Məhkəmə qərarları › İş №2(102)-5473/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5473/2021

12.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5473/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X4, x1 və x2nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5473/21 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi ) Bakı şəhəri, 12 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdehlər X4, x1 və x2nə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-805/2021 nömrəli, 19.05.2021-ci il tarixli qətnam əsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ünvan 1 ünvanında mülkiyyətdə olan ümumi sahəsi 17,52 kv.m olan mənzili nəvəsi (oğlunun qızı) X3 bağışlamışdır. Mənzil X2 mülkiyyətinə keçmişdir. İddiaçı bağışlama müqaviləsi bağlandıqdan sonra nəvəsinin valideynləri, yəni öz doğma oğlu və gəlini tərəfindən ona lazımi qaydada baxılmadığı, bağışlamanın şərtləri pozlduğunu bildirərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Şəki rayon 2 saylı Notariat kontorunda 4Ə-1326 reyestr nömrəsi ilə qeydə alınmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə ona məxsus olmuşdur. Uzun müddətdir ki, həmin mənzildə tənha yaşayır. X5 adlı 1 övladı var və Kərimin də İradə adlı 1 qızı var. Gəlini isə özünün doğma bacısı qızıdır. Oğlugil Rusiya Federasiyasında yaşayırlar. Muradov Kərim hər il ailəsi ilə birlikdə yay vaxtı onun evinə gəlib 20-25 gün qalıb istirahət edib gedirlər. 2018-ci ildə sözügedən fərdi yaşayış evini nəvəsi Cavabdeh bağışlamışdır. 2020-ci ildə oğlu Kərim onu müalicə olunması ilə bağlı Moskva şəhərinə aparmış və borc götürərək onu müalicə etdirmişdir. Təxminən 1 il Moskva şəhərində xəstəxanad a müalicə almışdır. Lakin o, sonradan Moskvada qalmaq istəməmiş və onu xalası nəvəsi Bakı şəhərinə, oradan da Şəkiyə gətirmişdir. O, əmlakını nəvəsi İradəyə bağışlayarkən İradənin anası ona baxacaqlarını demişdir. Həmin vaxt İradənin 14-15 yaşı olarmış. Hazırda o tənha yaşayır və ona baxan yoxdur. Ona görə də o, əmlakını İradəyə yox, başqa bir şəxsə bağışlamaq istəyir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Şəki Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tаrixli, 2(075)-112/2021 saylı qətnaməsi ilə İddiaçı Şəki rayon 2 saylı Notariat kontorunda 4Ə1326 reyestr nömrəsi ilə qeydə alınmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişd ir.

5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ, İİİ hissələri; Mülki Məcəlləsinin 144.1, 144.2, 146.1, 152.1, 337.1, 337.2, 337.3, 337.4, 397.2, 666.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.05.2021-ci il tarixli, 2(107)-805/2021 saylı qətnaməsi ilə (hakimlər M.Əsədli, Ə.Məcidov və A.Mahmudov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş; Şəki Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tаrixli, 2(075)-112/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

8. İddiaçı kassasiya şikayəti vermişdir. Kass asiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Həmçinin qeyd edilmişdir ki, məzili bağışlayarkən aldadılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının iza hatları

12. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

14. Maddə. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

15. Maddə. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

16. Maddə. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

17. Maddə. 397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etm əlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi aşağıdakı əsaslara görə mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

25. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında mülkiyyətdə olan ümumi sahəsi 17,52 kv.m olan mənzili X3 bağışlamışdır. Həmin bağışlama müqaviləsinə əsasən mənzil onun mülkiyy ətinə keçmişdir. İddiaçı əmlakını nəvəsi İradəyə bağışlayarkən hansısa şərtlərlə müqavilə münasibətlərinə girməsi halını sübuta yetirə bilməmişdir.

26. Apelyasiya instansiya məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, iddiaçı Şəki şəhəri 2 saylı Dövlət Notariat Kontoruna gedərək reyestrdə qeydə alınmış 4Ə-1326 saylı, 21 avqust 2018-ci il tarixli bağışlama müqaviləsi rəsmiləşdirməklə öz mülkiyyətində olan əmlakını bağışlayaraq özgəninkiləşdirmişdir. İş materiallarından və apellyasiya şikayətindən də məlum olur ki, iddiaçı sözügedən əmlakı heç bir məcburiyyət olmadan, könüllü olaraq bağışlamış və bağışlanmanın rəsmiləşdirilməsi üçün müvafiq hərəkətləri könüllü olaraq icra etmişdir.

27. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləş dirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İddiaçı da qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək mülkiyyətində olan evi cavabdehə bağışlamışdır. Notariat Kontoru isə qanunvericiliyə müvafiq olaraq bağışlama müqaviləsini rəsmiləşdirməklə mülkiyyətçinin iradə ifadəsinin həyata keçirilməsinə şərait yaratmışdır. Yəni mübahisələndirilən bağışlama müqaviləsinin etibarsızlığına səbəb olacaq hər hansı hala yol verilməmiş və iddiaçı tərəfindən həmin müqavilənin etibarsız olmasına dəlalət edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

28. Bundan əlavə, iddiaçıın şikayətinin digər dəlili cavabdeh tər əfindən müəyyən vədlərlə aldadıldığını bildirməsidir. Kollegiya həmin dəlillə də razılaşmır. Belə ki, mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun ele mentləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Hazırkı halda isə cavabdehin iddiaçını aldatması və öz xeyrinə bağışlama müqaviləsi bağlanmasını təmin edəcək hərəkətlərə yol verməsi sübut olunmur.

29. Bağışlama müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlandığından həmin əqd əsasında verilmiş Çıxarışın da ləğv edilməsinə əsaslar yoxdur.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-805/2021 nömrəli, 19.05.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar