Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5497/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli 2(103)3574/2019 saylı qətnaməsindən İddiaçı Lizinq Şirkəti QSC-nin hüquqi varisi “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Ə.Rzayev, iş № 2(001)-2369/2018) İddiaçı Lizinq şirkəti QSC–nin cavabdehl ər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsinin ləğv edilməsi və ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək şirkətlə Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli daxili lizinq müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş ziyana görə 6.932,16 ABŞ dolları məbləğində gecikməyə, 5.827,95 ABŞ dolları məbləğində faizə, 107 ABŞ dolları məbləğində dəbbə puluna görə, cəmi 12.867,11 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutularaq şirkətə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və İ.Ə.Kərimli) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Ba kı şəhəri Binəqədi rayon məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. İşin halları: 26 noyabr 2014-cü il tarixdə şirkətlə Cavabdeh1 arasında daxili lizinq müqaviləsi bağlanmış və müqavilədə göstərilən “Mercedes-Benz S 350” markalı minik avtomobili Cavabdeh1 müvəqqəti istifadəsinə verilmişdir. Cavabdeh1 avans olaraq şirkətə 10.000 ABŞ dolları ödəmiş, qalan 40.000 ABŞ dollarını isə illik 21 faiz olmaqla 36 ay müddətinə şirkətə ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 müqavilə üzrə öhdəliklərinin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Avtomaşının istifadəsində olduğu müddət ərzində Cavabdeh1 şirkətə 4691,31 ABŞ dolları məbləğində ödəniş etmişdir. 2018-ci ilin yanvar ayında şirkət iddia ərizəsi ilə məhkəm əyə müraciət edərək Cavabdeh1 müqavilə üzrə öhdəliklərini vaxtında və müqavilədə müəyyən olunmuş qaydada icra etməyib lizinq obyektini könüllü olaraq şirkətə təhvil verməsini və həmin vaxta kimi şirkətə əsas məbləğ üzrə 6932,16 ABŞ dolları, faizlər üzrə 5844 ABŞ dolları, dəbbə pulu üzrə 1072 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə 26 noyabr 2014-cü il tarixli lizinq müqaviləsinə xitam verilməsini və borcun cavabdehlərdən müştərək qaydada tutularaq şirkətə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Lizinq Şirkəti QSC-nin hüquqi varisi “xxxx” MMC-nin direktoru kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozul ması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılma lıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 tərəfindən lizinq obyekti olan avtomobil 03 aprel 2015-ci il tarixdə şirkətə qaytarılmaqla onun istifadəsində cəmi 4 ay qalmış və bu müddət ərzində onun tərəfindən şirkətə avans şəklində 10.000 ABŞ dolları, aylıq ödəniş şəklində 4691,31 ABŞ dolları-cəmi 14.691,31 ABŞ dolları ödəniş edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Apellyasiya instansiyası məhkəməsinə görə lizinq müqaviləsinin mahiyyəti əşyanı dəyəri ödənilməklə müəyyən müddətdə istifadəyə götürməkdən ibarətdir. Lizinq verən əşyanı geri alarsa, əşyaya görə haqq ödənilməsi həmin vaxtdan dayanır. Çünki lizinq mükafatı əmlakdan istifadəyə görə edilən ödənişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə tərəflərin qarşılıqlı münasibətinə, müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun əsaslandırıldığından, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 22 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5497/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5497/2019
08.08.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver