Məhkəmə qərarları › İş №2(102)-551/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-551/2025

05.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-551/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, X3 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin kassasiya baxışından çıxarılması (digər tərəfin kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması ilə bağlı işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Şəki Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüqu qu haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2(107)-1158/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 21 sentyabr 2016-cı il tarixli 2V-182 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və 10 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Şəki Rayon Məhkəməsinin 5 mart 2024-cü il ta rixli, e-2(075)-265/2024 nömrəli qətnaməsi ilə (hakim P.Hacıyev) iddia təmin edilməmişdir.

3. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.V.Kərimov (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və T.H.Həsənov) 2(107)-1158/2024 nömrəli, 23 oktyabr 2024-cü iltarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.

6. Kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 2(102)-551/2025 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir.

7. Bundan sonra, sözügedən qətnamədən iddiaçının arvadı və iş üzrə tərəf olmayan şəxs X1 tərəfindən kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli məktubu ilə həmin şikayətin mümkünlüyünə baxılması üçün mülki işin apellyasiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur.

8. Azərbaycan Respublikası MPM-in 417.1 və 417.1.7-ci maddə lərinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

9. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının işin icraata qəbul edilməsi barədə 2(102)-551/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilməli və İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılaraq mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

10. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 417.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının işin icraata qəbul edilməsi barədə 2(102)-551/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Şə ki Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş kassasiya baxışından çıxarılaraq Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar