Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-267/2017 13.06.2017 ALİ MƏHKƏMƏ Surəti İş 2-2(102)-267/2017 Azərbaycan Respublikası adından QƏRAR 13 iyun 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sarıyev Rauf Həsən oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 MMC-nin və İddiaçı1 MMC-nin (bundan sonra iddiaçılar) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “cavabdehə məxsus mağazada hüquqları iddiaçılara məxsus kitabların pirat nüsxələrinin qeyri-qanuni satışını həyata keçirməsi nəticəsində vurduğu zərərin əvəzi olaraq iddiaçıların hər birinə 30.000 manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçılara ödənilməsi, kitabların aşkar edilmiş pirat nüsxələrinin satışdan çıxarılaraq məhv edilməsi və satışının qadağan edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22(103)-173/2017 saylı, 28 mart 2017-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq müəyyən etdi: Cavabdehin “Yaşıl məktəb ləvazimatları” mağazasına məxsus 13 aprel 2016-cı il tarixli qaimə-fakturaya əsasən hüquqları İddiaçı1 MMC-yə və İddiaçı2 MMC-yə məxsus olan, “Azərbaycan dili İş dəftəri 4-cü sinif”, “Bütün fənlər 4-cü sinif” və “Mən düzgün cızıram” kitabları mağazadan alınmışdır. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus “Yaşıl məktəb ləvazimatları” mağazasında hüquqları iddiaçılara məxsus kitabların pirat nüsxələrinin qeyri-qanuni satışını həyata keçirməsi nəticəsində vurduğu zərərin əvəzi olaraq iddiaçıların hər birinə 30.000 manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçılara ödənilməsi, cavabdehə məxsus “Yaşıl məktəb ləvazimatları” mağazasında hüquqları iddiaçılara məxsus kitabların aşkar edilmiş pirat nüsxələrinin satışdan çıxarılaraq məhv edilməsi və satışının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı2 MMC “Azərbaycan dili-4-cü sinif, İş dəftəri”, İddiaçı1 MMC “Bütün fənlər, Qiymətləndirmə-4”(İ hissə), “Bütün fənlər. Qiymətləndirmə-4”(İİ hissə), kitablarının müstəsna hüquq sahibləridir. Cavabdeh özünəməxsus “Yaşıl məktəb ləv azimatları” mağazasında hüquqları iddiaçılara məxsus kitablarının pirat nüsxələrinin qeyri-qanuni satışını həyata keçirir. Cavabdehə məxsus satış ərazisində müxtəlif vaxtlarda pirat nüsxələrin satıldığı müəyyən edilmişdir. 13 aprel 2016-cı il tarixdə hüquq sahiblərinin nümayəndəsi tərəfindən cavabdeh məxsus mağazasında hüquqları İddiaçı2 MMC-yə məxsus “Azərbaycan dili-4-cü sinif, İş dəftəri”, hüquqları İddiaçı1 MMC-yə məxsus, “Bütün fənlər, Qiymətləndirmə-4”(İ hissə), “Mən düzgün cızıram” kitablarının pirat nüsxələri aşkar edilərək alınmışdır. Cavabdeh özünəməxsus mağazada davam edən bu qanunsuz fəaliyyət nəticəsində hüquq sahibi olan iddiaçıların Azərbaycan Respublikası qanunvericiliyi ilə qorunan bir sıra hüquqlarını pozmuş və iddiaçılara mühüm zərər vurmuşdur. Cavabdehin bu qanunsuz f əaliyyəti hal-hazırda da davam edir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 30, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 14, 15, 30, 45, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun 3, 5, 6, 7, 8-ci maddələrinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2016-cı il tarixli qərardadı ilə kompleks sənədlərin texniki ekspertizası və kontrafakt məhsulların məhkəmə ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 27 sentyabr 2016-cı il tarixli rəyə əsasən İddiaçı2 MMC-nin 2015-ci ildə nəşr etdiyi göstərilən “Azərbaycan dili İş Dəftəri 4” kitabı nümunə qismində təqdim olunmuş İddiaçı2 MMC tərəfindən 2015-ci ildə çap olunan “Azərbaycan dili İş Dəftəri 4” kitabla eynilik təşkil etmir, İddiaçı1 MMC-nin 2014-cü ildə nəşr etdiyi göstərilən “Bütün fənlər qiymətləndirmə 4 İ hissə” və nəşri və çap olunma ili göstərilməyən “Mən düzgün cızıram” kitablar, İddiaçı1 MMC tərəfindən 2012-ci ildə çap olunan “Bütün fənlər qiymətləndirmə 4 İ hissə” və çap edilmə ili göstərilməyən “Mən düzgün cızıram” kitablarla eynilik təşkil etmir. Təqdimata təqdim edilmiş həmin kitabların pirat məhsula aid olduğu müəyyən edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-2(82)-1008/2016 saylı iş) 02 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən “Yeni məktəb ləvazimatları” kitab mağazasında iddiaçıların hüquq sahibi olduğu kitabların pirat nüsxəl ərinin satışının qadağan edilməsi, mağazada aşkar edilmiş pirat nüsxələrin satışdan çıxarılaraq məhv olunması, cavabdehdən 1000 manat kompensasiyanın tutularaq İddiaçı2 MMC-yə və 1000 manat kompensasiyanın tutularaq İddiaçı1 MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3-məruzəçi, X7 və X1, 2-2(103)-173/2017 saylı iş) 28 mart 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətini n dəlilləri: Məhkəmə iddiaçıların hüquqi şəxs olduğundan qeyd olunan kitablara müəlliflik hüququnun olmamasını nəzərə almamışdır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 4-cü maddəsinə əsasən “müəllif” - əsərin yaradıcısı olan fiziki şəxsdir. “Azərbaycan dili İş dəftəri 4” kitabının müəllifləri Rafiq İsmayılov, Solmaz Abdullayeva və Dilruba Cəfərovadır. İş dəftəri Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04.07.2011ci il tarixli 1158 nömrəli əmri ilə təsdiq edilmişdir. Həmin iş dəftəri İddiaçı2 MMC tərəfindən çap olunmuşdur. Kitabı çap edən hüquqi şəxs İddiaçı2 MMC müəllif sayılmır. “Bütün fənlər. Qiymətləndirmə-4” (İ hissə) kitabının “həyat bilgisi” bölməsinin müəllifi Sevinc Əliyeva, “Texnologiya” və “Təsviri incəsənət” bölmələrinin müəllifi Günel Qacar, “Musiqi” bölmə sinin müəllifi İlahə İsmayılovadır. X6 məxsusdur. “Mən düzgün cızıram” kitabının müəllifinin kim olduğu məlum deyil. Kitabları çap edən hüquqi şəxs İddiaçı1 MMC müəllif sayılmır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. Bu da ki, İPM-in 87.8-ci maddəsinin tələbinin pozulması deməkdir. İddiaçılar hüquqi şəxslərdir, müəllif sayılmırlar, İPM-in 35.1-ci maddəsində göstərilən əsaslarla iddia qaldırmamışlar. Onların iddiası mümkün sayıla bilməz. Məhkəmə İPM- in35.1, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 4-cü maddəsini tətbiq etməmiş, “İPM-in 87.8-ci maddəsinin tələbini pozaraq qanunsuz qətnamə çıxarmışdır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib ş ikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar məhkəmə iclasında təmsil olunmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 5-ci maddəsinə əsasən, müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Həmin qanunun 15-ci maddəsinə əsasən müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ); əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (i dxal hüququ); Həmin qanunun 30-cu maddəsinə əsasən, bu Qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər. Həmin qanunun 44-cü maddəsinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə səlahiyyətli dövlət orqanları və əmlak hüquqları-nı kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. İstehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb olan əsər və ya fonoqram nüsxələri pirat nüsxələr sayılır. İddia tələbinə görə cavabdeh özünə məxsus “Yaşıl məktəb ləvazimatları” mağazasında hüquqları iddiaçılara məxsus kitabların pirat nüsxələrinin satışını həyata keçirmişdir. Cavabdeh həmin kitabların onun tərəfindən satılması ilə bağlı mübahisə açmamışdır. Məhkəmə kompleks sənədlərin texniki ekspertizası və kontrafakt məsulların məhkəmə ekspertizasının 27 sentyabr 2016-cı il tarixli rəyi ilə müəyyən olunur ki, (ekspert tədqiqatına qeyd edilən qaimə fakturaya əsasən alınmış kitablar təqdim edilmişdir) ”İddiaçı2” MMC-nin 2015-ci ildə nəşr etdiyi göstərilən “Azərbaycan dili İş Dəftəri 4” kitabı nümunə qismində təqdim olunmuş İddiaçı2 MMC tərəf indən 2015-ci ildə çap olunan “Azərbaycan dili İş Dəftəri 4” kitabla eynilik təşkil etmir, ”İddiaçı1” MMC-nin 2014-cü ildə nəşr edildiyi göstərilən “Bütün fənlər qiymətləndirmə 4 İ hissə” və nəşri və çap olunma ili göstərilməyən “Mən düzgün cızıram” kitablar, İddiaçı1 MMC tərəfindən 2012-ci ildə çap olunan “Bütün fənlər qiymətləndirmə 4 İ hissə” və çap edilmə ili göstərilməyən “Mən düzgün cızıram” kitablarla eynilik təşkil etmişdir. Təqdimata təqdim edilmiş həmin kitablar pirat məhsula aiddir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 4-cü maddəsinə görə “pirat məhsul”-hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri kimi mənasını daşıyır. MPM-in 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqd a məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Cavabdehin satdığı kitabların nümunə üçün təqdim edilən kitablarla eynilik təşkil etməməsi və pirat məhsul olması ekspert rəyi ilə müəyyən edilə bilər. Odur ki, verilmiş rəy əsasında cavabdehin satdığı kitabların pirat məhsul olması təsdiqini tapmışdır. Ekspert rəyinin şübhə altına alınması üçün məhkəmənin tutarlı əsası yoxdur. Cavabdeh də apellyasiya və kassasiya şikayətlərində bu barədə hər hansı sübut təqdim etməmişdir. Ekspertin rəyi kifayət qədər aydın və tam olduğundan əlavə ekspertiza təyin edilməsinə zərurət yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətlənd irilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPM-in 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Cavabdeh şikayətinin əsas dəlili kimi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 4-cü maddəsinə görə müəllifin əsərin yaradıcısı olan fiziki şəxs olması, iddiaçıların əsərin yaradıcısı və fiziki şəxs olmaması ilə əsaslandırmışdır. İddiaçılar tərəfindən cavabdehin satışda istifadə etdiyi kitablardakı mövzuların məzmunu deyil, onun nəşri mübahisə olunur. Təbii ki, kitablardakı əsərlərin yaradıcısı onların müəllifi olan fiziki şəxslərdir. İddiaçılar isə cavabdehin satdığı kitabların onların nəşr etdiyi deyil, onların razılığı olmadan hazırladığı kitabların satışa buraxıldığını bəyan etmişlər. Adı çəkilən qanunun 6-cı maddəsinin birinci bəndinə görə kitablar müəlliflik hüququnun obye ktidir. Qanunun 10-cu maddəsinin birinci bəndinin birinci hissəsinə görə topluların və tərtib edilmiş digər əsərlərin müəllifi (tərtibatçı) yaradıcılıq əməyinin nəticəsi olan, materialların seçilməsi və ya düzümü şəklində olan əsərlərə müəlliflik hüququna malikdir. Bəhs olunan hüquq normalarına əsasən kassasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri əsaslı sayıla bilməz. “Müəlliflik hüquqları və əlaqəli hüquqlar haqqında” Qanunun 45-ci maddəsinin 2-ci bəndinin müvafiq olaraq 2), 3) və 4-cü yarınbəndlərinə əsasən məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi. İddiaçıların hüquqlarının cavabdeh tərəfindən pozulması sübuta yetdiyindən bəhs olunan normanın müddəalarına əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehə məxsus kitab mağazasında iddiaçıların hüquq sahibi olduğu kitabl arın pirat nüsxələrinin satışının qadağan edilməsi, mağazada aşkar edilmiş pirat nüsxələrin satışdan çıxarılaraq məhv olunması və cavabdehdən 1000 manat kompensasiyanın tutularaq iddiaçıların hər birinə ödənilməsi barədə gəldiyi nəticə əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsaslı deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət verilmişdir. İşə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Cavabdeh kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin müddəalarına istinad etsə də, nəzərə almamışdır ki, həmin Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxıl masının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir (Məcəllənin 1.1-ci maddəsi), mülki mühakimə icraatı qaydasında baxılan işlərə şamil olunmur. Kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-173/2017 saylı, 28 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza var Hakimlər: İmza var İmza var
Məhkəmə qərarları › İş №2-2(102)-267/2017
Ali Məhkəmə Qərar — İş №2-2(102)-267/2017
13.06.2017 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver