Məhkəmə qərarları › İş №2(102)-5524/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5524/2020

24.11.2020 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5524/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı XX oğlunun, vəkili Vəkil, cavabdeh “Azərbaycan Müəllifləri” İctimai Birliyinin vəkili Mərəndskiy Rövşən Vidadi oğlunun iştirakları ilə, İddiaçı XX oğlunun cavabdeh “Azərbaycan Müəllifləri” İctimai Birliyinə qarşı X28 yığıncağının çağırılması və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2543/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı XX oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(011)7330/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ə.R.Abbasova) iddiaçı Muradov X9 cavabdeh “Azərbaycan Müəllifləri” İctimai Birliyinə qarşı “Azərbaycan Müəllifləri” X28 Yığıncağının çağırılması və keçirilməsi, Ümumi X2 sədrlik etdiyi dövrlərinin hesabatının, yəni İctimai Birliyin üzvlərinin və xarici ölkə təşkilatlarından daxil olmuş müəllif-hüquq qonorarlarının bölgüsü və ödənişi haqqında hesabatın, həmçinin maliyyə hesabatının verilməsi və İctimai Birliyin idarəetmə orqanlarının seçilməsi vəzifəsinin, İctimai Birliyin idarəçiliyinin ümumi yığıncaq keçirilənədək təsis çi X4 həvalə edilməklə “Azərbaycan Müəllifləri” İctimai Birliyinin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2543/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), C.A.Yusifov və V.Ə.Baxışova) İddiaçı XX oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7330/2019 saylı mülki iş üzrə qəbul etdiyi 12 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı XX oğlu cavabdeh “Azərbaycan Müəllifləri” İctimai Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən “Azərbaycan Müəllifləri” X28 yığıncağının çağırılması, ümumi X2 sədrlik etdiyi dövrlərin hesabatının, yəni İctimai Birliyin üzvlərinin və xarici ölkə müəllif-hüquq sahiblərinin adına yığılmış müəllif qonorarları və xarici ölkə təşkilatlarından daxil olmuş müəllif-hüquq qonorarlarının bölgüsü və ödənişi haqqında hesabatın verilməsi vəzifəsinin “Azərbaycan Müəllifləri” İctimai Birliyinin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Müəllifləri” İctimai Birliyi (əvvəlki adı “X22 əmlak hüquqlarının idarəçiliyi” ictimai birliyi) iddiaçının və ailə üzvlərinin təşəbbüsü və təsisçiliyi ilə 31 mart 2004-cü il tarixində rəsmi dövlət qeydiyyatına alınaraq yaradılmış və iddiaçının birbaşa sədr kimi rəhbərliyi və maddi dəstəyi sayəsində 2008-ci ilin ikinci yarısınadək fəaliyyət göstərmişdir. 2008-ci ilin ikinci yarısından “ Azərbaycan Müəllifləri” İctimai Birliyinin sədri vəzifəsini X8 icra etmişdir. İddiaçı bir müddət sonra təsisçi kimi İctimai Birliyin fəaliyyəti barədə məlumat istəmiş, lakin dəfələrlə etdiyi yazılı və şifahi müraciətlərinə baxmayaraq heç bir cavab ala bilməmişdir. Təsisçi kimi dəfələrlə tələb etsə də, “Azərbaycan Müəllifləri” İB-nin Ümumi Yığıncaqları çağrılmamış, X8 tərəfindən saxta protokollar təqdim edilməklə qeyri-qanuni fəaliyyət göstərmiş, təsisçi kimi hüquqları kobudcasına pozulmaqla ona heç bir məlumat verilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 12.13.2017-ci il tarixli, 05/ƏN11-1-489/5-11 saylı məktubu ilə məhkəməyə bildirilmişdir ki, “Bildiririk ki, qeyri-kommersiya qurumlarının dövlət reyestrinin məlumat ına əsasən qurum 31.03.2004-cü il tarixdə 1104-Q2-1533 nömrə ilə “X22 Əmlak Hüquqlarının İdarəçiliyi” adı ilə dövlət qeydiyyatına alınmış, 06.02.2009-cu il tarixdə adı dəyişdirilərək “Azərbaycan Müəllifləri” İctimai Birliyi olmuşdur. Qurumun təsisçiləri İddiaçı XX oğlu, X17 və X11r. Birliyin qanuni təmsilçisi olan X1 müddəti 10.03.2017- ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunun 25.2-ci maddəsinə görə “İctimai Birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. Həmin qanunun 25.3-cü maddəsinin, həmçinin “Azərbaycan Müəllifləri” İB-nin Nizamnaməsinin 6.2-ci bəndinə görə “Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərin üçdə bir hissəsini n təşəbbüsü ilə çağrılır”. Birliyin Nizamnaməsinin 6-cı bəndinin 6.11-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, “Birliyin sədri, onun müavinləri və İdarə Heyətinin digər üzvləri Ümumi Yığıncaq tərəfindən 2 (iki) il müddətinə seçilirlər”. Məmmədkərimov İsmayıl fəaliyyət göstərdiyi müddətdə ümumi yığıncaqları keçirmədən formal olaraq saxta protokollar tərtib edərək Birliyə sədrlik etmişdir. Hal-hazırda 10.03.2017-ci ildə səlahiyyət müddətinin başa çatmasına baxmayaraq və iddiaçının qanuni tələblərini yerinə yetirməyərək Məmmədkərimov İsmayıl qanunsuz olaraq Birliyin sədri vəzifəsini həyata keçirir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən “Azərbaycan Müəllifləri” X28 Yığıncağının çağırılması və keçirilməsi, Ümumi X2 sədrli k etdiyi dövrlərinin hesabatının, yəni İctimai Birliyinin üzvlərinin və xarici ölkə təşkilatlarından daxil olmuş müəllif-hüquq qonorarlarının bölgüsü və ödənişi haqqında hesabatın, həmçinin maliyyə hesabatının verilməsi və İctimai Birliyin idarəetmə orqanlarının seçilməsi vəzifəsinin, İctimai Birliyin idarəçiliyinin ümumi yığıncaq keçirilənədək təsisçi X5 həvalə edilməklə “Azərbaycan Müəllifləri” İctimai Birliyinin üzərinə qoyulması haqqında qətnamənin çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı XX oğlu həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasını n qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı XX oğlu və vəkili Vəkil kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası şəxsi mülahizələrinə əsaslanaraq iddiaçının hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan qeyri-qanuni qətnamə qəbul etmiş, iddia tələbindən kənara çıxmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı XX oğlu və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh “Azərbaycan Müəllifləri” İctimai Birliyinin vəkili Mərəndskiy Rövşən Vidadi oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdə n məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı XX oğlunun, vəkili Vəkil, cavabdeh “Azərbaycan Müəllifləri” İctimai Birliyinin vəkili Mərəndskiy Rövşən Vidadi oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı XX oğlunun kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin mübahisəsiz hallarına görə “Azərbaycan Müəllifləri” İctimai Birliyi 31.03.2004-cü il tarixdə “X22 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi adı ilə dövlə t qeydiyyatına alınmışdır. 30.12.2008-ci il tarixdə qurumun adı dəyişdirilərək “Azərbaycan Müəllifləri” İctimai Birliyi olmuşdur. Qurumun təsisçiləri X6, X17, X15 olmuşdur. 2008-ci ilin ikinci yarısından “Azərbaycan Müəllifləri” ictimai birliyinin sədri vəzifəsini X8 icra etmiş və onun səlahiyyət müddəti 10 mart 2017-ci il tarixdə bitmişdir. “Azərbaycan Müəllifləri” X28 Yığıncağının 28.12.2018-ci il tarixli qərarı ilə X6, X17, X15 təsisçilikdən çıxarılmış və X8, X29 və X18 yeni təsisçi seçilmişlər. 11.09.2019-cu il tarixdə həmin Yığıncaqda qəbul olunmuş qərarların, yəni İctimai Birliyin adının, hüquqi ünvanının dəyişməsi, nizamnamənin 3-cü redaksiyada təsdiq edilməsi, sədrinin seçilməsi və idarəetmə orqanlarının formalaşdırılması faktlarının dövlət qeydiyyatına alınması ilə bağlı Azərbayca n Respublikası Ədliyyə Nazirliyinə müraciət olunmuş, lakin sənədlər natamam təqdim edildiyindən həmin faktlar dövlət qeydiyyatına alınmamışdır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 25.2-ci maddəsinə görə ictimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. Həmin Qanunun 25.3-cü maddəsinin, həmçinin “Azərbaycan Müəllifləri” İB-nin Nizamnaməsinin 6.2-ci bəndinə görə Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda iddiaçının “Azərbaycan Müəllifləri” X28 Yığıncağını çağırmaq hüququ mövcud deyil. Belə ki, o, “Azərbaycan Müəllifləri” X28 Yığıncağının 28.12.2018-ci il tar ixli qərarı ilə təsisçilikdən çıxarılmış və artıq təsisçi deyildir. Həmin qərarın dövlət qeydiyyatına alınmaması və hazıradək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aparılmış qeydiyyata əsasən iddiaçının təsisçi kimi göstərilməsinə münasibətdə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hal “Azərbaycan Müəllifləri” X28 Yığıncağının 28.12.2018-ci il tarixli qərarının mövcudluğunu aradan qaldırmır. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 25.2-ci maddəsinə, həm də “Azərbaycan Müəllifləri” X13 6.1-ci bəndinə görə İctimai Birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır. “Azərbaycan Müəllifləri” X13 5.12-ci bəndində isə göstərilmişdir ki, üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərar ı ilə həyata keçirilə bilər. “Azərbaycan Müəllifləri” İctimai Birliyinin 28.12.2018-ci il tarixli qərarı ilə Birliyin nizamnaməsində nəzərdə tutulan məsələ həll olunduğundan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yalnız həmin qərarla müəyyən olunan dəyişikliklərin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməməsi həmin qərarın nəzərə alınmaması üçün əsas ola bilməz. İş materiallarından görünür ki, iddiaçının diqqətinə çatdırılmasına baxmayaraq, o, həmin qərarı məhkəmə qaydasında mübahisələndirməmiş və bununla bağlı bildirmişdir ki, qərarı saxta hesab etdiyinə görə ayrıca mübahisələndirməsini zəruri hesab etmir. Bu məsələ ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İctimai Birliyin fəaliyyəti ilə bağlı istənilən mübahisəyə baxıldığı vaxt onun Ümumi Yığıncağının qərarı mütləq nəzərə alınmalıdır. X30 Birliyin ali idarəetmə orqanı hesab edilir və bu səbəbə görə həmin qərar məhkəmə qaydasında mübahisələndirilmədiyi, yəni bununla bağlı konkret iddia irəli sürülmədiyi halda məhkəmə tərəfindən etibarsız qərar kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsi də iddia tələblərindən kənara çıxmağı qadağan etdiyindən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işdə İctimai Birliyin 28.12.2018-ci il tarixli qərarının qanuniliyinə hüquqi qiymət verilə bilməz. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından sübutlar araşdırılmadan təmin edilməməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apel yasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayət i təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XX oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2543/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar