Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5490/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağa Əli qızının cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5490/21 (Açar sözlər: vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi və pay bölgüsü, məhkəmənin prosessual vəzifələri, kassasiya instansiyasının qərarında şərh edilən göstərişlərə əməl edilməməsi) Bakı şəhəri, 29 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruz əçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 Ağa Əli qızı və onların vəkili Vəkil1, cavabdeh Məmmədov X27 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağa Əli qızının cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mirasın faktiki qəbul edilməsi, vərəsəlik şəhadətnaməsi və çıxarışın etibarsız sayılması, mirasda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4956/2021 nömrəli 18.06.2021-ci il tarixli qətnaməsindən iddiaçıların və cavabdeh Cavabdeh1 verdikləri kassasiya şikayətlərinə 29 noyabr 2021-ci il tar ixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.06 kv.m olan 2 saylı fərdi yaşayış evi 29.12.1984-cü il tarixli bağışlama müqaviləsinə əsasən X26 adına qeydiyyatdan keçmişdir. X30 və Rəfiqə Məmmədova 06.10.1960-cı il tarixdə nikaha daxil olmuşlar. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh1 onların övladlarıdır.
2. X30 13.08.2007-ci il tarixdə tərtib etdiyi, 17 saylı dövlət notariat kontorunda təsdiq olunan və reyestrdə 2V-46 nömrə ilə qeyd olunan vəsiyyətnamə ilə sözügedən evi Cavabdeh1 vəsiyyət etmişdir. X30 20.02.2008-ci il tarixdə, Rəfiqə Məmmədova isə 22.07.2008-ci il tarixdə vəfat etmişlər.
3. Cavabdeh1 həmin vəsiyyətnamə əsasında evə dair 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzin in notariat kontorundan 22 iyun 2018-ci il tarixli "vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə almış və qeyd olunan evi 18.07.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyatdan keçirmişdir.
4. Mübahisə vərəsələr arasında miras əmlaka hüquqlarının olması ilə bağlı yaranmışdır. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar Sabunçu rayon Məhkəməsinə cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, mərhum X11 və mərhum X1 miras qalan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m. olan 2 saylı fərdi yaşayış evinin qanun üzrə vərəsələr olan iddiaçılar tərəfindən faktiki qəbul o lunmasının müəyyən edilməsi, miras əmlakdan Cavabdeh1 tam hissədə pay almalı olması barədə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun 22.06.2018-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab olunması, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sözügedən fərdi yaşayış evinin Cavabdeh1 adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv olunması, evin qanun üzrə vərəsələr olan iddiaçılar arasında miras əmlak kimi 1/3 hissədə olmaqla bərabər paylarla bölünməsi və iddiaçıların hər birinin həmin fərdi yaşayış evinə 1/3 hissədə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddia tələbi belə əsaslandırılıb ki, mərhum X8 və mərhum X3 rəsmi nikahından 4 övladları olmuşdur: İddiaçı1, Cavabdeh1, İddiaçı3 və Məmmədova (hazırda Manafova) Həqiqət Ağa Əli qızı. X12 20 fevral 2008-ci ildə, X7 isə 22 iyul 2008-ci ildə vəfat etmişdir.
7. X8 mülkiyyətində ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 121.2 kv.m olan 2 saylı yaşayış evi olmuşdur. O, həmin fərdi yaşayış evini 13 avqust 2007-ci il tarixli vəsiyyətnamə ilə Cavabdeh1 vəsiyyət etmişdir.
8. Cavabdeh1 həmin vəsiyyətnamə əsasında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngə ünvanında yerləşən və ümumi sahəsi 121.2 kv.m olan fərdi yaşayış evinə dair 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin notariat kontorundan 22 iyun 2018-ci il tarixli "vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə almış, 18.07.2018-ci ildə həmin evi daşınmaz əmlakın dövl ət reyestrində öz adına qeydiyyatdan keçirmişdir.
9. İddiaçılar hesab edir ki, miras əmlakda məcburi pay hüququ olan və miras əmlakı faktiki olaraq qəbul edən vərəsələr kimi onların atalarından miras qalan fərdi yaşayış evinin üzərində Cavabdeh1 tam payla mülkiyyət hüququ əsassız şəkildə tanınmışdır.
10. Cavabdeh1 həm atası X8, həm da anası X3 qırx mərasimlərində iştirak etmişdir. Bundan sonra o, daimi yaşadığı və vətəndaşı olduğu Rusiya Federasiyasına qayıtmış və valideynlərindən qalan miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Cavabdeh yalnız miras açıldıqdan 10 il sonra notariusa mirasın qəbulu haqqında ərizə vermişdir. Bu zaman cavabdeh notariusa mirasın qəbulu barədə ərizə verərkən notariusun təklifinə baxmayaraq, digər vərəsələrin olmasını və mirasın onlar tərəfindən faktiki qəb ul edilməsi faktını da gizlətmişdir.
11. İddiaçılar cavabdehin 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin notariusuna yazdığı 03.05.2018-ci il mirasın qəbulu ərizəsini və həmin ərizə əsasında verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni də düzgün hesab etmirlər. Mirası qəbul etmək üçün qanunvericiliklə miras açıldıqdan sonra 3 ay vaxt müəyyən olunduğu halda, Cavabdeh1 miras açıldıqdan 10 il sonra notariusa mirasın qəbulu haqqında ərizə vermiş və notarius həmin ərizənin qəbulundan imtina etməli olduğu halda, həmin ərizəni təmin etmişdir. Cavabdeh1 fərqli olaraq, iddiaçılar həm ataları X12, həm də X3 payı hissəsində fərdi yaşayış evini və evdə olan daşınar əmlakları sahibliklərinə qəbul edərək onları idarə etməyə başlamış və beləliklə də, miras əmlakı faktiki olaraq qəbul et mişlər.
12. Miras qalmış fərdi yaşayış evi mərhum X8 və X3 ümumi birgə mülkiyyəti olmuşdur. Buna görə də X12 fərdi yaşayış evini Cavabdeh1 vəsiyyət etsə də, vəsiyyətnamə həmin fərdi yaşayış evinin ona aid hissəsinə, yəni 50%-nə şamil olunur. X7 ərindən təqribən 6 ay sonra – 22 iyul 2008-ci ildə vəfat etmişdir. Buna görə fərdi yaşayış evinin X5 aid hissəsinə qanun üzrə vərəsəlik şamil olunmalı və fərdi yaşayış evinin digər hissəsi kimi də əmlakı faktiki sahibliyinə qəbul edən və onu idarə edən qanun üzrə vərəsələr – iddiaçılar arasında bölünməlidir. Belə ki, hələ valideynləri xəstə olduqları vaxt onlara iddiaçılar qulluq etmiş, vəfat etdikdən son onların dəfnini təşkil etmiş və dəfn xərclərini də iddiaçılar ödəmişlər.
13. Cavabdeh1 Rusiya Federasiyasının vətəndaşı olaraq həmin vaxt orada ya şamış, işləmiş və yalnız valideynlərinin dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlmişdir. Cavabdeh1 Azərbaycan Respublikasına birdəfəlik yalnız 2016cı ildə qayıtmışdır. X12 vəfat etdikdən sonra İddiaçı1, İddiaçı3 və İddiaçı2 atadan miras qalan ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 121.2 kv.m olan 2 saylı fərdi yaşayış evini faktiki sahibliyə götürmüşlər. Onlar miras açıldıqdan sonra 2016-cı il tarixədək evin bütün kommunal xərcini ödəmişlər.
14. Belə ki, İddiaçı1 öz vəsaiti hesabına 2008-ci ilin aprel ayında həmin fərdi yaşayış evinin pəncərəsində və dam örtüyündə təmir işləri aparmışdır. Avtomobilini həmin fərdi yaşayış evinin qarajında saxlamağa başlamışdır. Həmin ilin aprel ayında o, istixana üçün nəzərdə tutulmuş 1000 m dəmir borunu həmin fərdi yaşayış evinin anbar ında yerləşdirmişdir. Fərdi yaşayış evinin toyuq damında öz toyuqlarını saxlamağa başlamışdır. Hazırda da onun 3 toyuğu həmin fərdi yaşayış evinin toyuq damındadır. 2008-ci ildən 2016-cı ilədək İddiaçı1 həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində olan ağaclara və kollara qulluq etmiş, yeni ağaclar əkmişdir. O, bilavasitə qonşuluqda yerləşən evdə yaşadığından daimi olaraq miras qalan ata evinə nəzarət etmiş və vaxtaşırı olaraq həmin fərdi yaşayış evində zəruri təmir-tikinti işləri aparmışdır.
15. İddiaçı3 atası və anasının həyatının son vaxtlarında onların yanında olmuş, dəfndə, dəfn xərclərinin ödənilməsində iştirak etmiş, bilavasitə atasının xəstə olduğu vaxtlarda və dəfnindən sonra həmin fərdi yaşayış evində yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etdiyini hamıya nümayiş et dirmiş, həmin evin kirəmitdən olan köhnə dam örtüyünü tam şəkildə təmir etdirərək şiferlə dəyişmiş, evin qapı-pəncərələrini dəyişmiş, evdə kombi istilik sistemi qurdurmuş, yeni hamam və tualet inşa etdirmiş, həyətdə kanalizasiya üçün quyu qazdırmışdır. Onun həyat yoldaşının gətirdiyi bütün cehiz əmlakları – mebel, yataq dəstləri, qab-qacaq, məişət texnikası həmin evdə olmuş və İddiaçı3 həmin evdə ailəsi ilə birlikdə yaşamaqla həm qeyd olunan əmlaklardan, həm də valideynlərindən miras qalan digər daşınar əmlaklardan (stul, divan, televizor və s.) istifadə etmişdir.
16. İddiaçı Manafova (Məmmədova) Həqiqət Ağaəli qızı valideynlərinin razılığı ilə onların sağlığında 2003-cü ildə öz cehiz əmlakının bir hissəsini ata evində yerləşdirmişdir. Atasının vəfatı ilə bağlı 40 mərasimi verdikdən sonr a 2008-ci ilin aprel-may aylarında özünün digər əmlaklarını – qaz sobasını, 4 ədəd xalçasını, elektrik sobasını, paltaryuyanı, şabalıdı rəngli divar mebelini, divan, stol və stullarını, taxtı, yorğan-döşəyini, çilçırağını, servisini, qab-qacaq dəstini, tozsoranını, 1 çay servisini və 2 qəhvə servisini ata evinə gətirərək onun bir otağına yığmış, 2008-ci ilin may ayından sentyabr ayınadək həmin evdə yaşamış və bununla da miras əmlakı – fərdi yaşayış evini və həmin evdə olan digər əmlakları faktiki olaraq qəbul etmiş və bunu hamıya nümayiş etdirmişdir. Bundan sonra 2008-ci ildən 2016-cı ilədək Manafova (Məmmədova) Həqiqət Ağaəli qızı ailəsi ilə birlikdə 3 ay yay mövsümündə tam olmaqla, ilin qalan vaxtları isə istirahət günləri bilavasitə ata evində yaşamışdır.
17. Cavabdeh1 iddiaya etiraz et mişdir. Etirazın dəlilləri: - atası vəfat etməmişdən 6 ay əvvəl vəsiyyətnamə əsasında sözügedən bağ sahəsini ona vəsiyyət etmişdir. Bir müddət öncə ona vəsiyyətnamə əsasında şəhadətnamə verilmişdir. Vərəsəlik ya qanun üzrə, ya da vəsiyyətnamə üzrə olmalıdır. O, vəsiyyətnamə üzrə vərəsəlik hüququnu əldə etmişdir; - ölkə hüdudlarından kənarda olduğu üçün həmin əmlaka faktiki sahibliyi 2016-cı ildən başlamışdır. Bu günədək o, həmin bağ sahəsinə faktiki sahiblik etməkdədir. İddia ərizəsində də qeyd edildiyi kimi iddiaçılar həmin bağ sahəsində qısamüddətli yaşamışlar. Onların həmin bağ sahəsinə hər hansı daşınar əmlaklarını yerləşdirməsi həmin bağ sahəsində sahiblik etmək hüquqlarına yol açmır. İddiaçıların daşınar əmlakları sözügedən bağ sahəsinə yerləşdirmələri həm planlı şəkildə olmuşdur, hə m də sadəcə anbar kimi istifadə etmişlər; - müddətlə bağlı məsələyə gəldikdə o, bir neçə il ölkə hüdudlarından kənarda olduğu üçün bu yaxınlarda şəhadətnamə əldə edərək bağ sahəsinə hüquqi sahiblik etmişdir. Vəsiyyətnamə verilərkən İddiaçı1 məlumatlı olmuşdur. Belə ki, vəsiyyətnamənin surətinin 1-ci səhifəsindən də göründüyü kimi mərhum atasının əlləri əsdiyi üçün öz razılığı əsasında qardaşı imza etmişdir. Beləliklə də sözügedən miras əmlakı faktiki olaraq o qəbul etdiyindən daha sonra vərəsəlik hüququ ilə şəhadətnamə və çıxarış almışdır. Məhz həmin miras qalmış əmlakın hazırkı iş üzrə onun adına rəsmiləşdirilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir; - o, sözügedən fərdi yaşayış evində bir çox abadlıq işləri apararaq ailəsi ilə birlikdə yaşayır. Müəyyən vaxtlarda əkin-biçin işl əri, müəyyən vaxtlarda təmir işləri də tərəfindən görülmüşdür; - miras əmlak olan ev atasına bağışlama yolu ilə keçdiyi üçün anasının həmin ev üzərində payı olmayıb; - evin pəncərələrini 2016-cı ildə, damını 2014-cü ildə Fərhad təmir etdirmişdir, hasarı isə dəqiq xatırlamır. Evdəki mebellər Fərhadın yoldaşınındır, 2003-də evə qoyulmuşdur, 2008-ci ildən həmin evdə yaşayış olmamışdır. Hətta evin içərisi kif bağlamışdır. Evdə Fərhada məxsus digər əşyalar da var, lakin onlar bağlı olduğundan içindəkilər barədə məlumatı yoxdur.
18. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4798/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m. olan 2 saylı fərdi yaşayış evindən Cavabdeh1 tam hissədə pay almalı olması barədə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun 22.06.2018-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, DƏDRX-nin sözügedən fərdi yaşayış evinin Cavabdeh1 adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv olunması, həmin evə Cavabdeh1 175/400 hissədə, İddiaçı1 75/400 hissədə, İddiaçı3 75/400 hissədə və İddiaçı2 75/400 hissədə pay hüquqularının tanınması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim Zaur Hacıyev)
19. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən şahid ifadələrinə istinadən müəyyən etmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsi 2-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin nəzdində olan 3 otaqdan ibarət və ümumi sahəsi 93.06 kv.m olan 2 saylı fərdi yaşayış evi 1984-cü ildə bağışlama müqaviləsinə əsasən 1985-ci ildə miras qoyan X8 adına qeydiyyatdan keçmişdir. Həmin vaxt X12 X7 ilə rəsmi nikahda olmuşlar. Miras qoyan X12 adına olan evi 2007-ci ildə hazırkı iş üzrə Cavabdeh1 vəsiyyət etmişdir. 2008-ci ilin fevral ayında X12, həmin ilin iyul ayında arvadı X7 vəfat etmişdir. 2018-ci ildə vəsiyyət edilən vərəsə Cavabdeh1 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoruna müraciət edərək, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və şəhadətnamə əsasında ünvan 4 ünvanında yerləşən 975 kv.m torpaq sahəsinin nəzdində olan ümumi sahəsi 121.2 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin nəzdində olan 3 otaqdan ibarət və ümumi sahəsi 93.06 kv.m olan 2 saylı fərdi yaşayış evi 1984-cü ildə X9 bağışlanarkən miras qoyan X7 ilə rəsmi nikahda olmuş, nikah dövründə iş materialları və hazırkı iş üzrə tərəflərin qəbul etdiyi kimi evin sahəsi artırıldığından, X12 Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngədə yerləşən 975 kv.m torpaq sahəsinin nəzdində olan 4 otaqdan ibarət və ümumi sahəsi 121.2 kv.m olan 2 saylı fərdi yaşayış evi miras qoymuşdur.
20. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab edib ki, miras qoyana mübahisəli fərdi yaşayış evi bağışlanma əsasında keçməsinə baxmayaraq, həmin evin sahəsi genişləndiyi üçün köhnə qanunvericiliy in tələbinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak olaraq qəbul edilir və X3 mübahisəli fərdi yaşayış evinə ½ hissəyə mülkiyyət hüququ tanınır. Miras qoyan X12 adına olan fərdi yaşayış evini tam olaraq oğlu Cavabdeh1 vəsiyyət etsə də, həmin vəsiyyətnamə yalnız miras qoyan X8 mübahisəli evə olan ½ pay hissəsinə nisbətdə qüvvədədir.
21. Birinci instansiya məhkəməsi qeyd edib ki, miras qoyan X8 öldüyü gün onun məcburi pay almaq hüququ olan birinci növbəli vərəsələri arvadı X7, övladları İddiaçı1, İddiaçı3, İddiaçı2 və vəsiyyət üzrə vərəsəsi Cavabdeh1 olmuşdur. Miras qoyanın arvadı eyni zamanda evin birgə mülkiyyətçisi X7 mirasın açıldığı gündən 5 ay sonra ölmüşdür. Hazırda sağ olan vərəsələr miras qoyanın övladlarıdır.
22. Birinci instansiya məhkəməsinin mövqeyinə görə tərəfələr (iddi açılar və cavabdeh) mirası faktiki qəbul etmişlər. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 mütəmadi olaraq mübahisəli evdə qalmaqla, kommunal xərcləri ödəməklə (işıq və telefonla bağlı işdə olan sənədlər), orada əşyalarının olması və evdə təmir-bərpa işləri aparmaqla mirasa şəksiz sahib çıxmalarını nümayiş etdirmişlər. Eyni zamanda, Cavabdeh1 başqa ölkədə yaşamasına baxmayaraq, miras qoyanın 40 mərasiminə gələrək atasının evində qalmaqla və daha sonra anası X3 ölümündən sonra da mütamadi həmin evə gəlməklə mirası faktiki qəbul etmiş sayılır.
23. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, miras qoyan X8 Cavabdeh1 başqa daha 3 vərəsəsi – İddiaçı1, İddiaçı3 və İddiaçı2 olduğu və bu hal, həmçinin, miras qoyanın uşaqlarının olduğu yer Cavabdeh1 məlum olduğu halda, son uncu mirasqoyanların ölümündən 10 il sonra 03 may 2018-ci il tarixdə 4 saylı “Asan xidmət” mərkəzinin notariat kontoruna miras evi vəsiyyət üzrə miras əmlak kimi qəbul etməsi barədə ərizə verərək ondan başqa vərəsələrin olmadığını bildirmiş, notariat orqanı isə qanunun tələblərini pozaraq digər vərəsələrin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmiş, miras qoyanın övladlarını vərəsəliyə çağırmamış, Cavabdeh1 ərizəsinə əsasən onu yeganə vərəsə kimi tanıyaraq onun adına miras əmlak olan evə dair 22 iyun 2018-ci il tarixdə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.
24. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən miras əmlak olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngə ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m o lan 2 saylı fərdi yaşayış evindən Cavabdeh1 tam hissədə pay almalı olması barədə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun 22 iyun 2018-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsi etibarsız hesab olunmalı, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngə ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m olan 2 saylı fərdi yaşayış evinin Cavabdeh1 adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış ləğv olunmalı, sözügedən evin ½ hissədə Cavabdeh1 vəsiyyət üzrə, həmin hissəyə nisbətdə X7, İddiaçı1, İddiaçı3 və İddiaçı2 məcburi pay hüququ tanınmalı, X7 öldüyündən ona məxsus olmuş qalan ½ hissə və digər ½ hissədə ona çatası məcburi pay birləşdirilərək, qanun üzrə vərəsəlik qaydasında tərəflər (iddiaçılar və cavabdeh) arasında bərabər bölünməlidir.
25. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bölgünün düzgün aparılması üçün miras əmlak 400 pay kimi qəbul edilməli, vəsiyyətin qüvvədə olan ½ hissəsində, yəni 200 paydan 120/200 pay vəsiyyət üzrə vərəsə Cavabdeh1, X7, İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinə 20/200 məcburi pay müəyyən edilməli, ölmüş vərəsə əmlakın ½ hissədə mülkiyyətçisi X5 məxsus 200 pay və almış olduğu 20/200 məcburi payı bərabər olaraq övladları Cavabdeh1, İddiaçı1, İddiaçı3 və İddiaçı2 arasında bölünməlidir.
26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133, 1151.1, 1159.1.1, 1166, 1193, 1196, 1243.1, 12143.2, 1246, 1300, 1318-ci, Nikah və Ailə Məcəlləsinin 22-ci, “Notariat ha qqında” Qanunun 55-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
27. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağa Əli qızı apelyasiya şikayəti verib, qətnamənin iddianın rədd edilən hissəsinin ləğv, həmin rədd edilən hissənin də təmin edilməsi barədə yeni qətnamə qəbil edilməsini xahiş etmişlər.
28. İddiaçın apellyasiya şikayətinin dəlilləri: - iddiaçılar miras açıldıqdan sonra miras əmlakı faktiki olaraq sahibliklərinə qəbul edərək, 2016-cı ilədək ondan istifadə etmiş, onu qorumuş, kənar şəxslər tərəfindən müdaxilə edilməsinin qarşısını almışlar. Belə ki, iddiaçılar 2008-ci ilin aprel ayında evin dam örtüyünü əsaslı şəkildə təmir etdirərək, onu tam yeniləmiş, qapı və pəncərələrini dəyişmiş, 2008-c i ilin sentyabr ayında qonşu ilə arada olan hasarın uçan hissəsini yenidən bərpa etdirmiş, 2009-cu ilin yayında evdə hamam və sanitar qovşaq inşa etdirərək, onu istifadəyə vermiş, kanalizasiya quyusu qazdırmış, 2013-cü ildə kombi istilik sistemi quraşdırmış və digər çoxsaylı abadlıq, yaxşılaşdırma işləri aparmışlar. Cavabdeh1 da, məhkəmədə verdiyi izahatında qeyd edilən işlərin hamısının görüldüyünü etiraf etmişdir; - cavabdehin valideynlərinin “40” mərasimindən sonra atasının evində qalması və anasının ölümündən sonra mütəmadi olaraq həmin evə gəlməsi onun miras əmlakı faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. Cavadehin Maştağa qəsəbəsində həyat yoldaşının adına olan öz evi vardır və Azərbaycana qayıdarkən cavabdeh məhz öz evində qalıb. Valideynlərinin vəfatından sonra cavabdehin ata evində yaşamasına (bacıqardaşları ilə görüşmək üçün qısa müddətə-1 saatlıq gəlmə halları istisna olmaqla) dair hər hansı sübut yoxdur. Buna görə də cavabdeh miras əmlakı nə faktiki sahiblik etmək üsulu ilə, nə də faktiki idarə etmək üsulu ilə qəbul etməyib; - bundan başqa, məhkəmə iddiaçıların mübahisəli evə pay hüquqlarını tanısa da, qətnamənin nəticə hissəsində onların mirası faktiki qəbul etmələrini göstərməyib. Tələbin həmin hissədə də qətnamədə əks olunması zəruri hesab olunur. Həmçinin, iddiaçılar miras əmlaka mülkiyyət hüquqlarının tanınmasını xahiş etsələr də, məhkəmə onların əmlaka pay hüquqlarını tanıyıb; - eyni zamanda, cavabdehin məhkməyə təqdim etdiyi bağışlama müqaviləsinin və DƏDRX-nin müvafiq məktubu kserosurət olduğundan onların sübut kimi qəbul edilməsi düzgün olmamış dır.
29. Cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoru da apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
30. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri: - fərdi yaşayış evinin sahəsi bağışlama müqaviləsində 93,06 kv.m. göstərilmişdir. Lakin vəsaiyyətnamə üzrə vərəsəlik işi açıldıqda mirasqoyanın adına alınmış çıxarışda evin ümumi sahəsi 121.2 kv.m. kimi göstərilmişdir. DƏDRX-nin tərtib etdiyi texniki pasporta görə də bəzi uyğunsuzluqlar müşahidə olunur. Belə ki, texniki pasporta görə, ümumi sahəsi 28.2 kv.m. olan və holl kimi göstərilən sahə əlavə olaraq daxil edilmişdir. Ancaq bu sahə ümumiyyətlə holl deyil, evin bünövrəsindən etibarən mövcud idi və valideynlərinin birgə ni kahı dövründə həmin evə aid həyata keçirilmiş hər hansı bir artım və bəhər olmamışdır; - həmçinin, evin ətrafında olan torpaq sahəsinin də artırıldığı müşahidə olunur. Bu halda, həmin artımların hansı sənəd əsasında baş verməsi bəlli deyil. DƏDRX-nin əməkdaşı ölçmə işləri apararkən əlavə olaraq 3-4 sot torpaq sahəsinin hansı sənəd əsasında artırıldığına diqqət yetirməmiş, həqiqətə uyğun olmayan ölçüləri nəzərə almışdır. Məhkəmə isə, bunun səbəblərini araşdırmamış, eyni zamanda bununla bağlı cavabdehə də vaxt verməmişdir. Halbuki, məhkəmə işə obyektiv baxılması üçün işdə iştirak edən tərəflərə şərait yaratmalı idi. Beləliklə, yanlış olaraq miras əmlak nikah dövründə əldə edilmiş birgə əmlak kimi başa düşülmüş və nəticədə mirasda payların müəyyənləşdirilməsinə ciddi təsir edərək, Cavabdeh1 v əsiyyətnamə üzrə vərəsə olmasına baxmayaraq, məcburi pay alan iddiaçıların ümumi payı ona çatası pay hesabına xeyli dərəcədə artmışdır; - iddiaçıların miras əmlakı faktiki qəbul etmələri, ondan istifadə etmələri və üzərində hər hansı işlərin aparmaları, ümumiyyətlə, sübuta yetirilməmişdir. Belə ki, miras açıldıqdan sonra 11 il müddətin keçməsi bu halları sübuta yetirməyi qeyri-mümkün edir. İddiaçılar tərəfindən dəvət olunmuş şahidlər də, məhkəməyə konkret hər hansı fakt bildirməmişlər. Onların ifadələri iş üçün hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə yalnız iddiaçıların birbirini təsdiq edən izahatlarını əsas götürmüşdür; - qətnamədə göstərilir ki, vərəsəlik işinin açılması ilə əlaqədar notarius tərəfindən müəyyən hərəkətlər yerinə yetirilməmiş, digər vərəsələrin axtarılması üçün tədbirlər görülməmişdir. Ancaq miras əmlak üzrə qeydiyyatda olan hər hansı şəxs olmamış, həmçinin miras açılan gündən 10 il vaxt keçməsini nəzərə alaraq hər hansı bir vərəsənin məlumatsız olduğu nəzərə alınmamışdır. İddiaçılar mirasın açılmasından xəbərdar olmalarına baxmayaraq, ümumiyyətlə, hər hansı notariat ofisinə müraciət etməmişlər. Əksinə, İddiaçı1 cavabdehin adına verilmiş vəsiyyətnaməni gizlətməklə, verilməsindən imtina etmiş, bununla da mirasın açılmasından xəbəri olmuşdur. Digər İddiaçı3 isə RF vətəndaşı olması, onun Azərbaycana gəlib-getmə vaxtları məhkəmə tərəfindən öyrənilməmişdir. Halbuki, İddiaçı3 miras açıldığı vaxtdan sonra Azərbaycana yalnız 2015ci ildən gəlməyə başlamışdır. İddiaçı3 qeyd edir ki, 2014-2015-ci illərdə miras əmlakda təmir-bərpa işləri aparmışdır. Lakin bunu təsdiq edən hər hansı bir sübut yoxdur. Məhkəmə isə, cavabdehin etirazını və yerli müayinə, ekspertizanın keçirilməsi barədə vəsatətlərini rədd etmişdir; - eyni zamanda cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsini məhkəmə nəinki tətbiq etməmiş, qətnamədə, ümumiyyətlə, bu halı təkzib edən heç bir əsas gətirməmişdir.
31. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5604/2020 nömrəli, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(008)-4798/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Rafael Eyvazov )
32. Apellyasiya məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək, birinci instansiya məh kəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
33. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağa Əli qızı kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbil edilməsini xahiş etmişlər.
34. İddiaçıların kassasiya şikayətinin dəlilləri: - qətnamənin mübahisələndirilən hissəsində apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1202.2., 1243, 1246, 1262, 1263, 1273-1-ci maddələrini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2014-cü il tarixli qərarını tətbiq etməli olduğu halda tətbiq etməyib və bu, düzgün olmayan qətnamə çıxarılmasına səbəb olmuşdur. Belə ki, Cavabdeh1 məhkəməyə təqdim etdiyi yazılı etirazında etiraf etmişdir ki, o, ölkə hüdudlarından kənarda olduğu üçün həmin əmlaka faktiki sahibliyi 2016-cı ildən başlayıb; - Cavabdeh1 valideynlərinin “qırx” mərasiminə gələrək evdə qalması və anasının ölümündən sonra da həmin evə gəlməsi mirasın onun tərəfindən faktiki qəbulu kimi qiymətləndirilə bilməz. Belə ki, Cavabdeh1 Bakı şəhəri, Maştağa qəsəbəsində həyat yoldaşının adına olan öz evi vardır və Azərbaycan Respublikasına qayıdarkən o, həmişə öz evində qalıb. Onun valideynlərinin vəfatından sonra ata evinə gəlib yaşamasına (bacıqardaşları ilə görüşmək üçün qısa müddətə - 1 neçə saatlığa gəlmə halları istisna olmaqla) dair işdə hər-hansı sübut yoxdur. Cavabdeh nə miras əmlaka faktiki sahiblik etmək üsulu, nə də miras əmlakı faktiki idarə etmək üsulu ilə qəbul etməyib; - Mülki Məccəllənin 1273-cü maddəsinə görə Mirasın qəbulunun və y a qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə görə əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Beləliklə, mirası qəbul etmək üçün miras açıldıqdan sonra 3 ay vaxt müəyyən olunduğu halda Cavabdeh1 10 il sonra notariusa mirasın qəbulu haqqında ərizə verib və notarius həmin ərizənin qəbulundan imtina etməli olduğu halda ərizəni təmin etmişdir; - Mülki Məcəllənin 1202.2. maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2014-cü il tarixli qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Hər 3 iddiaçı həm əmlaka faktiki sahiblik etmək, həm də miras əmlakı faktiki idarə etmək üsulu ilə valideynlərindən miras qalan əmlakı faktiki olaraq qəbul etmişlər. Cavabdeh1 valideynlərinin yas mərasimində iştirak etmək üçün gəlməsi mirasın onun tərəfindən faktiki qəbul edilməsi kimi deyil, övladlıq borcunun yerinə yetirilməsi kimi qiymətləndiril məlidir.
35. Cavabdeh Məmmədov Rüfət Ağaəli oğlu da kassasiya şikayəti verərək, qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Cavabdehin kassasiya şikayətinin dəlilləri: - mübahisəli ev 29.12.1984-cü il tarixli bağışlama müqaviləsinə əsasən X26 adına qeydiyyatdan keçmişdir. X30 və Rəfiqə Məmmədova 06.10.1960-cı il tarixdə nikaha daxil olmuşlar. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və cavabeh Cavabdeh1 onların övladlarıdır. X30 13.08.2007-ci il tarixdə tərtib etdiyi, 17 saylı dövlət notariat kontorunda təsdiq olunan və reyestrdə 2V-46 nömrə ilə qeyd olunan vəsiyyətnamə ilə sözügedən evi Cavabdeh1 vəsiyyət etmişdir. X30 20.02.2008-ci il tarixdə, Rəfiqə Məmmədova isə 22.07.2008-ci il tarixdə ö lmüşdür. Sözügedən fərdi yaşayış evi 11.06.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə ümumi sahəsi 121.2 kv.m. göstərilməklə X26 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Cavabdeh1 03.05.2018-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoruna ərizə ilə müraciət edərək, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. 22.06.2018-ci il tarixdə notariat kontoru tərəfindən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, şəhadətnamə ilə miras qoyanın vərəsəsi Cavabdeh1 olmaqla, miras əmlaka tam hissədə payı tanınmışdır. 18.07.2018-ci il tarixdə miras əmlak olan ev tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin müqaviləsində 93,06 kv.m. göstərilmişdir. Lakin vəsaiyyətnamə üzrə vərəsəlik işi açıldıqda mirasqoyanm adına alınmış çıxarışda evin ümumi sahəsi 121.2 kv.m. kimi göstərilmişdir. DƏDRX-nin tərtib etdiyi texniki pasporta görə də bəzi uyğunsuzluqlar müşahidə olunur. Belə ki, texniki pasporta görə, ümumi sahəsi 28.2 kv.m. olan və holl kimi göstərilən sahə əlavə olaraq daxil edilmişdir. Ancaq bu sahə, ümumiyyətlə, holl deyil, evin bünövrəsindən etibarən mövcud idi və valideynlərinin birgə nikahı dövründə həmin evə aid həyata keçirilmiş hər hansı bir artım və bəhər olmamışdır. Həmçinin, evin ətrafında olan torpaq sahəsinin də artırıldığı müşahidə olunur. Bu halda, həmin artımların hansı sənəd əsasında baş verməsi bəlli deyil. DƏDRX-nin əməkdaşı ölçmə işləri apararkən əlavə olaraq 3-4 sot torpaq sahəsinin hansı sənəd əsasında artırıldığı na diqqət yetirməmiş, artırmanın tarixini və səbəbini müəyyənləşdirməmişdir. Məhkəmə bu halın aydınlaşdırılması üçün işdə iştirak edən tərəflərə şərait yaratmalı idi. Buna görə məhkəmə yanlış olaraq miras əmlakı nikah dövründə əldə edilmiş birgə əmlak kimi başa düşülmüş və nəticədə mirasda payların müəyyənləşdirilməsinə ciddi təsir edərək, Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsə olmasına baxmayaraq məcburi pay alan iddiaçıların ümumi payı ona çatası pay hesabına xeyli dərəcədə artmışdır; - iddiaçıların miras əmlakı faktiki qəbul etmələri, ondan istifadə etmələri və üzərində hər hansı işlərin aparmaları, ümumiyyətlə, sübuta yetirilməmişdir. Belə ki, miras açıldıqdan sonra 11 il müddətin keçməsi bu halları sübuta yetirməyi qeyri-mümkün edir. İddiaçılar tərəfindən dəvət olunmuş şahidlər də, məhkəm əyə konkret hər hansı fakt bildirməmişlər. Onların ifadələri iş üçün hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə yalnız iddiaçıların birbirini təsdiq edən izahatlarını əsas götürmüşdür; - bundan başqa, qətnamədə göstərilir ki, vərəsəlik işinin açılması ilə əlaqədar notarius tərəfindən müəyyən hərəkətlər yerinə yetirilməmiş, digər vərəsələrin axtarılması üçün tədbirlər görülməmişdir. Ancaq miras əmlak üzrə qeydiyyatda olan hər hansı şəxs olmamış, həmçinin miras açılan gündən 10 il vaxt keçməsini nəzərə alaraq hər hansı bir vərəsənin məlumatsız olduğu nəzərə alınmamışdır. İddiaçılar mirasın açılmasından xəbərdar olmalarına baxmayaraq, ümumiyyətlə, hər hansı notariat ofisinə müraciət etməmişlər. Əksinə, İddiaçı1, cavabdehin adına verilmiş vəsiyyətnaməni gizlətməklə, verilməsindən imtina etmiş, bu nunla da mirasın açılmasından xəbəri olmuşdur. Digər İddiaçı3 isə RF vətəndaşı olması, onun Azərbaycana gəlib-getmə vaxtları məhkəmə tərəfindən öyrənilməmişdir. Halbuki, İddiaçı3 miras açıldığı vaxtdan sonra Azərbaycana yalnız 2015-ci ildən gəlməyə başlamışdır. İddiaçı3 qeyd edir ki, 2014-2015-ci illərdə miras əmlakda təmir-bərpa işləri aparmışdır. Lakin bunu təsdiq edən hər hansı bir sübut yoxdur. Məhkəmə isə, cavabdehin etirazını və yerli müayinə, ekspertizanın keçirilməsi barədə vəsatətlərini rədd etmişdir. - eyni zamanda, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsini məhkəmə nəinki tətbiq etməmiş, qətnamədə, ümumiyyətlə, bu halı təkzib edən heç bir əsas gətirməmişdir. - məhkəmə sübutları düzgün qiymətləndirməmiş, sübutemə vəzifəsini düzgün bölüşdürməmiş, qətnaməni düzgün ə saslandırmamışdır.
37. Cavabdeh 4 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi də kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 38. 4 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin kassasiya şikayəti: - mülki qanunvericiliyin tələblərinə əsasən ümumi iddia müddətinin 10 il olmasını nəzərə alaraq iddia tələbləri üzrə qətnamənin çıxarılması zamanı iddia müddətinin keçməsinin də diqqətə alınmasını məhkəmədən xahiş ediblər, lakin işə baxan məhkəmə işin faktiki hallarını nəzərə almamış, iş üzrə iddiaçıların təqdim etdiyi sübutları ətraflı və obyektiv araşdırmamış qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir; - miras qoyan X8 vəfatı ilə əlaqədar mövcud olan vəsiyyətnamə əsasında verilmiş 22.06.2018-ci il tarixli “ Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas olmamış və işə baxan məhkəmələr tərəfindən miras əmlakın ər-arvad olan X26 və Rafiqə Məmmədovanın birgə mülkiyyət hesab olunması üçün hər hansı bir qanuni əsas olmamışdır. Hansısa hallara görə miras əmlak miras qoyanlar olan A.Məmmədovun və Cavabdeh1nın birgə mülkiyyəti hesab olunsa belə, Cavabdeh1nın həyat yoldaşının ölümündən sonra ona məxsus olan hissəsində mirasın faktik qəbul edilməsi məhkəmə baxışlarında sübuta yetirilməmişdir. Əksinə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, vərəsələrin mərhum anaları miras açılan zaman və daha sonrakı dövrlərdə ağır xəstəliyə (iflic olmuşdur) tutulduğundan həmin evdə, ümumiyyətlə, yaşamamış və təxmini 5 aydan sonra özü də vəfat etmişdir. Cavabdeh1nın özünə çatası miras payın nə zaman faktik qəbul etdiyi belə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olduğu halda, vərəsəlik üzrə vəsiyyətnamənin olduğuna görə, iddiaçıların məcburi pay hüququ tətbiq olunarkən mirası faktik qəbul etməmiş iddiaçıların və Cavabdeh1 anaları Cavabdeh1nın məcburi payı onlar arasında bölünmür və bütövlüklə Cavabdeh1 vəsiyyətnamə üzrə çatacaq paya əlavə olunur. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1202.1 -ci maddəsinə əsasən Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə sasən Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Cavabdeh1 adına olan vəsiyyətnamə qüvvədə olduğuna görə, Cavabdeh1ya çatası olan pay vəsiyyətnamə üzrə olan vərəsə kimi, məhz ona çatmalıdır; - qətnamədə göstərilir ki, vərəsəlik işinin açılması ilə əlaqədar notarius tərəfindən müə yyən hərəkətlər yerinə yetirilməmişdir. Bunlardan biri məhz digər vərəsələrin axtarılması üçün tədbir görülməməsi kimi göstərilir. Miras əmlak üzrə qeydiyyatda olan hər hansı bir şəxs olmamışdır. Həmçinin miras açılan gündən 10 il vaxt keçməsini nəzərə alaraq hər hansı bir vərəsənin məlumatsız olduğu nəzərə alınmamışdır. Sabunçu RİHBnin qəsəbə üzrə nümayəndəliyinin 30.04.2018-ci il tarixli, 2970 nömrəli arayışına əsasən, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi evdə mirasqoyanın vəfatına qədər yaşadığını, eləcə də hazırda həmin əmlaka faktik sahibliyin cavabdeh tərəfindən həyata keçirildiyini və orada daimi pasport qeydiyyatında hər hansı bir şəxsin olmadığı göstərilmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 96-cı bəndinin 2-ci ab zasına əsasən qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməli və notariat qaydasında təsdiq olunmalıdır. Həmin Təlimatın 98-ci bəndinə əsasən Mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır. Ancaq hazırki işdə iddiaçılar mirasın açılmasından xəbərdar olmalarına baxmayaraq, ümumiyyətlə, hər hansı bir notariat ofisinə müraciət etməmişlər. Belə olduğu halda bütün iddiaçılar tərəfindən miras əmlakın faktik qəbul olunması sübuta yetirilməmişdir; - məhkəmə sübutları düzgün qiymətləndirməmiş, sübutemə vəzifəsini dü zgün bölüşdürməmiş, qətnaməni düzgün əsaslandırmamışdır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 mart tarixli 2-2(102)-1233/2021 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
40. Kassasiya instansiyasının mövqeyi: - apelyasiya Məhkəməsinin gəldiyi nəticə əsaslı deyil, çünki məhkəmə araşdırmaları ilə mirasın faktiki olaraq kimlər tərəfindən və hansı tarixdə qəbul edilməsi ilə bağlı mənzərə aydın olmamışdır; - nəzərə almaq lazımdır ki, qanunverici mirasın qəbul edilmə müddətini konkret olaraq göstərmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündə n üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (Maddə 1246). Həmin müddət mirasın qəbulunun hər iki üsuluna aiddir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdiyi və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladığı hərəkətlər həmin müddət çərçivəsində baş verməlidir. Mirasın faktiki qəbulu ilə bağlı xüsusi norma nəzərdə tutulmamışdır. Buna görə mübahisəli miras əmlakın faktiki qəbulu ilə bağlı tərəflərin sübutları həmin müddətə aid olmalıdır və yaxud həmin hərəkətlər sonradan baş vermişdirsə, tələb edən tərəf həmin hərəkətlərin üzrlü səbəbdən vaxtında edilməməsini sübut etməli və mirasın qəbulu müddətinin uzadılmasını xahiş edə bilərdi; - hazırkı işdə nə iddi açı tərəfin və nə də cavabdeh tərəfin mirasın qəbul edilmə müddəti ərzində mirası konkret olaraq hansı hərəkətləri yerinə yetirməklə qəbul etdikləri aydınlaşdırılmayıb; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18.07.2014-cü il tarixli qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür ol ur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun; - nəzərə almaq lazımdır ki, istifadə olunmayan bağ evinin (hazırkı halda qardaşa vəsiyyət olunmuş bağ evinin) istifadə olunmayan anbarına qardaş və yaxud bacı tərəfindən hansısa əşyaların saxlanmaq üçün qoyulması, üç ədəd toyuğun (iddia ərizəsində qeyd olunur) onun damında saxlanması, yay aylarında həmin bağda dincəlmək və s. buna oxşar hərəkətlər yux arıda qeyd olunan hərəkətləri (mirasın qəbulu üçün zəruri olan) ehtiva etmir; - işdə olan Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndənin verdiyi arayışda qeyd olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Ağa Əli qızı 1990-cı il tarixdən 2016-cı il tarixədək mübahisəli evdə yaşamışlar. İşdən görünür ki, bütün vərəsələrin özlərinin ayrıca yaşayış evləri olmuş və ailələri ilə birgə orada yaşamışlar. Belə olan təqdirdə, iddiaçıların miras əmlakda yaşamalarına dair təqdim edilmiş sübutların digər sübutlarla birgə dəyərləndirilməsinə zərurət vardı; - bundan başqa, mülki işə əlavə edilmiş sənədlərdən görünür ki, tərəflərin mərhum anaları X2 miras ev qalmış və tərəflər hələ 2014-cü ildə həmin evin iddiaçılardan İddiaçı1 vərəsəlik hüququnun tanınması üçün sənədləşmə işi aparmışlar. Həmin vərəs əlik işində (mülki işin 187-210-cu səhifələri) İddiaçı2 Ağa Əli qızı və hazırkı iş üzrə cavabdeh Məmmədov X22 ərizələri var. Onlar miras əmlakı qəbul etmədiklərini təsdiq etdikləri üçün miras bütünlüklə İddiaçı1 mülkiyyətinə keçmişdir. Belə olan halda qətnamədə aradan qaldırılması mümkün olmayan ziddiyyət yaranır. Hazırkı işdə X4 miras payı vərəsələr arasında bölünübsə, deməli, mirası (X4 hazırkı işdəki payını və digər evi) bütün vərəsələr qəbul ediblər. Çünki mirasın qismən qəbuluna yol verilmir. Digər vərəsəlik işinin göstəriciləri nəzərə (Həqiqətlə Rüfətin mirası qəbul etmədikləri) alınsa, onda belə qənaət hasil olur ki, iki nəfər vərəsə X4 mirasını, ümumiyətlə, qəbul etməyib (özlərinin etirafı ilə). Bu baxımdan, hazırkı iş üzrə nəticənin düzgün olmadığı qənaəti formalaşır; - Məmmədov X 27 etirazlarında etiraf etmişdir ki, o, Rusiya Federasiyasında yaşamış və vəsiyyət üzrə mirası 2016-cı ildə Bakı şəhərinə qayıtdıqdan sonra faktiki qəbul etmişdir. Hansı ki, yuxarıda qeyd olunduğu kimi (MM-nin 1246-cı maddəsi) miras qanunla müəyyən edilən müddət ərzində qəbul edilməli idi; - göründüyü kimi, mirasın açılmasından 11 il sonra hər bir tərəf mirasın onun tərəfindən qəbul edilməsini israr edir və ziddiyyətli sübutlara istinad edirlər. Ona görə ilk növbədə iddiaçı tərəf mirasın qanunla müəyyən edilən müddət ərzində hansı hərəkətləri ilə qəbul etməsini təsdiq edən sübutları təqdim etməli, həmin halı sübuta yetirdiyi təqdirdə, cavabdeh tərəf öz növbəsində öz sübutlarını təqdim etməli idi. 1-ci tərəf həmin halı sübuta yetirə bilmirsə, mübahisə orada bitmiş olur, əks təqdirdə, cavabd ehin mirası qəbul edibetməməsi yoxlanılır; - buna görə işə yenidən baxılarkən apellyasiya məhkəməsi sübutemənin bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin mirası faktiki qəbul etmələri ilə bağlı ətraflı araşdırma aparmalı, kimin hansı hərəkətləri ilə mirası qəbul etməsini aydınlaşdırmalı, əlavə sübutlar təqdim olunacağı təqdirdə həmin sübutları hansı əsaslarla 1-ci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbləri aydınlaşdırılmalı (MPM-nin 372.2. maddəsi) və prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla qərar qəbul edilməlidir; - bundan başqa, kassatorlar miras əmlakın ər-arvadın birgə əmlakı olması ilə bağlı məhkəmələrin gəldiyi nəticəni mübahisələndirirlər. Birinci instansiya məhkəməsi qətnaməsində (qətnamənin 9-cu səhifəsinin sonu, 10-cu səhifənin əvvəli) həmin m əsələyə belə qiymət vermişdir: “İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin nəzdində olan 3 otaqdan ibarət və ümumi sahəsi 93.06 kv.m olan 2 saylı fərdi yaşayış evi 1984-cü ildə X9 bağışlanarkən miras qoyan X7 ilə rəsmi nikahda olmuş, nikah dövründə iş materialları və hazırkı iş üzrə tərəflərin qəbul etdiyi kimi evin sahəsi artırıldığından, X12 Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngədə yerləşən 975 kv.m torpaq sahəsinin nəzdində olan 4 otaqdan ibarət və ümumi sahəsi 121.2 kv.m olan 2 saylı fərdi yaşayış evi miras qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, miras qoyana mübahisəli fərdi yaşayış evi bağışlanma əsasında keçməsinə baxmayara q, həmin evin sahəsi genişləndiyi üçün köhnə qanunvericiliyin tələbinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak olaraq qəbul edilir və X3 mübahisəli fərdi yaşayış evinə ½ hissəyə mülkiyyət hüququ tanınır.” - göründüyü kimi 1-ci instansiya məhkəməsi əmlakın hansı əsaslarla, hansı maddi hüquq norması tətbiq edilməklə ər-arvadın birgə əmlakı hesab etməsini əsaslandırmamışdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəm ənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir; - məhkəmə “köhnə qanunvericiliyin tələbinə əsasən” mücərrəd söz birləşmələrini rəhbər tutub belə bir ciddi qərar qəbul etməkdə haqlı deyildi, çünki həmin qərarla əmlakın hüquqi vəziyyəti dəyişdirilmişdir; - bu məsələ ilə bağlı Apellyasiya Məhkəməsinin də əsaslandırılması qənaətbəxş olmamışdır; - əmlak miras qoyana bağışlandığı üçün ona məxsus olmuşdur. Onun vəfatından bir neçə ay sonra 2008-ci ildə həyat yoldaşı X7 vəfat etmişdir. Məmmədova X6 əmlak mübahisəsi etməmiş, əmlakın birgə mülkiyyət kimi tanınmasını tələb etməmiş, bununla bağlı mübahisə açmamışdır. 13 ildən sonra vərəsələr iddia qaldıraraq miras qalan əmlakın mərhum valideynlərinə birgə əmlak statusunda malik olmasını iddia etmişlər. İşə ba xan apellyasiya məhkəməsi belə bir tələbin qanuni əsasını axtarmamış, bu tələbi irəli sürməyə iddiaçıların sübyektiv hüquqlarının olub-olmamasını araşdırmamış, bağışlanan tikili ilə hazırda mülkiyyətdə olan evin sahə fərqini əsas tutaraq hesab etmişdir ki, ər-arvad sonradan ərin mülkiyyətində olan evin dəyərinin artırılması üçün əhəmiyyətli vəsait qoyduqları üçün əmlak birgə əmlak hesab olunmalıdır; - nəzərə almaq lazımdır ki, mübahisənin həlli üçün ilkin addım olaraq tələbin düzgün qanuni əsasının tapılması məsələsi həll edilməlidir. Hər bir iş üzrə iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün dörd sualı cavablandırmaq lazımdır; kim kimdən, nə və nəyə əsasən tələb edir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan dəqiqləşmə aparılmadan tələbin qanuni əsasını tapmaq və nəticə etibarı ilə müb ahisəni düzgün həll etmək mümkün olmayacaq. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
41. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2021-ci il tarixli, 2(103)-4956/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən birgə verilmiş və cavabdehlər Cavabdeh1 və 4 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən birgə verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, Sabunçu Rayon Məhkəməsinin 15.11.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədli Şəfai küçəsi, döngə 2-də yerləşən 2 №-li fərdi yaşayış evinə dair Cavabdeh1 adına 4 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22.06.2018-ci il tarixli, 2V-476 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamənin əsasında həmin evə dair Cavabdeh1 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş reyestrdən çıxarışın ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev )
42. Apellyasiya instansiyası qeyd edib ki, bütün vərəsələr mirasın qəbulu müddətini ötürüb. Belə ki, mirasın qəbulu müddəti 3 aydır (Mülki Məcəllə, maddə 1246). Həmin müddət vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Tərəflərin hər biri atalarının öldüyü gün vərəsəliyə çağırıldığını bilib. Ona görə də 3 aylıq müddətin axımı 20.02.2008-ci ildən başlayıb, 20.05.2008-ci ildə isə bitib. Mirasın qəbul edilməsinin 2 qaydası var: 1) notariusa ərizə verilməsi; 2) əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlama, bununla da mirasın qəbul edildiyini şəksiz nümayiş etdirmə (Mülki Məcəllə, maddə 1243). Vərəsələrin heç biri göstərilən 2 hərəkətdən hər hansı birini 3 aylıq müddət ərzində etməyib.
43. İddiaçılara münasibətdə apellyasiya instansiyası məhkəməsi göstərib ki, iddiaçılar mirasın qəbulu faktının müəyyən edilməsi üçün mirasın açılmasından 11 il sonra məhkəməyə müraciət ediblər. İddiaçıların hər üçü mirası faktiki qəbul etdiklərini iddia edirlər. Bununla bağlı 3 iddiaçının və 2 şahidin ifadəsi var. 1-ci iddiaçı Piri Məmədov bildirir ki, evdə yaşayıb, evin həyətində heyvan saxlay ıb, habelə istixanası olub. 2-ci İddiaçı3 bildirir ki, evdə əşyalarını saxlayıb. 3-cü İddiaçı2 bildirir ki, evdə ona məxsus yorğan- döşək, ət çəkən maşın, qab-qaşıq və dəsmallar var, atasının 40 mərasimindən sonra evdə yaşamaq üçün orada mebellər yerləşdirib. 1-ci şahid Valeh Novruzov bildirir ki, İddiaçı2 əri ilə bir yerdə işləyib, 2008-ci ilin aprel-may aylarında evdə təmir işləri aparıb, təmir pulunu İddiaçı1 verib. 2-ci şahid Xəzər İsayev bildirir ki, İddiaçı2 ev əşyalarının həmin evə daşınmasında iştirak edib.
44. Mirasın 3 ay ərzində, yəni 20.02.2008-ci ildən 20.05.2008-ci ildək olan müddətdə qəbul edildiyi mötəbər sübutlarla təsdiq olunmalıdır. Belə ki, 1-ci, zaman çox keçib, 2-ci, şübhəli sübutlara istinad əks tərəfin (cavabdehin) mənafeyini poza bilər. Tərəflərin 11 il bundan əv vəl baş verənləri xatırlaması mümkündür, çünki baş verənlər özlərinə aiddir. Lakin 2 şahidin başqalarına aid olanların 11 il bundan əvvəlki tarixini, yəni mirasla bağlı hərəkətlərin məhz mirasın qəbulu müddətində edilməsini xatırlaması şübhəlidir.
45. Buna görə də apellyaisya məhkəməsi hesab edib ki, iddiaçıların mirası qəbul etməsi, yəni 20.02.2008-ci ildən 20.05.2008-ci ildək olan müddətdə miras evə sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlaması sübut olunmur.
46. Cavabdeh1 münasibətdə apellyasiya məhkəməsinin mövqeyi belə olub ki, cavabdeh mirasın qəbulu üçün ərizə ilə notariusa 03.05.2018-ci ildə, yəni mirasın qəbul müddəti bitdikdən 10 il sonra müraciət edib. Mirası qəbul etmək hüququ mülki hüquqdur. Mirasın qəbulu müddətinin bitməsi ilə həmin hüquq xitam olunur. Belə ki, mü ddət” anlayışına görə müddət həm də mülki hüququn xitamının bağlı olduğu vaxtdır (Mülki Məcəllə, maddə 367.1). Odur ki, cavabdehin adına verilmiş “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız sayılmalı, habelə həmin şəhadətnamənin əsasında dövlət reyestrində cavabdehin mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilməlidir.
47. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçıların mirasın qəbulu müddətini ötürməsi onları cavabdehin adına verilmiş şəhadətnamənin etibarsız sayılmasını tələb etmək hüququndan məhrum etmir. Belə ki, iddiaçılar mirasın qəbulu müddətini ötürsələr də vərəsədirlər, vərəsə kimi mirasın qəbulu vaxtının uzadılması üçün məhkəməyə müraciət etmək hüququna malikdilər. Odur ki, mirasın qəbulu müddətini ötürmüş şəxsə (cavabdehə ) “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsi onların qanuni maraqlarını pozur.
48. Cavabdeh1 mirasın qəbulu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyib. Onun 3 aylıq müddət ərzində mirası qəbul edib-etmədiyi araşdırılarkən bildirmişdir ki, atasının 40 mərasimi üçün gələndə evdə 1 ay qalıb. Onun bu hərəkəti mirasa sahiblik etməyə və ya mirası idarə etməyə faktiki başlama kimi qiymətləndirilə bilməz.
49. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 367.1, 1243, 1246 və 1248.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
50. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağa Əli qızı (Vəkil1) qətnamədən kassasiya şikayəti verib, qətnaməni n iddianın təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
51. İddiaçıların kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi iddiaçıların 20 fevral 2008-ci ildən 20 may 2008-ci ilədək olan müddətdə miras əmlaka sahiblik etmələri və mirası faktiki idarə etməyə başlamaları barədə şübhələrini hər hansı digər sübutlarla əsaslandırmayıb, həmin vaxt evdə təmir işləri aparıldığını təsdiq edən təkzib edilməz sübutlar hələ birinci instansiya məhkəməsinə verilmişdi; - mirasın iddiaçılar tərəfindən qəbulu elektrik enerjisindən istifadə ilə də təsdiq edilir.
52. Cavabdeh1 da kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cav abdehin kassasiya şikayətini dəlilləri: - hazırki iş üzrə Ali Məhkəmənin qərarında şərh edilənlədən görünür ki, iddiaçılar mirası qəbul etməyib; - iddiaçılar mirası faktiki olaraq 2008-ci ilin aprelində qəbul etdiklərini iddia etsələrə də, buna dair sübut təqdim etməmişlər. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
53. Kassasiya şikayətinə qarşı tərəflərin yazılı etirazı daxil olmamışdır. uşdur. c) Kassasiya icraatı iştirakçılarının izahatları
54. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 Ağa Əli qızı və onların vəkili Vəkil1 öz kassasiya şikayətlərini müdafiə, cavabdehin şikayətinə isə etiraz edərək öz şikayətlərinin təmin, cavabdehin şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.
55. Məhkəmə kollegiyasının iclasında cavabdeh Məmmə dov X27 və onun vəkili Vəkil2 öz kassasiya şikayətini müdafiə, iddiaçıların şikayətinə isə etiraz edərək öz şikayətinin təmin, iddiaçıların şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.
56. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə İddiaçı3, cavabdehlər 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoru və DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsini n və xitamının bağlı olduğu vaxtdır. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutl arı müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apell yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən iddianının təmin edilməyən cavabdeh tərəfindən isə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl edilməmişdir.
60. Belə ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin bu iş üzrə qərarında şərh edilən və hazırki qərarın 40-ci bənində qeyd edilən göstərişlərə əməl etməmiş, Ali Məhkəmənin qeyd etdiyi hallarla bağlı hər hansı araşdırma aparmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
61. Ali Məhkəmənin hazırkı qərarında nə iddiaçı tərəfin, nə də cavabdeh tərəfin mirasın qəbul edilmə müddəti ərzində mirası konkret olaraq hansı hərəkətləri yerinə yetirməklə qəbul etdiklərinin aydınlaşdırılmaması barədə göstəriş olsa da, apellyasiya məhkəməsi bu yöndə hər hansı pro sessual hərəkətlər etməyib. Qanunvericiliyin tələbinə görə də məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.
62. Daha bir göstəriş ondan ibarət olub ki, işə yenidən baxılarkən apellyasiya məhkəməsi sübutemənin bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin mirası faktiki qəbul etmələri ilə bağlı ətraflı araşdırma aparmalı, kimin hansı hərəkətləri ilə mirası qəbul etməsini aydınlaşdırmalı, əlavə sübutlar təqdim olunacağı təqdirdə həmin sübutları hansı əsaslarla 1-ci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbləri aydınlaşdırılmalı və prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla qərar qəbul edilməlidir. Baxmayaraq ki, bu göstərişlər üzrə araşdırma aparılması mübahisənin qanuni və əsaslı şəkildə həll edilməsi üçün müh üm əhəmiyyət daşımışdır. Çünki bir qayda olaraq miras əmlakla bağlı mübahisələrin həllində mirasın qəbul edilməsi faktı və bunun hansı müddətdə həyata keçirilməsi hallarının müəyyən edilməsi iddianın qanuni həllinin əsas şərtilərindən biridir.
63. Göründüyü kimi, Ali Məhkəmənin qeyd edilən qərarında da məhz bu hallarla bağlı məsələyə aydınlıq gətirilməsi və bundan sonra iddiaya hüquqi qiymət verilməsi barədə göstəriş vardır. Bundan çıxış edərək işə baxan apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutları MPM-in 88 və 175.1-ci maddəsinin tələbələrinə uyğun olaraq qiymətləndirməli idi. Apellyasiya instansiyası isə tərəflərin mirasın qəbulu ilə bağlı dəlillərinə, buna aid sübutlarına prosessual qanunvericiliyin tələbələrinə uyğun qiymət verməyib. Halbuki 1-ci apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə də bu hallar əsas olmuşdu.
64. İşdən görünür ki, Cavabdeh1 evin damının 2014-cü ildə, pəncərələrinin 2016-cı ildə İddiaçı3 tərəfindən təmir edilməsini, hasarın çəkilməsi tarixini isə dəqiq xatırlamadığını bildirmişdir. Apellyasiya məhkəməsi tərəfindən ən azı cavabdehin bu izahatı ilə bağlı sübut etmə yükü də dəqiq müəyyən edilməklə iş üçün təsir edən hallara aydınlıq gətirilməyib.
65. Nəzərə alınmalıdır, kassasiya instansiyasının qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi olduğu üçün həmin göstərişlərin icra edilməsi ilə bağlı zəruri hərəkətlərin edilməsi vəzifəsini də işə baxan məhkəmə daşıyır.
66. Buna görə də tərəflərin mirasın qəbulu ilə bağlı (forması, müddəti və s.) işin hallarına tam aydınlıq gətirilmədiyi üçün məhkəm ə kollegiyası gəlinən nəticənin əsaslılığına və düzgünlüyünə qiymət verə bilmir. 67. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 68. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin ə saslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
69. Bu baxımdan, apellyasiya instansiyasının qətnaməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumunun qərarında qətnamənin əsaslığına dair irəli sürülən tələblərə cavab verən qətnamə hesab edilə bilməz.
70. Bundan başqa, apellyasiya məhkəməsi bir tərəfdən nə iddiaçıların, nə də cavabdehin miras əmlakı qəbul etməməsini göstərmiş, digər tərəfdən də mirası qəbul etmədiklərini qeyd etdiyi iddiaçıların tələbi üzrə cavabdehin adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız, evə dair çıxarışın ləğv edilməsini qət etməklə ziddiyyətli nəti cəyə gəlmiş, miras əmlakın taleyini açıq saxlamış, mübahisəni həll etməmişdir.
71. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
72. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıların və Cavabdeh1 kassasiya şikayətləri təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4956/2021 nömrəli, 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.