Məhkəmə qərarları › İş №2(102)-5515/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-5515/2020

10.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5515/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Kassasiya şikayətinin baxışdan çıxarılması haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlu İddiaçı Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, AR Əmlak Yanında DƏDRX-ni Bakı Şəhər Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş materiallarını nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2020-ci il tarixli, 2(103)3583/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali M əhkəməsinin Mülki Kollegiyasının 2(102)-5515/2020 saylı 30 sentyabr 2020ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və işə kassasiya şikayəti əsasında baxılması 22.12.2020-ci il tarixə təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Məmməd Məmmədov 2(103)-3583/2020 saylı 25.09.2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, İddiaçı Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, AR Əmlak Yanında DƏDRX-ni Bakı Şəhər Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş kas sasiya şikayəti üzrə mülki işin baxılması üçün Ali Məhkəməyə göndərilməsindən sonra iş üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407-409-cu maddələrinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə 25.09.2020-ci il tarixli məktubunu nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi kassasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5515/2020 saylı 30.09.2020-ci il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya b axışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar