Məhkəmə qərarları › İş №2(102)-5481/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5481/2022

21.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5481/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi 21.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2(103)4167/2022 saylı qətnaməsindən iddiaçı X verdiyi kassasiya şikayəti üzrə işə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına gör ə, 24 dekabr 2004-cü il tarixdə İddiaçı rəsmi nikah əsasında Cavabdeh1 ailə qurublar və onların birgə nikahından 16 noyabr 2005-ci il tarixdə X14 adlı övladları doğulub. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikahın pozulması, azyaşlı X9 anası İddiaçı yanında saxlanılması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay alimentə görə 60 manat, əlavə xərclərə görə 40 manat, uşaq 3 yaşına çatanadək 20 manat pulun tutulub İddiaçı ödənilməsi qət edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 25 aprel 2008-ci il tarixli qətnaməsi qismən- qətnamənin “B MV-530” markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin 2/3 hissəsinin Cavabdeh1 İddiaçı xeyrinə tutulmasına dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilib, həmin hissədə iddianın qismən təmin edilərək, avtomobilin satışından əldə edilmiş vəsaitin 3/5 hissəsinin- 39.000 ABŞ dollarının ödənildiyi gün milli manata məzənnədə Cavabdeh1 tutulub İddiaçı ödənilməsi, qalan hissədə iddianın rədd, qətnamənin isə dəyişdirilmədən saxlanılması qət edilib. Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “alimentin miqdarının artırılması” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 16 noyabr 2005-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay alimentə görə 160 m anat, əlavə xərclərə görə 10 manat pulun tutulub İddiaçı ödənilməsi, qalan hissədə iddianın rədd olunması qət edilib. 12 mart 2020-ci il tarixdə Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarı ilə borclu Cavabdeh1 barəsində axtarış elan edilib və qərar icra edilməsi üçün Bakı şəhər Baş Pois İdarəsinə göndərilib. 20 avqust 2020-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən, “Mercedes-Benz S-600” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. 08 yanvar 2021-ci il tarixdə Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarı ilə borclu Cavabdeh1 məxsus olan sözügedən avtomobilin üzərinə həbs qoyulub. 10 yanvar 2021-ci il tarixdə Cavabdeh1 sözügedən avtomobil üzərində sürücülük hüququ ol duqda idarə etmək, sərəncam vermək və sair hərəkətləri etməyə dair 21 oktyabr 2021-ci il tarixədək qüvvədə olmaqla X7 adına notarial qaydada təsdiq edilməklə etibarnamə verib. 11 yanvar 2021-ci il tarixdə Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 17 oktyabr 2008-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün borclu Cavabdeh1 məxsus olan Bakı Şəhəri, Nəsimi Rayonu, Kiçik Dəniz küçəsi, 18 saylı evin 01 saylı mənzilinin üzərinə həbs qoyulub və qərar icra edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilib. 12 yanvar 2021-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən X5 Elçin Rafiq oğlunun adından avtomobili 15.000 manata Cavabdeh2 satıb və 12 yanvar 2021-ci il tarixdə avtomobilə dair sonuncunun adın a mülkiyyət hüququ barədə Şəhadətnamə verilib. 12 yanvar 2021-ci il tarixdə Cavabdeh2 sözügedən avtomobil üzərində sürücülük hüququ olduqda idarə etmək, sərəncam vermək və sair hərəkətləri etməyə dair 12 yanvar 2022-ci il tarixədək qüvvədə olmaqla X16 adına notarial qaydada təsdiq edilməklə etibarnamə verib. 03 iyun 2021-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən X18 Cavabdeh2 adından avtomobili X6 və 03 iyun 2021-ci il tarixdə avtomobilə dair sonuncunun adına mülkiyyət hüququ barədə Şəhadətnamə verilib. 03 iyun 2021-ci il tarixdə X1 avtomobil üzərində sürücülük hüququ olduqda idarə etmək, sərəncam vermək və sair hərəkətləri etməyə dair 03 iyun 2022-ci il tarixədək qüvvədə olmaqla X16 adına notarial qaydada təsdiq edilməklə etibarnamə verib. 02 sentyabr 2021-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən Zeynalı Heravı X4 adından avtomobili Maraqlı şəxs satıb və 02 sentyabr 2021-ci il tarixdə avtomobilə dair sonuncunun adına mülkiyyət hüququ barədə Şəhadətnamə verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu ilə Cavabdeh1 arasında “Mercedes Benz S-600” markalı, **-CY-*** dövlət nömrə nişanlı avtomobilin özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilə münasibətdə əvvəlki hüquqi vəziyyətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2021 -ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia təmin edilərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında “Mercedes Benz S-600” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə dair 12 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilə münasibətdə əvvəlki hüquqi vəziyyətin bərpa edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Cavabdeh1 məxsus “Mercedes Benz S-600” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə onun iddiaçı qarşısında illərlə yığılıb qalmış aliment öhdəliklərinin təmin olunması məqsədilə Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 08 yanvar 2021-ci il tarixli qərarı ilə həbs qoyulub. Həmçinin işdə olan alqı-satqı müqaviləsinin bağlanmasına dair məlu matdan göründüyü kimi, qoyulmuş həbsdən dərhal sonra, yəni 12 yanvar 2021-ci il tarixdə Cavabdeh1 mübahisə predmeti olan avtomobili digər Cavabdeh2 satıb. Qeyd olunan alqısatqı müqaviləsinin adı çəkilən müqavilə üzrə “alıcı və satıcı” arasındakı əmlakın həqiqi iradə əsasında özgəninkiləşdirilməsi şübhə altına alınsa da, məhkəmə sözügedən əqdin etibarsızlığının əsasını- mülki münasibətin üçüncü şəxs kimi iddiaçının hüquq və mənafeyinə toxunması səbəbindən müəyyən edilməsini daha məqsədəmüvafiq hesab edir. Çünki, sözügedən alqı-satqı müqaviləsi əslində Cavabdeh1 iddiaçıya olan aliment borcunun həmin avtomobilin dəyəri hesabına ödənilməsinə mane olmaq məqsədilə bağlanıb. Bu səbəbdən də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 6.2, 16.1, 337.2, 33 7.4, 337.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Maraqlı şəxs apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın vicdanlı alıcı kimi onun qanunla qorunan hüquq və vəzifələrinə təsir etdiyinə görə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırıb ki, mübahisəli “Mersedes Benz S-600” markalı avtomobili 02 sentyabr 2021-ci il tarixdə X21 rəsmiləşdirilmiş “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən X2 alıb. O, avtomobili X2 alan və aralarında müqavilə bağlanarkən nəqliyyat vasitəsi barədə bütün məlumatlar orada iştirak edən X22 əməkdaşı tərəfindən hərtərəfli yoxlan ılıb, həmin avtomobilin üzərində həbs olunması barədə məlumatlar aşkar edilməyib. Əgər başqa cür olsa alqı-satqı müqaviləsi rəsmiləşdirilə bilməzdi və alqı-satqı baş tutmazdı. Sözügedən minik avtomobili X10 mülkiyyətində olduğundan o, öz istəyinə uyğun olaraq avtomobili ona satmaqla avtomobil üzərində sərəncam hüququnu qanuna uyğun qaydada həyata keçirib. Avtomobili aldıqdan sonra həmin avtomobil adına dövlət qeydiyyatına alındığına və bu barədə adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verildiyinə görə, o həmin avtomobilə dövlət tərəfindən tanınan və qorunan mülkiyyət əldə edib. Göründüyü kimi, sözügedən avtomobili alqı-satqı şərtlərinə uyğun olaraq qanuni yolla əldə etdiyinə görə, habelə avtomobili alqısatqı müqaviləsinə əsasən aldığı vaxt avtomobilin yüklü olmasını, yəni üzəri nə həbs qoyulmasını bilmədiyindən vicdanlı alıcı hesab olunur. Alqı-satqı müqaviləsi bağlanan zaman alqı-satqı müqaviləsində iştirak etmiş X22 əməkdaşının əldə etdiyi məlumatlardan görünür ki, 12 yanvar 2021-ci il tarixdə Cavabdeh2 satılmış mübahisə predmeti olan sözügedən minik avtomobili 2021-ci ilin iyul ayında alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən X3. Bundan sonra həmin avtomobil onun adına qeydə alınaraq adına nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi verilib və X15 02 sentyabr 2021-ci il tarixdə həmin avtomobili alqı-satqı müqaviləsinə əsasən ona satıb. Bundan sonra, həmin avtomobil müvafiq dövlət orqanında onun adına qeydə alınıb, adına nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi, avtomobilə isə yeni dövlət nömrə nişanı verilib. Göründüyü kimi, o, alıcı kimi həmi n avtomobili alqı-satqı şərtlərinə tam əməl etməklə aldığından, alqısatqı müqaviləsi imzalanan zaman avtomobilin yüklülüyü barədə məlumatlar aşkar edilmədiyindən, həmin avtomobili aldığı zaman alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə iddianın olmasından, avtomobilin üzərinə həbs qoyulması və iş üzrə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında sözügedən minik avtomobilini özgəninkiləşdirilməsinə dair 12 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmənin qətnaməsininin olmasından xəbəri olmadığından vicdanlı alıcı hesab olunur. Vicdanlı alıcı olaraq avtomobilin mülkiyyətçisi kimi tanınmalı və həmin avtomobilə əmlak hüquqları təmin edilməlidir. İşə birinci instansiya məhkəməsində baxılarkən Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin məhkəmə nin 08 yanvar 2021-ci il tarixli qərardadının icrası həvalə edilmiş icra məmuru tərəfindən mübahisə predmeti olan avtomobilin üzərinə həbs qoyulması barədə qərardadı icraata qəbul edildikdən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalı olduğu halda, buna əməl edilməyib. İşə birinci instansiya məhkəməsində baxılarkən, çox güman ki, məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, 08 yanvar 2021-ci il tarixdə həmin avtomobilin üzərinə həbs qoyulub. İşə baxan məhkəmə çox səthi araşdırma aparıb, işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını dəqiq müəyyən etməyib, yalnız məhkəməyə təqdim olunmuş sübutları, yəni Nəsimi Rayon İcra və Probasiyası Şöbəsinin arayışını və Yol Polisinin məktubuna əlavə olunmuş müqaviləni tədqiq etməklə kifayətlənib, sözügedən avtomobilin üzərinə həbs qoyulduqdan və bu barədə icra məmuru tərəfindən “Elektron hökumət” portalında müvafiq qeyd aparıldıqdan sonra həmin avtomobilin hansı yolla və qaydada özgəninkiləşdirilməsinə münasibət bildirməyib və buna hüquqi qiymət verməyib. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi vicdanlı alıcı kimi onun hüquq və vəzifələrinə toxunduğu üçün sözügedən qətnamədən apellyasiya şikayəti verməkdə haqlıdır və buna yuxarıda göstərdiyi kimi işin hallarına görə subyektiv hüququ vardır. Birinci instansiya məhkəməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında sözügedən minik avtomobilini özgəninkiləşdirilməsinə dair 12 yanvar 2021-ci il tarixli alqısatqı müqaviləsinin uydurma əqd olmasını iddia etməsinə tənqidi yanaşmayıb, buna münasibət bildirməyib, buna və işdə Cavabdeh2 iş üzrə hansı əsaslarla cavabdeh qismində cəlb olunmasına və avtomobilin üzərinə həbs qoyulmasını bilib-bilmədiyi aydınlaşdırılmadan bu işdə cavabdehliyinin nədən ibarət olmasına qiymət verməyib. Cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin avtomobilə münasibətdə əvvəlki hüquqi vəziyyətin bərpa edilməsi sözügedən avtomobilin üzərinə həbs qoyulması barədə icra məmuru tərəfindən “Elektron hökumət” portalında müvafiq qeyd aparılmadığından, Cavabdeh2, eləcədə ondan sonra həmin avtomobili alan şəxsin və onun bu barədə məlumatlı olmaları mülki iş materilları ilə istisna edilir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fua d Talışınski sədrlik edən, məruzəçi, Qürbət Əsgərov və Azad İmanov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 08 yanvar 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 məxsus olmuş “Mercedes Benz S-600” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına və alqı-satqı müqaviləsinin adı çəkilən müqavilə üzrə “alıcı və satıcı” arasında avtomobilin həqiqi iradə əsasında özgəninkiləşdirilməsini şübhə altına alsa da, əqdin etibarsızlığının əsasını- mülki münasibətin üçüncü şəxs kimi iddiaçını n hüquq və mənafeyinə toxunması səbəbindən müəyyən edilməsini daha məqsədəmüvafiq hesab edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslandırmayıb. Avtomobilin həqiqi niyyətlə satılması, müqavilənin forma baxımından qanunvericiliyin tələblərinə əməl edilməsi, əqdin (əhəmiyyətsizliyi) etibarsızlığı və ya onun uydurma olması, ələlxüsus nəqliyyat vasitəsinin özgəninkiləşdirildiyi zaman X21 məhdudiyyətin mövcudluğu və digər diqqətəlayiq hallar barədə xüsusatları lazımi qaydada araşdırmayıb. Bundan əlavə, məhkəmə sübutların dayanaqlığına və təkzibedilməzliyinə müvafiq mübahisə edilən əqdin qanunvericiklə müəyyən edilməli olan dispozitiv uyğunluğunun müəyyən edilməsinə dair, sübut növü və ya vəsatət kimi təqdim edilməyən, X21 avtomobilin üzərində həbsin mövcudluğu barədə qeydiyyatların olub-olmamasını, habelə icra məmurunun vəzifəsinə aid hərəkətləri dəyərləndirmədən mütləq nəticəni ehtimal edilən əsaslarla müəyyən etməyə uğursuz cəhdlər edib. Etibarsızlığın hüquqi nəticələrinə görə də hazırki iddia təmin edildiyindən və ilkin vəziyyətin bərpası üzrə daşınar əmlakın qaytarılması bilavasitə nəqliyyat vasitəsinə sahiblik edən Maraqlı şəxs mənafelərinə zidd olduğundan, iddianın təmin edilməsi sonuncunun avtomobilə olan mülkiyyət hüququnu pozur. Beləliklə, tələbin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı pozuntuların mövcudluğu hazırki iddianın təmin edilməsini mümkünsüz edərək apellyasiya şikayətinin təmin edilməsinə əsas yaradır. Apellyasiya instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 9.3, 77.1, 78.1 və 217-ci maddələrinin və digər maddi, prosessual h üquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, mübahisəli avtomobili satın alarkən Maraqlı şəxs avtomobilin üzərində həbsin olduğunu bilib. Belə ki, Maraqlı şəxs avtomobilin üzərində həbsin olmasını bilməsi məhkəmə iclasında X adlı şəxsin etiraf etməsi, habelə məhkəmə iclasının audio-video yazısına dair disklə təsdiq olunur. Həmin diski məhkəməyə sübut kimi təqdim etsə də, məhkəmə həmin sübuta baxış ke çirməyib və ümumiyyətlə həmin sübutu nəzərə almayıb. Halbu ki, Maraqlı şəxs qətnamədən verdiyi apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, nəqliyyat vasitəsini X adlı şəxsdən əldə edərkən onun üzərində həbsin olmasını bilməyib və avtomobili vicdanlı əldə edib. Birinci instansiya məhkəməsi öz qətnaməsində tam əsaslı olaraq göstərmişdir ki, işə əlavə edilmiş sənədlərin tədqiqi zamanı müəyyən olunmuşdur ki, digər əmlakları ilə bərabər, borclu Cavabdeh1 məxsus sözügedən avtomobilin üzərinə onun qarşısında illərlə yığılıb qalmış aliment öhdəliklərinin təmin olunması məqsədilə Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 08 yanvar 2021-ci il tarixli qərarı ilə həbs qoyulub. Həmçinin işdə olan alqı-satqı müqaviləsinin bağlanmasına dair məlumatdan göründüyü kimi, qoyulmuş həbsdən dər hal sonra, yəni, 12 yanvar 2021-ci il tarixdə Cavabdeh1 mübahisə predmeti olan avtomobili digər Cavabdeh2 satıb. Qeyd olunan alqı-satqı müqaviləsinin adı çəkilən müqavilə üzrə “alıcı və satıcı” arasında avtomobili həqiqi iradə əsasında özgəninkiləşdirmələrini şübhə altına alsa da, məhkəmə sözügedən əqdin etibarsızlığının əsasını mülki münasibətin üçüncü şəxs kimi iddiaçının hüquq və mənafeyinə toxunması səbəbindən müəyyən edilməsini daha məqsədəmüvafiq hesab edir. Nədənsə apellyasiya instansiya məhkəməsi işin bu hallarını da nəzərə almayıb və nəticədə iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edib Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Maraqlı şəxs etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir; 181.2-ci maddəsinə görə, əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi; 181.4-cü maddəsinə əsasən, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər; 182.1-ci maddəsinə görə, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır; 182.2-ci maddəsinə görə, daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri h üdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və alıcı Cavabdeh2 vicdanlı əldə edən sayılmadığını göstərs ə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 08 yanvar 2021-ci il tarixli qərarı ilə iddiaçıya olan borcun ödənilməsi üçün borclu Cavabdeh1 məxsus olmuş “MercedesBenz S-600” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulduğunu əsas tutub, həmin avtomobilə dair sonuncu ilə Cavabdeh2 arasında bağlanmış 12 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə “alıcı və satıcı” arasında həmin avtomobilin həqiqi iradə əsasında özgəninkiləşdirilməsini şübhə altına alıb, əqdin etibarsızlığının əsasını- mülki münasibətin üçüncü şəxs kimi iddiaçının hüquq və mənafeyinə toxunması səbəbindən müəyyən edilməsini daha məqsədəmüvafiq hesab etməklə səhv nəticəyə gəlib. Belə ki, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsinin, müqavilə üzrə tərəflərin iradəsini ifadə etməsi, alqı-satqı müqaviləsinin forma baxımından qanunvericiliyin tələblərinə əməl etməklə bağlanması mülki iş materialları ilə istisna edilmir. Habelə, iddiaçının tələbinə əsasən həmin alqı-satqı müqaviləsinin etibarsızlığı (əhəmiyyətsizliyi) üçün əsasların olması, alqı-satqı müqaviləsinin uydurma əqd olmaqla ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanması və avtomobilin özgəninkiləşdirilməsi zamanı onun üzərində məhdudiyyətin, yüklülüyün olmasına dair X21 hər hansı məlumatın, qeydiyyatın olması və sair hallarla bağlı xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmayıb. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə mübahisəli “Mercedes-Benz S-600” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobil borclu Cavabdeh1 ayrıca mülkiyyətində olub. Həmin avtomobili borclu Cavabdeh1 12 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2, o da 03 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6, sonuncu isə öz növbəsində 02 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs satıb. Hazırda 02 sentyabr 2021-ci il tarixli Şəhadətnaməyə əsasən avtomobil Maraqlı şəxs mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 08 yanvar 2021-ci il tarixli qərarı ilə iddiaçıya olan borcun ödənilməsi üçün borclu Cavabdeh1 məxs us olan sözügedən avtomobilin üzərinə həbs qoyulsa da, icra məmuru tərəfindən vaxtında “Elektron hökumət” portalında müvafiq qeydiyyat aparılmadığından, avtomobilə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsini sonradan iddiaçının mübahisələndirməsindən və avtomobilin üzərinə həbsin qoyulmasından nə Yol Polisinin, nə də Cavabdeh2, X15 və Maraqlı şəxs məlumatları olmayıb. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli avtomobilə dair cavabdehlər arasında bağlanmış sözügedən alqı-satqı müqaviləsinin uydurma əqd olması, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanması, habelə alqı-satqı müqaviləsinin bağlanması zamanı həmin avtomobilin üzərində daşınar əmlakın dövlət reyestrində hər hansı məhdudiyyət in, yüklülüyün olması, mülki iş materialları ilə təsdiq edilmədiyindən, başqa sözlə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayıldığından və bu fakt barədə həm Cavabdeh2, həm də X15 və Maraqlı şəxs vicdanlı əldə edən sayıldıqlarından, iddia təmin edilərək avtomobilin özgəninkiləşdirilməsinə dair sözügedən alqı-satqı müqaviləsi etibarsız sayıla və avtomobilə münasibətdə əvvəlki hüquqi vəziyyət bərpa edilə bilməz. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçının iddia ərizəsi ilə eyni məzmunlu olan kassasiya şikayətində göstərdiyi, yəni sözügedən avtomobilin üzərində həbsin olması və cavabdehlərin bunu bilməsi və onların vicdanlı əldə edən sayılmamaları barədə dəlilləri mülki iş materia lları ilə istisna edildiyindən, iddianı rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və məhkəmənin gəldiyi nəticə Mülki Məcəllənin 140, 182.1, 340.1-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, sözügedən normaların mənasına görə, əldə edən o, halda vicdanlı əldə edən sayılmaya bilər ki, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığını bilsin və ya bilməli olsun, habelə vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmasın. Hazırki işdə isə qeyd olunan hallar istisna olunur və Cavabdeh2 mübahisəli avtomobilə dair alqı-satqı müqaviləsini reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına güvənərək bağlayıb və avtomobili əvəzli şəkildə, yəni digər Cavabdeh1 15.000 manat ödəməklə satın alıb. Ona görə də iddiaçının kassasiya şikayətində göstəridiyi də lillər əsaslı sayıla bilməz. Bundan başqa, işin mübahisə olunmayan digər halına görə borclu Cavabdeh1 iddiaçıya həqiqətən borcu vardır və borcun ödənilməsini təmin etmək üçün icra məmurunun 11 yanvar 2021-ci il tarixli qərarı ilə həm də ona məxsus olan Bakı Şəhəri, Nəsimi Rayonu, Kiçik Dəniz küçəsi, 18 saylı evin 01 saylı mənzilinin üzərinə həbs qoyulub. Belə olan halda borclu Cavabdeh1 iddiaçıya olan borcu qanunla müəyyən edilmiş qaydada həmin mənzilin dəyəri hesabına da ödənilə bilər. Beləliklə, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsində göstərdiyi digər dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri tək rar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2(103)-4167/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar