ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Məcəlləsin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludu r. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Göründüyü kimi lizinq müqaviləsinin mahiyyəti əşyanı dəyəri ödənilməklə müəyyən müddətə istifadəyə götürməkdən ibarətdir. Lizinq verən əşyanı geri alırsa, əşyaya görə haqq ödənilməsi həmin vaxtdan dayanır. Ona görə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehdən pulun tutulması tələbi təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri formal mülahizə olmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-341/2018 saylı 28 mart 2018-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar