Məhkəmə qərarları › İş №2(102)-5501/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5501/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5501/2021 04.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehna qarşı iş üzrə QƏRARİ Açar sözlər: əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edən əşya üzərində ipoteka hüquqları əldə edən şəxsin qeydiyyatın düzgün olmadığını bilmədiyi və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeydin reyestrə daxil edilməyi hallarda vicdanlı əldə edən hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Maraqlı şəxs "xxxx" ASC -nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-804/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış 28.07.2009-cu il tarixli müqavilə ilə satıcı Cavabdeh MMC dəyəri 128.000 manat həcmində müəyyən edilmiş ünvan 1 ünvanda yerləşən Cavabdehna məxsus obyektin 1-ci mərtəbəsində “Satıcı”ya məxsus ərazidə inşa edilən 64 kv.m mağazanı tamamlayıb alıcıya təhvil verməyi (Müqavilənin 2.1.1-ci bəndi), alıcı İddiaçı isə ümumi məbləğin 80.000 manatını əvvəlcədən, qalan 48.000 mana tını müqavilə ilə razılaşdırılmış müddətdə “Satıcf’ya ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 2.2.2 və 2.2.3-cü bəndləri);

2. Cavabdeh 07 avqust 2009-cu il tarixli maliyyə arayışlarından müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanda inşa edilən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m ibarət olan 7 saylı mağazanın tam dəyərini ödəmişdir.

3. Həmçinin iş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsi Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququnun qeydiyyata alınmasına dair "xxxx" ASC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri D övlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 9 iyul 2015-ci il tarixli çıxarış verilmişdir.

4. Hazıkı iş üzrə icraatdan əvvəl Cavabdeh "xxxx" ASC-yə qarşı iddia qaldıraraq, aralarında bağlanmış 08.07.2015-ci il tarixli kredit xətti və 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh "xxxx" ASC də iddiaçı Cavabdehna qarşı qarşılıqlı iddia qaldıraraq, 08.07.2015ci il tarixli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına tutmanın yönəl dilməsini və 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə iddiaçının cavabdeh qarşısında 17.000.000 ABŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə cərimə, cəmi 19.400.119,08 ABŞ dolları və 26.05.2016-cı il tarixdən başlayaraq cavabdehin tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 m anat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçıdan cavabdehin xeyrinə tutulmasını, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyərinin 26.000.000 manat məbləğində təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.07.2016-cı il tarixli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir.

6. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə maraqlarına toxunan X və X4 15.07.201 6-cı il tarixli qətnamədən apellyasiya şikayətləri verərək, ləğv edilməsini, "xxxx" ASC-nin iddiasının rədd edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İİK-nin 23.12.2016-cı il tarixli qərardadı ilə apellyasiyalar mümkün hesab edilmiş, X və X mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. 02.03.2017-ci tarixdə üçüncü şəxslər X və X hər bir ayrı-ayrılıqda cavabdehlər "xxxx" ASC-yə və Cavabdehna qarşı ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizələri ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişlər.

7. Bakı Apelyyasiya Məhkəməsi İİK-nin 07.03.2017-ci il tarixli qərardadı ilə üçüncü şəxslərin iddia ərizələri Azərbaycan Respublikası MPM-nin 372.5-ci maddəsnə əsasən icraata qəbul edilmişdi r. Bakı Apellyasiya Məhkəməsi İİK-nin 2-2(103)-14/2017 nömrəli iş üzrə 05.04.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxslər Ağa-X9 və X2 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.07.2016-cı il tarixli qətnaməsi qismən – qarşılıqlı iddianın 26.05.2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçı X xeyrinə tutulması, tutmanın 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyriyaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 26.000.000 manat müəyyən edilməsi tələblərinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia həmin hissədə qismən təmin edilmiş, tutma 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına, üçüncü şəxslər Ağa-X7 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m sah əsi olan 1 nömrəli mağaza və həmin mərtəbədə yerləşən 30,2 kv.m qeyri-yaşayış sahəsi, X3 məxsus obyektin 2- ci mərtəbəsində yerləşən 24,6 kv.m sahəsi olan 18 saylı qeyri-yaşayış sahəsi istisna olmaqla yönəldilmiş, qeyri-yaşayış binasının (üçüncü şəxslər X məxsus obyektin 2ci mərtəbəsində yerləşən 26,4 kv.m sahəsi olan 1 nömrəli mağaza və həmin mərtəbədə yerləşən 30,2 kv.m qeyri-yaşayış sahəsi, X3 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m sahəsi olan 18 saylı qeyri-yaşayış sahəsi istisna olmaqla) ilkin satış qiyməti 38.473.040 manat müəyyən edilmiş, "xxxx" ASC-nin qarşılıqlı iddiası 26.05.2016- cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən ç ıxmış faydanın əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində rədd edilmiş, qətnamə qalan hissələrdə - iddiaçı Cavabdehndan 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borcun, 2.388.957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, 26.05.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulunun, cəmi 19.400.119,08 ABŞ dollarının, 30 manat məbləğdə dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğidə çəkilmiş xərclərin "xxxx" ASC-nin xeyrinə tutulması hissəsind ə dəyişdirilmədən saxlanılmış, müstəqil tələb irəli sürən üçüncü şəxsər X və X2 cavabdehlər Cavabdehna və "xxxx" ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m olan 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin X məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m sahəsi olan 1 nömrəli mağaza, həmin mərtəbədə yerləşən 30,2 kv.m qeyriyaşayış sahəsi, X3 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m 18 saylı qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilmişdir.

8. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan kassasiya şikayəti vermişlər.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nin 2-1(102)-366/2017 nömrəli iş üzrə 18.10.2017-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 05.04.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Bundan sonra cavabdeh "xxxx" ASC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin 18.10.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

11. Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2017-ci il tarixli qərarı ilə Cavabdeh "xxxx" ASC-yə qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin 18.10.2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsini n İ hissəsinə, Azərbaycan Respublikası MPM-nin 416,418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13-2(102)-1(k)/2018 nömrəli iş üzrə 31.10.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin iş üzrə 18.10.2017-ci il tarixli 2-2(102)-366/17 nömrəli qərarı, onunla bağlı Bakı Apellyasiya Məhkəməsi İİKnın 05.04.2017-ci il tarixli 2-2(103)-14/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş mahiyyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Bakı Apellyasiya Məhkəməs inin İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvəyə minmiş 19.02.2019-cu il tarixli, 2-2(103)-6/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X və X2 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 15.07.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı aralarında bağlanmış 08.07.2015ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması tələblərinə dair ilk iddiasının təmin edilməməsi; qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdehndan 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş xərcin "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka pre dmeti olan və Cavabdehna məxsus ünvan 3 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən Cavabdehndan "xxxx" ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan Cavabdehna məxsus ünvan 3 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış b inasının ilkin satış qiymətinin 38.600.000 manat müəyyən edilməsi, qarşılıqlı iddianın 26.05.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Cavabdehndan "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində təmin edilməməsi, üçüncü şəxs X Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyriyaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, üçüncü şəxs X2 Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 08.07.2015- ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2ci mərtəbəsində yerləşən 24,6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 iyul 2009-cu il tarixli müqavilə əsasında ünvan 4ünvandakı Cavabdehna məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m olan 7 saylı dükana görə ödədiyi 112.500 ABŞ dolları və 10.000 manat məbləğində pul vəsaitin, həmin məbləğə bu illər ərzində hesablanmış bank faiz dərəcəsinin, 70.000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdehndan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh direktoru X şəxsində 28 iyul 2009-cu il tarixdə ünvan 5 ünvanında inşa edulən Cavabdehna məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m olan 7 saylı dükanın 1 kv. metrinə 2000 manat ödəməklə alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilədə nəzərdə tutulmuş 128 000 manatın 112 500 məbləği ABŞ dolları şəkilində, 10 000 məbləği isə manat şəkilində tərəfindən tam olaraq ödənilmişdir. Bu barədə ona 07 avqust 2009-cu il tarixli kassa mədaxil arayışı da təqdim edilmişdir. Həmin müqavilənin 3.2-ci bəndində obyektin 2010-cı ilin 1-ci kvartalında tikinti şlərini yekunlaşdıraraq, onun istifadəsinə və mülkiyyətinə veriləcəyi vəd edilsə də bu günə kimi birmənalı şəkildə müqavilə öhdəlikləri pozularaq, ona aid dükanın ona təhvil verməkdən imtina edilir. Qeyd etdiyi kimi, müqavilədə nəzərdə tutulan tikinti-tamamlama işləri bu günə kimi başa çatdırılmamışdır. Bu bir daha təsdiq edir ki, X firmasının direktoru X üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Göründüyü kimi cavabdeh X firmasının direktoru X müqavilədə göstərilən öhdəliklərini icra etməmişdir. Əgər həmin öhdəl iklərin icrası obyektiv səbəblərdən mümkün deyilsə, 7 il bundan öncə ödənilmiş 112 500 ABŞ dolları və 10 000 manat məbləğində vəsait və həmin məbləğə hesablanmış bank faiz dərəcələri ilə ona qaytarılmalıdır. Yuxarıda qeyd etdiyi kimi, X firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m olan 7 saylı dükana görə müqavilədə nəzərdə tutulmuş 112 500 ABŞ dolları və 10 000 manat tərəfindən tam olaraq ödənilmişdir. Cavabdeh isə müqavilənin 3.2-ci bəndinə əsasən obyektin 2010-cı ilin 1-ci kvartalında tikinti işlərini yekunlaşdıraraq, onun istifadəsinə və mülkiyyətinə verəcəyini vəd etsə də bu günə kimi birmənalı şəkildə müqavilə öhdəliklərini pozaraq, yerinə yetirməmişdir.

16. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 28 iyul 20 09-cu il tarixli müqavilə əsasında ödədiyi 128.000 manat məbləğində pul vəsaitinin əvəzi kimi xxxx ünvandakı “X firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m olan 7 saylı jükanın istismara tam hazır vəziyyətdə onun istifadəsinə və sahibliyinə verilməsi vəzifənin X firmasına həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Fuad Abdıyev) 2(005)1786/2017 saylı, 28 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv. m.-dən ibarət olan 7 saylı mağazanın (qeyri-yaşayış sahəsinin) istismara hazır vəziyyətdə İddiaçı istifadəsinə və sahibliyinə verilməsi vəzifəsinin Cavabdehna həvalə edilməsi, ödənilmiş 30 manat d övlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh iradə ifadəsini bildirməklə razılığa gələrək aralarında müqavilə bağlamış və həmin müqavilə imzalandığı andan aralarında yaranmış mülki hüquq münasibətlərinə uyğun olaraq cavabdeh müqavilə bağlandığı tarixdən mənzili 6 ay ərzində (müqavilənin 3.2-ci bəndi) alıcıya təhvil verməyi öz öhdəsinə götürmüş, lakin öhdəliyin icrası müddətindən 7 ildən artıq müddət keçməsinə baxmayaraq hələ də icra etməmiş, iddiaçı isə öz üzərinə götürdüyü öhdəliyi icra edərək müqavilə imzalandıqdan sonra müqavilə üzrə razılaşdığı 128.000 manat məbləğində pulu cavabdehə tam ödəmişdir. Məhkəmə araşdırması zamanı tərəflər arasındakı hüquq münasibətlərinin yaran ması bağlanmış müqavilədən irəli gəlməsi və cavabdeh tərəfindən müqavilə şərtlərinin lazımınca icra edilməməsi təqdim edilmiş sübutlarla öz təsdiqini tapır.

19. Məhkəmə qeyd etmişdir ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir.

20. Mübahisələndirilən müqaviləyə əsasən podratçı Cavabdeh mübahisə predmeti olan qeyri-yaşayış sahəsini sifarişçi İddiaçı təhvil verməyi, sifarişçi İddiaçı isə mənzilin ümumi dəyərini təşkil edən 128.000 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürmüşlər. Cavabdeh öz rəhbərinin imzası və möhürü ilə təsdiqlənmiş, "maliyyə arayışı" adlandırılmış sənədlə sifarişçinin müqavilə üzrə müəyyən edilmiş məbləği ödədiyini və bununla da öhdəliyini yerinə yetirdiyini təsdiq etmişdir. Tərəflər öz aralarında müqavilənin və maliyyə arayışının imzalandığını mübahisələndirmirlər.

21. Göstərilən hallar özündə açıq-aşkar müqavilənin əhəmiyyətli dərəcədə pozulmasını və İddiaçı ona müqavilə üzrə təhvil verilməli olan əmlakdan məhrum edildiyini əks etdirir. Belə ki, İddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan hüquqi nəticə etibarı ilə ümumiyyətlə məhrum olunmuşdur.

22. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında müqavilə bağlandığından, müqavilənin şərtləri alıcı (iddiaçı) tərəfindən lazımınca icra edildiyindən iddia təmin edilməli, Cavabdeh tərəfindən ünvan 1 ünvanda inşa ədilən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m ibarət olan 7 saylı mağaza İddiaçı istifadəsinə və sahibliyinə verilməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182.1, 385.1, 386.1, 389.1, 390.6, 399.1, 405.1, 406.1, 425.1, 425.2, 442, 448.1, 452.1, 752.1, 762.1, 762.4-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı hüquq və vəzifələrinə toxunan ASC "xxxx" apellyasiya şikayəti vermişdir.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-804/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005) -1786/2017 saylı, 28 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı Cavabdehna qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, apelyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 15 (on beş) manat pulun İddiaçı tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2017-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: “… Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu pri nsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir… Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də t ətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 140 və 271.1-ci maddələrini düzgün şərh etməmiş, ipoteka müqaviləsini hissəvi etibarsız hesab etməklə yüklülük hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ipoteka saxlayanın - iddiaçının məhdud əşya hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası isə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almadan, maddi hüquq normalarının pozulması ilə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bununla da ərizəçinin Kon stitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüququ pozulmuşdur.”

27. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən "xxxx" ASC-yə münasibətdə daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almamışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ASC "xxxx"ın Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermək üçün subyektiv hüququ olmamışd ır.

30. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış binası X xeyrinə ipotekaya qoyulmuşdur ona görə də hazırkı iş üzrə hər hansı bir tələbi X irəli sürə bilərdi.

31. Bundan başqa ASC "xxxx" apelyasiya şikayətində Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsinin onun hansı hüquqlarını pozduğunu göstərməli olduğu halda həmin halları göstərməmişdir.

32. Həmçinin ASC "xxxx" ilə Cavabdeh arasında 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmamışdan əvvəl onunla Cavabdeh arasında 28.07.2009-cu il tarixli müqavilə bağlanmışdır. Yəni 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin bağlanılması ilə onun hüquqları pozulmuşdur.

33. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Maraqlı şəxs "xxxx" ASC-nin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

36. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

37. MPM-in 407.2-ci maddəsinə əsa sən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

38. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

41. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. (maddə 140)

42. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. (maddə 182.1)

43. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. (maddə 271.1) Mülki Prossesual Mə cəllə

44. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

45. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

46. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

47. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayəti n belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu ba xımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. İddiaçı kassasiya şikayətində mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ilə bağlı ipoteka müqaviləsinin Cavabdeh ilə X arasında bağlanıldığına istinad edərək ASC "xxxx"ının hazırkı iş üzrə apelyasiya şikayəti verməyə subyektiv hüququnun olmamasını qeyd etmişdir. İddiaçının bu dəlili ilə bağlı qeyd edilməlidir ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olm aqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka hüququnun qeydiyyata alınmasına dair "xxxx" ASC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 9 iyul 2015-ci il tarixli çıxarış verilmişdir

52. Göründüyü kimi, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi də daxil olmaqla ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyindən və həmin ipoteka hüququnun qeydiyyata alınmasına dair "xxxx" ASC-yə 9 iyul 2015-ci il tarixli çıxarış verildiyindən və ASC "xxxx"ı birinci instansiya məhkəməsi tərəfindən işə cəlb edilmədiyindən ASC "xxxx"ının işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı hüquq və vəzifələrinə toxunan şəxs kimi apellyasiya şikayəti verməyə subyektiv hüququ olmuşdur.

53. Eyni zamanda iddiaçı kassasiya şikayətində ASC "xxxx"ının apelyasiya şikayətində Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsinin onun hansı hüquqlarını pozduğunu göstərməli olduğu halda həmin halları göstərmədiyini qeyd etsə də, ASC "xxxx"ı tərəfindən verilmiş apelyasiya şikayətinin məzmunundan görünür ki, ASC "xxxx"ı apelyasiya şikayətində Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsinin birbaşa olaraq onun 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsindən irəli gələn hüquqlarına toxunduğunu göstərmişdir.

54. Bundan başqa iddiaçı ilə Cavabdeh arasında 28.07.2009-cu il tarixli müqavilənin ASC "xxxx" ilə Cavabdeh arasında 08.07.2015-ci il tarixli sonra kı ipoteka müqaviləsi bağlanmamışdan əvvəl bağlanılması və ona görə də 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin iddiaçının hüquqlarını pozması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2017-ci il tarixli qərarı, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvəsini almış 19.02.2019-cu il tarixli qətnaməsi ilə ASC "xxxx"ın ünvan 2 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına ipotekla hüququnu vicdanlı olaraq əldə etdiyi təsdiq olunduğundan ASC "xxxx"ı tərəfindən iddiaçının heç b ir hüququ pozulmamışdır.

55. Bununla yanaşı nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddianın rədd edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin dəyərinə görə ödənilmiş pulun geri qaytarılması ilə bağlı Cavabdehna qarşı məhkəməyə müraciət etmək hüququnu istisna etmir.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 103)-804/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar