Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-548/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cəlb olunmaqla) iş üzrə QƏRARİ Açar sözlər: torpağın geri qaytarılması, tikilinin sökülməsi, tikinti və torpaq sahəsinə görə pul kompensasiyasının verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Resp ublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cəlb edilməklə) “torpağın geri qaytarılması, tikilinin sökülməsi” barədə ilkin iddiası və Cavabdeh2 cavabdeh İddiaçınə qarşı “tikinti və torpaq sahəsinə görə pul kompensasiyasının verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5585/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Nizami Bələdiyyəsi Cavabdeh1 ilə bağlanmış xx.xx.2007-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən, Nizami rayonu Q.Qarayev prospekti 124 saylı binanın yax ınlığında daş hasara alınmış 200 kv.m torpaq sahəsini 10 il müddətinə yaşıllıq və abadlıq məqsədi ilə Cavabdeh1 icarəyə vermişdir.
2. Bakı Şəhəri Nizami Bələdiyyəsinin Cavabdeh2 ünvanladığı xx.xx.2020-ci il tarixli, 02/145 saylı məktubunda, Nizami Bələdiyyəsi ilə Cavabdeh1 arasında Q.Qarayev prospekti 124 saylı binanın yaxınlığında yerləşən daş hasara alınmış 200 kv.m torpaq sahəsinə görə xx.xx.2007-ci il tarixdə 10 il müddətinə bağlanmış icarə müqaviləsinin öhdəliklərinin torpaq mülkiyyətə verilənə qədər Cavabdeh2 tərəfindən yerinə yetirilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh2 tərəfindən müxtəlif vaxtlarda Nizami Bələdiyyəsinə icarə haqqı ödənilmişdir.
3. Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 646 saylı sərəncamına əsasən İddiaçı (bundan sonra - MMC) x x.xx.2014-cü il tarixli, 05 saylı müraciəti nəzərə alınaraq, Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin MMC-nin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi, MMC-yə həvalə olunmuşdur.
4. Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 61 saylı sərəncamına əsasən MMC-nin xx.xx.2018-ci il tarixli, 07 saylı müraciəti, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələri, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 646 saylı və xx.xx.2017-ci il tarixli, 11 saylı sərəncamını nəzərə alınaraq, Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə baş plan üzrə 2 saylı yaşayış binasının tikintisi üçün MMC-yə icazə verilmişdir. 5. 05.05.2015-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən Nizami Bələdiyyəsi tərəfindən MMC-yə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 646 saylı sərəncamı, xx.xx.2015-ci il tarixli 13074 saylı inşaat pasportu əsasında Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə ayrılmış torpaq sahəsi 49 il müddətinə icarəyə verilmiş və sahədə sökülməsi nəzərdə tutulan tikililərin mövcud olduğu müəyyən olunmuşdur.
6. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, MMC tərəfindən təqdim olunmuş sənədlər ə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 61 saylı sərəncamı və razılaşdırılmış layihə əsasında tikinti işlərinin aparıldığı ərazidə olan ağacların götürülməsi və budanması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019-cu il tarixli, 22/1740 saylı məktubuna əsasən həyata keçirilmiş, sözügedən yaşayış binasının layihəsində dəyişiklik edilərək, binanın tikintisinin yeri dəyişdirilmiş, çoxmərtəbəli yaşayış binasının tikintisi başqa yerdə həyata keçirilmiş, şikayətçilərə məxsus hasar, su və kanalizasiya xətləri bərpa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli və xx.xx.2017-ci il tarixli, 664 və 11 saylı sərəncamları ilə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən MMC-yə 2018-ci ildə Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə 1,3250 hektar ərazidə yaşayış binalarının tikintisi üçün ayrılmış ərazidən Cavabdeh2 və Cavabdeh1 məxsus qanunsuz tikilinin sökülərək zəbt olunmuş təxminən 2 sot ərazinin boşaldılıb, abadlaşdırma və tikinti işləri aparılmasından ötrü MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2014cü il tarixli, 646 nömrəli yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında sərəncamına əsasən, MMC-nin xx.xx.2014-cü il tarixli, 05 saylı müraciəti və Mənzil Kommunal Təsərrüfat Departamentinin xx.xx.2014-cü il tarixli, 1055 saylı razılıq məktubu nəzərə alınaraq, Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə mövcud tikililərin sökülərək, yerində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə vermişdir. Bakı ŞİH başçısının xx.xx.2014-cü il və xx.xx.2017-ci il tarixli 646, 11 saylı sərəncamı ilə, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən MMC-yə 2018-ci il tarixdə, 18/46 nömrəli Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə 1,3250 hektar ərazidə yaşayış binalarının tikintisi üç ün dəqiqləşdirilmiş Ayrıc Aktı verilmişdir. Hazırda qeyd olunan torpaq sahəsinin bir hissəsi cavabdeh X4 və Cavabdeh1 tərəfindən zəbt edilmiş, orada təxminən 40 kv.metrdən ibarət tikili tikilmişdir. Nəticədə verilmiş sərəncam və ayrıc aktına əsasən həmin ərazidə abadlaşdırma və tikinti işləri aparmağına həmin tikili maneçilik törədir. Dəfələrlə cavabdehə xəbərdarlıq etmələrinə baxmayaraq, cavabdeh qanunsuz hərəkətlərinə son qoymur, həmin tikili müqabilində əsassız olaraq onlardan müxtəlif məbləğlərdə reallığa uyğun gəlməyən kompensasiyalar istəyir, ona məxsus torpaq sahəsini həmin tikilini sökərək geri qaytarmır. Səbəb kimi bildirirlər ki, həmin ərazini Nizami rayon Bələdiyyəsindən icarə müqaviləsi əsasında abdlaşdırmaq məqsədi ilə almışdır.
9. Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı qarşı lıqlı iddia ərizəsi, sonradan qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunması, cavabdeh MMC-nin qeyri-qanuni hərəkətləri nəticəsində ona və ailə üzvlərinə dəymiş 269500 manat miqdarında maddi zərərin və 100000 manat miqdarında mənəvi zərərin - ümumilikdə 369500 manat məbləğdə zərərin MMC-dən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh2 qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, qeyd edilən torpaq sahəsində fərdi yaşayış evi 1990-cı ildə inşa olunmuş, torpaq sahəsi Nizami Bələdiyyəsi tərəfindən icarəyə verilmiş, sonradan həmin mənzil və torpaq sahəsi onun tərəfindən faktiki alğı-satqı olunaraq mənzil üçün yaşayış hüququ tanınmış, torpaq sahəsinə dair icarə haqqı onun tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. Mülki Məcəllənin 179.2-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. 1990-cı il tarixdən istifadə olunan fərdi yaşayış evi və onun altındakı, ətrafındakı istifadə olunan əmlakın sahibi odur. Bakı ŞİH başçısının xx.xx.2014-ci il tarixli, 646 saylı və xx.xx.2018-ci il tarixli, 11 saylı sərəncamları o vaxt əsaslı hesab olunur ki, MMC sərəncamlarda qeyd edilənləri - torpaq və əmlakın mülkiyyətçilərinə, istifadəçilərinə, icarəçilərinə sərəncamda qeyd edilən ödənişləri, kompensasiyaları və digər şərtlərlə razılaşsın. Razılaşma olmayan təqdirdə həmin sərəncamların heç bir hüquqi qüvvəsi yoxdur, mülkiyyətçilərə, istifadəçilərə və icarəçil ərə vurulan zərərlər ödənilməlidir. Qeyd edilən fərdi yaşayış evini və torpaq sahəsini o, Cavabdeh1 pulunu nağd verməklə almışdır. Qeyd olunan fərdi yaşayış evində pasport qeydiyyatı olmaqla uzun illərdir ki, qızı X5 və onun ailə üzvləri X8, X6, X7, kürəkəni Əliyev Aslanın anası İsmayılova Əfruzla birlikdə yaşayırlar. Yaşadıqları fərdi yaşayış evində su, elektrik enerjisi və qazdan qanuni sənədləşmə əsasında istifadə olunur. MMC bu ərazidə iş görməyə başlayandan onun torpağı, ərazisi deyərək ərazidə yaşayanları bezdirib. MMC-nin rəhbərliyi ərazini planlaşdırarkən onlarla ötəri olaraq söhbət edərək bildirib ki, onlara məxsus mənzilin və əlavə olaraq mənzilin altındakı, ətrafındakı ümumi 251 kv.m torpaq sahəsinin əvəzinə təmirli üç otaqlı mənzil verəcəklər. Müəyyən vaxt keçdikdən sonra rəh bərlik yeni təklif verərək bildirib ki, onlara təmir olunmamış 84 kv.m mənzil verəcəklər. Onlar rəhbərliyə bildirib ki, bu evdə iki ailə yaşayır, onlara məxsus 113 kv.m mənzil sahəsinin əvəzinə heç olmasa, bir ədəd iki otaqlı, bir ədəd də bir otaqlı mənzil verilsin. MMC-nin nümayəndələri "xxxx" deyib getmişdir. Həmin söhbətdən sonra MMC-nin nümayəndələri bir dəfə də olsa onlarla söhbət etməmiş, əksinə yaşayışlarını zinhara döndərmişdir. Onlar səksəkə içərisində yaşayırlar. Nəvələri qorxudan evə gəlmək istəmirlər. Binadan düşən tikinti qalıqları evlərinin üzərində və həyətdədir. Bina tikilən tərəfdən hasarları sökülüb, gedişgəliş yolları kəsilib, uşaqlar bina tikilən zaman evdə yaşamadılar. Kürəkəninin anası Əfruz İsmayılova qorxudan ürək xəstəliyinə tutulub. Tikilən bina ilə onlara məxsus evlərinin hasarı arasında 2-3 metr məsafə qalıb. Həyətyanı ərazidə əkilən ağacların əksəriyyəti sıradan çıxıb. Sıradan çıxan ağacları yenisi ilə əvəz ediblər. MMC-nin özbaşınalığı nəticəsində fərdi yaşayış evinə, icarə əsasında istifadə etdikləri torpaq sahəsinə və evdə yaşayanlara xeyli zərər dəymişdir. Evdə heç kim yaşamır. Torpaq sahəsi üzərində tikilmiş 113 kv.m-lik mənzil və ətrafındakı əkilmiş ağaclar gərəksiz əşyaya çevrilib, yalnız mənzilə görə ailələrinə 113 x 1500 = 169500 manat maddi zərər dəyib. İstifadə etdiyi 251 kv.m torpaq sahəsinə və yaşıllığa görə ona 100.000 manat maddi zərər dəyib, evi və əkdiyi ağacları mühafizə edən daş hasar MMC tərəfindən dağıdılıb. Fərdi yaşayış evində yaşayanlara dəymiş maddi və mənəvi ziyanı heç nə ilə dəyərləndirmək mümkün deyil. Yalnız kürəkəni nin anasının ürək infarktına tutulması, nəvələrinin, qızının psixologiyasının və əsəblərinin pozulması ən azı 100.000 manatla ölçülə bilər. Evin dam örtüyü yuxarıdan tökülən inşaat materiallarından sıradan çıxıb, bu barədə 102 xidmətinə məlumat verilib. Evlərinin təbii işıqlanması və təbii havalanması yox səviyyəsindədir. Artıq həmin evdə yaşayış qeyri-mümkündür.
11. Birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyində göstərilib ki, Cavabdeh2 sahibliyində və istifadəsində olan ünvan 3 ünvanda olan 1 mərtəbəli yaşayış evi və həmin ünvandakı həyətyanı torpaq sahəsi bütünlüklə MMC-yə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. MMC-yə ayrılmış torpaq sahəsində tikilmiş çoxmərtəbəli yaşayış evinin Cavabdeh2 ona məxsus yaşayış evindən və torpaq sahəsindən istifadəyə maneə yaradıb-yaratmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından sualın həmin hissəsi üzrə tədqiqat aparılmayıb. Baxış zamanı faktiki olaraq Cavabdeh2 istifadəsində olan yaşayış evinə gedən keçid yolunun mövcud olduğu və həmin yolun açıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Lakin fərdi yaşayış evinin həyətyanı sahəsinə digər tərəfdən keçid yolunun bağlanıb-bağlanmaması, həmin evin və həyətyanı sahənin ilkin vəziyyətdə planlı yerləşməsinə dair sənədlər və ya plan-sxem təqdim edildikdən sonra müəyyən oluna bilər. Baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 yaşadığı fərdi yaşayış evi bir mərtəbəli olub, şimaldan uşaq bağçası və keçid yolu ilə, cənubdan MMC tərəf indən inşa edilmiş çoxmərtəbəli yaşayış binası ilə, qərb və şərqdən isə qonşu sahələrlə əhatə olunmuşdur. Yaşayış evinin cənib tərəfə olan hissəsində həyətyanı torpaq sahəsi yerləşir. MMC tərəfindən inşa edilmiş yaşayış binası ilə fərdi yaşayış evinin arasındakı məsafə 11 metr, çoxmərtəbəli yaşayış binası ilə MMC-nə ayrılmış torpaq sahəsinin sərhədinədək olan məsafə 19 metr, çoxmərtəbəli yaşayış binasının hündürlüyü təqribən 50 metrdir. MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binası ilə ona ayrılmış torpaq sahəsinin sərhədinə qədər olan məsafənin 19 metr (şimal tərəfdən) təşkil etdiyini nəzərə alaraq, MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə yaşayış binası inşa edilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu ma ddəsinin 69.4., 69.5. və 69.5.1. bəndlərinin tələblərinə riayət olunmadığı, baxış zamanı tədqiq olunan ərazidə kanalizasiya sularının yığılması üçün ambarın (şambo) olmadığı müəyyən edilmişdir. Cavabdeh2 istifadəsində olan yaşayış sahəsinin tikintisinə nə qədər vəsait xərclənməsi, həmin evin inşası ilə bağlı layihə-smeta sənədləri təqdim edildikdən sonra müəyyən oluna bilər.
12. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-40/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
13. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, Nizami rayonu, Q.Qarayev prospekti 124 saylı binanın yaxınlığında daş hasara alınmış 200 kv.m torpaq sahəsi Cavabdeh1 tərəfindən icarəyə g ötürülsə də, həmin ərazidəki tikilidə Cavabdeh2 yaşayır və torpaq sahəsi hazırda onun tərəfindən istifadə edilir. Sonuncu tərəfindən həmin tikiliyə görə işıq, qaz və su pulu, eyni zamanda bələdiyyə hesabına icarə haqqı ödənilir. Cavabdeh2 artıq uzun müddətdir ki, ailə üzvləri ilə birgə burada yaşayır və həmin tikilidən və torpaq sahəsindən istifadə edir. MMC tərəfindən qanunsuz tikilinin sökülməsi istənilsə də, qanunvericiliyin normalarına əsasən tikili ədalətli balans yaradılaraq pul kompensasiyası verilməklə və ya əvəzində yeni yaşayış sahəsi verilməklə sökülməli, kompensasiya təyin edilərkən tikilinin vəziyyəti və şəraiti nəzərə alınmalıdır.
14. Məhkəmə qeyd etmişdir ki, iş üzrə MMC tərəfindən X1 mövcud tikilisinin qəzalı vəziyyətdə olması sübuta yetirilməmiş, həmin əmlaka görə onunla y eni yaşayış sahəsi və ya pul kompensasiyası verilməsi barədə razılığa gəlinməmiş, məhkəmə gedişatında da belə bir təklif irəli sürülməmiş, məhkəmə tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası tərəfindən isə həmin evin və həyətyanı sahənin ilkin vəziyyətdə planlı yerləşməsinə dair sənədləri və ya plan-sxem təqdim edildikdən sonra onun tikilməsinə çəkilmiş xərclərin müəyyən oluna biləcəyi əsas gətirilərək ekspert rəyi verilməmişdir.
15. Belə olan halda məhkəmə hesab edir ki, mülkiyyətçi olmasa da Mülki Məcəllənin 157.8-ci maddəsinə müvafiq olaraq Cavabdeh2 (Piri) qızı əmlaka sahiblik edən şəxs kimi mülkiyyətçi hüquqları ona da mənsubdur. Ona görə də həmin şəxsin istifadəsində olan tikilinin dəyərinə uyğun məbləğ ödənilmədən onun müsadirə olunması, bir qayda olaraq, əmlaka qe yri-mütənasib müdaxilə hesab olunmalıdır. Kompensasiya şərtləri mübahisələndirilən tədbir üzrə zəruri ədalətli balans yaratdığından, MMC tərəfindən belə bir təklif edilmədən Cavabdeh2 (Piri) qızı və ailə üzvlərinin evsiz qalması ilə nəticələnəcək iddianın irəli sürülməsi əsassız iddia hesab olunmalıdır. Belə olan halda ilkin iddia tələbi təmin edilməməlidir.
16. Məhkəmə eyni zamanda bildirmişdir ki, ilkin iddia üzrə Cavabdeh1 cavabdeh olaraq ona qarşı hazırkı iddianın irəli sürülməsi əsassız olduğundan iddia təmin oluna bilməz. Belə ki, həmin torpaq sahəsi üzrə icarə müqaviləsi Cavabdeh1 tərəfindən bağlanılsa da, həmin ərazidə Cavabdeh2 (Piri) qızı ailə üzvləri ilə birlikdə sonuncudan həmin tikilini satın almaqla orada yaşayır və həmin tikili və torpaq sahəsi onun sahiblik və istifadəsində dir.
17. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi əsasız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında qarşılıqlı iddiaçı mübahisəli əmlakın sökülməsi qarşılığında kompensasiya tələb etmiş, qarşılıqlı iddia ərizəsində 269500 manat miqdarında maddi zərəri kompensasiya olaraq nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, MMC tərəfindən tikilinin sökülərək torpaq sahəsindən çıxarılması üçün yaşayış sahəsi və ya pul kompensasiya təklif olunmaması səbəbindən və qarşılıqlı iddia ilə əlaqəli olan ilkin iddia tələbi rədd edildiyindən, qanunvericiliyə əsasən kompensasiya tələb edilmədən tikilinin sökülməsi nəzərdə tutulmadığından, hər iki tələbi bir-biri ilə qarşılıqlı əlaqədə olduğundan qarşılıqlı iddia tələbi rədd edilməlidir.
18. Məhkəmə mə nəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd etmişdiir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, mənəvi zərər vurulmaya, habelə bu mənəvi zərərin məhz MMC-nin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut t əqdim edə bilməmişdir
19. Məhkəmə eyni zamanda ağacların gərəksiz əşyaya çevrilməsi, oradakı ağacların kəsildiyi dəlili ilə bağlı bildirmişdir ki, Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli məktubu ilə MMC tərəfindən təqdim olunmuş sənədlərə əsasən Bakı ŞİH başçısının xx.xx.2018-ci il tarixli, 61 saylı sərəncamı və razılaşdırılmış layihə əsasında tikinti işlərinin aparıldığı, ərazidə olan ağacların götürülməsi və budanması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019-cu il tarixli, 22/1740 saylı məktubuna əsasən həyata keçirildiyi, sözügedən yaşayış binasının layihəsində dəyişiklik edilərək binanın tikintisinin yerinin dəyişdirildiyi, onlara məxsus hasar, su və kanalizasiya xətlərinin bərpa edildiyi bildiri lmişdir.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə dəfələrlə əmlakın qiymətləndirilməsi, məhkəmə əmtəəşünaslıq, kompleks məhkəmə texniki-əmtəəşünaslıq ekspertizasının təyin olunması qərara alınsa da, sonradan Cavabdeh2 tərəfindən şikayət verildiyindən, ekspertizanın aparılmasından imtina edildiyindən, ekspertizaların aparılması üçün lazımi sənədləri məhkəməyə təqdim etmədiklərindən ekspertiza həyata keçirilə bilməmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə, “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ona aid olan hissədə ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun olmaqla həmçinin göstərilmişdir ki, məhkəmə işə obyektiv baxmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. İlk növbədə qanunsuz iddia tələbi Nizami Rayon Məhkəməsi tərəfindən qaytarılmaq əvəzinə, baxılması 28 ay müddətinə davam etdir ilmişdir. Yüksək mərtəbəli bina tikilib qurtardıqdan sonra bildirilmişdir ki, bina tikilib qurtarıb. Binanın tikintisindən sonra ekspertiza təyin edilmişdir. xx.xx.2021-ci il tarixli 10/4921 nömrəli ekspert rəyinə əsasən mövcud fərdi yaşayış evi ayrıc aktının içərisində yerləşir, mövcud fərdi yaşayış evi ilə yüksəkmərtəbəli binanın ara məsafəsi ekspert tərəfindən düzgün göstərilməsə də, ara məsafəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1.1, 69.1.2, 69.4, 69.5, 69.5.1-ci maddələrinin tələblərinin pozulduğu, yəni həmin maddələrin tələblərinə riayət olunmadığı müəyyən edilir. MMC qanunda və Bakı ŞİH Başçısının sərəncamında qeyd olunduğu kimi onun kompensasiyasını ödəsin, yaxud onu və ailəsini yaşayış sahəsi ilə təmin etsin, sonra ərazidə işlərini aparsın.
24. Ba kı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5585/22 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MMC tərəfindən onun istifadə etdiyi torpaq sahəsinə və yaşıllığa 100000 manat məbləğində maddi zərər vurmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC tərəfindən inşa edilməsi nəzərdə tutulan yaşayış binasının layihəsində dəyişiklik edilərək binanın tikintisinin yeri dəyişdirilmiş, çoxmərtəbəli yaşayış binasının tikintisi başqa yerdə həyata keçirilmişdir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
27. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin mənə vi zərərin ödənilməsi hissəsində haqlı olaraq qeyd etmişdir ki, X3 ona mənəvi zərər vurulması, həmin zərərin məhz "xxxx" MMC-nin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, qarşılıqlı iddia tələbi mənəvi zərərlə bağlı hissədə də təmin edilməməlidir.
28. Məhkəmə gəldiyi nəticəni “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2,157.8, 1096.1,1096.2,1097.1, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh2 (Vəkil2) kasasiya şikayəti verərək apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv edilərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 646 saylı, xx.xx.2014-cü il tarixli sərəncamının 1.1-ci bəndi pozulmuşdur. MMC tərəfindən çoxmənzilli, yüksək mərtəbəli binanın tikintisini həyata keçirərkən Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamına riayət edilməmiş, üzərinə qoyulan vəzifələr yerinə yetirilməmiş, Cavabdeh2 və onun ailə üzvlərinin hüquq və qanuni mənafelərini əsaslı surətdə pozaraq həyətindəki köməkçi tikililəri və hasarın bir hissəsini ona vəsait ödəmədən sökdürmüş, yüksək mərtəbəli binanı cavabdehə aid hasarın 2 metrliyində və mövcud fərdi yaşayış evinin 6 mertliyində inşa etdirmişdi r ki, bununla da yüksək mərtəbəli bina tikilərkən fərdi yaşayış evin dam örtüyü iki dəfə sıradan çıxmışdır, Cavabdeh2 tərəfindən yenidən əsaslı təmir etdirərək dam örtüyü bərpa olunmuşdur.
31. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 8, 9, 10.1, 11.1, 57, 69, 69.4, 69.5, 75.1, 76.1, 76.2, 85.4, 97.1, 99.1, 99.2-ci maddələri pozulmuşdur. MMC-nin tikinti aparılacaq ərazidə öz təşəbbüsü ilə sakinlərə məlumat verib-vermədiyi, yaxın qonşuları dinləyib-dinləmədiyi işə baxan məhkəmələr tərəfindən araşdırılmamışdır və bu barədə heç bir orqan tərəfindən tədbir görülməmişdir. MMC-nin rəhbərliyi öz işçiləri ilə ərazini planlaşdırarkən onların qarşısına çıxaraq cavabdeh tərəfindən deyilmişdir ki, buradakı evlərdə yaşayan insanlardır, yaşlılar, azyaşlı uşaqlar var, bina tikintisi üçün əvvəlcə sakinlərin təhlükəsizliyi təmin olunmalı, ərazidə əkilmiş ağacların, salınmış yaşıllığın qeydiyyatı aparılmalıdır. Yaşıllıqlar sakinlərin istirahət yeridir. İddiaçı MMC-nin işçiləri isə dinləmək istəməyərək tikinti işlərini davam etdirmişlər. İşdə olan ekspert rəyində göstərilmişdir ki, baxış zamanı tədqiq olunan ərazidə kanalizasiya sularının yığılması üçün ambar (şambo) müəyyən edilməmişdir. Bu rəy binanın tikintisinin sanitariya-gigiyena norma və qaydalarına uyğun aparılmadıgını təsdiq edən sübutdur. Şəhərsalma və tikinti fəaliyyəti obyektlərində, xüsusən insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş sosial minimumlar tə min edilməlidir.
32. Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2-ci maddələrinin tələbləri pozulmuşdur. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası çıxardığı qətnamənin 34-cü bəndində qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MMC tərəfindən onun istifadə etdiyi torpaq sahəsinə və yaşıllığa 100000 (bir yüz min) manat məbləğində maddi zərər vurmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı MMC tərəfindən çoxsaylı qanun pozuntuları müqabilində aparılmış tikinti işləri nəticəsində uzun müddətdir ki, dincliyi, istirahəti və yaşayış hüquqları pozulub, evinə rahat gedib-gələ bilməuib, təhlükəlilik baxımınd an şəxsi evində yaşaya bilməyib, iki ilədək kirayə evlərdə yaşayıb, nəvələri qorxudan xəstəlik tapıblar. Həmin vaxtdan etibarən nəvələri psixoloq və nevropotoloq müayinəsindədirlər, qudası Əfruz İsmayılova qorxaraq ürək infarktına tutulub, 6 ay müddətinə müalicə olunub. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli ol duğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Maddə157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
37. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
38. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
39. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
40. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir....
41. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət li olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişik lik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 (Piri) qızı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə, kassasiya şikayətinin dəlilləri üzrə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Kassatorun dəlilləri apelyasiya instansi yası məhkəməsi tərəfindən araşdırlıb qiymət verilmişdir və məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
56. Ara məsafəsi ilə bağlı kassatorun dəlili də məhkəmələr tərəfindən araşdırılmışdır. Ekspertiza yolu ilə müəyyən edilib ki, MMC tərəfindən binanın inşası zamanı ara məsafəsi normalarına riayət olunmayıb. Lakin bununla yanaşı müəyyən edilib ki, MMC tərəfindən inşa edilmiş yaşayış binası ilə fərdi yaşayış evinin arasındakı məsafə 11 metr, çoxmərtəbəli yaşayış binası ilə MMC-nə ayrılmış torpaq sahəsinin sərhədinədək olan məsafə 19 metr təşkil edir.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquq i qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
58. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5585/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.