Məhkəmə qərarları › İş №2(102)-5524/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-5524/2018

27.08.2018 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5524/2018 27.08.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5524/2018 27 avqust 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Qoldman Tatyana Aleksandrovna və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçıvəkili X9 oğlunun, cavabdeh X5 və vəkili X13ün iştirakı ilə, İddiaçı X8-ə qarşı “borcun, faizin və hüquqi xidmət xərcinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.04.2018-ci il tarixli 2(103)-2414/2018 nömrəli qətnaməsindən İddiaçı və vəki li X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8-ə qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 22.11.2012-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri, 9 saylı notariat kontoru tərəfindən rəsmiləşdirilərək qeydə alınmış borc müqaviləsinə əsasən X5a 400 000 ABŞ dolları məbləğində borc verdiyini, X5in borcu 22.12.2012-ci il tarixədək qaytarmağı öhdəsinə götürdüyünü, lakin dəfələrlə şifahi və rəsmi qaydada edilmiş müraciətlərə baxmayaraq borcu qaytarmadığını irəli sürmüş, buna görə də cavabdehdən 400 000 (dörd yüz min) ABŞ dolları borc məbləğinin, 22.12.2012-ci il tarixdən etibarən illik 5 % olmaqla 3 il müddətinə hesablanmış 60 000 ABŞ dolları (20 000 ABŞ x 3 = 60 000) faizin (dolların manata məzənnəsi ü zrə manatla), 2000 (iki min) manat hüquqi xidmət üçün çəkilmiş xərcin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) 08 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək 400 000 ABŞ dollarının, illik 5 % olmaqla 22.12.2012-cı il tarixdən 3 il müddətində 60 000 ABŞ dollarının, yəni cəmi 460 000 (dörd yüz altmış min) ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının X4-dən alınıb İddiaçıya ödənilməsi, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 29 (iyirmi doqquz) manatının X8, 1 (bir) manatının isə İddiaçıya aid edilməsi qət olunmuşdur. Həmin qə tnamədən X5 apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, sözügedən apellyasiya şikayəti üzrə apellyasiya baxışı X5 İddiaçıya qarşı 22.11.2012-ci il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiasına baxılana qədər dayandırılmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim Elnur Nuriyev) 28 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə X5-in iddia tələbi təmin edilmiş, tərəflər arasında 9 saylı notariat kontorunda bağlanmış 22 noyabr 2012-ci il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi qət olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verən İddiaçı onun ləğv, iddia tələbinin isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən apellyasiya şikayətləri üzrə mülki işlə r bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər M.Məmmədov, M.Bağırova və S.Məmmədov) 14 aprel 2017-ci il tarixli qətnaməsi ilə X5in verdiyi apellyasiya şikayətinin təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli qətnaməsinin ləğv olunması və X6nın iddiasının təmin edilməməsi; İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və X14-ə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddiasının təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, İ.Vəliyev) 12.04.2018-ci il tarixli 2(103)-2414/2018 nömrəli qətnaməsi ilə X5 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)1077/2016 saylı iş üzrə 08 aprel 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni İddiaçı iddia tələbinin qismən təmin olunmasına dair hissədə ləğv edilməsi və İddiaçı X8 qarşı iddia tələblərinin həmin hissədə də təmin olunmaması, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3845/2016 saylı iş üzrə 28 oktyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlar ının məbləğləri tərəflərin özlərinə aid olunması qət edilmişdir. İddiaçı və vəkili X9 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının12.04.2018-ci il tarixli 2(103)-2414/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin göstərişlərini nəzərə almadan yenidən 16 may 2016-cı il tarixli “Öhdəlik haqqında Bəyanat”a istinad edərək hesab etmişdir ki, borc müqaviləsində qeyd olunan məbləğ Kanadada olan "xxxx" şirkəti ilə bağlanmış 25.06.2012-ci il tarixli saziş əsasən razılaşdırılmış layihəyə yatırılmışdır. Bununla əlaqədar qeyd olunması zəruridir ki, borc müqaviləsi 22.11.2012-ci il tarixdə bağlanmışdır. Lakin, məhkəmənin istinad etdiyi saziş isə borc mə bləğinin verilməsindən 6 ay öncə 25.06.2012-ci il tarixdə imzalanmışdır. Həmçinin, 25.06.2012-ci il tarixdə belə bir sazişin bağlanması borc müqaviləsinin bağlanmasından 4 ilə yaxın bir müddət keçdikdən sonra bağlanmış 16 may 2016-cı il tarixli “Öhdəlik haqqında Bəyanatda” öz əksini tapmışdır. Eyni zamanda, apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin mövqeyinə zidd olaraq borc müqaviləsindən 4 ilə yaxın bir müddət keçdikdən sonra bağlanmış “Öhdəlik haqqında Bəyanata” istinad etməklə notariatda bağlanmış və tərəflərin iradə ifadəsini əks etdirən mötəbər sübut hesab olunan borc müqaviləsinin mötəbərliyini şübhə altına almışdır. Halbuki, Ali Məhkəmə qərarında qeyd etmişdir ki, notariat qaydasında bağlanmış borc müqaviləsi verilmiş pul məbləğinin verilməsini təsdiq edən ən mötəbər sübutdur. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 340.2-ci maddəsinə istinad etməklə tərəflər arasında bağlanmış 22.11.2012-ci il tarixli borc müqaviləsini etibarsız hesab etməklə maddi hüquq normasının tətbiqində yalnışlığa yol vermişdir. Məhkəmənin iddia müddətinin tətbiqi ilə əlaqədar gəlmiş olduğu qənaəti ilə bağlı bildirməyi zəruri hesab edirlər ki, borc müqaviləsi 22.11.2012-ci il tarixdə bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. X10 bütün məhkəmə iclaslarında borc müqaviləsindəki imzanın məhz onun özü tərəfindən imzalandığını etiraf etmişdir. Artıq müqavilə b ağlanan andan belə bir borc müqaviləsinin mövcud olmasından xəbərdar olmuşdur. Məhkəmə borcun verilməməsinə əsaslanaraq müddətin axımının başlanmadığı qənaətinə gəlmişdir ki, bu da qanunvericiliyin tələbinə tamamilə ziddir. Odur ki, hazırki iş üzrə olan Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(103)-2414/2018 saylı qətnaməsinin ləğv edilməsinə və tərəflərindən verilmiş X4 400000 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddianın təmin edilməsi, X10 tərəfindən əqdin etibarsızlığına dair verilmiş iddia tələbinin rədd edilmsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçının vəkili X9 kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh X10 və vəkili X13 kassasiya şikayətinə etiraz edərə k, onun təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən olunmuş hallarına görə 22 noyabr 2012-ci il tarixində Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq olunmuş və İddiaçılə (borc verən) X5 (borc alan) arasında bağlanmış borc müqaviləsinə əsasən borc verən borc alanın mülkiyyətinə və əməli idarəçiliyinə 400 000 ABŞ dolları (manatla / kurs üzrə (1 ABŞ dolları = 0.784) 313 600 manat) məbləğində borc pul verməyi, borc alan isə həmin məbləği 1 ay müddətinə – 22.12.2012-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, müqavilənin 2-ci b əndində, göstərilən məbləğdə pulun borc alanın arzusu ilə 22.12.2012-ci il tarixədək qaytarıla biləcəyi, lakin həmin məbləğin axırıncı qalığının 22.12.2012-ci il tarixdən gec olmayaraq qaytarılmalı olduğu nəzərdə tutulmuşdur. İş materiallarında olan və həqiqiliyi mübahisələndirilməyən 16.05.2016-cı il tarixli “Öhdəlik haqqında bəyanat”ın tərcümə edilərək təsdiqlənmiş surətindən görünür ki, Azərbaycan vətəndaşı olan X5 və Kanada şirkəti olan "xxxx"arasında, müəyyən maliyyə xidmətlərinin aparılması üçün təmin ediləcək və ticarət üçün əhəmiyyətli olan 250 000 ABŞ dolları dəyərində ilkin məbləğ cənab X6nın təmsil etdiyi “"xxxx"Britaniya şirkətinin həmin hesabı maliyyə ticarət mənfəət proqramlarında (PPP, Bullet və s.) istifadə etməsi üçün 25.06.2012-ci il tarixdə SC/FA–25.06.12 saylı “Marketin q və Layihələr üzrə Sazış” imzalanmış, X5 tərəfindən 25.09.2012-ci il tarixdə imzalanmış Sazişə əsasən X8in təmsil etdiyi Seyşel Adalarının şirkəti olan “X17.” 250 000 ABŞ dolları məbləğində olan vəsaiti Sərmayəçilər Qrupundan aşağıdakı kimi toplamaq üçün təyin etmişdir: 1) X11 – 100 000 ABŞ dolları; 2) İddiaçı – 100 000 ABŞ dolları; 3) X12 – 50 000 ABŞ dolları. Bəyanata görə, "xxxx"-nin İdarəedici direktoru cənab X12nin xahişi ilə X5 “X18”. və "xxxx"arasında 25.06.2012-ci il tarixdə imzalanmış “TOR/BRR-25.06.” saylı Sazişə əsasən “X18.” Şirkətini 250 000 ABŞ dolları məbləğində olan vəsaiti direktor cənab X13ün təmsil etdiyi Kanada şirkəti olan "xxxx" göndərmək üçün təyin etmiş, Kanada banklarının ciddi qayda və qanunlarına əsasən vəsait Çin, SAR, Honq Konq-da yerləşən depozit hesabına yen idən göndərilmiş, "xxxx"-nin vəkilləri Honq Konqda HSBC bankının xüsusi hesabında qəbul edilib və daha artıq gecikdirilmədən X6 tərəfindən qəbul edilmiş, TD və X7 vəsait BB İdee Beteligungen AG-nin cənab X14tərəfindən maliyyə ticarət mənfəət proqramında istifadə olunmuş, X14 bu hesabın maliyyə işləri üzrə direktoru və imza hüququ olan şəxsi təyin edilmiş, X14 nəzərdə tutulmuş işi uğurla yerinə yetirmiş, ancaq razılıq haqqında Memorandum Sazişinə və bir sıra məktublara baxmayaraq payları göndərməmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Kanadada olan "xxxx"şirkəti ilə 25.06.2012-ci il tarixdə bağlanmış “Marketinq və Layihələr üzrə Saziş”ə əsasən razılaşdırılmış layihədə istifadə edilməsi üçün X11 və İddiaçı ayrı-ayrıl ıqda 100 000 ABŞ dolları, X12 isə 50 000 ABŞ dolları pul yatırmış, həmin pullar X8 vasitəsi ilə xaricə köçürülmüş, layihə nəticəsində ilk iki nəfər 400 000 ABŞ dolları, sonuncu isə 200 000 ABŞ dolları qazanmalı, həmçinin müvafiq olaraq ilk ikisi 100 000 ABŞ dolları bonus, sonuncu isə 50 000 ABŞ dolları bonus əldə etməli olmuş, X5 layihə üçün pul vəsaiti qoyan sərmayəçilərin xəzinədarı olmaqla işin koordinasiyasını həyata keçirmiş, İddiaçı məhz həmin layihəyə qoyduğu pulun müqabilində qazanacağı 400 000 ABŞ dolları pulu təminat altına almaq üçün X5la borc müqaviləsi bağlamışdır. Başqa sözlə, etibarsızlığı irəli sürülən 22 noyabr 2012-ci il tarixli müqavilənin borc pul verilməsi və ya daha əvvəldən verilmiş borcun rəsmiləşdirilməsi niyyəti ilə deyil, Kanadada olan "xxxx"şirkətinin həyata keç irəcəyi layihə üçün İddiaçı yatırdığı 100 000 ABŞ dolları müqabilində qazanmalı olduğu 400 000 ABŞ dolları pulu təminat altına almaq üçün bağlandığı, həmin borc müqaviləsi əsasında İddiaçı tərəfindən X5-ə hər hansı məbləğdə borc pul verilmədiyi, həmçinin İddiaçı (eləcə də digər iki sərmayəçinin) layihə üçün yatırdığı pulun da X5 tərəfindən deyil, X8 vasitəsiylə "xxxx"şirkətinin hesabına köçürüldüyü müəyyən edilmişdir. İşin bu halları "xxxx"şirkətinin “Öhdəlik haqqında bəyanat”ı, eyni zamanda iş üzrə şahid kimi dindirilmiş şəxslərin (layihəyə görə pul yatırmış digər iki sərmayəçi X11 və X12un) ifadələri ilə öz təsdiqini tapmışdır. Eyni zamanda, apellyasiya instansiyası qeyd etmişdir ki, dəfələrlə dəvət olunmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, onun hazırkı apellyasiya baxışın da iştirak edən nümayəndəsi isə İddiaçı məhkəmədə iştirak etmək imkanının olmadığını bildirməklə X5in iddia tələbinin əsassızlığına dəlalət edən mövqe ortaya qoymamış, mübahisələndirilən müqavilənin layihədən əldə olunacaq qazancın təminatı qismində bağlandığını təkzib etməməklə yanaşı, 22.12.2012-ci il tarixdə tam şəkildə qaytarılmalı olan borcun hansı səbəblə 3 ilə yaxın müddət ərzində tələb edilmədiyini və nəyə görə müqavilənin bağlanma tarixi ilə layihə üçün qoyulan sərmayənin tarix etibari ilə üst-üstə düşdüyü, həmçinin müqavilədə göstərilən borc məbləğinin layihədən əldə olunmalı olan qazancla tamamilə eyni olduğunu məntiqli şəkildə izah edə bilməmişdir. Apellyasiya instansiya məhkəməsi göstərlənlərə əsasən bu qənaətə gəlmişdir ki, borc müqaviləsi bağlamalarına baxmayaraq İddiaçı tər əfindən X5ə nə müqavilə bağlanan tarixədək, nə ondan sonra hər hansı məbləğdə borc pul verilməmiş, onlar arasında müvafiq hüquq münasibəti yaranmamış, müqavilə imzalanarkən onların arasında iradə və onun bildirilməsi vahidliyi mövcud olmamış, beləliklə də qanunvericinin müqavilənin etibarlılığı üçün nəzərdə tutduğu əsas şərt reallaşmamışdır. Başqa sözlə, tərəflər əslində ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan hərəkət etmişlər. 22 noyabr 2012-ci il tarixli müqavilənin borc pul verilməsi və ya daha əvvəldən verilmiş borcun rəsmiləşdirilməsi üçün deyil, məhz “layihədən əldə ediləcək qazancı təminat altına almaq üçün” bağlanmış olması mülki qanunvericiliyin yalan əqdlə bağlı müddəalarının dispozisiya əlamətlərinə uyğun gəlir. Buna görə də, İddiaçılə X5 arasında Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış 22 noyabr 2012-ci il tarixli borc müqaviləsi MM-nin 340.2-ci maddəsində nəzərdə tutulmuş yalan əqd kimi əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticə doğura bilməz. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş üzrə əvvəlki kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi ondan ibarət olmuşdur ki, “... Apellyasiya instansiyası məhkəməsi İddiaçı tərəfindən X15 şirkətinin xəzinədarı kimi yalnız 100 000 ABŞ dolları verməsi barədə nəticəyə gələrkən X5 tərəfindən məhkəməyə təqdim olunmuş 24 fevral 2016-cı il tarixli layihəyə və 16 may 2016-cı il tarixli “Öhdəlik haqqında Bəyanat”a əsaslanmışdır. Kollegiya bu zaman nəzərə al mamışdır ki, həmin sənədlər borc müqaviləsinin bağlandığı vaxtdan üç ildən artıq müddət keçdikdən sonra tərtib olunmuş və onlar, eləcə də məhkəmə kollegiyasının istinad etdiyi digər sənədlər qanunla müəyyən olunmuş qaydada təsdiq olunmamışdır. apellyasiya instansiyası məhkəməsi həmin sənədlərin həqiqiliyinə və mötəbərliliyinə qanunun normalarının tələblərinə uyğun qiymət verməmiş və onları İddiaçı iddia tələbinin əsassız olmasını təsdiq edən mübahisəsiz sübut kimi qəbul etmişdir... Apellyasiya instansiyası məhkəməsi borc müqaviləsinin etibarsız olması barədə nəticəyə gələrkən Mülki Məcəllənin əqdin etibarsızlığını nəzərdə tutan bir neçə maddəsinə - 337, 339 və 340.1-ci maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, həmin normaların hər biri əqdin etibarsızlığının müxtəlif əsasların ı müəyyən etməklə onlardan birinin tətbiqi digər normasının tələbini istisna edir. Apellyasiya instansiyası məhkəməsinin eyni zamanda həmin normaların hamısına əsaslanması belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkəmə müqavilənin həm Mülki Məcəllədə müəyyən olunmuş şərtlərin pozulmaqla bağlanmasına, həm aldatma təsiri altında bağlanmasına və həm də hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmaqla uydurma əqd olmasına görə etibarsız olması barədə nəticəyə gəlmişdir. X5in borc müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası rədd olunduğundan, kollegiya hesab edir ki, İddiaçı iddiası əqdin etibarsızlığını müəyyən edən həmin əsaslara görə rədd oluna bilməz...”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir ed ərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il ta rixli qərarında qeyd olunmuşdur ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləş dirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan et ibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Məhkəmə kollegiyası hesab edir ki, borc müqaviləsi bağlamalarına baxmayaraq İddiaçı tərəfindən X5a nə müqavilə bağlanan tarixədək, nə ondan sonra hər hansı məbləğdə borc pul verilməməsi, onlar arasında müvafiq hüquq münasibəti yaranmaması, müqavilə imzalanarkən onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcud olmaması, beləliklə də qanunvericinin müqavilənin etibarlılığı üçün nəzər də tutduğu əsas şərtin reallaşmaması, başqa sözlə, tərəflərin əslində ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan hərəkət etmələrinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi işin araşdırılmış halarına tam uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin etibarsızlıqla bağlı iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə bağlı gəldiyi hüquqi mövqeyi ilə də razılaşır və qeyd edir ki, Mülki Məcəllənin 354.1-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əvvəla, qeyd olunan normada nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericinin kəsici müddətləri müəyyən etməkdə məqsədi mülki hüquq münasibtləri iştirakç ılarını öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaqdan ibarətdir. Həmin müddətin keçməsi ilə tələbetmə hüququ başa çatır. Bunun üçün iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə zərurət yoxdur. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdə dair mübahisə edə bilər. İkincisi, həmin norma əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddialara bir illik müddət şamil edir. Yəni, əhəmiyyətsiz əqd uzun müddət əvvəl bağlanmış ola bilər, tərəflər bu barədə məlumatlı ola bilərlər. Nə qədər ki, həmin əqdin etibarsız nəticələri tətbiq olunmağa başlanmayıb, qeyd olunan müddətin axımından söhbət gedə bilməz. Normadakı müddətin axımı o vaxt başlanır ki, müqavilə tərəfi əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmiş olsun. Məhz həmin vaxtdan tərəfin əqdin etibarsızlığı barədə bir il ərzində iddia vermək üçün müddət başlanır. Çünki əhəmiyyətsiz əqd heç bir hüquqi nəticə yaratmır, özlüyündə etibarsızdır. İddiaçı qeyd olunan kredit müqaviləsini rəhbər tutaraq borc tələbi barədə iddia ilə məhkəməyə müraciət etdiyi vaxtdan cavabdehin etirazı ondan ibarət olmuşdur ki, o, həmin müqavilə üzrə pul almamışdır. Ona görə, Mülki Məcəllənin 337.3-cü maddəsinə uyğun olaraq etibarsız əqdlər (müqavilələrin) üzrə tələbin rədd edilməsi işə baxan məhkəmənin vəzifəsi idi. İşə baxan birinci instansiya məhkəməsi İddiaçı iddiasını təmin etmiş, həmin qətnamə apellyasiya instansiyası məhkəməsində yoxlanılarkən tərəf məcbur olaraq müqavilən in etibarsız hesab olunması barədə ayrıca iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqinə hələ başlanılmamışdır. Ona görə də, əqdin etibarsızlığını tələb etmək üçün iddiaçının müddəti buraxması barədə İddiaçı etirazı əsaslı deyil, işə baxan məhkəmə həmin mübahisə üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaətə uyğun olaraq X6-ya “pulun ödənilməsi” barədə iddiası üzrə də əlavə əsaslandırma aparılmasına zərurət olmadığını düzgün vurğulamışdır. Çünkü, sözügedən borc müqaviləsinin etibarsız hesab olunması, İddiaçı irəli sürdüyü iddia tələblərinin dispozitiv şərtlərini istisna edir. apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəzərə almışdır ki, İddiaçı layihə üçün yatırdığı 100 000 ABŞ dolları pulun da X5ə verilmədiyi, X8 vasitəsiylə Kanadada yerləşən "xxxx"şirkətinin hesabına köçürüldüyü müəyyən edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini dəlillərini araşdıraraq hesab edir ki, kassasiya instansiya məhkəməsinin qanunuyğun göstərişləri apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmış, etibarsızlıqla bağlı iddianın qanuni əsası düzgün müəyyən edilmiş, mübahisənindüzgünhəllinətəsiredənbütünmateriallar, faktlartədqiq edilmiş, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilmişdir. Buna görə də, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən nəticələrə gələrkən hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçün tətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdüzgüntətbiqetmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və A zərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili X9-un kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.04.2018-ci il tarixli 2(103)-2414/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar