Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5488/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkilım oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-535/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarix li qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Torpağa mülkiyyət hüququna dair JN-218, kod 90600028 saylı Dövlət aktından görünür ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində Kürdəmir rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3,60 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Aran regional X5 İdarəsinin tərtib etdiyi 28 iyun 2019-cu il tarixli Yanğın Aktından görünür ki, 21.06.2019-cu il tarixdə Kürdəmir rayonu Pirili kəndində İddiaçı və X1 məxsus yonca və taxıl sahələrində yanğın baş vermiş, yanğın nəticəsində həmin şəxslərə zyan d əymiş, hadisə yerinə keçirilən baxışın nəticələrinə görə, sahə sahiblərinin verdiyi izahata və ərizələrə əsasən yanğına səbəb sahələrin mərkəzində yerləşən 10 kv-luq elektrik dirəklərinin aşaraq sahəyə düşməsi olmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X7 İnkişaf Mərkəzinin, Kürdəmir rayon İHB-nın Pirili Kənd İƏD üzrə nümayəndəsinin, X3 iştirakı ilə tərtib edilmiş 27 iyun 2019-cu il tarixdə tərtib olunmuş akta əsasən 3 hektar yonca sahəsinin yanması nəticəsində mülkiyyətçiyə 12.575 manat maddi ziyan dəydiyi, aktda göstərilən qeydə əsasən əkin sahəsindəki yanğının torpaq sahəsinin münbitliyini kəskin şəkildə azalmasına gətirib çıxardığından növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığının 20-30 % azalması nəticəsində Kürdəmir DAİM-in Bitkiçilik sektoru nun müdirinin rəyinə əsasən 12.575 manat maddi ziyanın 30% miqdarında 3.825 manat əlavə ziyan dəydiyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X7 İnkişaf Mərkəzinin 12 noyabr 2019-cu il tarixli 244 saylı arayışına əsasən ümumilikdə, İddiaçı 16.400 manat məbləğində maddi ziyan dəydiyi göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.575 manat ziyanın, 1200 manat xərcin, cəmi 13775 manatın cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 16400 manat maddi ziyan, 1200 manat xərcin, cəmi 17.600 manat ziyanın cavabdeh "xxxx" ASC-dən onun xeyri nə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavəni onunla əsaslandırmışdır ki, Kürdəmir rayonu Pirili kənd sakinidir. 21 iyun 2019-cu il tarixdə saat 15:02 radələrində ona məxsus pay torpaq sahəsinin içərisindən keçən, Pirili kəndini elektrik enerjisi ilə təmin edən Aran RETS-nin Kürdəmir rayon Elektrik Şəbəkəsinin balansında olan yüksək gərginlikli xətlərini saxlayan dirəklərin aşması nəticəsində yanğın qeydə alınmışdır. Hadisədən xəbər tutan kimi yanğın mühafizə xidmətinin qaynar xəttinə müraciət edilmişdir. Yanğınsöndürənlər hadisə yerinə gələnə kimi pay torpağının 3,0 ha toxuma saxlanılmış yonca sahəsi elektrik dirəyinin aşması və qısaqapanma nəticəsində yanaraq məhv olmuşdur. Kürdəmir rayon X8 Mərkəzinin 27 iyun 2019-cu il aktına əsasən on a dəymiş ziyan 12.575 manat müəyyənləşdirilmişdir. Yonca bitkisi çox illik bitkidir. Həmin sahənin məhv olması səbəbi ilə kənd təsərrüfatı idarəsinin bir mövsüm üçün müəyyənləşdirdiyi 12.575 manatdan çox ziyan dəymişdir, həmçinin məhsuldarlıq 30 % azaldığına görə ona əlavə olaraq 3.825 manat ziyan dəymişdir. Əlavə olaraq məhkəmələrdə iştirak etmək üçün gediş-gəliş və Bakıda qalmaq üçün çıxan xərclər ümumilikdə 1.200 manat nəzərdə tutur. Ona dəymiş ümumi ziyanın 17.600 manat olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2020ci il tarixli 759 saylı rəyi ilə müəyyən edilmişdir ki: Kürdəmir rayonu Pirili kəndində İddiaçı məxsus sahədə və X1 məxsus sahədə yanğının mənbəyini və yayılma istiqamətini müəyyən etmək mümkün olmadı. Məlu matlardan göründüyü kimi, yanğının hər iki sahədə, yəni bir-birindən 50 m ara məsafədə eyni vaxtda baş verdiyini və həmin sahələrdə isə 10 kv-luq hava elektrik xəttinin dirəyinin aşdığını, eləcə də müəyyən edildiyi kimi, taxta materialdan olan dirəklərin çürümüş, bir hissəsinin qopmuş, əyilmiş vəziyyətdə olduğunu, həmçinin də materiala əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi dirəyin sındığı hissədə demək olar ki, termiki təsir izlərinin olmadığını, o cümlədən də analoji halın, yəni hadisədən əvvəl də, həmin sahələrdən birinə elektrik dirəyinin aşaraq yanğın törətdiyini nəzərə alaraq, yanğının elektrik dirəyinin torpaq səthi üzərinə aşması zamanı xətlərin bir-birinə dəyməsi nəticəsində yaranmış elektrik qəza (qısa qapanma) halından atılan qığılcımların quru otların üzərinə düşməsində n baş verməsi mümkündür. Belə olan halda, baş vermiş hadisə ilə əlaqədar “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları”nın 5.7.1, 5.7.5, 5.7.18, 5.7.19-cu bəndlərinin tələbləri, rayon Elektrik Şəbəkəsinin Baş mühəndisinin vəzifə təlimatının 13; 16-cı bəndlərinin tələbləri və rayon Elektrik Şəbəkəsinin aparıcı mühəndisinin vəzifə təlimatının 16, 17-ci bəndlərinin tələbləri pozulmuşdur. Kürdəmir rayonu Pirili kəndi ərazisində yerləşən hadisə baş vermiş elektrik dirəklərinə texniki xidmət göstərilməsi məqsədilə vaxtaşırı baxışlar keçirilməklə profilaktik yoxlama və ölçmələr aparılması, HX-nin elementlərinin vaxtından əvvəl aşınmasının qarşısının alınması, ağac dayaqlarının detallarının çürümə dərəcəsi aşkar edilməklə nasazlıq və qüsurların aradan qaldırılması ilə əlaqədar təşkilati tədbirlər görülmədiyinə görə, “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları”nın 5.7.1, 5.7.5, 5.7.18, 5.7.19-cu bəndlərinin tələbləri Kürdəmir rayon elektrik şəbəkəsinin rəisi tərəfindən pozulmuşdur. -Kürdəmir rayonu Pirili kəndi ərazisində yerləşən hadisə baş vermiş elektrik dirəklərinə texniki xidmət göstərilməsi məqsədilə vaxtaşırı baxışlar keçirilməklə profilaktik yoxlama və ölçmələr aparılması, HX-nin elementlərinin vaxtından əvvəl aşınmasının qarşısının alınması, ağac dayaqlarının detallarının çürümə dərəcəsi aşkar edilməklə nasazlıq və qüsurların aradan qaldırılması ilə əlaqədar təşkilati tədbirlər görülmədiyinə görə, “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları”nın 5.7.1, 5.7.5, 5.7.18, 5.7.19-cu bəndlərinin tələbləri, Kürdəmir rayon Elektrik Şəbəkəsinin Baş mühəndisinin vəzifə təlimatının 13; 16-cı bəndlərinin tələbləri və rayon Elektrik Şəbəkəsinin aparıcı mühəndisinin vəzifə təlimatının 16, 17-ci bəndlərinin tələbləri Kürdəmir rayon Elektrik Şəbəkəsinin baş mühəndisi və aparıcı mühəndisi tərəfindən pozulmuşdur. Bununla yanaşı, yol verilmiş pozulmaları aradan qaldırmaq məqsədi ilə aşağıdakı profilaktik tövsiyələr təklif olunur: - elektrik hava xətlərinin (HX) istismarı zamanı, onların etibarlı işlənməsini təmin etmək üçün, texniki xidmət və təmirlər aparılmalıdır; - profilaktik yoxlama və ölçmələr aparılmaqla, nasazlıq və qüsurlar aradan qaldırılmaqla HXnin elementlərinin vaxtından əvvəl aşınmasının qarşısı alınmalıdır; - yoxlamalar zamanı ağac dayaqlarının detallarının çürümə dərəcəsi müəyyən edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) 2(006)-473/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək, vurulmuş maddi zərərə görə cavabdehdən 16.400 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus sahədə baş vermiş yanğın hadisəsi elektrik dirəyinin torpaq səthi üzərinə aşması zamanı xətlərin bir-birinə dəyməsi nəticəsində yaranmış elektrik qəza (qısa qapanma) halından atılan qığılcımların quru otların üzərinə düşməsindən baş vermişdir. Bunu həm yanğın aktı, həm də ekspert rəyi təsdiq edir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş maddi ziyan 16.400 manat həddindədir. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərr üfatı Nazirliyinin X7 İnkişaf Mərkəzinin 12 noyabr 2019-cu il tarixli 244 saylı arayışından görünür ki, 27 iyun 2019-cu il tarixdə İddiaçı məxsus 3,65 ha torpaq sahəsində yüksək gərginlikli elektrik xətlərinin dirəklərinin qırılması nəticəsində toxum üçün saxlanılmış 3,00 ha yonca sahəsində yanğın baş vermişdir. 27 iyun 2019-cu il tarixdə tərtib olunmuş akta əsasən 12.575 manat, aktda göstərilən qeydə əsasən əkin sahələrinin yandırılması və növbəti ildə həmin sahədə becəriləcək bitkilərin 20-30 % azalması barədə rəyə əsasən 3.825 manat əlavə ziyan dəymişdir. Ümumilikdə, İddiaçı 16.400 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı ona daha artıq maddi ziyan vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, yanğınla bağlı ekspert rəyində qeyd edilənlər fərziyyə olaraq irəli sürülmüşdür, nə yanğın aktında, nə də ekspertiza rəyində yanğının əhatə etdiyi sahəni müəyyən etmək mümkün deyil, ziyanın hesablanması barədə rəydə iddiaçıya 12575 manat ziyan dəydiyi, məhsuldarlığın 30% azaldığına görə 12575 manatın 30% həcmində 3825 manat əlavə ziyan dəydiyi göstərilir, halbuki həmin məbləğ 3772,5 manat təşkil edir, məhkəmə isə bu açıq hesab səhvinə diqqət yetirməmişdir rayon məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual normaların tətbiqində səhvə yol vermiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir Apelyasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2021-ci il tarixli, 9/4695 saylı rəyinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X7 İnkişaf Mərkəzinin 12 noyabr 2019-cu il tarixli 244 saylı arayışına əsasən, 21 iyun 2019-cu il tarixdə İddiaçı məxsus 3,65 ha torpaq sahəsinin yanması ilə 12.575 manat, aktda göstərilən qeydə əsasən əkin sahələrinin yandırılması və növ bəti ildə həmin sahədə becəriləcək bitkilərin 20-30 % azalması barədə rəyə əsasən 3.825 manat əlavə ziyan dəyməsi, ümumilikdə, İddiaçı 16.400 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Anar Tanrıverdiyev və Tofiq Səmədov) 21 aprel 2021-ci il tarixli 2(103)-535/2021 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilmişdir. Apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili yanğın hadisənin baş verməsi ilə bağlı onun təqsirinin sübut edilməməsi ilə bağlıdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası FHN DYMX-nin Kürdəmir rayon X4 Hissəsinin 24 iyun 2019-cu il tarixli arayışına və 28 iyun 2019-cu il tarixli yanğın aktına istinadən qeyd etmişdir ki, yanğın hadisəsi çürümüş elektrik dirəklərinin aşması və bu zaman xətlərin bir-birinə dəyməsi nəticəsində yaranmış elektrik qəza (qısa qapanma) halından atılan qığılcımların quru otların üzərinə düşməsi nəticəsində baş vermişdir. Bunu həm yanğın aktı, həm də ekspert rəyi təsdiq edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi maddi ziyanın şişirdildiyini də qeyd etmişdir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmənin 07.10.2020-ci il tarixli qərardadı ilə yanğın nəticəsində dəymiş maddi ziyanın hesablanması üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ziyan məbləği 16400 manat müəyyən edilmişdir. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin icraatı iştirakçılarının İzahatları və ona etirazın dəlilləri, məhkəm ə Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2019cu il tarixli 18607 saylı ekspert rəyində və 14 fevral 2020-ci il tarixli rəyində yanğının mənbəyini və yayılma istiqamətini müəyyən etməyin mümkün olmadığı qeyd edilərək, yanğının elektrik dirəyinin aşaraq torpaq səthi üzərinə aşması zamanı xətlərin bir-birinə dəyməsi nəticəsində yaranmış elektrik qəza (qısa qapanma) halında qığılcımların quru otların üzərinə düşməsı nəticəsində baş verməsi mümkün olması ehtimal edilmişdir. Aşmış elektrik dirəyinin torpaq səthinə aşması ilə baş vermiş yanğın hadisəsi arasında hər hansı səbəb nəticə əlaqəsinin olması öz əksini tapmamış və məhkə mə bu hallara lazimi hüquqi qiymət verməmiş, ekspert rəylərində və baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası FHN-nin X6 Xidmətinin Aran Regional Dövlət Yanğın İdarəsinin 28 iyim 2019-cu il tarixli yanğın aktında baş vermiş yanğının nə qədər sahəni əhatə etdiyi qeyd edilməmişdir. Lakin məhkəmə qeyd edilən halları araşdırmamış və adı çəkilən ekspert rəylərinin və yanğın aktını mötəbər sübut kimi qiymətləndirilmişdir. Kürdəmir DAİM-nin Bitkiçilik sektorunun müdiri Q,Şükürov tərəfindən tərtib edilmiş rəydə yanğından sonra becəriləcək bitkilərin məhsuldarlığnm 20-30% azalmasını nəzərə alaraq 12.575 manat məbləğin 30% miqdarında 3825 manat əlavə ziyanın hesablandığı qeyd edilmişdir. Lakin riyazi hesablamalara əsasən 12.575 manatın 30%-i 3825 deyil, 3772,5 manat təşkil edir. Apellyasi ya instansiyası məhkəməsi qeyd edilən halları tam, hərtərəfli araşdırmamış, sübutların qiymətləndirilməsini düzgün aparmamış və bu hal öz növbəsində məhkəmə tərəfindən əsassız qətnamənin çıxarılmasına səbəb olmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vur ulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəs ində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri v ə ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiya sı məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya m əhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayəti əsasında qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinin məzmunundan görünür ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şər tlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən cavabdeh yalnız bu zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirdiyi halda, məsuliyyət daşımır. Cavabdeh isə bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, yanğın hadisəsi çürümüş elektrik dirəklərinin aşması və bu zaman xətlərin bir-birinə dəyməsi nəticəsində yaranmış elektrik qəza (qısa qapanma) halından atılan qığılcımların quru otların üzərinə düşməsi nəticəsində baş vermişdir. Bunu həm yanğın aktı, həm də ekspert rəyi təsdiq edir. Kassasiya şikayətinin maddi ziyanın düzgün hesablanmaması və açıq hesab səhvinə yo l verilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ziyan məbləği müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X7 İnkişaf Mərkəzinin 12 noyabr 2019-cu il tarixli 244 saylı arayışına əsaslanmaqla, 3 ha yonca sahəsinin yanması nəticəsində 12.575 manat, yanğının əkin sahəsinin məhsuldarlığını azaltdığına görə növbəti il həmin sahədə becəriləcək bitkilərin 30% məhsuldarlığının azalmasına görə 12.575 manatın 30% olan 3.825 manat əlavə ziyanın dəyməsi, cəmi 16.400 manat ziyan məbləği müəyyən edilmişdir. Lakin nə birinci instansiya məhkəməsi, nə ekspert, nə də apellyasiya şikayətində göstərilməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi 30% məhsuldarlığının azalmasına görə 12.575 manatın 30% olan məbləğin 38 25 manat deyil, 3772,5 manat təşkil etməsini, X7 İnkişaf Mərkəzinin 12 noyabr 2019-cu il tarixli 244 saylı arayışında və həmin arayışın əsaslandığı rəydə açıq hesab səhvinə yol verildiyinə diqqət etməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi vurulmuş ziyanın məbləği hissəsində dəyişdirilməli, vurulmuş ziyan 16.347,5 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi- qismən- cavabdeh "xxxx" ASC-dən 16400 manat məbləğində maddi ziyanın tutulması hissəsində dəyişdirilməli, cavabdeh "xxxx" ASC-nin tutulmalı olan maddi ziyanın məbləği 16347,5 manat müəyyən edilməlidir, qətnamə qalan hissədə dəyişdirilmədən sa xlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-535/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi - cavabdeh "xxxx" ASC-dən 16400 manat məbləğində maddi ziyanın tutulması hissəsində dəyişdirilsin. Cavabdeh "xxxx" ASC-nin tutulmalı olan maddi ziyanın məbləği 16347,5 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5488/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5488/2021
15.11.2021 · Sair mülki iş - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver