Məhkəmə qərarları › İş №2-2(102)-336/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-336/2021

22.07.2021 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-336/2021 22.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Şirkəti"nin cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: malların ticarət dövriyyəsinə qadağa qoyulması, malların ticarət dövriyyəsindən çıxarılması və paylanmış məhsulların geri yığılması, vurulmuş maddi ziyanın, işgüzar nüfuza dəymiş zərərin və xərclərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkili, cavabdehin vəkilinin iştirakları ilə, i ddiaçı Şirkətin cavabdeh MMC-yə qarşı “malların ticarət dövriyyəsinə qadağa qoyulması, malların ticarət dövriyyəsindən çıxarılması və paylanmış məhsulların geri yığılması, vurulmuş maddi ziyanın, işgüzar nüfuza dəymiş zərərin və xərclərin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı Şirkətitərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 04 mart tarixli, 2-2(103)-132/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Distrübütorluq müqaviləsinə görə, Satıcı – X3 tərəflərindən istehsal edilən və ixrac olunan məhsulların Alıcı –"xxxx" tərəfindən yalnız bu müqavilədə göstərilən ölkədə (ixrac olunan malın müayinəsi aparılmaqla Azərbaycan Respublikası Bakı şəhərində yerləşən "xxxx" MMC, Naxçıvan MR-d ə yerləşən MMC) yeganə paylayıcı kimi marketinqi, satışı və paylanması şərtlərini öz öhdələrinə götürmüşlər. 2. 18.01.2018-ci il tarixli, SF/ETS 17/18 nömrəli alqı-satqı müqaviləsinə görə, Satıcı – "xxxx" Bakı (2010) şərti ilə müxtəlif malları satmağı, Alıcı – Cavabdeh MMC də öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 3. “Sun Food MMC”-nin nizamnaməsinin 5.3-cü bəndinin 8-ci abzasına görə, içki və tütün məmulatları da daxil olmaqla yeyinti məhsullarının istehsalı, emalı, alqı-satqısı, idxalı və ixracı cəmiyyətin (X MMC-nin) fəaliyyət istiqamətlərindəndir. 4. 000539 nömrəli Əmtəə nişanı şəhadətnaməsinə görə, əmtəə nişanının sahibi – “X6 Sanayı ve X2”, əmtəə nişanının rəngi - göy, mavi, qırmızı, mixəyi, açıq mixəyi, yaşıl, çəhrayı, sarı, narıncı, bənövşəyi, ağ və qara olan “x” adlı əmtəə nişanı 11.02.2014-cü ildən və 11.02.2024-cü il tarixədək qüvvədə olmaqla 18.03.2015-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 02.05.2016-cı il tarixli məktubuna görə, “x” nişanlı məhsulların görüntüsünün fotoşəkili ilə “x10” nişanlı məhsulların görüntüsünün fotoşəkilinin oxşar olub-olmamasını müəyyən etmək mümkün olmadığından, həmin görüntünün “X6 Sanayı ve X2”nə məxsus əmtəə nişanının təqlidi olmasını təsdiq edən müvafiq ekspertiza rəyinə ehtiyac var. 6. 24 yanvar 2020-ci il tarixli, 32039 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası M ərkəzinin rəyinə görə, “x”, “x8”, “x9” əmtəə nişanları müvafiq olaraq “x12”, “x13”, “x14” əmtəə nişanları, onların təsviri elementlərin və rənglərin uzlaşması qarışdırılacaq qədər oxşar deyildir. “x” əmtəə nişanı N2015 0426 saylı, N 2015 0427 saylı və N 2015 1075 saylı şəhadətnamələr əsasında qeydiyyata malik “x10” əmtəə nişanı ilə qarışdıralacaq dərəcədə oxşardır, onların təsviri elementlərin və rənglərin uzlaşmasında qarışdırılacaq dərəcədə oxşarlıq vardır. “x” və “x8”, “x9” və “x10” əmtəələrin; “x11” və “x12” əmtəələrin qablaşdırılmasında oxşarlıq vardır, xarici tərtibatı qarışdırılacaq dərəcədə oxşar deyildir. “x” və “x8” əmtəələrin qablaşdırması və xarici tərtibatı qarışdırılacaq dərəcədə oxşardır.

7. X5 Şirkəti tərəfindən verilən hazırda mübahisə predmeti olan məhsulların Azərbaycan Respublikasında son illərdəki faktiki satış həcminə dair 15 mart 2020-ci il tarixli məlumat xarakterli arayışa görə, “x” əmtəə nişanlı malın faktiki satış həcmi 2016-cı ildə 35.846 ABŞ dolları, 2017-ci ildə 291.487 ABŞ dolları, 2018-ci ildə 232.177 ABŞ dolları və 2019-cu ildə 278.341 ABŞ dolları, “x10” əmtəə nişanlı malın faktiki satış həcmi 2016-cı ildə 44.777 ABŞ dolları, 2017-ci ildə 86.498 ABŞ dolları, 2018-ci ildə 110.160 ABŞ dolları və 2019-cu ildə 135.736 ABŞ dolları, “x11” əmtəə nişanlı malın faktiki satış həcmi 2016-cı ildə 114.909 ABŞ dolları, 2017-ci ildə 122.640 ABŞ dolları, 2018-ci ildə 118.648 ABŞ dolları və 2019-cu ildə 162.483 ABŞ dolları və “x12” əmtəə nişanlı malın faktiki satış həcmi 2016-cı ildə 578.000 ABŞ dolları, 2017-ci ildə 46.146 ABŞ dolları, 2018-ci ildə 362.89 3 ABŞ dolları olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Şirkət (bundan sonra – “iddiaçı”) cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qablaşdırmasında göy, mavi rəng çalarlı kompozisiya, eləcə də göy, mavi və qırmızı rəng kombinasiyalı təsviri hissəsi olan “x", “x8”, “x9”, “x10” adlı əmtəələrin ticari dövriyyəsinə, o cümlədən Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulması, həmin əmtəələrin ticarət dövriyyəsindən çıxarılması, ticarət şəbəkələrinə paylanmış həmin məhsulların geri yığılması, vurulmuş maddi ziyanın və çəkilən xərclərin əvəzinə kompensasiya olaraq 500.000 ABŞ dolları, işgüzar nüfuza dəymiş zərər üçün 600.000 ABŞ dolları olmaqla ümumilikdə 1.100.000 ABŞ dolları vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şokolad, konfet, qənnadı məmulatları, şokolad əsaslı məhsulları istehsal edir və dünyanın 90 ölkəsinə ixrac edir. Şirkət dünyanın 100 ən yaxşı şokoladlı şirniyyat məmulatları istehsalçısı arasında yer almışdır. Türkiyədə mindən artıq qeydiyyata alınmış əmtəə nişanı, digər ölkələrdə və beynəlxalq qurumlarda qeydiyyata alınmış və beynəlxalq hüquqi mühafizə obyekti olan “X”, “X8” və sair kimi çoxsaylı tanınmış əmtəə nişanlarına sahibdir. Şirkət xüsusilə uşaqlara xitab edən, onlara ünvanlanan məhsullar istehsal edir, uşaqlar üçün özəl şokoladlı məhsullar istehsalında ixtisaslaşmış və məşhurlaşmışdır. Şirkətin istehsal etdiyi uşaqlar üçün özəl təyinatlı məhsulların hamısının qablaşdırmasında xüsusi bir dolğun mavi, göy və qırmızı rəng kombinasiyalı təsvir vardır ki, bu kombinasiya şirkət məhsullarının qablaşdırma dizayn xüsusiyyəti, həmçinin şirkətin məhsullarının digər firma məhsullarından fərqləndirən xüsusiyyəti, səciyyəvi cəhətidir. Şirkət məhsullarının qablaşdırılmasının xüsusiyyəti göy, mavi rəngin dolğun çalarlı bir kombinasiyası ilə səciyyələnir. Cavabdehin Azərbaycanda satışını həyata keçirdiyi “X’ məhsullarının qablaşdırmasındakı özəl göy, mavi rəngli kombinasiya və qırmızı rəng keçidləri olan təsviri hissə “X6” əmtəə nişanlı məhsullarında təqlid edilib. “X”, “X8, “X9”, “X10” adlı əmtəələrin qablaşdırılmasında “X”, “X8”, “X9”, “X10” və sair “X3” məhsullarının qablaşdırması arasında qarışdırılacaq dərəcədə bənzətmə edilmişdir. Bununla da haqsız rəqabətə yol verilmiş, həmçinin eynicinsli əmtəə nişanlarına oxşar əmtəə nişanlarından qanunsuz istifadə edilmişdir. “X” məhsullarının istehsalçısı və satıcıları “X8” məhsullarının qablaşdırma təsvirinin səciyyəvi cəhətlərindən öz məhsullarında istifadə etmiş, bununla da öz məhsullarının “X” məhsulları ilə qarışdırılmasına yol vermək üçün qəsdən və bilərəkdən məhsullarının qablaşdırmasında iddiaçının məhsulları üçün səciyyəvi olan rəng kombinasiyasından (təsviri hissələrdən) istifadə edərək uşaq istehlakçıları çaşdırmağa, haqsız rəqabətlə haqsız qazanc əldə etməyə nail olmuşlar.

10. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 22 sentyabr tarixli, e-2-2(113)-368/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edil ərək, cavabdeh tərəfindən göy rəngli “X” məhsulunun ticari dövriyyəsinə, o cümlədən Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağanın qoyulması, həmin məhsulun ticarət dövriyyəsindən çıxarılması və ticarət şəbəkələrinə paylanmış həmin məhsulun geri yığılması, qalan hissədə iddianın rədd edilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatının iddiaçıdan, 50 manatının isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – E.Əliyev).

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, "X”, “X10”, “X11” və “X7” adlı əmtəə nişanlarının sahibi iddiaçı Şirkətdir və həmin şirkətin rəqibi olan “X8”, ”X9”, “X12” və “X6” adlı əmt əə nişanlı mallarının istehsalçısı və ixracatçısı X3 Şti-dir və sözügedən malların distribütoru kimi çıxış edən "xxxx" ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh MMC qeyd edilən "X", "X10", "X11", "X7" adlı əmtəə nişanlı malların Azərbaycan Respublikasında marketinqini, satışını və paylanmasını həyata keçirir.

12. İddiaçı öz məhsulların qablaşdırmasında göy, mavi və qırmızı rəng kombinasiyalarından istifadə etsə də, istehsalçının və məhsulun adı əsasən mavi (açıq göy) rəngləri üzərində əks etdirilir və buna görə hər iki istehsalçının göy və mavi rəngli (əsas rəng) məhsullar tədqiq edilmişdir.

13. Mübahisələndirilən məhsullardan ancaq göy "X"ilə mavi rəngli "X8” məhsulları arasında qarışdırılacaq dərəcədə oxşarlıq var, belə ki, sözügedən ölçüləri və forması eyni olan məhsullarda əsas rəng çalarlarında (müvafiq olaraq göy və mavi) o cümlədən, onların üzərində olan sözügedən məhsulun xarici görünüşünü əks etdirən şəkillərdə və əsasən hər iki istehsalçının məhsulun adının “X8” olması istehlakçılarda göy (açıq qoy-mavi) rəngli “X8” adlı məhsulların eyni şirkət tərəfindən istehsal olması ilə bağlı yanlış təsəvvür yarada bilər (qeyd olunanlar həmçinin ekspert rəyində də öz əksini tapmışdır). Göy "X10", "X11" məhsulları ilə müvafiq olaraq mavi (açıq göy) “X7”, “X12” məhsulları ilə qarışdırılacaq qədər oxşarlıq yoxdur, sözügedən məhsulların ölçüləri və formaları, həmçinin əsas rəng çalarlarında (müvafiq olaraq göy və mavi) oxşarlıq olsa da, hər iki istehsalçının (müvafiq olaraq X və X8 əmtəə nişanları) hər iki məhsulunun özəl aşağıdakı adları biri “X10”, digəri “X11”, bir i “X12” digəri “X6” olduğuna görə o cümlədən, onların üzərində olan şəkillər fərqli olduğundan, onları qarışdırmaq mümkün deyildir.

14. Göy rəngli “X9” və “X10” qarışdırılacaq dərəcədə oxşar deyildir, hər iki məhsulda fərqli şəkillərlə yanaşı, fərqli rəngdə və formada qapaqlardan istifadə edilib, həmçinin göy rəngli “Toybox cream” məhsulu hazırda ümumiyyətlə idxal edilmir və satılmır.

15. Həmçinin, “X” əmtəə nişanı ilə istehsal edilən 4 adda məhsullardan yalnız “X8” əmtəə nişanı Azərbaycan Respublikasında qeydə alınmışdır.

16. Göy rəngli “X8” məhsulunun Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulmalı, həmin əmtəələr ticarət dövriyyəsindən çıxarılmalı, ticarət şəbəkələrinə paylanmış həmin məhsul geri yığılmalı və iddia tələbi həmin hissədə təmin edilməlidır.

17. İddiaçı tərəfindən vurulmuş maddi ziyanın və çəkilən xərclərin əvəzinə kompensasiya olaraq 500.000 ABŞ dolları, işgüzar nüfuza dəymiş zərər üçün 600000 ABŞ dolları olmaqla ümumilikdə 1.100.000 ABŞ dolları vəsaitlə bağlı heç bir sübut təqdim edilmədiyindən, “X” məhsulların satışı ilə bağlı dinamikasını əks etdirən arayışda “X8” məhsulunun Azərbaycan Respublikasında son illərdəki satışının kəskin artma nisbi azalma, daha sonra nisbi artım dinamika ilə ümumi yüksələn satış müşahidə edildiyindən (“X8” əmtəə nişanlı malın faktiki satış həcmi 2016-cı ildə 35.846 ABŞ dolları, 2017-ci ildə 291.487 ABŞ dolları, 2018-ci ildə 232177 ABŞ dolları və 2019-cu ildə 278.341 ABŞ dolları olmuşdur) iddia tələbi həmin hissədə təmin edilə bilməz.

18. Məhkəmə bu qənaətini “Əmtəə nişanları və coğrafi göst əricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanun”) 25, 26, 32, 34-cü, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Haqsız rəqabət haqqında qanun”) 1, 3, 4-cü maddələrinə, Azərbaycan Respublikası Milli Məclisin 14 sentyabr 1995-ci il tarixli, 1109 nömrəli qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu 20 mart 1883-cü il tarixli sənaye mülkiyyətinin mühafızəsi üzrə Paris konvensiyasının 10-cu maddəsinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat 2

0. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 04 mart tarixli, 2-2(103)-132/2021 saylı qətnaməsi ilə (hakimlər C.A.Yusifov (sədrlik edən), R.Ə.Qurbanov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 22 sentyabr tarixli, e-2-2(113)-368/2020 saylı qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iddiaçının iddia tələbi təmin edilməmişdir.

21. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hər iki istehsalçı şirkət – yəni, həm iddiaçı, həm də cavabdehin məhsullarının satışını həyata keçirdiyi “X4 Şirkəti Türkiyə Respublikasının kommersiya hüquqi şəxsləridir.

22. Konkret halda hər iki hüquqi şəxsə münasibətdə, onların əmtəə nişanlarının qanunsuzluğu və ya məhsullarının satışını Tü rkiyə ərazisində qadağanedici məhkəmə aktı, sair lazımi qaydada təsdiq edilmiş (leqallaşdırılmış) hüquqmüəyyənedici sənədin işdə mövcudluğu müəyyən olunmur. Mötəbərliyi müəyyən edilən belə sənəd-sübut hazırkı mərhələdə də məhkəməyə təqdim edilməmişdir.

23. Cavabdeh Azərbaycan Respublikasının ərazisində “X4 Şirkətinin qablaşdırılmış, orijinal məhsullarının satışını həyata keçirir.

24. Məhkəməyə təqdim olunmuş, mübahisələndirilən məhsulların üzərində əks olunmuş əmtəə nişanları ilə bağlı maddi sübutların qablaşmasında, habelə, işə əlavə olunmuş fotoşəkillərdə əmtəə nişanlarının bir-birinə oxşar və uyğunluq təşkil etmədiyi, adi gözlə də müşahidə olunur. Yəni, mübahisələndirilən məhsulların üzərindəki əmtəə nişanlarında eyni təsəvvür yarada biləcək görüntülər müşahidə edilmir. 25. 24 yanvar 20 20-ci il tarixli, 32039 nömrəli ekspert rəyinə görə, qeyd olunanlar qarışdırılacaq dərəcədə oxşar deyildir: 1) "X", "X8" və s. əmtəə nişanları müvafiq olaraq "X6", "X10" əmtəə nişanları, onların təsviri elementlərin və rənglərin uzlaşması; 2) əmtəə nişanları, onların təsviri elementlərin və rənglərin uzlaşması; 3) "X"” və “X6”, və s.əmtəələrin “X10” və “X11” əmtəələrin xarici tərtibatı.

26. Həmçinin rəydə qeyd olunmuşdur ki, qarışdırılacaq dərəcədə oxşarlıq halları vardır: 1) “X” əmtəə nişanı N2015 0426 saylı, N 2015 0427 saylı və N 2015 1075 saylı şəhadətnamələr əsasında qeydiyyata malik “X8” əmtəə nişanı ilə onların təsviri elementlərin və rənglərin uzlaşmasında; 2) "X10” və “X11”, “X12” və “X13” əmtəələrin; “X9” və “X7” əmtəələrin qablaşdırılmasında; 3) “X” və “X8” əmtəələrin qabıaşdırm asında və xarici tərtibatında.

27. Ekspert üç halda qarışdırılacaq oxşar halların mövcudluğunu istisna etsə də, digər üç halda belə oxşarlığın varlığını qeyd etmişdir.

28. Tərəflər arasındakı mübahisənin xarakterindən görünür ki, əmtəə nişanlarının özü ilə bağlı tərəflər arasında mübahisə mövcud deyildir. Mübahisə yalnız məhsulların qablaşdırılmasında olan rəng çalarlarının qarışdırılacaq dərəcədə oxşarlığı ilə əlaqədardır ki, bu da qanunvericiliklə aşağıdakı kimi tənzimlənmişdir. 29. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanununun tələbləri baxımından, müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə, o cümlədən, qablaşdırmada rəng çalarlarına şamil edilə bilməz.

30. İddiaçıya məxsus “X” əmtəə nişanı şəhadətnaməsində “Əmtəə nişa nında “X”, X2” söz işarələrindən və təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri kimi qiymətləndirilməsi istisna olunur.

31. Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşündə təqlid edilmə qanunsuz istifadə sayılmır.

32. Başqa sözlə, rənglərə əmtəə nişanının “təsviri hissəsində müstəqil hüquqi mühafizə verilmədiyi halda, konkret halda iddiaçının adına qeydiyyata alınmış əmtəə nişanlarının təsvirində olan rənglərin - müstəqil olaraq mühafizə olunmasından söhbət gedə bilməz. Əmtəə nişanlarının təsviri hissəsindəki rənglərdən digər istehsalçıların istifadə hüququ məhdudlaşdırıla bilməz.

33. İddiaçı tərəfindən cavabd ehin apelyasiya şikayətində istinad etdiyi - hər iki Türkiyə Respublikasının istehsalçısı, o cümlədən, “X” əmtəə nişanlı məhsulların istehsalçısı olan iddiaçı və “XXX” əmtəə nişanlı məhsullarının istehsalçısı “XX.” şirkəti arasında - eyni predmet barədə mübahisəyə dair Türkiyə Respublikasının XXX1 Saylı Əqli və Sənaye Hüquqları Üzrə Mülki Məhkəməsinin 26.11.2019-cu il tarixli yekun qərarı ilə bağlı hər hansı münasibət də bildirilməmiş, həmin qərarla müəyyən edilən hallara dair onun hər hansı etirazı məhkəməyə təqdim etməmişdir.

34. Halbuki, cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin 26.11.2019cu il tarixli qərarında qida sektoru məhsullarının etiketində istifadə olunan rənglərin bir çoxunun müştərək olduğu, məhsullarda istifadə olunan rənglərin heç kimin inhisarında ola b ilməyəcəyi, bu baxımdan eyni rənglərin dünyanın ən mühüm qida müəssisələri tərəfindən müştərək şəkildə istifadə olunması reallığından çıxış edərək yalnız müştərək rənglərin qida sektorunda oxşar mallarda istifadəsinin son istehlakçıda qarşılığa səbəb olmaq üçün kifayət etməyəcəyi, iddiaçının qeydiyyatdan keçirdiyi əmtəə nişanlarındakı uşaq fiqurları ilə cavabdehin istifadə hallarının müştərək şəkildə ehtiva etdiyi uşaq fiqurlarının da bir-birindən fərqləndirilə biləcək qədər fərqli olduğu kimi, iddiaçının məhsulunda istifadə olunan “X” yazısı və cavabdehin məhsulunda istifadə olunan “XX” yazılarının məhsulların üzərində aydın şəkildə yazılması və bu kimi digər səbəblər ilə bu məhsulların son istehlakçıda qarşılığa səbəb olmayacağı və haqsız rəqabət kimi baxıla bilməyəcəyi, yalnız oxşar rən glərin istifadə olunması səbəbilə markaya təcavüzdən də bəhs edilə bilməyəcəyi başa düşülməklə iddiaçının iddia tələbi rədd edilmişdir.

35. Məhkəmə bu qənaətini “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü, “Haqsız rəqabət haqqında qanun”un 4-cü, Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanun”un 6, 25-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

36. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

37. İddiaçının “X6” əmtəə nişanı həm məhsulun özü, təsviri elementləri, həm qablaşdırması, həm qablaşdırma üzərindəki təsvirlər, həmçinin “x' '’ və "xx" sözləri, söz işarələri və təsviri elementlərdən ibarət olan nişanlar əmtəə nişanı kimi Azərbaycan Respublikasında qeydiyyata alınmışdır. Sadalananlar (təsvirlər, sözlər, söz işarələr, təsviri elementlər, qablaşdırma, qablaşdırma üzərindəki təsvir, rəng kombinasiyaları və s.) hər biri nişan kimi mühafizə obyektidir. Tərəflərin əmtəə nişanları dedikdə iddiaçının Azərbaycan Respublikasında qeydiyyata alınmış əmtəə nişanı ilə cavabdehin bu ölkədə qeydiyyata alınmayan əmtəə nişanlarından söhbət getdiyi işin həqiqi halıdır. Məhkəmə işin həqiqi halını, eləcə də iddianın həqiqi mahiyyətini təhrif edərək, guya iddiaçı məhsulun qablaşdırmasındakı rəngləri mübahisələndirdiyini qeyd etmişdir ki, bu inanılmaz və ağlasığmazdır.

38. Həmçinin iddia tələbi konkret olaraq cavabdehin 4 adda məhsul unun iddiaçının 4 adda məhsulu ilə qarışdırılacaq dərəcədə bənzər olması ilə bağlıdır. Apelyasiya Məhkəməsinin apelyasiya şikayətini yoxladığı hissədə, konkret olaraq “X” məhsulunun "X6” məhsulu ilə qarışdırılacaq dərəcədə bənzər olması ilə əlaqədardır. İddiaçının "ozmo cornet” əmtəə nişanı Azərbaycanda qeydiyyatdan keçmişdir, nişan olaraq üç formada qeydiyyatdan keçmişdir və buna dair N 2015 0426, N 2015 0427, N 2015 1075 saylı şəhadətnamələr verilmiş, qeydiyyatdan keçmiş əmtəə nişanları olaraq Azərbaycanda hüquq mühafizə obyektidir, qanunla qorunur. Azərbaycan dövləti beynəlxalq konvensiyalara qoşulmaqla həmin əmtəə nişanına dair hüquqları ölkəsində qorumağı öz öhdəsinə götürmüşdür. Cavabdehin “xx” əmtəə nişanı Azərbaycanda qeydiyyata alınmamışdır, yəni həmin əmtəə nişanı Azərbaycanda qo runmur, bu ölkədə hüquqi mühafizə obyekti deyildir. İddiaçı məhz bu əsasla xarici hüquqi şəxs olduğu halda Azərbaycanda iddia qaldırmışdır. Məhz buna görə iddiaçı onun qeydiyyatdan keçmiş əmtəə nişanına dair hüquqlarının pozulduğunu, həmin nişanın bənzərindən istifadə edilməklə qarışdırılacaq dərəcədə bənzər olan məhsulun ölkədə satışının dayandırlımasını tələb etmişdir. Lakin satılan “xxx” məhsulunun bir çox çeşidləri vardır, onların içərisindən iddiaçının “x” məhsulu ilə qarışdırılan məhsulun hansı olduğunu izah etmək üçün iddiaçı “qablaşdırılmasına göy, mavi rəng çalarlı rəng kombinasiyalı təsviri olan məhsul” olaraq izah etmişdir. Məhkəmə bu ifadəyə yeni məna verərək, əslində mənasını təhrif edərək göstərmişdir ki, guya iddiaçı bununla rəngləri mübahisələndirir, əmtəə nişanını mübahisə ləndirmir, tərəflər arasında əmtəə nişanına dair mübahisə yoxdur. İddianın predmeti məhz qeydiyyatdan keçmiş “x” əmtəə nişanı üzrə hüquqların pozulması olduğu halda, məhkəmənin tərəflərin arasında əmtəə nişanına dair mübahisə olmadığı qənaətinə gəlməsi tam əsassızdır.

39. Kassasiya şikayəti “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanun”un 3, 6, 32, 33, 34-cü maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

41. İddiaçının vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

42. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə yazılı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

43. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

44. İş üzrə iddiaçı, iddianın təmin edilməmiş hissəsindən apelyasiya şikayəti verməməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə (iddianın təmin edilməyən hissəsində) ilə razılaşmış, hazırda isə iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsi ndə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

46. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 47. “Haqsız rəqabət haqqında qanun”un müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

4. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markası nın, həmçinin adının qanunsuz istifadə edilməsi”. 48. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun”un müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər”. “Maddə

25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüq uqu vardır......Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir.” 49. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “29. İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması 29.3...... İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən madd i hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 04 mart tarixli, 2-2(103)-132/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

51. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, iddia tələbi konkret olaraq cavabdehin 4 adda məhsulunun iddiaçının 4 adda məhsulu ilə qarışdırılacaq dərəcədə bənzər olması ilə bağlıdır. Apelyasiya Məhkəməsinin apelyasiya şikayətini yoxladığı hissədə, konkret olaraq “xx” məhsulunun "x” məhsulu ilə qarışdırılacaq dərəcədə bənzər olması ilə əlaqədardır. İddiaçının "x” əmtəə nişanı Azərbaycanda qeydiyyatdan keçmişdir, nişan olaraq üç formada qeydiyyatdan keçmişdir və buna dair N 2015 0426, N 2015 0427, N 2015 1075 saylı şəhadətnamələr verilmiş, qeydiyyatdan keçmiş əmtəə nişanları olaraq Azərbaycanda hüquq mühafizə obyektidir, qanunla qorunur. Azərbaycan dövləti beynəlxalq konvensiyalara qoşulmaqla həmin əmtəə nişanına dair hüquqları ölkəsində qorumağı öz öhdəsinə götürmüşdür. Cavabdehin “XX” əmtəə nişanı Azərbaycanda qeydiyyata alınmamışdır, yəni həmin əmtəə nişanı Azərbaycanda qorunmur, bu ölkədə hüquqi mühafizə obyekti deyildir. İddiaçı məhz bu əsasla xarici hüquqi şəxs olduğu halda Azərbaycanda iddia qaldırmışdır. Məhz buna görə iddiaçı onun qeydiyyatdan keçmiş əmtəə nişanına dair hüquqlarının pozulduğunu, həmin nişanın bənzərindən istifadə edilməklə qarışdırılacaq dərəcədə bənzər olan məhsulun ölkədə satışının dayandırlımasını tələb etmişdir. Lakin satılan “XXX” məhsulunun bir çox çeşidləri vardır, onların içəris indən iddiaçının “x” məhsulu ilə qarışdırılan məhsulun hansı olduğunu izah etmək üçün iddiaçı “qablaşdırılmasına göy, mavi rəng çalarlı rəng kombinasiyalı təsviri olan məhsul” olaraq izah etmişdir.

52. İddianın predmeti məhz qeydiyyatdan keçmiş “xx” əmtəə nişanı üzrə hüquqların pozulması olduğu halda, məhkəmənin tərəflərin arasında əmtəə nişanına dair mübahisə olmadığı qənaətinə gəlməsi tam əsassızdır.

53. Kassasiya şikayətinin bu dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iş materiallarına əsasən hər iki hüquqi şəxsə münasibətdə, onların əmtəə nişanlarının qanunsuzluğu və ya məhsullarının satışını Türkiyə ərazisində qadağanedici məhkəmə aktı, sair lazımi qaydada təsdiq edilmiş (leqallaşdırılmış) hüquqmüəyyənedici sənəd mövcud deyil, mötəbərliyi müəyyən edilən belə sənəd-sübut məhkəməyə təqd im edilməmişdir.

54. Apelyasiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisələndirilən məhsulların üzərində əks olunmuş əmtəə nişanları ilə bağlı maddi sübutların qablaşmasında, habelə, işə əlavə olunmuş fotoşəkillərdə əmtəə nişanlarının bir-birinə oxşar və uyğunluq təşkil etmədiyi, adi gözlə də müşahidə olunur, yəni, mübahisələndirilən məhsulların üzərindəki əmtəə nişanlarında eyni təsəvvür yarada biləcək görüntülər müşahidə edilmir.

55. Apelyasiya Məhkəməsi düzgün olaraq vurğulamışdır ki, əmtəə nişanlarının özü ilə bağlı tərəflər arasında mübahisə mövcud deyildir. Mübahisə yalnız məhsulların qablaşdırılmasında olan rəng çalarlarının qarışdırılacaq dərəcədə oxşarlığı ilə əlaqədardır. İddiaçıya məxsus “X” əmtəə nişanı şəhadətnaməsində “Əmtəə nişanında “XX”, “XXX” söz işarələrindən və təsv iri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri kimi qiymətləndirilə bilməz. Bu isə öz növbəsində iddiaçının, iddianın predmeti məhz qeydiyyatdan keçmiş “X” əmtəə nişanı üzrə hüquqlarının pozulduğu, başqa sözlə tərəflərin arasında əmtəə nişanına dair mübahisənin olması barədə dəlilinin əsassız olduğunu sübut edir.

56. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hər iki istehsalçı şirkət – yəni, həm iddiaçı, həm də cavabdehin məhsullarının satışını həyata keçirdiyi “X4 Şirkəti - Türkiyə Respublikasının kommersiya hüquqi şəxsləridir. Konkret halda hər iki hüquqi şəxsə münasibətdə, onların əmtəə nişanlarının qanunsuzluğu və ya məhsullarının satışını Türkiyə ərazisində qadağanedici məhkəmə aktı, sair lazımi qaydada təsdiq edilmiş (leqallaşdırılmış) hü quqmüəyyənedici sənədin işdə mövcudluğu müəyyən olunmur. Mötəbərliyi müəyyən edilən belə sənəd-sübut hazırkı mərhələdə də məhkəməyə təqdim edilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının ərazisində “X4” Şirkətinin qablaşdırılmış, orijinal məhsullarının satışını həyata keçirir. Məhkəməyə təqdim olunmuş, mübahisələndirilən məhsulların üzərində əks olunmuş əmtəə nişanları ilə bağlı maddi sübutların qablaşmasında, habelə, işə əlavə olunmuş fotoşəkillərdə əmtəə nişanlarının birbirinə oxşar və uyğunluq təşkil etmədiyi, adi gözlə də müşahidə olunur. Yəni, mübahisələndirilən məhsulların üzərindəki əmtəə nişanlarında eyni təsəvvür yarada biləcək görüntülər müşahidə edilmir.

57. İş materiallarından da göründüyü kimi Satıcı – "X3 Şti". tərəflərindən istehsal edilən və ixrac olunan məhsulların Alıcı –"xxxx" tərəfindən yalnız Distrübütorluq müqaviləsində göstərilən ölkədə (ixrac olunan malın müayinəsi aparılmaqla Azərbaycan Respublikası Bakı şəhərində yerləşən MMC, Naxçıvan MR-də yerləşən xxx MMC) yeganə paylayıcı kimi marketinqi, satışı və paylanması şərtlərini öz öhdələrinə götürmüşlər, 18.01.2018-ci il tarixli, SF/ETS 17/18 nömrəli alqı-satqı müqaviləsinə görə, Satıcı – "xxxx" Bakı (2010) şərti ilə müxtəlif malları satmağı, Alıcı – cavabdeh MMC də öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, ticarət dövriyyəsinə qadağa qoyulması, ticarət dövriyyəsindən çıxarılması və paylanmış məhsulların geri yığılması tələb edilən malların istehsal edildiyi əmtəə nişanının sahibi hazırkı iş üzrə cavabde h deyildir və cavabdeh həmin əmtəə nişanı adı altında istehsal olunmuş malların Azərbaycan Respublikasına idxalını, satışını və s. yuxarıda qeyd edilən müqavilələr əsasında həyata keçirir. İddiaçı “X7 Şirkəti” isə bu hərəkətlərin hüquqi əsasını təşkil edən müqavilələri mübahisələndirmədən, yalnız həmin müqavilələr üzrə alıcı Cavabdeh MMC-yə müqavilədə göstərilən malların satışı, idxalı, ticarət dövriyyəsinə qadağa qoyulması, ticarət dövriyyəsindən çıxarılması və paylanmış məhsulların geri yığılması barədə tələb irəli sürmüşdür. Digər tərəfdən mübahisələndirilən əmtəə nişanının mənşə ölkəsində ləğvi və yaxud etibarsızlığı barədə məsələ həll edilmədən həmin əmtəə nişanı adı altında məhsulların ticarət dövriyyəsinə qadağa qoyulması, ticarət dövriyyəsindən çıxarılması və paylanmış məhsulların geri yığılması barədə hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz. İddiaçı isə əmtəə nişanının qeydiyyatını deyil, yalnız bu qeydiyyatın nəticəsi olaraq həyata keçirilən hərəkətlərin qanunsuz hesab edilməsini tələb edir.

58. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, “X” məhsulunun Azərbaycan Respublikasında son illərdəki satışının kəskin artma nisbi azalma, daha sonra nisbi artım dinamika ilə ümumi yüksələn satış müşahidə edilmiş, “xx” əmtəə nişanlı malın faktiki satış həcmi 2016-cı ildə 35.846 ABŞ dolları, 2017-ci ildə 291.487 ABŞ dolları, 2018-ci ildə 232.177 ABŞ dolları və 2019-cu ildə 278.341 ABŞ dolları olmuşdur. Bu isə öz növbəsində qarışdırılacaq dərəcədə oxşar əmtəə nişanlı məhsulların Azərbaycan Respublikasında satılması və ticarət dövriyyəsinə buraxılması ilə əlaqəda r ona maddi ziyan vurulması ilə bağlı iddia tələbinin əsassızlığını təsdiq edir.

59. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 04 mart tarixli, 2-2(103)-132/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

61. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 04 mart tarixli, 2-2(103)-132/2021 saylı qət naməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar