Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2856/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin Cavabdeh qarşı (Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ (Açar sözlər: müəlliflik hüququ, müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2025-ci il tarixli, 2(103)-2422/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “X3 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış, sonradan təşkilatın adı dəyişdirilərək “Azərbaycan Müəllifləri” İctimai Birliyi adlandırılmışdır. İctimai Birliyin hazırkı qanuni təmsilçisi Muradov X4r. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Sərin” restoranında, şadlıq sarayında mətnli, yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, ödənilməmiş müəllif qonorarı olaraq 36550 manat, kompensasiya ol araq 35000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X3 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixindən müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi sahəsində fəaliyyət göstərir. 30 dekabr 2008-ci il tarixində İB-in nizamnaməsində dəyişiklik edilmiş və “Azərbaycan Müəllifləri” adı altında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeyri-kommersiya qurumlarının dövlət reyestrində yenidən qeydiyyata alınmışdır. İddiaçı Ümumdünya Bəstəkar və X1 Konfederasiyasının (SİZAK) dinləyicisidir. Müəllif-hüquq qanunvericiliyinin beynəlxalq pozulmasının qarşısının alınması ilə əlaqədar iddiaçı xarici dövlətlərdə fəaliyyət göstərən ictimai b irliklərlə ikitərəfli müqavilələr imzalamışdır, o cümlədən Rusiya Federasiyasının “Rusiya Müəlliflər Cəmiyyəti” (RAO), Türkiyənin “MESAM” Cəmiyyəti, Belarus, Latviya, Litva, Estoniya və s. dövlətlərin müəllif təşkilatları ilə müqavilələr bağlamışdır. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bir çox iaşə obyektləri, konsert müəssisələri, televiziya və radio yayım müəssisələri iddiaçı ilə müqavilə bağlayaraq lisenziya ödənişləri ödəyir, ictimai birlik isə öz növbəsində müəlliflərə ödənişlər edir. Müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədilə iddiaçı tərəfindən cavabdeh “Sərin” restoran, şadlıq sarayı rəhbərliyinə rəsmi olaraq xx.xx.2023-cü il tarixli məktubla müraciət təqdim olunmasına baxmayaraq, bu günə qədər cavab verilməmişdir. Dəfələrlə telefon əlaqələrində is ə qonorar ödənişlərindən imtina edilmişdir. Nəticə etibarilə, cavabdeh hal-hazırda müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin müddəalarını pozmaqla musiqi əsərlərindən qanunsuz istifadə etməklə fəaliyyət göstərir. Bu fəaliyyəti nəticəsində müəllif cəmiyyətinə, pandemiyadan sonrakı keçən 42 ay ərzindətoy şənliklərində istifadə olunan musiqilər üçün 25800 manat, restoran fəaliyyətində isə 10750 manat (vergi və sosial ödənişlər daxil olmaqla) ziyan dəymişdir.
4. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı bilavasitə hər hansı musiqi ilə bağlı müəlliflik hüquqlarına və bu hüquqların müdafiəsi ilə bağlı subyektiv hüquqa malik deyil. İddia ərizəsində hansı müəlliflərə aid, hansı musiqilərin, kimlər tərəfindən, hansı tarixlərdə müəllif hüquqları pozulmaqla ifa edildi yi göstərilməmiş, tələbin əsası kimi heç bir sübut ərizəyə əlavə edilməmişdir. İddiaçı qeyri-müəyyən müəlliflərin hüquqlarının qorunması ilə bağlı qanuna, müqaviləyə, yaxud etibarnaməyə əsasən müvəkkil edilməmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fərid Hətəmzadə) 2(001)1197/25 nömrəli, 03 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız könüllü olaraq təşkilatla yazılı müqavilələr bağlamaqla və ya təşkilata üzv olmaqla özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi səlahiyyətinə malikdirlər və yalnız belə halda müəllifləri təmsil edə və hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət edə bilərlər. İş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, sübut etməlidir ki, hansı müəlliflər müqavilə əsasında və ya üzv olmaqla özlərinin əmlak hüquqlarının idarəçiliyini birliyə həvalə etmişlər; həmin müəlliflərə aid hansı musiqilər və ümumilikdə neçə gün ərzində cavabdehə aid ictimai iaşə obyektində (şadlıq evində) ifa edilmişdir. İddiaçı isə, qeyd edilənlərə dair nəinki sübutlar təqdim etməmiş, iddia ərizəsində bu xüsusatları ümumiyyətlə əsaslandırmamışdır.
7. Məhkəmə öz mövqeyini “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 6, 15, 30, 40, 41-ci, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cümaddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı birinci instansiya məhkəməs inin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehin müəllif hüquqlarını pozaraq musiqi əsərlərindən icazəsiz istifadə etdiyi faktı sübut edilmişdir. Məhkəmə tərəfindən tələb olunan detallı sübutlar (müəyyən müəlliflərin əsərlərinin neçə gün ifa edildiyi) praktiki olaraq mümkün deyil və bu, müəllif hüquqlarının müdafiəsi məqsədilə ziddiyyət təşkil edir. Qanun və qərarlarda iddiaçının hakim tərəfindən tələb etdiyi formada sübut etmə öhdəliyi qeyd olunmamışdır. Əksinə, Nazirlər Kabinetinin 38 saylı qərarının Əlavə 4, 34-cü bəndində hakimin istinad etdiyi məlumatların istifadəçilər tərəfindən birliyə verilməsi göstərilmişdir. Məhkəmə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Q anunun 15-ci, 41-ci, 42-ci, 43-cü, 44-cü və 45-ci maddələrinə əsasən, müəllif hüquqlarının kollektiv idarəedilməsi prinsipini nəzərə almamışdır (hakim qətnamədə 41, 44, 45-ci maddələrə münasibət bildirməmişdir). Məhkəmə qərarında “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 15-ci, 42-ci, 43-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı Qərarı əsas götürülməmişdir.
10. Üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərərk bildirmişdir ki, “Azərbaycan Müəllifləri” İctimai Birliyi ona üzv olan müəlliflərin hüquqlarının müdafiəsi ilə bağlı restoranlara, şadlıq saraylarına və son nəticədə məhkəməyə müraciət edə bilər. Həmin restoranlar və şadlıq sarayları ilə Birlik arasında müqavilə bağlanmalı, həmin müəssisələr istifadə olunan müəllif əsərləri barədə müvafiq hesabat verməlidirlər. Birlik üzv olan müəlliflərin adından iddia qaldıra bilər. Həmçinin, Birliklə müəlliflər arasında müqavilə bağlanmalıdır.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Akif İsgəndərov sədrlik edən və məruzəçi, Səadət Səlimova və Məhəmməd Rüstəmli) 26 may 2025-ci il tarixli, 2(103)-2422/2025 nömrəli qətnaməsi ilə iddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Belə ki, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tu tulmamışdır.
13. Məhkəmə kollegiyasının qənaətinə görə müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız könüllü olaraq təşkilatla yazılı müqavilələr bağlamaqla və ya təşkilata üzv olmaqla özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi səlahiyyətinə malikdirlər və yalnız belə halda müəllifləri təmsil edə və hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət edə bilərlər.
14. Hazırkı işdə iddiaçı hansı müəlliflərin müqavilə əsasında və ya üzv olmaqla özlərinin əmlak hüquqlarının idarəçiliyini birliyə həvalə etməsi, həmin müəlliflərə aid hansı musiqilər və ümumilikdə neçə gün ərzində cavabdehə aid ictimai iaşə obyektində (şadlıq evində) ifa edilməsinə dair məhkəməyə sübutlar təqdim etməmişdir.
15. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab etmişdir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
17. Məhkəmə öz mövqeyini “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 6, 15, 30, 40, 41-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Cavabdeh istifadəsində olan “Sərin” restoran, şadlıq sarayında mətnli və ya mətnsiz musiqi əsərlərinin kütləvi nümayişi qadağan edilməsi, cavabdehdən ödənilməmiş müəllif qonorarı olaraq 36550 manat və kompensasiya olaraq 35000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
19. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi formal və şəxsi mülahizələrlə çıxış etmişdir, qərarda istinad edilmiş qanunvericilik normaları düzgün təfsir edilməmiş və qəbul edilmiş müvafiq qərar məhkəmə tərəfindən qanuna müvafiq qaydada tam və düzgün əsaslandırılmamışdır. Belə ki, ifa olunan əsərlər və onların müəllifləri barədə məlumatı təqdim etmək istifadəçinin – cavabdehin vəzifəsidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sübutları nəzərə almamış, əksinə, cavabdehin mülahizə xarakterli dəlillərinə istinad edərək iddianı təmin etməmişdir.
20. Kassator şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 60, 129-cu madəsinin İİİ hissəsinin tələblərini, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun 15-ci, 44-47-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adla nan 3 nömrəli Əlavəsinin 31-ci və 32-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2025-ci il tarixli, 2(103)-2422/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
22. Maddə 30, İ hissə. Hər kəsin əqli mülkiyyət hüququ vardır.
23. Maddə 30, İİ hissə. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.
24. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqları Konvensiyası: və əsas azadl ıqlarının müdafiəsi haqqında» Avropa
25. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
26. Maddə 6, hissə
1. Mətnli və ya mətnsiz musiqi əsərləri müəlliflik hüququnun obyektləridir.
27. Maddə 15, hissə
2. Müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir.
28. Maddə 15, hissə
4. Müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır ( qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir.
29. Maddə 41, hissə
1. Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qey diyyatına alınırlar. Həmin təşkilatlara qanunvericiliklə mədəniyyət təşkilatlarına verilən güzəştlər şamil edilir.
30. Maddə 41, hissə
2. Müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir. Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçili yini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər.
31. Maddə 42, hissə
1. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 1)lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır; 2)idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir; 3)lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda (bu Qanunun 12-ci maddəsinin 4-cü hissəsi, 17-ci maddəsinin 3-cü hissəsi və 37-ci maddəsinin 1ci hissəsi) istifadəçilərlə qonorarın məbləğlərini razılaşdırır; 4)lisenziya üzrə və (və ya) bu hissənin 3-cü bəndində nəzərdə tutulmuş qonorarı yığır; 5)yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir; 6)idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir; 7)müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri həyata keçirir.
32. Maddə 42, hissə
2. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır.
33. Maddə 44, hissə
1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habel ə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.
34. Maddə 45, hissə
2. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi;
35. Maddə 45, hissə
4. Məhkəmə hüquq pozuntusu fa ktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər.
36. Maddə 45, hissə
5. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır.
37. Maddə
47. Bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərba ycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Əlavə 2 - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Müəllif müqaviləsi:
38. Bənd 5.2. Əsərlərin kütləvi ifasına, o cümlədən radio və televiziyada, mexaniki, maqnit və s. yazılma ilə surətçıxarmaya, reprosurətçıxarmaya və başqa istifadə üsullarına görə müəllif qonorarının yığılması qanunvericiliyə görə müəllif(lər)in qanuni mənafelərini təmsil edən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat tərəfindən həyata keçirilir. Qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblə rinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Agentlik) yerinə yetirir. 39. 5.3. Müəllif qonorarının ödəyicisi olan bütün istifadəçi təşkilatlar müəllif(lər)dən və ya onların hüquqi varislərindən, yaxud müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatdan icazə (lisenziya) almalıdırlar. Qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını Agentlik yerinə yetirir. Əlavə 3 - Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı:
40. Bənd 31.Mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün klublarda, barlarda, gecə barlarında, kafelərdə, restoranlarda və digər ictimai yerlərdə (istər artist-ifaçıların ifasında, istərsə də mexaniki yazma şəklində) kütləvi ifasına görə (toy mərasimləri və konsert tədbirləri istisna olmaqla) bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat;
41. Bənd 32.Mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq şadlıq evlərində, kafelərdə və restoranlarda (toy mərasimlərində) kütləvi ifasına görə Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat. Əlavə 4 - Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının dərəcələrindən istifadə və müəllif qonorarının hesablanması və ödənilməsi qaydaları:
42. Bənd
1. Əsə rlərin və proqramların kütləvi ifasına, kütləvi nümayişinə və radioteleviziya verilişləri vasitəsi ilə efir ifasına görə Azərbaycan dövlətinin ərazisində həmin fəaliyyət növü ilə məşğul olan tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər. Müəllif qonorarının bu qərarla müəyyən edilmiş miqdarları minimum məbləğ sayılır və istifadəçi ilə müəllif və ya onun hüquqi varisi, yaxud əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat arasında bağlanılmış müqavilədə başqa məbləğ müəyyən edilmədikdə və qonorarın miqdarı tərəflərin mübahisəsinə səbəb olmadıqda tətbiq edilir.
43. Bənd
2. Müəlliflik hüququ ilə qorunan və qorunmayan əsərlərdən ibarət olan konsert, şou və s. proqramların (o cümlədən dram əsərlərini müşayiət edən musiqi nin) kütləvi ifasına görə müəllif qonorarı 3 saylı Əlavədə nəzərdə tutulmuş tarif dərəcələrinə uyğun qaydada tam həcmdə hesablanır.
44. Bənd
32. Əsərlərin kütləvi ifasına, o cümlədən radio və televiziyada, mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarmaya, reprosurətçıxarmaya və başqa istifadə üsullarına görə müəllif qonorarının yığılması qanunvericiliyə görə müəllif(lər)in qanuni mənafelərini təmsil edən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat tərəfindən həyata keçirilir. Qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını Agentlik yerinə yetirir.
45. Bənd
33. Müəllif qonorarının ödəyicisi olan bütün istifadəçi təşkilatlar müəllif(lər)dən və ya onların varislərindən, yaxud m üəlliflərin əmlak hüquqlarını kollektiv əsasla idarə edən təşkilatdan icazə (lisenziya) almalıdırlar. Qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını Agentlik yerinə yetirir.
46. Bənd
34. Müəllif qonorarının bütün ödəyiciləri ifa olunan əsərlərin dəqiq qeydiyyatını aparmalı və müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə təşkilatın və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Agentliyin nümayəndəsinə faktiki ifa olunmuş əsərlərin adı, onların müəlliflərinin adı, soyadı və atasının adı (o cümlədən musiqinin, mətn v ə tərcümənin müəllifləri) haqqında, həmçinin yığılan pulun məbləği (pullu girişdə), müqavilə üzrə təminatlı ödənişin məbləği (pulsuz giriş), rəqs meydançalarında musiqinin ifası zamanı isə ifaçılara çatacaq əmək haqqının miqdarı barədə məlumat verməlidirlər.
47. Bənd
35. Hesabat ayı başa çatandan sonra ödəyici 10 gün müddətində əsərlərdən istifadəyə görə müəllif qonorarının miqdarını özündə əks etdirən hesab vərəqlərini və ifa proqramını tələb olunan qaydada 3 nüsxədə tərtib edib, imza və möhürlə təsdiqləyəndən sonra onun 1 nüsxəsini özündə saxlamalı, iki nüsxəsini isə müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə təşkilatın və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının k ollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Agentliyin nümayəndəsinə təqdim etməlidir. Hesab vərəqələrinin və ifa proqramının düzgün tərtib edilməməsinə və ya vaxtında təhvil verilməməsinə görə ödəyici təşkilatın rəhbərliyi mövcud qanunvericiliyə uyğun surətdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
48. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
49. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün h əll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Baxılan işdə mübahisə müəlliflik hüquqlarının qorunması və pozulmuş hüquqların bərpası barədədir.
59. Belə ki, “Azərbaycan Müəllifləri” İctimai Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sərin” şadlıq sarayında mətnli, yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, ödənilməmiş müəllif qonorarının və kompensasiyanın Cavabdeh tutulmasını tələb edir. İddiaçı tələblərinin əsası kimi ona istinad etmişdir ki, birl ik 31 mart 2004-cü il tarixindən müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi sahəsində fəaliyyət göstərir, Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bir çox iaşə obyektləri onunla müqavilə bağlayaraq lisenziya ödənişləri ödəyir, birlik isə öz növbəsində müəlliflərə ödənişlər edir. Cavabdeh “Sərin” restoranı, şadlıq sarayı rəhbərliyinə xx.xx.2023-cü il tarixdə yazılı müraciət etməsinə baxmayaraq ona cavab verməmişdir (§ 2-3).
60. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı bilavasitə hər hansı musiqi ilə bağlı müəlliflik hüquqlarına və bu hüquqların müdafiəsi ilə bağlı subyektiv hüquqa malik deyil, hansı müəlliflərə aid, hansı musiqilərin, kimlər tərəfindən, hansı tarixlərdə müəllif hüquqları pozulmaq la ifa edildiyi göstərilməmiş, tələbin əsası kimi heç bir sübut ərizəyə əlavə edilməmişdir (§ 4).
61. İşə mahiyyəti üzrə baxan məhkəmələr iddianı rədd edərkən mövqelərini belə əsaslandırmışlar ki, iddiaçı hansı müəlliflərin müqavilə əsasında və ya üzv olmaqla özlərinin əmlak hüquqlarının idarəçiliyini birliyə həvalə etməsi, həmin müəlliflərə aid hansı musiqilər və ümumilikdə neçə gün ərzində cavabdehə aid ictimai iaşə obyektində (şadlıq evində) ifa edilməsinə dair sübutlar təqdim etməmişdir (§ 6, 14).
62. Kassasiya instansiyası məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
63. Müəlliflik hüququ, elm, ədəbiyyat, musiqi, incəsənət və digər sahələrdə fikir və yaradıcılıq məhsulu olan, obyektiv formada ifadə edilmiş əsərlə rin müəllifinə həmin əsərin yaradıldığı andan məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak hüquqlarının məcmusudur. Əşya hüquqlarından fərqli olaraq, konkret bir əşya üzərində qurulmayan (bəlli bir maddi varlığa sahib olmayan) müəlliflik hüququnun obyektləri yazı, cizgi, naxış, not, səs, rəng kompozisiyası və s. kimi obyektiv şəkillərdə mövcud olur. Yaranması və həyata keçirilməsi üçün qeydiyyatı, yaxud başqa üsulla rəsmiləşdirilməsi tələb olunmayan, qanunun müəyyən etdiyi müddət(lər)də qüvvədə olan, istifadə olunduqca tükənməyən, başqasına verilə bilən, vərəsəlik qaydasında keçən bu hüquq, onu pozan hər kəsə qarşı irəli sürülə bilməsi baxımından da mütləq xarakterə malikdir.
64. Müəlliflik hüququ Azərbaycan Respublikasında konstitusion səviyyədə təminat altına alınmışdır. Konstitusiyanın 30-c u maddəsində bəyan edilir ki, hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur (§ 22-23).
65. Eyni zamanda əqli mülkiyyət sahəsində yaranan münasibətlər xüsusi normativ hüquqi aktlarla, o cümlədən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 14, 15, 44-cü və digər maddələrinə əsasən, müəllifin şəxsi (qeyri-əmlak), əmlak (iqtisadi) hüquqları, o cümlədən əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüq uqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər (§ 27-28, 33).
66. Qeyd edilən müəlliflik hüquqlarının qorunması həmin hüququn sahibləri tərəfindən həyata keçirilə bilər. Bununla yanaşı onların əmlak mənafelərinin fərdi qaydada müdafiəsi mümkün olmadığı hallarda bu hüquqların kollektiv əsasda fəaliyyət göstərən təşkilatlar tərəfindən də qorunması imkanı qanunvericilikdə nəzərdə tutulmuşdur.
67. Adıçəkilən Qanunun 41-ci maddəsinə əsasən, müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquql arının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər (§ 29-30). 68. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına 2 nömrəli Əlavənin 5.2-ci və 5.3-cü bəndlərinə əsasən, əsərlərin kütləvi ifasına və başqa istifadə üsullarına görə müəllif qonorarının yığılması qanunvericiliyə görə müəllif(lər)in qanuni mənafelərini təmsil edən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat tərəfindən həyata keçirilir. Müəllif qonorarının ödəyicisi olan bütün istifadəçi təşkilatlar müəllif(lər)dən və ya onların hüquqi vari slərindən, yaxud müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatdan icazə (lisenziya) almalıdırlar (§ 38-39).
69. Həmin Qərara 3 nömrəli Əlavənin 31-ci və 32-ci bəndlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq restoranlarda, o cümlədən şadlıq evlərində kütləvi ifasına görə müəllif qonorarının ərazilər üzrə minimum miqdarları müəyyən olunmuşdur (§ 40-41).
70. Qərara 4 nömrəli Əlavənin 32-ci bəndində isə göstərilir ki, əsərlərin kütləvi ifasına, o cümlədən radio və televiziyada, mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarmaya, reprosurətçıxarmaya və başqa istifadə üsullarına görə müəllif qonorarının yığılması qanunvericiliyə görə müəllif(lər)in qanuni mənafelərini təmsil edən əmlak hüquqlarını kollektiv ə sasda idarə edən təşkilat tərəfindən həyata keçirilir (§ 44).
71. Göründüyü kimi, müəlliflik hüququ və əlaqəli hüquqların sahibləri özlərinin əmlak hüquqlarının idarə olunması səlahiyyətini yazılı müqavilələr bağlamaqla və ya üzv olmaqla sözügedən təşkilatlara verə bilərlər. Odur ki, müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən onların əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üçün yaradılmış belə təşkilatların öz hüquqlarının idarəçiliyini onlara həvalə etmiş şəxslərin mənafeyi naminə müvafiq işləri görmək (qonorarın məbləğlərini və başqa şərtlərini razılaşdırmaq, istifadəçilərə lisenziya vermək, qonorarı yığmaq, hüquq sahibləri arasında bölüşdürmək, müəlliflik hüquqlarını pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək və s.) səlahiyyəti q anunvericilikdə açıqca göstərilmişdir (§ 31, 33).
72. Hazırkı işə əlavə olunmuş sənədlərdən görünür ki, iddianı irəli sürən “Azərbaycan Müəllifləri” İctimai Birliyi Ədliyyə Nazirliyində xx.xx.2004-cü ildən rəsmi qeydiyyatdan keçmişdir və müvafiq sayda üzvləri vardır. Birliyin fəaliyyət predmeti və məqsədi isə X3 əmlak hüquqlarının təmin edilməsi məqsədilə bu hüquqların kollektiv əsasda idarə edilməsidir. Birliyin Nizamnaməsinin 3-cü bölməsində lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğini və başqa şərtlərini razılaşdırmaq, qonorarı yığmaq, müəlliflik hüquqlarını pozan və ya pozmaq təhlükəsi yaradan hərkətlərin dayandırılmasını tələb etmək, eləcə də məhkəmədə iddiaçı kimi çıxış etmək hüquqları nəzərdə tutulmuşdur.
73. Qeyd edilənlər ona dəlalət edir ki, “Azərbaycan Müəlliflə ri” İctimai Birliyi müqavilə bağladığı və ya üzvü olan müəllifləri, yaxud digər hüquq sahiblərini təmsil etmək və onların hüquqlarını müdafiə etmək məqsədilə hazırkı iş üzrə tələbləri irəli sürmək hüquqları vardır.
74. İddianın həlli üçün əhəmiyyət kəsb edən halları (o cümlədən məhkəmələrin istinad etdikləri - hansı müəlliflərin öz əmlak hüquqlarının idarəçiliyinini birliyə həvalə etməsi, həmin müəlliflərə aid hansı musiqilər və ümumilikdə neçə gün ərzində cavabdehə aid ictimai iaşə obyektində ifa edilməsi) sübutetmə yükü ilə bağlı isə məhkəmə tərkibi aşağıdakıları qeyd edir.
75. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 49-50).
77. M əhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür.
78. Bununla belə, ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yəni normal bir vəziyyətin əksi olan hala istinad edirsə, sübutetmə vəzifəsi həmin tərəfə aid olur.
79. Hazırkı işdə üzv olan müəlliflərin özlərinin əmlak hüquqlarının idarəçiliyini Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Azərbayca n Müəllifləri” İctimai Birliyinə həvalə etmələri nəzərə alındıqda birliyin üzvlərinin mənafeyi üçün hazırkı iddianı irəli sürmək hüququ şübhə doğurmur. Bununla belə, məhkəmə iddianın düzgün həlli üçün zəruri hesab etdikdə hüquqlarının idarəçiliyini birliyə həvalə etmiş müəlliflər və əlaqəli hüquqların sahibləri barədə sübutları iddiaçıdan tələb edə bilər.
80. Nəzərdən qaçırılmamalıdır ki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi məhkəmənin üzərinə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq vəzifəsi qoyur. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək g östərir (§ 48).
81. Hazırkı işdə isə mənafeyi üçün iddia qaldırılan müəlliflər və əlaqəli hüquqların sahibləri (yaxud birliyin üzvləri) barədə məlumatların təqdim edilməsi zərurətinin və həmin sübutların verilməməsinin nəticələrinin məhkəmə tərəfindən qeyd olunan normaya uyğun şəkildə iddiaçı ilə müzakirəsi aşkar edilmir.
82. Bundan əlavə, Kollegiya heab edir ki, baxılan işdə məhkəmələr müəlliflərə aid hansı musiqilər və ümumilikdə neçə gün ərzində cavabdehə aid ictimai iaşə obyektində ifa edilməsinə dair sübutları təqdim etmək yükünü iddiaçının üzərinə qoymaqda haqlı olmamışlar.
83. Ona görə ki, həmin məlumatlar bir qayda olaraq əsərlərdən istifadə edən tərəfin əlində olduğundan iddiaçının onlara (və ya tamamına) çatımlılığı olmur. Təsadüfi deyil ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 2-ci hissəsində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədlər almaq hüququ nəzərdə tutulmuşdur (§ 32).
84. Eyni zamanda Nazirlər Kabinetinin adıçəkilən Qərarına 4 nömrəli Əlavənin 34-cü bəndinə əsasən, müəllif qonorarının bütün ödəyiciləri ifa olunan əsərlərin dəqiq qeydiyyatını aparmalı və müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə təşkilatın nümayəndəsinə faktiki ifa olunmuş əsərlərin adı, onların müəlliflərinin adı, soyadı və atasının adı (o cümlədən musiqinin, mətn və tərcümənin m üəllifləri) haqqında məlumat verməlidirlər (§ 46).
85. Qeyd edilənlər ona dəlalət edir ki, faktiki ifa olunmuş əsərlər barədə məlumatları təqdim etmək vəzifəsi onlardan istifadə edən şəxslərin üzərindədir. Belə olan halda məhkəmələr sözügedən məlumatları təqdim etmək yükünü cavabdehin deyil, iddiaçının üzərinə qoyması qanunvericiliyin tələbinə uyğun olmamışdır.
86. Beləliklə, Kollegiya göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya məhkəməsi yuxarıda sadalanan hüquq normalarının tələblərini nəzərə almamış, sübutetmə yükünü düzgün müəyyən etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, nəticə etibarilə qətnaməni tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır (§ 51, 53-54).
87. Bu qaydalar a riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X5 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 24-25).
88. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Təkrar apellyasiya baxışı işdə iştirak edən şəxslərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəl illərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
89. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2025-ci il tarixli, 2(103)-2422/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.