Məhkəmə qərarları › İş №2(102)-55/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-55/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-55/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-55/22 (Açar sözlər: hərracın nəticələrinin və qiymətləndirmə rəyinin ləğv olunması, icra sənədi üzrə üzərinə həbs qoyulmuş əmlakla bağlı hərracın ipoteka qanunvericiliynə əsasən keçirilməsi) Bakı şəhəri, 17 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1 cavabdeh "xxxx" MMC -nin (Cavabdeh1 MMC) vəkili Vəkil3, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “hərracın nəticələrinin və qiymətləndirmə rəyinin ləğv olunması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4002/2021 nömrəli, 17 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər "xxxx" MMC-nin (Cavabdeh1 MMC) və Cavabdeh2 kassasiya şikayətlərinə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İşin halları,

1. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 8(006)-5101/2014 nömrəli iş üzrə 08.10.2014-cü il tarixli qərardadla X2 mülkiyyətində olan Bakı şəhəri, Abay döngəsi, 7 saylı evin (bundan sonra – mübahisəli ev) üzərinə həbs qoyulmuşdur.

2. Həmin iş üz rə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5852/2016 nömrəli, 13.12.2016-cı il tarixli qətnaməsi ilə mərhum X2 vərəsələri X7, X5, X3, X6 və İddiaçı (bundan sonra – iddiaçı) onlara mərhumun miras aktivindən çatan payların hesabına (əldə etdikləri miras aktivləri (payları) həddindən artıq olmamaq şərtilə), miras aktivindən əldə etdikləri paylara uyğun (paylar nisbətində) olaraq cəmi 285200 manat pulun tutularaq Cavabdeh2 ödənilməsi qət edilmiş, məhkəmə aktı qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

3. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 28.08.2017-ci il tarixli qərarı ilə sözügedən fərdi yaşayış evinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilmiş və "xxxx" MMC-nin 29.09.2017-ci il tarixli QXM-241 saylı rəyi ilə "xxxx" Mənzil Tikinti Kooperativinin arayışına əsasən sözügedən ü nvanın 29.09.2017-ci il tarixə ümumi bazar dəyəri: ayrı-ayrılıqda mübahisəli evin bazar dəyəri 112350 manat, torpağın bazar dəyəri sənədi olduqda 351150 manat, ümumilikdə isə 463500 manat məbləğində qiymətləndirilmişdir.

4. Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi 17/70-90219/14 saylı, 27.12.2017-ci il tarixli məktubla hərracın keçirilməsini Cavabdeh1 MMC-yə sifariş etmişdir.

5. Tələbkar Cavabdeh2 08.05.2018-ci il tarixdə ərizə ilə müraciət edərək mübahisəli evin torpaqla birlikdə borcun ödənilməsinə yönəldilməsinə razı olmadığını bildirmiş, yalnız üzərinə həbs qoyulmuş və 112350 manat məbləğində qiymətləndirilmiş fərdi yaşayış evinin hərraca çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh1 MMC tərəfindən sözügedən fərdi yaşayış evinin ilkin satış qiyməti 112350 manat müəyyən olunmaqla, ilk hərracın keçirilmə tarixi 25.06.2018-ci il tarixə, saat 11:00-a təyin olunmuşdur. Mənzilin ilkin satış qiyməti 112350 manat-10%=101.115 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi 16.07.2018-ci il tarixə, saat 11:00-a, mənzilin ilkin satış qiyməti 112350 manat-20%=89.880 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi 06.08.2018-ci il tarixə, saat 11:00-a, mənzilin ilkin satış qiyməti 112350 manat-30%=78.645 manat müəyyən olunmaqla, son hərracın keçirilmə tarixi 24.08.2018-ci il tarixə, saat 11:00-a təyin olunmuşdur. Qeyd olunanlar barədə İddiaçı və digər borcluların ünvanlarına “açıq hərracın keçirilməsinə dair” 25.05.2018-ci il, 06.07.2018-ci il, 19.07.2018-ci il və 10.08.2018-ci il tarixli bildirişlər göndərilmiş və bununla bağlı “Kaspi” qəzetində elanlar ye rləşdirilmişdir. 7. 24.08.2018-ci il tarixli, 230 nömrəli hərracın yekunları barədə protokola və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən fərdi yaşayış evini 78645 manat qiymətlə Cavabdeh2 əldə etmişdir. b) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərracın nəticələri barədə 24.08.2018-ci il tarixli, 230 nömrəli protokolun və Qiymətləndirmə Xidməti Mərkəzinin 29.09.2017-ci il tarixli QXM-241 saylı Qiymətləndirmə rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən əmlak bazar qiymətinə uyğun olaraq düzgün qiymətləndiri lməmişdir və nəticədə atası X1 miras kimi qalmış ev hərrac şirkəti tərəfindən bazar qiymətindən də aşağı qiymətə tələbkara satılmışdır.

10. Həmçinin, iddiaçının tərəf kimi belə bir hərracın keçirilməsindən məlumatı olmamış və iştirakı təmin olunmamışdır.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 416-cı maddəsinə istinad etmişdir.

12. İş üzrə keçirilmiş, "xxxx" MMC-nin 29.07.2019-cu il tarixli, 48 №-li rəyi ilə müəyyən edilmişdir ki, qeyd edilən ünvanda yerləşən 264,6 kv.m ümumi tikili sahəsi və 309 kv.m ümumi torpaq sahəsi olan fərdi yaşayış evinin 29.07.2019-cu il tarixə bazar dəyəri 529200 manat təşkil edir.

13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 18.10.2019-cu il tarixli məktubla qeyd olunan daşınmaz əmlak söküldüyü üçün onun bazar dəyər inin hesablanmasının mümkün olmadığını bildirmişdir.

14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (2(005)-3315/2019 nömrəli iş üzrə 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Solmaz Ədilova)

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə mübahisəli daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuş, tələbkar isə alqı-satqı müqaviləsi imzalayaraq qəbul etmişdir. Belə olan halda mübahisəli fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara satılmışdır. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.

16. Birinci instansiya məhkəməsi fərdi yaşayış evi ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsi, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı iddiaçının vəkilinin gətirdiyi dəlillə münasibətdə etmişdir ki, hərrac təşkilatı icra sənədi üzrə borclulara və tələbkara rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin ünvanda yaşayan şəxslər tərəfindən, o cümlədən iddiaçının özü tərəfindən imza edilərək qəbul edilmiş və qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə i clasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara satılmışdr. Həmçinin məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlar və verdikləri izahatlardan da məlum olmuşdur ki, keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur.

17. Birinci instansiya məhkəməsi əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatın ləğv edilməsi hissəsində iddianı əsassız hesab edərək göstərmişdir ki, iddiaçı məhkəməyə mübahisəli əmlakın qiymətinin qat-qat yuxarı olması barədə hər hansı sübut təqdim edə bilməmişdir. Qiymətləndirici 29.09.2017-ci il tarixə mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiymətini qeyd etməklə, «Qiymətləndirmə fəaliyyə ti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 415.2-ci mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 41.1, 41.2, 41.3, 41.5, 42.1, 42.3, 42.5, 42.6, 43.3, 43.4-43.8, 48-ci, “İcra haqqında” Qanunun 53.2, 62.1, 62.2-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianını təmin edilməsini edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılıb.

21. Bakı Apellyasiya Məhkəmə si Mülki 2(103)-1821/2020 nömrəli, 17 iyun 2020-ci apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Rafael Eyvazov)

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, “İcra haqqında” Qanunun 51.1-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5, 7, 8 və 9-cu maddələrinə istinadla qeyd etmişdir ki, iddiaçı, Cavabdeh3 MMCnin 29.09.2017-ci il tarixli rəyində göstərilən qiymətin həqiqi olmadığını bildirərkən, öz hesabına keçirilmiş qiymətləndirmə üzrə "xxxx" MMC-nin 29.307.2019-cu il tarixli, 48 saylı rəyinə istinad edib ki, həmin rəyə əsasən də 246,6 kv.metr ümumi tikili sahəsi və 309 kv.metr ümumi torpaq sahəsi olan mübahisəli fərdi yaşayış evinin 29.07.2019-cu il tarixdə bazar dəyəri 529200 manat təşkil edir. Göründüyü kimi, iddiaçının istinad etdiyi rəydə mübahisəli fərdi yaşayış evinin dəyəri ayrıca müəyyən edilməməklə, torpaq sahəsi ilə birlikdə ümumi dəyəri müəyyən edilmişdir. Baxılan iş üzrə hərracın predmeti isə yalnız fərdi yaşayış evidir. Buna görə də, bu rəy hazırkı işin halları baxımından mötəbər və kifayətedici sübut hesab edilə bilməz.

23. Apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, işə birinci instansiya məhkəməsinə baxılarkən əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, lakin qeyd olunan daşınmaz əmlak söküldüyündən bazar dəyərinin hesablanması mümkün olmamışdır.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə qətnaməsinin icrası mərhələsində mübahisəli evin dəyəri Cavabdeh3 MMC tərəfindən obyektiv qiymətləndirildiyindən sözügedən rəyin ləğv olunması üçün əsas yoxdur.

25. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 414.1, 414.4, 415.1 və 415.2-ci maddələrinə istinad edərək onu da vurğulamışdır ki, keçirilən hərraclar barədə iddiaçı məlumatlandırılmış, müvafiq elanların verilməsi təmin olunmuş və hərracı udmuş şəxs kimi tələbkar ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə bağlanmışdır. Belə olan halda, həmin hərracın nəticələrinin etibarsız sayılması üçün əsas aşkar edilməmişdir. İddiaçı, hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini bildirsə də, bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan poçt sənədlərinə əsasən, keçirilmiş hərraclar barədə bildirişlər iddiaçının iş materiallarında olan rəsmi ünvanı na göndərilmiş və ünvanda imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir. Bundan başqa, hərracı keçirən təşkilat tərəfindən həm ilkin, həm də təkrar hərracların vaxtı və keçirilmə yeri, satışa çıxarılan əmlak barədə məlumatların kütləvi informasiya vasitəsində dərc olunması və ictimai açıqlanması təmin olunmuşdur. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin həm qiymətləndirilməsi, həm də hərracda satılması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Belə olan halda, iddianın təmin edilməsi üçün əsas yoxdur. Odur ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. c) Kassasiya instansiyası məhkəməsin dəki birinci icraat

26. İddiaçı kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin bildirişləri məhkəmə prosesi olub qurtardıqdan sonra iddiaçının ünvanına gəlib çatmış, iddiaçı məhkəmə iclasının vaxtından xəbərsiz olmuş, iddiaçının iştirakı təmin edilməməklə məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-448/2021 nömrəli, 01 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş Bakı Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1821/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır.

29. Kassasiya instansiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyilə razılaşmayaraq qeyd edib ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunması əsası kimi Mülki Məcəllə və “İcra haqqında” Qanunla yanaşı, həmçinin “İpoteka haqqında” Qanunu tətbiq edərək, iki hala istinad etmişdir: hərracın keçirilməsi barədə iddiaçıya məlumat verilmişdir; mübahisəli evin dəyərinin aşağı qoyulması barədə hər hansı sübut təqdim edilməmişdir. Halbuki iş üzrə məhkəmələr tərəfindən mübahisəli əmlakın ipoteka predmeti olmadığı, mülki işə baxılarkən iddianı təmin tədbiri qismində həbs qoyulduğu v ə sonradan icra qanunvericiliyinə əsasən açıq hərracda satılığı müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 53-cü maddəsində ipoteka predmeti olmayan və üzərinə həbs qoyulmuş əmlaka tutma yönəldilməsinin qaydaları tənzimlənmişdir. Həmin qaydaya əsasən üzərinə həbs qoyulmuş əmlak ilk növbədə tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Əmlak satılmadıqda yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. İş üzrə iddiaçının tələbinin əsaslarından biri mübahisəli əmlakın açıq hərracdan dəyərindən ucuz qiymətə satılması ilə bağlıdır. İşə baxan məhkəmələr müə yyən etmişlər ki, icra məmuru 27.12.2017-ci il tarixli məktubla hərracın keçirilməsini Cavabdeh1 MMC-yə sifariş etmiş, 25.06.2018-ci il tarixdə, 16.07.2018-ci il tarixdə, 06.08.2018-ci il tarixdə və 24.08.2018-ci il tarixdə hərraclar keçirilmiş, hər növbəti hərracda mübahisəli əmlakın ilkin satış qiyməti 10 % aşağı salınmış və sonuncu hərracda 30% aşağı qiymətlə 78.645 manata tələbkar tərəfindən ələ edilmişdir. Halbuki “İcra haqqında” Qanunun 53-cü maddəsində üzərinə həbs qoşulmuş əmlakın hərracda üç ay ərzində satılmadığı halda təkrar tələbkara təklif olunması və imtina edildiyi halda əmlakın borcluya, icra sənədinin isə məhkəmə və ya digər orqana qaytarılması qaydası müəyyən edilmişdir. Nə “İcra haqqında” Qanunda, nə də həracın təşkili və keçirilməsinin ümumi qaydalarını tənzimləyən Mülk i Məcəllənin 414-416cı maddələrində əmlak hərracda satılmadığı halda onun qiymətinin aşağı salınması qaydasl müəyyən edilməmişdir.

30. Kassasiya instansiyası qeyd edib ki, “İpoteka haqqında” Qanunun analogiya qaydasında da hazırkı münasibətlərə şamil olunması mümkün deyildir. Çünki “İpoteka haqqında” Qanunun preambulasına əsasən bu Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Göründüyü kimi Qanunun özündə onun müdəalarının ipoteka predmeti olmayan əmlaklara şamil edilməsi nəzərdə tutulmamışdır. MPM -in 13.4cü maddəsi mülki porsesdə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda hüquq normalarının analogiya qaydasında tətbiqini mümkün hesab edir.

31. Kassasiya instansiyasının mövqeyinə görə, ümumiyyətlə, qanunda nəzərdə tutulmuş və ya tərəflər arasında könüllü bağlanmış müqavilədə müəyyən edilən hallar istisna olmaqla, əmlakın açıq hərracdan realizə edilməsinin təyinatı əmlakın daha aşağı qiymətə satılmasından deyil, müvafiq əmlakı ilkin satış qiymətilə alıcılara təqdim etməkdən və ən yüksək qiymət təklif etmiş alıcıya satmaqdan ibarətdir. Buna baxmayaraq işə baxmış apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən mübahisələndirilən hərrac prosesinə tətbiq edilməli olan qanun normalarının tələbləri baxımından qiymət verməmişdir. ç) Apellyasi ya instansiyası məhkəməsindəki ikinci icraat

32. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4002/2021 nömrəli, 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3315/2019 saylı, 07 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək, Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərracın nəticələri barədə 24.08.2018-ci il tarixli, 230 nömrəli protokol və Cavabdeh3 tərəfindən tərtib olunmuş 29.09.2017-ci il tarixli, QXM241 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi qət edilmişdir. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Vəfaddin İbayev, Məmməd Məmmədov )

33. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, “İcra haqqında” Azərbaycan Respu blikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun gö stəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Adı çəkilən Qanunun 8-ci və 9-cu maddələrinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. İddiaçı Cavabdeh3 MMC-nin 29.09.2017-ci il tarixli rəyində göstərilən qiymətin həqiqi olmadığını bildirərkə n, öz hesabına keçirilmiş qiymətləndirmə üzrə "xxxx" MMC-nin 29.307.2019-cu il tarixli, 48 saylı rəyinə istinad edir ki, həmin rəyə əsasən, Bakı şəhəri, Abay döngəsi 7 ünavında yerləşən 246,6 m2 ümumi tikili sahəsi və 309 m2 ümumi torpaq sahəsi olan fərdi yaşayış evinin 29.07.2019-cu il tarixdə bazar dəyəri 529.200 manat təşkil edir. Eyni zamanda, Mülki Məcəllənin 414.1-ci və 414.4-cü maddələrinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsa biqə üzrə hərracı udmuş sayılır. Həmin Məcəllənin 415.1-ci və 415.2-ci maddələrinə görə, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Bundan başqa, “İcra haqqında” Qanunun 53-cü maddəsində ipoteka predmeti olmayan və üzərinə həbs qoyulmuş əmlaka tutma yönəldilməsinin qaydaları tənzimlənmişdir. Həmin qaydaya əsasən üzərinə həbs qoyulmuş əmlak ilk növbədə tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Əmlak satılmadıqda yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.

34. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, icra məmuru 27.12.2017-ci il tarixli məktubla hərracın keçirilməsini Cavabdeh1 MMC-yə sifariş etmiş, 25.06.2018-ci il tarixdə, 16.07.2018-ci il tarixdə, 06.08.2018-ci il tarixdə və 24.08.2018-ci il tarixdə hərraclar keçirilmiş, hər növbəti hərracda mübahisəli əmlakın ilkin satış qiyməti 10 % aşağı salınmış və sonuncu hərracda 30% aşağı qiymətlə 78.645 manata tələbkar tərəfindən ələ edilmişdir. Halbuki “İcra haqqında” Qanunun 53-cü maddəsində üzərinə həbs qoşulmuş əmlakın hərracda üç ay ərzində satılmadığı halda təkrar tələbkara təklif olunması və imtina edildiyi halda əmlakın borcluya, icra sənədinin isə məhkəmə və ya digər orqana qaytarılması qaydası müəyyən edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, nə “İcra haqqında” Qanunda, nə də həracın təşkili və keçirilməsinin ümumi qaydalarını tənzimləyən Mülki Məcəllənin 414-416-cı maddələrində əmlak hərracda satılmadığı halda onun qiy mətinin aşağı salınması qaydası müəyyən edilməmişdir. Eyni zamanda “İpoteka haqqında” Qanunun analogiya qaydasında da hazırkı münasibətlərə şamil olunması mümkün deyildir. Çünki “İpoteka haqqında” Qanunun preambulasına əsasən bu Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Göründüyü kimi Qanunun özündə onun müdəalarının ipoteka predmeti olmayan əmlaklara şamil edilməsi nəzərdə tutulmamışdır. Cavabdehlər harracın təşkilatçısı ilə icra şöbəsi arasında bağlanmış müqaviləyə istinad etsələr də, kollegiy a qeyd edir ki, müqavilə şərtləri qanundan üstün tutula bilməz. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

36. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab edib ki, iddiaçıya məxsus əmlak real dəyərindən çox aşağı qiymətlə hərraca çıxarıldığından, habelə hərracın keçirilməsi qaydaları pozulduğundan hərracın nəticələri barədə 24.08.2018-ci il tarixli, 230 nömrəli protokol və Cavabdeh3 tərəfindən tərtib olunmuş 29.09.2017-ci il tarixli, QXM241 saylı qiymətləndirmə rəyi ləğv edilməlidir.

37. Bu qənaətə gələrkən apellyasiya instansiyası məhkəm əsi həm də onu nəzərə alıb ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsidir; tərəflərin hüquq və vəzifələri isə mülki qanunvericilik prinsipləri əsas götürülməklə ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmaqla tənzimlənməlidir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

38. Cavabdehlər "xxxx" MMC (Cavabdeh1 MMC) və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişlər. 39. "xxxx" MMC (Cavabdeh1 MMC)-nin kassasiya şikayətinin dəlilləri: - İddiaçı Cavabdeh1 MMC ilə bağlanmış 24 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsinin tərəfi deyil. Belə olan halda, Mülki Məc əllənin 421 və 423-cü maddələrinə görə iddiaçının həmin müqavilənin ləğvini tələb etmək hüququ yoxdur. - Mülki Məcəllənin 319.5, Vergi Məcəlləsinin 90.3.20.4-cü maddələri və “İpoteka haqqında” Qanunu hərraca çıxarılan əmlakın qiymətinin 40 faizədək endirilməsini özündə ehtiva edir.

40. Cavabdeh2 kassasiya şikayətinin dəlilləri: - hazırki iş üzrə hərracın keçirilməsində qanunun analogiyasından istifadə edilməsi düzgün olmuşdur; e) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

42. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin (Cavabdeh1 MMC) vəkili Vəkil3 kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

43. Məhkəmə kollegiyasının iclasında İd diaçı vəkili Vəkil1 kassasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi.

44. Cavabdeh2 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

45. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh3 MMC nümayəndəsi və vəkilinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə. Maddə 414.1 Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıd akı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İ cra haqqında” Qanun (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) Maddə 51.1. Borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini ve rmiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun Maddə

5. Məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Maddə

7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Maddə

8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni b axılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Maddə

9. Qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir.. Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hərracın “İpoteka haqqında” Qanuna əsasən hərraca çıxarılmış əmlakın qiymətinin azaldıması ilə keçirilməsini hərracın keçirilməsi qaydalarının pozulması kimi qiymətləndirib, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi üzrə hazırki qərarın 33-37-ci bəndlərin də əks edilən hüquqi dəyərləndirməsini və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl edərək iddia tələbi üzrə işin hallarına uyğun ətraflı hüquqi dəyərləndirmə aparmış, prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmiş, sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

51. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətinin dəlillərini əsasız sayır.

52. Məhkəmə kollegiyası "xxxx" MMC (Cavabdeh1 MMC)-nin İddiaçı 24 avqust 2018-ci il tarixli alqı-s atqı müqaviləsinin tərəfi olmadığı üçün onun həmin müqavilənin ləğvini tələb etmək hüququnun olmaması, Mülki Məcəllənin 319.5 və Vergi Məcəlləsinin 90.3.20.4-cü maddələrində də hərraca çıxarılan əmlakın qiymətinin endirilməsinin nəzərdə tutulması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, mübahisəli əmlak ipoteka predmeti olmayıb, həmin əmlakın üzərində başqa bir mülki işə baxılarkən iddianı təmin tədbiri qismində həbs qoyulub. Hərraca çıxarılmış həmin əmlakın “İpoteka haqqında” Qanuna əsasən qiymətinin azaldımaqla keçirilməsi apellyasiya məhkəməsi tərəfindən qanunsuz hesab edilib. Belə olan halda, iddiaçının müqavilə tərəfi olmadığı halda onun ləğvini tələb etmək hüququnun olmaması barədə dəlilin hər h ansı əhəmiyyəti qalmır.

53. Mülki Məcəllənin 319.5-ci və Vergi Məcəlləsinin 90.3.20.4-cü maddələrində də hərraca çıxarılan əmlakın qiymətinin endirilməsinin nəzərdə tutulması barədə kassasiya şikayətinin dəlillinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, Mülki Məcəllənin 319.5-ci maddəsi də məhz ipoteka predmetinin hərracda satış qaydalarına aiddir. Hazırki işdə isə hərracda satılmış əmlak ipoteka predmeti olmayıb. Bundan başqa, Vergi Məcəlləsinin 90.3.20.4-cü maddəsi isə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərracda satılması qaydasını müəyyən edir ki, bu qaydanın hazırki işlə heç bir əlaqəsi yoxdur.

54. Məhkəmə kollegiyası hərracın keçirilməsində qanunun analogiyasından istifadə edilməsinin düzgün olması barədə Cavabdeh2 kassasiya şikayətinin dəlilini də əsassız sayır. Bu iş üzrə Ali Məhkəmənin əvvəlki qaərarında da qeyd edilib ki, “İpoteka haqqında” Qanunun analogiya qaydasında hazırkı münasibətlərə şamil olunması mümkün deyildir. Çünki “İpoteka haqqında” Qanunun preambulasına əsasən bu Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Göründüyü kimi Qanunun özündə onun müdəalarının ipoteka predmeti olmayan əmlaklara şamil edilməsi nəzərdə tutulmamışdır.

55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər "xxxx" MMC-nin (Cavabdeh1 MMC) və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4002/2021 nömrəli, 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar